Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə56/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Birinci vasitə - iyerarxiyadır. Bu idarəçilik üsulunda əsas amil, hakimiyyət və 
tabeçilikdir, yəni yuxarıdan aşağıya özünə tabe olanları işləməyə məcbur etmək, onları maddi 
cəhətdən asılı vəziyyətdə saxlamaq və tabe etmək münasibətlərinə əsaslanır. Eynilə də, aşağıların 
yuxarılara tabe olmaları ideyaları aşılanır və bu münasibətlər cəmiyyətin əsas aparıcı qüvvəsi 
hesab olunur. Bu halda «qamçı və ya qoğal» prinsipinə daha çox üstünlük verilir.
Ġkinci vasitə – mədəniyyətdir. Bu üsulun mahiyyəti ondadır ki, cəmiyyətin özünün 
işləyib hazırladığı və bəyəndiyi idarəetmə təsiri - mənəviyyat, sosial normalar, davranış 
qaydaları və digər mənəvi dəyərlər vasitəsilə həyata keçirilir. Bu halda zordan daha çox, 
mədəniyyətə üstünlük verilir. 
Üçüncü vasitə - bazardır. Bu üsulda idarəetmənin mahiyyəti - bərabər hüquqlu üfiqi 
əlaqələrin qurulması, mülkiyyət münasibətlərində qarşılıqlı maraqların bərabərliyi və tam 
azadlığı ilə bağlıdır. Bu halda həm iyerarxiya, həm də mədəniyyət elementləri ilə yanaşı, 
insanların fərdi azadlıqları və sərbəstliklərinə daha çox üstünlük verilir. Burada demək lazımdır 
ki, müasir şəraitdə iyerarxiya, mədəniyyət və bazar vasitələri idarəçilik alətləri olmaqla ayrı-
ayrılıqda yox, daim vəhdət şəklində təsir göstərirlər. 
3. MÜƏSSISƏNIN IDARƏ EDILMƏSINDƏ ISTIFADƏ OLUNUN METODLAR 
VƏ MENECMENTIN FUNKSIYALARI. 
Metod
 yunan sözü olub üsul deməkdir. Bütün elmlərdə olduğu kimi 
idarəetmə
 elminin də 
metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsinin, bu elmdən irəli gələn 
funksiyaların və prinsiplərin həyata keçirilməsinin üsuludur. İdarəetmə metodu idarəetmə 
subyektinin idarəetmə obyektinə təsir mexanizmidir. İdarəetmə metodunun başlıca məqsədi 
idaretmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün 
müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə 
etməkdən ibarətdir. İdarəetmə metodu idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir 
etmək lazım olduğunu bildirir. Menecmentin aşağıdakı əsas metodları vardır:
[7]
 

İqtisadi metod 

İnzibati metod 

Sosial-psixoloji metod 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin