Iqtisadi normativlər (qiymət, əmək norması, vaxt norması, mükafatlandırma
normaları,
cərimə
sanksiyaları və s);
İnnovasiya
və
investisiya
;
Maliyyələşdirmə.
İnzibati metod
[
redaktə
|
əsas redaktə
]
İnzibati üsul idarə edənin idarə olunan
obyektə
birbaşa və bilavasitə təsir üsuludur. İnzibati üsul
məcburedici üsuldur və yüksək tələbkarlıq əsasında insanları fəaliyyətə, icraçılığa, nizama,
intizama sövq edir.
Müəssisə
lərin
rəhbər
ləri bu cür üsulların tətbiqi üçün əmr
etmək,
sərəncam
lar, göstərişlər, tapşırıqlar vermək səlahiyyətlərinə malikdirlər. İnzibati üsulları
aşağıdakı kimi təsnifləşdirmək olar:
1. Məcbur edici (Hərəkəti etməyə məcbur etmək üsulu).
2. Qadağan edici (Hərəkəti etməyi qadağan etmək üsulu). Bu üsul inzibati tədbirlərlə,
qorxutmaqla, hədələməklə həyata keçirilir.
3. Səlahiyyət verici.
4. Həvəsləndirici üsul.
İnzibatçılıq yüksək
idarəetmə
bacarığı və qabiliyyətidir. İnzibati təsir metodunun başlıca
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
inzibati üsul müəssisə və
təşkilat
larda kollektiv münasibətləri formalaşdırır və tənzimləyir;
inzibati üsul idarəetmə münasibətlərində, sərəncamverici, icraedici strukturlarda subyektlər
arasında hakimiyyət və tabeçilik münasibətlərini formalaşdırır;
inzibati üsul öhdəlikləri, yerinə yetirilməməsinə görə cavabdeh şəxslərin məsuliyyətini
müəyyən edir.
İnzibatçılıq inzibati proses olaraq üç funksiyanı yerinə yetirir.
1. Hüquqyaradıcı. İnzibati üsul müəssisədə qanunvericilik aktlarının, dövlət standartlarının
və normativ sənədlərin tətbiqini, daxili qaydaların, təlimatların formalaşdırılmasını və
onlara əməl edilməsini tələb edir.
2. Hüquqverici. Qanunlara, qaydalara əsaslanaraq funksiyaların həyata keçirilməsini
konkret strukturlara və şəxslərə həvalə edilir.
3. Tənzimləyici. İnzibati proses hüquqi proses olaraq bütün sahələrin tənzimlənməsini
həyata keçirir. İnzibatçılıq fəaliyyətin normalar əsasında tənzimlənməsinə yönəldilir.
Dostları ilə paylaş: