Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə59/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Planlaşdırma funksiyası 
Planlaşdırma funksiyası menecmentin ən zəruri funksiyalarından biridir.Hazırkı şəraitdə bütün 
müəssisələr dinamik, dəyişkən və qeyri müəyyənlik mühitində fəaliyyət göstərirlər. Məhz bu 
səbəbdən gələcəkdə görüləcək bütün işlərin qabaqcadan planlaşdırılması vacibdir. Menecmentin 
bütün sahələri üçün aşağıdakı 3 planlaşdırma funksiyası xarakterikdir: 
1. İstehsalın planlaşdırılması. 
2. İşçi qüvvəsinin (kadrların) planlaşdırılması. 
3. 
Maliyyənin
 planlaşdırılması. 
Istehsalın icrası üçün maddi, maliyyə və kadr ehtiyatları elə planlaşdırılmalıdır ki, işi görmək 
üçün xammal, pul vəsaitləri çatdırıla bilsin və işçi qüvvəsi yetərincə olsun. Məhz bu səbəbdən də 
hər üç funksiyanın yerinə yetirilməsi üçün qabaqcadan planlaşdırma zəruridir. Planlaşdırma 
funksiyasını həyata keçirmək üçün dörd əsas məsələnin həlli nəzərdə tutulmalıdır: 

resurs
ların bölüşdürülməsi; 

xarici mühitə uyğunlaşma; 

daxili əlaqələndirmə; 

təşkilati strategiyanı müəyyənləşdirmək. 
Vaxta görə təsiri nəzərə alınmaqla, planlaşdırmanı 3 mərhələyə ayırmaq olar: 


1. strateji (uzunmüddətli); 
2. taktiki (orta müddətli); 
3. cari (operativ). 
Strateji planlaşdırma - (
strategiya
 – latınca “sərkərdənin məharəti”, uzaqgörmə deməkdir) 
görüləcək işin əvvəlcədən uzun müddətli planlaşdırılmasıdır. Bu plan olmazsa, orta və cari 
planların hazırlanması və həyata keçirilməsi də mümkün olmaz. Taktiki planlaşdırma strateji 
planlaşdırmadan törəyir və onun icrasına yönəlir. Orta planlaşdırma həm real işlərin nəticəsinə 
görə, həm də norma və normativlərin müqayisəli tutuşdurulmasına görə qurula bilər. Cari 
planlaşdırma bilavasitə işlərin icrası ilə bağlıdır və gündəlik işlərin gedişinə mütənasib 
qurulmalıdır. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin