Murad süfrədən çörək, qızardılmıĢ quzu budu götürüb çıxmıĢdı.
Yerdə oturub plovu Ģapalaqlayıb ötürən qaçaq Xalıq Muradın qabağında dil uzadıb demiĢdi
ki, bir tikə çörək nədi ki, ondan ötəri sən bir mücrü cəvahirdən keçdin. Sən istəmirsən, onda mən
gedib gətirərəm, sən payını götürmə.
– Sən bu iĢi tutsan, onda gərək düĢmən olaq.
– Olaq da.
– Bir mücrü daĢ-qaĢa görə?
– Azdı? Ġndiyə kimi yol kəsirik, özümüzü oda atırıq, ələ keçirdiyimizin hamısını da aparıb
paylayırsan kasıb-kusuba. Bizimki də olub aldım qoz, satdım qoz, mənə qaldı Ģax-Ģaxı. Daha
bəsdi. Özümüzə də bir gün ağlamaq vaxtı çatıb.
Murad yoldaĢlarına baxmıĢdı.
– Kim Xalıq kimi fikirləĢirsə, ayrılıb getsin.
GörmüĢdü ki, elə hamısı onun kimi fikirləĢirmiĢ.
Atını minib demiĢdi.
– Salamat qalın. Mən getdim.
Ona çox yalvarmıĢdılar, qalıb onlara yenə də baĢçılıq eləsin, qalmamıĢdı. Atını sürüb
getmiĢdi. Ərdəbilə tərəf üz tutmuĢdu. Çünki bu illər ərzində yollarda onun rast gəldiyi adamların
çoxu müridlər idi, həqiqət axtarmaq ümidilə getdiklərini deyirdilər. O da baxtını sınamağı qərar
vermiĢdi.
Əlincə qalasının qaranlıq, nəm zindanlarında bir məhbus vardı. DaĢ qəfəsə yerləĢməyən bu
cavan səbrsizlikdən daĢ divarları uçurub dağıtmağa can atırdı. Amma biləklərinə bilərzik kimi
bərkidilmiĢ zəncirlər divara mıxlanmıĢdı. Ayağındakı paslı kündələr onun hərəkətlərini
ağırlaĢdırırdı. Onunla üz-üzə divara zəncirlənən qocanın bədəni tük gətirmiĢdi, ağ, nurani
saqqalını his basmıĢdı. QaĢları uzanıb çuxurdakı gözlərini örtmüĢ, kipriklərinə qarıĢmıĢdı.
69 www.sarigelin.net
Zəncirlərə də, kündələrə də sakit, mə‟lul-mə‟lul baxırdı. Onlara əyinə geyilən paltar kimi
öyrəĢmiĢdi.
– Dözümlü ol, ey cavan.
– Səbr elə, səbr elə. Mən buradan çıxacam, çıxandan sonra düĢmənlərimin hamısını belə
zəncirə vurub illərlə iĢıq üzünə həsrət qoyacağam.
Qocanın səsində də bu zindana ahəngli bir qəribəlik vardı. Elə bil o elə burada əlləri
zəncirdə, ayaqları kündədə doğulmuĢdu, buraya öyrəĢmiĢdi.
– Cavanlıqda mən də sənin kimi deyirdim. Ġndi məni buraxsalar da getmərəm.
– Neçə ildi buradasan, qoca?
– Sayını itirmiĢəm. – Qolunu qaldırıb divardakı hansı yazınınsa üstünü təmizləyib oxumaq
istədi. Qolu qalxmadı. Qolu əzələ qaldırar. Onda isə əzələ qalmamıĢdı. Cır-cındır arasından bir
dəri, bir sümük, çöp kimi nazik qolu görünürdü. Onun zənciri qaldırmağa gücü qalmamıĢdı.
– Ġndi hansı padĢahın vaxtıdı?
– Ağqoyunluların.
– Onlar kimnən sonra gəlib?
– Qaraqoyunlulardan.
– Əmir Teymurun oğlu MiranĢah necə oldu?
– Əmir Teymura, MiranĢaha bax ha! Onlar çoxdan o dünyadadır. Səni bura kim salıb?
– Çoxdan burdayam, lap çoxdan. Məni buraya MiranĢah saldırıb, ömürlük.
– Bəs səni niyə buraxmırlar? – Cavan oğlan təəccüblə soruĢdu.
– Mən hürufiyəm. Fəzlüllah Nəiminin cavan müridlərindən idim. O vaxt mənim on səkkiz,
on doqquz yaĢım vardı: Dedilər kamilliyin, hürufiliyin yeri zindandı.
– Hürufi. Qaraqoyunlular ki, onları tə‟qib eləmirdi.
– Nə bilim. Bu altmıĢ ildə neçə zindanban dəyiĢib?
– Mən səni azad edərəm.
Onlar divarda üz-üzə zəncirlənmiĢdilər. Özləri də samanın üstündə oturmuĢdular. Qocanın
əynindəki cır-cındırı saymasaq lüt-üryan idi. Cavanın əynində isə bahalı parçadan təzə libas
vardı. Bir neçə yerindən cırılmıĢdı. Tutulanda, əlbəyaxa olmuĢdu. O, Uzun Həsənin qardaĢı oğlu
Rüstəm Mirzə idi. Əmisi oğlu Sultan Yaqubun oğlu Bəysunqurun taxtını təcavüzdən qorumaq
üçün Süleyman Bican oğlu ilə Əbih Sultan onu Əlincədə zəncirləməyi ən təhlükəsiz yol
bilmiĢdilər.
– Məni azad eləyərsən? Özün məndən də qara gündəsən, ay cavan. Məni azad eləyəcək bir
məxluq var. Günlərin bir günü, elə bu yaxınlarda gələcək və azad eləyəcək – deyən qocanın
dodağında xəfif bir təbəssüm gəzdi.
– Xəbər göndərib?
– Bəli.
– Doğrudan?
Rüstəm Mirzənin qocaya paxıllığı tutdu. Onu yox, gərək Rüstəm Mirzəni azad eləyələr.
– Buradan çıxmaq istəyirsən?
– Yox, istəmirəm.
– Əgər istəmirsənsə, onda qoy məni xilas eləsin. Sən qoca kiĢisən, heç bir iĢ görə
bilməyəcəksən. Amma mən çıxan kimi taxt-tacı ələ keçirəcəm, səni çıxardıb sarayda pambıq
içində saxlayaram. Nədi, razısan?
– Yox, cavan Ģahzadə. Mənim xilaskarım sənə kömək eləyə bilməz.
– Nə üçün eləmir? Onu dünya malından qəni eləyərəm. Özü ağırlığında qızıl verərəm.
Mahal bağıĢlayaram.
Rüstəm Mirzə odlu-odlu danıĢır, qollarını atıb-tutmaq istəyir, amma zəncirlər o hərəkətləri
yarımçıq saxlayırdı. Bundan da az qalırdı ürəyi partlasın. Bağlı olmasa qocanın saqqalını əlinə
keçirib baĢını divara vurar, onu bu iĢə razı salardı. Amma indi ən kəskin silahı onun dili idi.
– O, hədiyyə götürmür. Ona qızıl-cəvahir lazım deyil.
70 www.sarigelin.net
– Bu dünyada elə adam olar ki, qızıla-cəvahirə e‟tinasız baxsın? Əmir Teymur bütün
ölkələrin xəzinəsini əlinə toplamıĢdı, yenə doymurdu. Gedirdi Çinin də var-dövlətini alsın.
– Öləndə neylədi o var-dövləti? Özüylə apardı?
– Yox. Aparıb neyləyəcəydi. Övladlarına qaldı.
– Görürəm, sən də hökmran olmaq istəyirsən. Amma nə üçün? Nəyə lazımdır o taxt-tac ki,
hamı ona nifrət eləyir. Qan tökməyə, adamları öldürməyə, Ģəhərləri talamağa gedirsən?
– Onu gələcək göstərər. Sən mənə qurtuluĢ yolu göstər. Qoy sənin xilaskarın məni aparsın.
– Rüstəm Mirzənin sözlərində hökm olsa da, danıĢığının ahəngində yalvarıĢ vardı.
– Mən ona hökm edə bilmərəm.
– Kimdi axı səni xilas edəcək məxluq.
– Əzrayıl.
Rüstəm Mirzənin qolları boĢaldı. BaĢını aĢağı saldı. Yanağına milçəkmi, arımı, hansı
böcəksəmi qonmuĢdu, onu dalayırdı. Amma bayaqdan onu qovmağı da ağlına gətirmirdi. Ġndi
onu qovmaq üçün sifətini qoluna sürtdü. Xeyli fikrə getdi. Amma darıxdı. DanıĢmayanda taleyi,
dərdi tez yadına düĢürdü.
– Düzdü, Əzrayıl səni xilas eləyə bilər, məni yox. Mən hələ buradan çıxacam. Əzrayıla o
qədər iĢ tapacağam ki. Birinci onun cənginə sarayın ən sadiq köpəyi Əbih Sultanı verəcəm. Məni
o gətirib bu zindana salıb. Yoxsa mənim bir tükümə toxunmağa da heç kimin ixtiyarı və gücü
çatmazdı. Çıxan kimi yox, heç Əzrayıla da ümid olmayacağam. Əzrayıl xəbər tutana qədər onu
öz qılıncımla özüm doğrayacam.
– Sənin əqidən odur ki, çıxan kimi kimisə öldürəsən, elə deyilmi, cavan Ģahzadə?
– Bəli! Bəs sənin əqidən nə olub? Bu qədər ki, onun yolunda əziyyətlər çəkmisən, yəqin ki,
taleyinə lə‟nət oxuyursan.
– Yox, cavan oğlan. Biz bütün insanları kamilliyə çatdırmaq istəyirdik– MürĢidimizin buna
görə diri-diri dərisini soydular. O, uf demədi. Öz əqidəsinə qurban getmək kamillikdir. Mən də
həmçinin. Amma sən heç nəyə qurban getmədən hökmdar taxtına çıxmaq, çıxan kimi də
kimlərisə qurban vermək üçün indidən fikirləĢib tədbir tökürsən.
Qoca baĢını divara söykəyib gözlərini yumdu. Titrək, quru dodaqları vird eləməyə baĢladı.
Rüstəm Mirzə onun dediklərinə qulaq asırdı.
– Axır ki, mənə ən ağır cəzanı verdilər. Bu altmıĢ ildə gördüklərim toy-bayram imiĢ. Nə
böyük əzablar verirsən mənə, ulu tanrı. Əcəl, gəl çıx, Əzrayıl, gözümü yollarına dikmiĢəm.
Rüstəm Mirzə elə bildi ki, qoca onun halına acıyır. Ona görə özünə ölüm arzulayır ki, kənc
Ģahzadənin əzablarını görməsin.
– Qoca, – deyə dilləndi. – Özünə ölüm arzulama, həyat Ģirindi. Bir dəfə gün iĢığına çıxsan,
dünyanı görsən, axar sulara, dərin göylərə baxsan, ölüm fikrini özündən uzağa qovarsan.
Ġnandırıram səni, tezliklə mənim zəncirlərim qırılacaq, onların yerinə hökmdar bazubəndi
taxılacaq. Bax o vaxt səni azad eləyib saraya apararam. Mənə vəzirlik eləyərsən. Görürəm ki,
savadlı, müdrik adamsan. Özün da adam görməmisən, fitnələrdən, fəsadlardan uzaqsan. Düz yol
göstərərsən.
Qoca gözlərini açıb qarĢısındakı qartalbaxıĢlı, daralınlı, yoğunbiləkli gənc Ģahzadəyə
baxmaq istəmirdi. Onun əqidəsinə görə insan kamilləĢdikcə qan-qadadan, dava-qırğından uzaq
olmalıdır. Bu qan-qan deyən Ģahzadəni onunla üz-üzə qoymaq onun üçün ən böyük cəza idi.
– Sən məni xilas edə bilməzsən.
– Hökmdar istədiyini eləyə bilər.
– Yox, hökmdarlar belə zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün gəlir. Sən də
elə buna çalıĢırsan. Onsuz da mən azadam. Cismani olaraq zindandayam, ruhən isə buludlar
kimiyəm. Biz “ənəlhəq” demiĢik.
Rüstəm Mirzə istehza ilə güldü.
– Ənəlhəq! Haq, məndədi, əstəğfürullah, Allah mənəm. Bu xam xəyaldı. O Ģöhrətə, yə‟ni
Allah olmaq niyyətinə hələ heç kim çatmayıb və heç vaxt da çatmayacaq. Çingiz Xaqan da belə
bir xəyala düĢmüĢdü. Nə oldu sonu? Fi‟ron da özünü Allah sayırdı. Siçan kimi suda boğulub
71 www.sarigelin.net
öldü. Əstəğfürullah, onların allahlığa qalxmaq iqtidarı daha çox idi. Çünki yer üzünün allahı
idilər. Amma gücsüz, yaĢının hamısını zindanda keçirmiĢ qocanın allahlıq iddiası gülünc
deyilmi? Bax, bizi üz-üzə zəncirləyiblər. Birimiz allahlıq, o birimiz hökmdarlıq arzusundayıq.
Görək kimin arzusu, niyyəti həqiqətdir? Sənin, ya mənim!
Onun qocanı ələ salmaq, gülünc vəziyyətdə qoymaq niyyəti öz tə‟sirini göstərdi.
– Adi Ģeyləri qarıĢdırırsan. Allahlıq, kamillik insanın daxilindədir. Əgər o özünü hazırlayıb
ruhən bu yüksəklikdə dayana bilirsə, yer üzündəki xeyir əməllər onun iradəsindən asılıdırsa, o
haqdır!
Rüstəm Mirzə deyəsən onu yavaĢ-yavaĢ baĢa düĢməyə çalıĢırdı. Amma qəbul edə bilmirdi.
– Tutaq ki, kamilsən, haqqa çatmısan. Biləklərin zəncirdə olarkən, onda sənin xeyirxah
əməllərin kimə lazımdır? Səsin ki, heç yerə çatmır. Bu isə allahlıqdan çox uzaqdır. Sən acizsən.
Bizim dövrümüzdə aciz insan nə qədər kamil olsa da güclülərin ayağı altında qalıb məhv olacaq.
– Söhbət tək məndən getmir. Dünyadakı insanların hamısını kamil görmək istəyirik.
Hökmdardan tutmuĢ qula qədər.
Rüstəm Mirzə ürəkdən qaqqa çəkib güldü.
– Bax, bu əsl allahlıq iddiasıdır. Onların hamısını kamil eləmək ya Allahın ağlına
gəlməyib, ya da ağlına gəlsə də bacarmayıb. Yox, mən hürufi olmaq istəməzdim. Bir Ģey
mə‟lumdur ki, hamı Allah ola bilməz. Hamı qul, yaxud hökmdar olmağa qadir deyildir. Yox,
sizin əqidəniz bu dünya üçün deyil. O dünyada, orada da kamillərlə nadanları ayırıblar. Kamillər
cənnətdə, cahillər cəhənnəmdə.
– Yox, kamillər cəhənnəmdə, cahillər cənnətdə.
Hava qaralmıĢdı. Qapının kilidi Ģaqqıldadı. Zindanban içəri girib hərəsinin yanına bir saxsı
parçda su, onun da üstündə bir əl boyda arpa çörəyi qoydu. Heç bir söz demədən çıxdı və qapını
bağladı. Qapı açılıb-örtüləndən sonra elə bil içəri qatı zülmət çökdü.
Sultan Yaqub öləndən sonra onun yerinə keçə biləcək övladı ġirvanĢah Fərrux Yasarın
bacısından olan oğlu Bəysunqur idi. Süleyman Bicanoğlunun qızından hələ dünyaya övlad
gəlməmiĢdi. Lap bələkdə qızı da olsa onu Sultan taxtına çıxarardı. Çünki sarayın ən hörmətli, ən
qüdrətli adamı Süleyman Bicanoğlu olmuĢdu. O, ġeyx Heydəri öldürəndən sonra ġirvanĢahın da
yaxın, e‟tibarlı adamı olmuĢdu. Sarayın ikinci məĢhur Ģəxsiyyəti Əbih Sultan sayılırdı. O, Uzun
Həsənin vaxtından hökmdarlarla qohum olmaq niyyətində olsa da baĢ tutmamıĢdı. Amma
Diyarbəkrdəki qohum-əqrabalarının çoxluğu, onun qoĢun toplamaq, sərkərdəlik bacarığı yüksək
qiymətləndirilirdi. Rüstəm Mirzənin də qəsdinin üstünü o açmıĢ, tərəfdarlarını qılıncdan keçirib
özünü Əlincə qalasına saldırmıĢdı. Bundan sonra yerini daha isti, daha möhkəm hesab eləyirdi.
Bəysunqura atasının Bağdaddan gətirib oğluna xoca təyin etdiyi alim Müzəffərəddin yenə
də dərs keçir, din tarixini, siyasət əsaslarını, riyaziyyatı, poeziyanı, coğrafiyanı və baĢqa elmləri
tədris eləyirdi. Atasının ölümünə qədər müəlliminin yanına Ģagirdi gedirdisə, Sultan taxtına
oturandan sonra müəllim onun yanına gəlir, baĢ əyir, əlini öpürdü. Bəysunqur müəlliminin onun
qarĢısında torpağı öpməyinə icazə vermirdi. Bu gün xoĢ bir hava idi və “Səkkiz behiĢt” sarayının
Yaqut otağında Bəysunqur müəllimi ilə məsləhətləĢirdi.
– Ayrı ölkələrdən Sultan sarayına gələn elçiləri nə ilə heyrətə salmaq olar, xoca
Müzəffərəddin?
– Taxtın, tacın qiyməti, onların üstündəki daĢ-qaĢ. Sonra hökmdar sarayının taxtını qoruyan
daĢ-qaĢla bəzənmiĢ silah qurĢayan qırx nəfər həbəĢ qul. Saray ə‟yanlarının geyimləri, sarayın
bəzək-düzəyi... Böyük vəzir Nizamül-mülk dövlətin qüdrətinin təcəssümünü bunda gerürdü.
Bundan əlavə zəmanənin böyük Ģairi bu sarayda olarsa, onun hörməti daha da arta bilər,
sultanım.
– Xoca Müzəffərəddin, hərəmxana da hökmdarın qüdrətini, zövqünü tə‟yin edər.
Ölkəmizdə millətlər də çoxdur. Onların qızları barəsində o ağıllı kitablarda nə yazılıb?
Sifətinə hələ tük gəlməmiĢ, taxta oturandan hələ heç bir iĢ görməyən bu on yaĢlı uĢaq
dəbdəbə və hərəmxana rahatlığı barəsində düĢünürdü. Xoca Müzəffərəddin onun bu fikrini uĢaq
72 www.sarigelin.net
marağı, erkən Ģöhrətpərəstlik, ya da böyük gələcəyi olan qüdrətli bir fatehin onun qəlbindəki ilk
qığılcımları hesab etdi. Amma bu təzahürün hansına aid olduğunu dərk edə bilmədi. O,
Ģagirdinin sualına mükəmməl cavab verməli idi.
– Böyük hökmdar, hind qızlarının beli incə, Ģəvə saçları uzun, əqlləri isə bir o qədər gödək
olur. Məkkə qızlarının Ģəkər dili, zə‟rif dəriləri, naz-qəmzələri və ağılları çox məĢhurdur. Onlar
qısqanclığın, bədxahlığın nə olduğunu bilməzlər.
– Türk qızları necə?
– Türk qızları gözəllik, zəriflik mücəssəməsidir. Onların gözlərindəki məlahət heç bir
gözəldə tapılmaz. Onlar uĢaq doğmaqda də fərasət əhlidilər. UĢaqları da özləri kimi gözəl olur.
– Yalnız tə‟rif?!
– Bəli. Onların bir qüsuru var ki, bu qüsur hökmdar hərəmxanasında qəbahət sayılmaz.
– Nədir o qüsur?
– Bədxərclik.
– Bu qüsur deyil.
– Rum qızları sizə mə‟lumdurmu, sultanım?
Bəysunqurun gözləri qabağında bir neçə dəfə gördüyü bibisi AləmĢahbəyim dayandı.
– Bəli. DanıĢ.
– Onların saçları qızılı rəngə çalır. Həm də ipək kimi yumĢaq olur. Onların dəniz kimi göy
gözləri olur, ərinin bir sözündən çıxmır. Bədxərc deyillər və sədaqətdə əvəzsizdilər.
Bəysunqur son sözləri eĢitmədi. Onun gözləri qarĢısında qızıl saçlı, mavi gözlü bibisi
AləmĢahbəyim dayanmıĢdı. Üç-dörd yaĢında görmüĢdü. Sonradan anası, Fərrux Yasarın bacısı
onun ərini nə qədər pisləsə də, ilk təəssürat onun qəlbindən silinib getməmiĢdi. Ġndi o üç oğlu ilə
bərabər zindandadır.
O, müəlliminin getməyinə icazə verdi. Süleyman Bicanoğlunu çağırtdırdı.
Beli azacıq donqarlaĢan, ağ saçları çalmasının altından çıxan qaraĢın, tökmə Süleyman
Bicanoğlu gəldi. Çalmanı lap qaĢlarının üstünə qədər endirmiĢdi. Alnındakı çapığı gizlətmək
istəyirdi. Amma çapığın ucu onun qaĢını da yarıb keçirdi. Sol qaĢı ağ bir zolaqla iki yerə
ayrılmıĢdı.
Süleyman Bicanoğlu əlini enli sinəsinə qoyub baĢ əydi. Düzəlib düz Bəysunqurun sifətinə
baxdı. Bəysunqur onun atasına belə düz və dik baxdığını görməmiĢdi.
– Otur.
Süleyman Bicanoğlu taxtın yanındakı kürsüdə oturdu. Onun sir-sifətindən hiss olunurdu ki,
o özünü bu sarayda Bəysunqurdan daha hüquqlu adam sayır. Onda laqeydlik vardı. Bilirdi ki,
çağırıldığı hər hansı məsələdə Bəysunqurun yox, onun fikri yeriyəcək.
– Əmir Süleyman, bibim AləmĢahbəyim uĢaqları ilə bərabər zindandan çıxarılıb saraya
gətirilməlidir.
– Hökmdarım tez-tələsik fərman vermirmi? – deyə o taxtında oturan, qiymətli kəmər və
xəncəri, parıltılı libasında zərgər əlindən çıxan bəzək əĢyasına oxĢayan Bəysunqura gülümsədi. –
Səltənətin əmin-amanlığı qohumluq hissindən yuxarıda dayanmırmı?
– Bacısını, bibisini zindanda saxlayan hökmdarın ölkəsində nə hörməti ola bilər? Özünü
xoĢbəxt eləyə bilməyən sülalə baĢqalarına nə gün ağlaya bilər?
Süleyman Bicanoğlu onun hücumunun qabağını almaq üçün öz sübutunu gətirdi:
– Rüstəm Mirzə də bu sülalənin oğludur. Onda onu da Əlincədən gətirmək pis olmazdı.
– Yox, Rüstəm Mirzə mənim düĢmənimdi. Bir də ki, o kiĢidi. Bibimə sözünüz nədi?
– ġeyx Heydərin uĢaqları ondan da qorxuludu.
– O körpələrin nəyindən qorxursunuz?
– Mən allahımdan, hökmdarımdan baĢqa dünyada heç kimdən və heç nədən qorxmuram.
Yox, qorxduğum bir Ģey var, indi yadıma düĢdü. Çəkdiyin zəhmətin hədər getməsi. O uĢaqların
ataları Fərrux Yasarın qanına susamıĢdı. Mən olmasaydım indi ġirvan Ģahlığı da yox idi. Ġndi o
zəhməti batıraq? Sultani əzəm, onları çıxarsanız,hökm verin məni onların yerinə zindana
salsınlar.
73 www.sarigelin.net
Bəysunqur səltənətin dirəyi olan Süleyman Bicanoğlunun bu sözləri müqabilində təslim
oldu. Dinib-danıĢmadı. Qoca sərkərdə də susdu.
PiĢxidmət içəri girib Əbih Sultanın ona gətirdiyi atı göstərmək istədiyini dedi.
– YaxĢı, gəlirik.
Əbih Sultan eĢidəndə Süleyman Bicanoğlu hirslə piĢxidmətə baxdı. Bəysunqur bu baxıĢın
arxasında nə gizləndiyini dərk eləyə bilmədi.
– Əmir Süleyman, ürəyi sözlü adama oxĢayırsan?
– Heç, Sultanım.
Bəysunqur əl çəkmədi.
– Ürəyini hökmdardan gizlədən sərkərdə ordunu bada verər. – Öz dediyi sözdən də özünün
xoĢu gəldi.
– Nə haqqı var sərkərdə ürəyini gizlətsin.
– Onda düzünü de.
Əmir Süleyman məqamın yetiĢdiyini görüb fikrə getdi. Özünü ikili-üçlü saldı. Belədə indi
deyəcəyi sözün yükü ağır olacaqdı.
“Əbih Sultan xeyli baĢ apardı. Hər yerdə özünü gözə soxdu. Ondan xəta əskik deyil.
Bəysunqurun qılığına girsə sabah mənim də kəndirimi vuracaq. Onsuz da mən hökmdarın ögey
anasının atasıyam. Onun anasının mənim qızımdan zəhləsi gedir. Oğlunu da mənim üstümə
qaldıra bilər. Bu da ki, körpə uĢaqdı, taxt da əlinə tez düĢüb, nə hökm versə yerinə yetirirlər. O da
Ģirnikir. Ağlına salsalar, mənim baĢımı elə indi vurdurar”.
– Nə oldu, əmir Süleyman?
– Heç. CanfəĢanlıq eləyən bə‟zi adamlar var. Bə‟zi sərkərdələr hökmdara ölkələr alıb-verir,
əvəzində heç nə istəmir, bə‟zisi də bir çöpüklü qulan verib əvəzində həmin ölkənin açarını
istəyir.
O, fikrini açıq-aĢkar demiĢdi, Bəysunqur taxta keçəndən sonra Süleyman Bicanoğlu Ġraqda
onu tanımaq istəməyən Atabəyi məğlub etmiĢ, baĢını gətirib Bəysunqurun ayaqları altına atmıĢdı.
Əvəzində də heç nə istəməmiĢdi.
– Əbih Sultan barəsindədi sözün?
– Dedim də sultanım. – O hirslənəndə alnındakı çapıq qanla dolub qızarırdı.
– O da Rüstəm Mirzənin sui-qəsdinin üstünü açıb.
– Necə, böyük hökmdar? O sui-qəsdi açan da özgəsidir. Onun xidməti o oldu ki, Rüstəm
Mirzəni tutdu və adamlarının çoxunu qılıncdan keçirtdi. Hələ bəlkə də heç sui-qəsd yox imiĢ. Siz
cavansınız, hökmdar. Bu əmirlər ki var, özlərini sədaqətli göstərmək üçün hər hiyləyə əl atırlar.
Bilmək olmaz. Mən atanız mərhum Sultan Yaqubun qayınatası idim və onun səltənətinin
möhkəmlənməsi yolunda özüm qocalsam da, qılıncım korĢalmadı. Mənim üç il-beĢ il ömrüm
qalıb, əgər alnıma öz əcəlimlə ölmək səadəti yazılıbsa, o da olmasa lap tez köçəcəyəm. Mənim
dünyada heç nədə gözüm yoxdu. Sədaqətimi bundan sonra sübut eləməyə ehtiyac duymuram.
Amma Əbih Sultanla bir az ehtiyatlı dolanmağı məsləhət görürəm. Ondan heç gözüm su içmir.
– Nə eləyə bilər ki? – Bəysunqur uĢaq qorxaqlığı ilə soruĢdu.
– Ehtiyatlı olsaq, heç nə. Olmasaq, çox Ģey. Əsli-nəcabəti olmaya-olmaya sarayda
yüksəldilənlərin əlinə imkan düĢən kimi səltənət yaratmaq həvəsinə düĢməyi tariximizdə nadir
hadisə deyil. Onda belə bir hərisliyi mən sezirəm. Bir də ki, o nə üçün özü gəlib sənin torpağını
öpmür, piĢxidmətlə sifariĢ göndərir. Bu hökmdara hörmətsizlikdən baĢqa nə ola bilər?!
Bəysunqurun ağlına batdı bu sözlər.
– Mənə babam Uzun Həsən kimi at seçmək istəyir. Möhlət alıb getmiĢdi, indi o atlara
baxmalıyam mən.
– Hökmdara atmı qəhətdi?
– YaxĢı, Əbih Sultanın sədaqətinə Ģübhəmi var?
– Var! Onun cilovunu buraxanda çox iĢ görər. Əbih Sultanı hörükləmək, hörüyünü də qısa
eləmək vacibdir.
74 www.sarigelin.net
Bu söhbətdən sonra Bəysunqur qoca sərkərdənin müĢayiəti ilə saraydan çıxıb yaxınlıqdakı
cıdır meydanına getdilər. Uzun Həsəndən sonra hökmdara at seçmək əsl mərasimə çevrilmiĢdi.
Hökmdarı görən kimi ağacların altında, xalça üstündə oturan müsiqiçilər ayağa qalxdılar,
baĢ əydilər və çalmağa baĢladılar.
Əbih Sultan qabağa yeriyib baĢ əydi.
– Sultani əzəm, ölkənin hər yerindən atlar gətiriblər. Baxa bilərsən.
Bəysunqur babası kimi ata minib özü sınamaq niyyətində deyildi. Cıdır meydanının
yanındakı köĢkdə oturacaq, atları minib onun gözü qabağında səyirdəcək, sınayacaq, hansını
bəyənsə öz ilxısına götürəcəkdi. Bəysunqur keçib öz yerini tutandan sonra atların nümayiĢi
baĢladı.
– Bu təmiz qanlı Qarabağ cinsidi, – gözəl yəhər-yüyən vurulmuĢ atı təqdim eləyən üzünü
hökmdara tərəf tutub bərkdən danıĢırdı. – Gözəldi, yaxĢı qaçıĢı var. Cövkən oynunda əvəzi
tapılmaz. Amma uzaq səfərlərdə-xüsusən susuz və quraqlıq yerlərdə dözümsüzdür. Onun yemi
və suyu bol olmalıdır.
Əbih Sultan nə dedisə yüngül geyinmiĢ bir cavan atın belinə qalxdı və bir anda at yerindən
götürüldü. Cıdır meydanı çox böyük deyildi. Burada cövkən oyunu üçün meydança da vardı,
cıdır yolu da həmin meydanın ətrafına hərlənib qayıdırdı. Qarabağ atı gəlib dayandı. O yüngül
töyĢüsə də, amma tərləmiĢdi. Ayaqlarını götürüb qoyur, oynağa gedir, özünü irəli atmaq istəyirdi.
Bəysunqur əlindəki zərxara dəsmalı tərpətməklə bildirdi ki, Qarabağ atını bəyənib.
Ġkinci bir atı köĢkün qabağına çəkdilər.
– Ərəb atıdır. Tə‟rifə ehtiyacı yoxdur. Peyğəmbər əleyhsalam özü bu atlardan minib. Dəvə
kimi susuzluğa və aclığa dözümlüdü.
Bəysunqurun əlindəki dəsmal yenə tərpəndi.
KöĢkün qarĢısına balacaboy, qara bir at gətirdilər.
– Sultani əzəm, bu üçyaĢar ürgəni sənə Əbih Sultan bağıĢlayıb.
– Əbih Sultan, – deyə Süleyman Bicanoğlu onu Bəysunqurun yanına çağırdı. O gəldi və
təzədən baĢ əydi. BaĢını qaldıranda Bəysunqurun qəzəbli gözlərini gördü.
– Mənə bu qatırı at adıyla bağıĢlayırsan?
– Bəli, Sultani əzəm. Bu, cıdır meydanına yığılan atların ən qiymətlisidir. Onu çox
müsibətlə tapmıĢam.
– Çox gözəl iĢ görmüsən, onu da hökmdarın baĢına qax!
– Bir Allah Ģahiddi ki...
Dostları ilə paylaş: |