Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
soxa yığıĢdıran müridləri biçməyə baĢladılar. Bayaqkı QızılbaĢ uğuru tərsinə çevrilmiĢdi. 
Dədə bəy bir neçə adamla onların bir cinahının qabağını saxlamıĢdı. Qara Piri bəy Ģir kimi 
vuruĢur, hər dəfə qılıncını çalanda yerə baĢ, qol, ayaq düĢürdü. 

118  www.sarigelin.net 
 
Əbih  Sultan  onların  heç  birini  görmürdü.  Onun  qırmızı  gözləri  Sultanəlini  axtarırdı. 
Sultanəli  isə  hələ  hər  Ģeydən  xəbərsiz  idi.  Gölün  o  birisi  baĢında,  qayanın  üstündə  dayanıb 
gözlərini  suya  zilləmiĢdi,  arxayın-arxayın  üzən  qızıl  balıqlara  baxırdı.  Əbih  Sultanın  ona  tərəf 
çapdığını görən Murad atını onun qabağına sürdü. Əbih Sultan təəccüblə ondan soruĢdu: 
– Sahib xəbər,sən də burdasan? 
– Bəli, vicdan sahibi, bütün dünyanın əclaf iĢlərinin mayası, mən buradayam. Al gəldi.  – 
Əbih  Sultan  qalxanını  onun  qılıncının  qabağına  verdi,  qılınc  qalxana  dəyib  sürüĢdü  və  yana 
getdi.  Murad  özünü  itirmədi.  Onun  yanındakılarla  vuruĢmağa  baĢladı,  birinin  çiyin  qarıĢıq  sol 
qolunu  qopartdı,  qılıncı  o  birisinin  qarnına  soxub  yəhərdən  saldı,  ücüncüsünün  atının  boynuna 
endirdi, qılıncı və həmin adam atla bərabər yerə gəldi. 
Əbih Sultanı Muraddan da çox Sultanəli maraqlandırırdı. Ona görə özünü Sultanəliyə tərəf 
atdı. Murad qıĢqırdı. 
– Hökmdar, özünü gözlə. 
Səs  deyəsən  Sultanəliyə  çatdı.  Amma  Murad  vuruĢa-vuruĢa  gözünün  ucu  ilə  gördü  ki, 
Sultanəli  qıvrılır.  Hirsindən  qabağındakıları  ağına-bozuna  baxmadan  doğrayıb  tökdü,  dönəndə 
gördü ki, artıq Sultanəli yoxdur və gölün üzündə halqalar yayılır. 
O,  iĢi  belə  görəndən  sonra  atın  baĢını  buraxdı.  Bu  bakirə,  təmiz,  duru  gölün  üzündəki 
halqavari  dalğalar  durulanda  su  altında  yatmıĢ  Ģahzadə  göründü.  O,  arxası  üstə  uzanmıĢdı, 
baĢından  dəbilqəsi  düĢmüĢdü.  Qızılı  saçları  su  yosunları  kimi  axarda  da  dalğalanırdı.  Ağ 
libasının sinəsində, kürəyinə sancılan oxun ucunda isə elə bil məxməri Təbriz qızılgülü açmıĢdı. 
Qızıl xallı balıqlar onun qızıl kəmərinin, qızıl düymələrinin üstündən arxayın-arxayın o tərəf, bu 
tərəfə üzürdülər. 
 
SARA XATUNUN YADĠGARI 
 
QızılbaĢların  üzünə  gülümsəyən  günəĢ  təzədən  qara  buludlara  girdi.  Bundan  sonra  o 
buludlar  seyrələcəkdimi?  GünəĢ  görünəcəkdimi?  Ġndi  bu  barədə  düĢünməyin  də  yeri  deyildi. 
Sultanəlinin  uĢaq  tərsliyi  baĢladıqları  iĢi  və  onların  öz  taleyini  də  ölüm  təhlükəsi  altında 
qoymuĢdu.  O  bilirdi  ki,  nə  Sultanəli,  nə  də  Dədə  bəyin  ağlı  o  yeddi  yüz  nəfəri  xilas  edə 
bilməyəcək. Lələ onlardan ayılmağına xəcalət çəksə də, onun çox mühüm bir məqsədi də vardı. 
Həmin məqsəd olmasa hamıdan qabaq döyüĢə girər və birinci cərgədə həlak olardı. Amma onun 
bu  tezlikdə  həlak  olmağa,  bilə-bilə  ölümə  getməyə  haqqı  yox  idi.  Həmin  böyük  məqsəd  üçün 
yaĢamalıydı. Onun ömrü ġeyx Heydərə verdiyi sözə həsr edilmiĢdi. Buna görə də o hər Ģeydən 
keçmiĢdi. Nə ev tikmiĢdi, nə ailə qurmuĢdu. Özünü bütün qayğılardan xilas etməklə əsas bir fikrə 
qulluq eləmiĢdi. Bundan sonra da həmin məqsədə doğru gedəcəkdi. “Təkcə Ġsmayılı xilas eləsəm 
bəsimizdir. Bundan sonra ümidimiz onadır. Vəliəhd Ġsmayıldır, uĢaq olsa da belə ağılda, simada 
təkdir. Onu tez tapıb buradan çıxarmaq lazımdır. 
Ərdəbilin  müdafiəsini  təĢkil  etmək  də  artıq  heç  nəyə  kömək  eləməyəcəkdi.  Bircə  yol 
qalırdı.  Ġsmayılı  anasından  da  oğurlayıb  saxlamaq.  Anası  Uzun  Həsənin  qızıdır,  o  gizlənməyi 
özünə  ar  biləcək.  MəĢhər  ayağına  çəksələr,  dözüb  dayanacaq,  ismətini,  abırını  oğluna 
dəyiĢməyəcək.  Biz  isə  Ģeyxin  sınanmıĢ  dostlarıyıq.  Ġsmayılı  ələ  vermərik.  Boynumuzu  qılınca 
verərik, amma onun yerini demərik”. 
Səhərə yaxın Ərdəbilə girdilər. Amma heç kimin gözünə görünmədilər. Çünki Ģəhərdə hay-
küy  düĢə  bilərdi.  Salmanla  bərabər  onlar  qara  rübənd  saldılar  ki,  heç  kim  tanımasın.  O, 
hesablamıĢdı  ki,  ən  tezi  Əbih  Sultan  Ərdəbilə  axĢam,  qaranlıq  düĢəndə  gəlib  yetiĢə  bilər.  Bu 
müddətdə o iĢini görməlidir. AləmĢahbəyimin heç nədən xəbəri yox idi. AxĢama qədər bir neçə 
yerə  dəydi,  bir  neçə  adamla  görüĢdü,  nəhayət,  qaranlıq düĢəndə ġeyx Heydərin evinə yan aldı. 
Müridə yaxınlaĢıb dedi: 
 
–  Mən  Hüseyn  Lələ  bəyəm.  ġahidim  tək  sənsən,  bir  də  göydəki  tanrımdır.  DüĢmən 
Ərdəbilin  qarĢısındadır.  Səs-küy  salma.  Ġsmayılı  mən  aparıram.  Əgər  bu  barədə  bir  adam  bilsə 
Ģərtimizin müqəddəs qanunları ilə yox ediləcəksən. 

119  www.sarigelin.net 
 
Mürid  onun  sınanılmıĢ  adamlarından  idi.  Qabağa  düĢüb dinməz, söyləməz onu Ġsmayılın 
otağına  apardı.  QızılbaĢların  yeddi  yaĢlı  ümidlərini  qara  örtüyə  büküb  götürdülər.  Bir  azdan 
həmin mürid də Lələ bəyə qoĢulub Ərdəbil küçələrinin qaranlığında yoxa çıxdı. 
Sonra  o  biri  müridləri  də  müxtəlif  bəhanələrlə  müxtəlif  yerlərə  göndərib,  atını  Ərdəbil 
qazısı Əhməd Kakulinin həyətinə sürdü. Çax-çaxı vurdu. Nökər qapıya gəldi. 
– Məni içəri burax, qapını da bağla, qazını çağır, iĢ var. 
Bir  azdan  əlindəki  Ģamın  titrək  iĢığını  bir-birinə  sıxılmıĢ  titrək  barmaqları  ilə  küləkdən 
qoruyan, Ģamın sarı iĢığı ağ saqqalını iĢıqlandıran qazı Əhməd qapıya gəldi. 
– Kimdi bu Allah qonağı? 
– Sufi nəsəbdi, ya qazı. Mən indi batin əhliyəm. Ona görə çöhrəmi tək sən görə bilərsən. 
Qazı  nökərə  iĢarə  verdi.  O,  harasa  çəkilib  getdi,  darvazanı  özü  açdı.  At  üstündə  qara 
niqablı, rübəndli, qucağında nəsə olan adamı səsindən tanımıĢdı. 
– GünəĢ də batin olarmı, Lələ bəy. 
– GünəĢ sabah doğacaq. Hər çağın da öz hökmü var. Səni and verirəm inandığımız nura, bu 
sirr batin qalsın. 
– And içirəm. Amma məni bir bu sirdən agah elə görüm. 
Lələ  atdan  düĢdü,  çəkib  həyətdəki  dirəyə  bağladı.  Yuxudan  hələ  də  oyanmamıĢ  Ġsmayılı 
örtüyə bürünmüĢ  vəziyyətdə evə apardı, yerdəki  döĢəyin  üstündə uzadıb üstünü örtəndən sonra 
qazı Əhməd əyilib iĢığı Ġsmayılın sifətinə salan kimi onu tanıdı. 
– ġükür sənin məsləhətinə. Bu ki, nur Heydərin nur parçasıdır. 
 
–  Bəli,  Ərdəbil  yenə  də  Ağqoyunlular  əlinə  keçdi.  Heydərin  böyük  oğlu  Sultanəlini  də 
itirdik. Ġndi ümidimiz tək Ġsmayıladır. 
Qazı Əhmədin əlindəki Ģam söndü. Onun gözlərindən tökülən yaĢlar alovu söndürmüĢdü. 
Hücrədə iĢıq sönən kimi qazı hönkür-hönkür ağladı. Elə bil mərsiyyə oxuyurdular. 
– Toxta, qazı Əhməd. Hələlik yenə də iĢığımız söndü. Biz deyirik ki, bütün varlıq nurdan 
yaranıb.  Odların  arasında  zülmətdən  yarananlar  var  ki,  nuru  belə  zülmətə  çevirirlər.  Bu  körpə 
bizim gələcək nurumuz və günəĢimizdi. Hələlik onun taleyini sənə tapĢırıram, imkan olsa savadı, 
tərbiyəni səndən alacaq. 
Qazı Əhməd yenə də ağladı. Onun ağlamağında qəribəlik vardı. Bu qəribəlik ondan ibarət 
idi  ki,  o  artıq  gücünü  itirmiĢdi.  Bu  zəmanədə  isə  qol  gücü  ağıl  gücündən  üstündür,  onun  isə 
ağlından baĢqa heç nəyə gümanı gəlmir. 
– Lələ bəy, belə dar ayaqda ümid yeri bildiyinə görə məni təriqətimizin də, vicdanımızın 
da, Allahımızın da yanında yüz pillə ucaltmısan. 
Bu sözlərdən sonra Lələ bəy xudahafizləĢib çıxdı.  Onun dayanmağa bir an vaxtı yox idi. 
Təriqətin xəzinəsini yerbəyer eləməli, sağ qalanları bir tərəfə çıxarmalıydı. 
Əbih Sultan Rüstəm Mirzədən belə bir tapĢırıq almıĢdı, daha doğrusu Rüstəm Mirzəni bu 
fikrə  o  salmıĢdı:  ġeyx  Səfi  nəslindən  istər  baĢıpapaqlı,  istər  baĢı  örpəkli  bir  nəfər  sağ 
qalmamalıdır. 
Ağqoyunlu  qoĢunu  Ərdəbilə  girəndə  qıyya  çəkə-çəkə  qabaqlarına  çıxanı  doğrayır,  Əbih 
Sultan lap ərdəbillilərin də kökünü kəsməyə çalıĢırdı. Onun baĢlıca bir məqsədi vardı: Ġsmayılı 
tapıb baĢını kəsmək, qızıl məcməjidə “Səkkiz behiĢt” sarayına aparmaq. Çünki Sultanəli simadan 
anasına  bənzəyirdi  və  Əbih  Sultanın  bəlkə  də  ona  az  çox  ürəyi  yanardı,  bir  zərbə  ilə  iĢini 
bitirərdi.  Amma  Ġsmayıl  atasına  oxĢayırdı;  qara,  çatma  qaĢları,  enli  alnı,  sivri,  onu  qartala 
bənzədən burnu vardı. Elə biləcəkdi, Heydərin özündən intiqam alıb. 
O,  hər  Ģeyi  ölçüb-biçmiĢdi.  Tək  bir  Ģeyə  gücü  çatmayacaqdı.  Əgər  AləmĢahbəyim  və 
oğulları, qohumları ġeyx Səfi türbəsində gizlənsə, ora girməyə ürək eləməyəcəkdi. Çünki, hələ 
ġərqin heybətli sərkərdəsi Əmir Teymurun qoyduğu yasaq yaĢayırdı və heç nəyi nəzərə almayan 
Əbih  Sultan  da  onu  pozub  oraya  ayaq  basmağı  fikrinə  gətirməmiĢdi.  Ġkinci  tərəfdən  də  o,  qatı 
dindar  idi,  pirin  mö‟cüzəsinə  inanırdı  ona  qəsd  eləyə  bilməmiĢdi.  Hüseyn  Lələ  bəy  isə,  bunu 
nəzərə ala bilməmiĢdi. FikirləĢmiĢdi ki, Əbih Sultan üçün dünyada müqəddəs bir hiss və duyğu 
yoxdur. Ġsmayılı orada da tapıb qətlə yetirə bilər. 

120  www.sarigelin.net 
 
Qıyya  çəkənlər  ġeyx  Heydərin  evinə  çatdılar,  Əbih  Sultan  əlində  yalın  qılınc  keĢikçiləri, 
xidmətçiləri,  nökər  və  qaravaĢları  doğraya-doğraya  otaqları  açıb  baxa-baxa  irəliləyirdi.  Burada 
isə heç kimin heç nədən xəbəri yox idi. Nə Ərdəbil qoĢununun məğlubiyyətindən, nə Sultanəlinin 
ölümündən, nə də Ġsmayılın aparılmağından. 
Səkinə  qıyya,  qara-qıĢqırıq  səsi  eĢidib  AləmĢahbəyimi  oyatdı.  O  qalxıb  hələ  geyinmədən 
səslərə  qulaq  verdi  və  heç  nə  baĢa  düĢə  bilmədi.  ġamın  iĢığı  Səmərqənd  kağızı  kimi  ağ 
çiyinlərinə, yumru döĢlərinə və gözəl sinəsinə düĢmüĢdü. Deyəsən qonĢu otaqların qapıları açılıb 
çırpıldı,  addım  səsi  eĢidildi.  Yüyrək  yeriĢli  adam  kimdisə  dayandı,  sonra  zarıltı  eĢitdi.  Onun 
qulağına bir səs gəldi. 
– A-n-a. 
Əbih  Sultan  qonĢu  otağa  girmiĢdi.  O  yataqda  bir  uĢaq  gördü,  qılıncın  ucu  ilə  yorğanı 
qaldırdı. Yox, bu Ġsmayıl deyildi,  qardaĢı Ġbrahim idi. Bu vaxt uĢaq gözlərini açıb baxdı. Əbih 
Sultan  gözlərini  çevirdi  ki,  onun  gözlərinə  sataĢmasın,  çünki  özünün  də  bu  yaĢda  oğlu  vardı. 
Qılıncı vıyıltı ilə endirdi və bir səs eĢitdi: 
– A-n-a! 
Amma  o,  ana  sözünü  axıra  qədər  deyə  bilmədi.  Əbih  Sultan  tez  otaqdan  çıxdı.  QonĢu 
qapını  açdı  və  Ģamın  iĢıqlandırdığı  gözəl  qadın  bədəni  gördü.  Elə  hərisliklə  baxdı  ki,  onun 
qulaqları  artıq  qadınların  fəryad  və  qıĢqırıqlarını  eĢitmədi.  Gördüyü  eĢitdiyindən  qat-qat  gözəl, 
Ģirin idi. Qapını arxasınca örtdü ki, özündən baĢqa bu gözəlliyi görən olmasın. 
AləmĢahbəyim yorğanı üstünə çəkib yaĢındı. Səkinə da qalxıb arada dayandı, bununla da 
onu naməhrəm baxıĢından gizlətməyə çalıĢdı. Özünü saxlaya bilməyib qıĢqırdı: 
– Çıx, quldur. 
Əbih Sultan bir neçə addım da irəli gəldi. 
– FərraĢ, – deyə AləmĢahbəyim qıĢqırdı, amma səsi çıxmadı. 
– Sənin fərraĢın mənə nə eləyəcək?! Onların hamısı doğranıb. Artıq sən mənim əsirimsən. 
Allahın bu gününə Ģükür. Ġyirmi ilə yaxındı sənin dalınca süründüm, axır ki, ulu tanrı məni öz 
arzuma çatdırdı. 
– Sən kimsən axı? 
–  Tanımırsan?  Mən  Əbih  Sultanam.  Qızlıq  vaxtında  da  məndən  zəhlən  gedirdi.  Nə  olar, 
mənim qəbulumdu. Artıq nə Uzun Həsən var, nə ġeyx Heydər, nə Sultanəli, nə Ġbrahim. Tək sən 
qalmısan. Özün də mənim əlimdə. Müsəlman adətinə görə sənin açıq, gül bədənini görmüĢəmsə, 
sən mənimsən. 
Bu  sözlərin  hələ  heç  biri  AləmĢahbəyimin  beyninə yerləĢmirdi. YavaĢ-yavaĢ deyəsən hər 
Ģeyi  dərk  eləyirdi.  Amma  belə  dəhĢətli  anda  saçlarını  yolub  yelə  vermək  əvəzinə,  ismətini 
gözləyir,  yorğanla  hər  yerini  bürüyürdü  ki,  onu  görməsinlər.  Çünki  qan  və  namus  düĢməni 
baĢının üstündə dayanmıĢdı. 
Əbih Sultan qapını aralayıb qıĢqırdı: 
– Ġsmayılı tapdınız? 
– Xeyr, heç yerdə yoxdur, – deyə uzaqdan ona cavab verdilər. 
Bunu  eĢidəndən  sonra  ananın  ürəyi  az  da  olsa  sakitləĢdi.  Demək  Ġsmayıl  təhlükəsiz 
yerdədir.  Ya  da  qaçıb  küncdə-bucaqda,  yük  arxasında  gizlənib.  Axırıncı  fikir  onun  ürəyinin 
baĢına od saldı. 
– Hanı Ġsmayıl? – O, AləmĢahbəyimə tərəf yeridi. 
– Çıx geyinim, sonra onun yerini deyərəm. 
– Yox geyinməyəcəksən. Ġsmayılın yerini mənə elə indi deyəcəksən.   
Səkinə  irəli  cumub  Əbih  Sultanın  döĢündən  itələyib  çölə  çıxarmaq  üçün  əllərini  onun 
sinəsinə söykədi. Barmaqları altında dəmir tor hiss elədi. O, heç yerindən də tərpənmədi. Əl atıb 
Səkinənin saçlarını əlinə doladı, üzünə baxmadan yerlə sürüdü, dönüb qapıdan çölə qıĢqırdı: 
– Ey, biriniz bura gəlin. 
Adamlardan  biri  silahını,  zirehini  cingildədə-cingildədə  içəri  girmək  istədi.  Əbih  Sultan 
Səkinəni ona tərəf itələdi. 

121  www.sarigelin.net 
 
– Al, bu sənin, nə eləyirsən elə. – Qapının cəftəsini burdu. 
Səkinənin saçları bu dəfə onun barmaqlarına keçdi. Yerlə sürüyə-sürüyə apardı. 
AləmĢahbəyim iĢin necə qurtaracağını ağlına sığıĢdıra bilmirdi. 
– Əbih Sultan, atam indi olmasa da, mən Uzun Həsənin qızıyam. Sən nə qədər dartınsan 
da, sənin mənə əlin çatmaz. 
–  Bilirəm.  O  vaxt  atan  səni  mənə  vermədi.  Amma  üstündən  neçə  illər  keçəndən  sonra 
MiĢkin  yanındakı  təpədə  görəndə  əvvəlki  istək  qayıtdı.  Sən  heç  dəyiĢməmisən.  Taleyimdən  də 
çox razıyam. 
– Mən ġeyx Heydərin arvadıyam. 
– Ondan intiqam almaq istəyirdim. Əlimə imkan indi düĢüb. Həm də sənə görə o intiqamı 
almalıydım. Əvvəla, Ġsmayılın yerini de, o atasına daha çox oxĢayır. Onun yerini deməsən... 
– EĢit və yadında saxla, mən namusumu, qeyrətimi oğuldan da yüksək tutmuĢam, ərdən də. 
Sənin  qeyrətin  olsaydı  Ġsmayılın  yerini  də  deyərdim,  gözlərinin  qabağında  onu  öz  əllərimlə 
boğardım, təki ismətimə toxunmayaydılar. 
Ona indi agah oldu ki, AləmĢahbəyim doğrudan da oğlunun yerini bilmir. Deməli, Ġsmayıl 
yoxdur. Onu Lələ bəy aradan çıxarıb. Həmin Lələ bəy ki, onun bir baxıĢına görə bağırsaqlarını 
boğazına dolamaq istəyirdi. Belə vəziyyətdə görsə nə eləyər. Yox, belə görə bilməz. Çünki, artıq 
bunun tərəfindədir. Bu məqam, fürsət bir daha ələ düĢməyəcək. Ona görə də onu əldən vermək 
olmaz.  Qılıncını  bir  tərəfə  tulladı.  Dəmir  köynəyini  soyundu,  dəbilqəsini  baĢından  götürdü, 
kəlləsinin  ortasında  qalan  tərliyi  də  çıxartdı.  Hər  ikisini  hara  gəldisə  atdı.  Dəbilqə  danqıldaya-
danqıldaya xeyli dığırlandı. Nəfəsi təngiyə-təngiyə... Yanaqları od tutub yanırdı. 
AləmĢahbəyim  üçün  bu  məĢhər  ayağı  idi  və  çıxıĢ  yolu  axtarırdı.  O,  yumruqlarını  elə 
sıxmıĢdı  ki,  sol  əlindəki  üzük  onun  adsız  barmağını  incitdi.  Birdən-birə  çıxıĢ  yolunu  tapdı.  Ġri 
qaĢlı üzüyü ona anası Dəspinə xatun bağıĢlayıb demiĢdi: 
–  Nənən  Sara  xatunun  yadigarıdı,  dar  günün  gərəyidi.  Sənin  ərin  də  qanlı-qanlı  yolun 
yolçusudu, onu barmağından heç vaxt çıxartma. Bu üzük səni dar ayaqda rüsvayçılıqdan qurtarar.
 
 
AləmĢahbəyim  baĢını  qaldırıb  Əbih  Sultanın  qalın  qaĢları  altındakı  iri  qırmızı,  qanlı 
canavar gözlərində vəhĢi ehtirasın alovlarını gördü. 
– Bir an əl saxla. BeĢ addım geri çəkil, üzünü çevirib ona qədər say-sonra sən deyən olsun. 
– Mənim olacaqsan?  
– Yəqin ki... 
– Öz xoĢunla? 
– Bilmirəm. Çəkil! 
Əbih  Sultan  özgə  qadın  olsa  onun  xoĢluqla  təslim  olmasını  gözləməzdi.  Canavar  ovunu 
parçalayan  kimi,  o  da  öz  qurbanını,  özü  dediyi  kimi  qismətini  vəhĢiliklə  özünə  tabe  eləyərdi. 
Amma  həmiĢə  həsrətində  yaĢadığı  bu  gözəli  soldurmaq  istəmirdi.  Geri  çəkildi,  amma  üzünü 
çevirmədi.  Gözlərini  yumdu.  Hiss  elədi  ki,  ürəyi  ağır-ağır  döyünür.  Elə  bil  sinəsində  zindana 
gürz vururdular. Adi say saymadı, ürəyinin döyüntülərini saydı və ona qəribə gəldi ki, o ürəyində 
döyüntünü  ilk dəfə eĢidir. On tamam  olan kimi kirpiklərini qaldırdı. Nə gördüsə zindana dəyən 
gürzün səsi də kəsildi. O, gözlərinə inanmadı. 
Yataqda o ağ, mərmər, səmərqənd kağızı rəngdə gözəlin əvəzinə, qapqara, kösövə oxĢar bir 
meyit uzanmıĢdı. Əbih Sultan qorxusundan bir-iki addım geri çəkildi. AləmĢahbəyimin xalçanın 
üstünə düĢən sol əlindəki üzüyün qaĢı açıq qalmıĢdı. Bu, Sara xatunun qadın ismətini qorumaq 
üçün hədiyyəsi və vəsiyyəti idi. 
– Hanı Ġsmayıl? 
Ərdəbilin  Ģəhər  meydanında  carçının  səsi  minarədəki  müəzzin  “Allahu  əkbər,  Allahu 
əkbər!” nidasına üstün gəldi. Adamlar qulaq asıb carçının dediyini eĢitmək istəyirdilər. Müəzzin 
namazın vaxtını onların yadına salıb “Allahu əkbər”, “Allah böyükdür” deməklə onları uzaq bir 
qorxu  ilə  hədələyirdisə,  carçı  gur  səslə  hamını  meydandakı  dar  ağacının  yanına  səsləyirdi.  Hər 

122  www.sarigelin.net 
 
gün  meydandakı  yeddi  dar  ağacından  yeddi  meyit  düĢürüb,  kəndirləri  bir  daha  sabunlamadan 
(kifayət eləyirdi) yeddi müridin boğazına keçirib, ayaqları altındakı kürsünü çəkirdilər. 
Amma cəllad yeddi adamın yox, tək bir nəfərin adını çəkdi. 
–  Öz  evində  lə‟nətullah  ġeyx Heydərin oğlu  Ġsmayılı  gizlədib saxladığına görə Ərdəbilin 
keçmiĢ qazısı Əhməd Kakuli asılacaq. Yüksək Ağqoyunlu səltənətinə xəyanət eləyən mə‟lunun 
ölümünə  sevinmək  istəyənlər  meydana  tələssinlər.  E‟dam  günorta  namazından  sonra  icraata 
çevriləcək. 
Lələ bəyin  adamları bu xəbəri ona çatdıranda donub qaldı. Demək qazı ilə bərabər onun, 
Səfəviyyənin son ümidi də ələ keçib. Bəs onda niyə demirlər ki, Ġsmayıl e‟dam olunacaq? Bəlkə 
onu  Təbrizə  ərməğan  aparacaqlar?  Müridlər  günorta  namazını  qılıb  qazı  Əhmədi  Allahın 
mərhəmətinə  tapĢırandan  az  sonra,  meydana  axıĢan  camaata  qoĢuldular.  Lələ  isə  gizləndiyi 
yerdən çıxmadı. 
 
Əbih  Sultanın  atlıları  adamları  bazardan,  küçələrdən  qamçılaya-qamçılaya  meydana 
qovurdular. 
Qala divarının yanında meydanın bir tərəfində uca bir kürsü qurulub xalçalarla bəzənmiĢdi. 
Kürsü ilə dar ağaclarının arası uzaq deyildi və dar ağacına qaldırılanla kürsüdəki Əbih Sultan bir-
birini yaxĢı eĢidə bilərdilər.   
Əvvəlcə kəfən geydirdikləri qazını gətirdilər. Cəllad çürük kötüyə oxĢayan, üzü üzlər, gözü 
gözlər görmüĢ bir adam idi. Qazıya deyirdi: 
– Ya qazı Əhməd, bir-birimizi tanıyırıq. Mənə yaxĢılığın da çox keçib. Ġndi mən əlimdən 
gələnn  eləyirəm.  Bu  dar  ağacının  kəndirindən  çox  adam  asmıĢam.  Ġstədim  ki,  sənin  mübarək 
boğazın da o kəndirə toxunsun. Sən çox pak adamsan. Kəndiri dəyiĢmiĢəm. Ġndi kəndirə sabunu 
çox da vura bilərəm, az da. Onu da deyim ki ha, sabunu mənə cirəynən verirlər. Çox tapılan Ģey 
deyil. Ona görə. Mən o birisi kəndirlərin payından götürüb bu kəndiri yaxĢı sabunlaya bilərəm. 
Sabun  belə  Ģeydi  ki,  onu  vuranda  kəndir  yaxĢı  sürüĢür,  adam  tez  boğulur.  Yox,  əgər  sabun  az 
olsa,  aha.  Ġndi  özün  de,  necə  eləyim?  Sabunu  çox  olsun,  ya  az?  Sənin  yanında,  Ģucüzümmə 
olmayım, aha. Mənim də axirət günüm var. 
Qazı Əhməd cəlladın çərənləməsinə çox dözə bilmədi: 
– Sabunun artıqdırsa, bir dəfə də heç olmasa öz əllərini yu. 
– Aha, bu da mənim yaxĢılığım. 
Qazı Əhməd çox hökmlər çaxartmıĢdı. Bu cəllad isə icra eləmiĢdi. Oğurluq üstündə Ģəriətə 
görə barmaq da kəsdirmiĢdi, əl də. Adam öldürmək üstündə ölüm cəzası da vermiĢdi. Ədalətli, 
ürəyiyumĢaq olduğuna görə çox məsələlərdə güzəĢtə də getmiĢdi. Cəllad da ondan çox istifadə 
eləmiĢdi və qazı Əhmədə görə özünə çoxlu var-dövlət yığmıĢdı. Ġndi qazını asmaqla öz gəlirini 
kəsirdi. Həm də o günlərin, var-dövlətin əvəzində ona yaxĢılıq eləmək istəyirdi. 
– Ya qazı, sən qızıl adamıydın... 
– Adamıydım niyə? Elə adamam da. 
– Aha, adam ki, gəlib dayanır bu kəndirin altında o daha adamlıqdan çıxır. Onun qalır bax 
bir belə ömrü - o, baĢ və Ģəhadət barmaqlarını bir-birinə yaxınlaĢdırdı. 
– Orada daha nə yaxĢılığı bilinər, nə pisliyi. Sən ki, qazılıq eləyirdin, onda mərhəmətin dağ 
boydaydı. Amma bu Əbih Sultandı, əbləh Ģeytandı, nədi, elə kimi tutursa, deyir as. Köpək oğlu, 
heç fikirləĢmir ki, bu sabun yerdən çıxmır ey. Qiyməti ceyran belindədi. 
Qazı  Əhməd  yalın  ayaqlarını  daĢların  üstünə  möhkəm  basmıĢdı  və  indi  o  ürəyində 
yalvarırdı:  “Ey  ulu  tanrı,  ey  bütün  canlıların  dayağı  olan  nuri  vəhdət,  məni  düĢmənlərimin 
qabağında xəcalətli eləmə. Yıxılıb ölsəm, ölümdən betər olar” 
Xalça  ilə  bəzənən  kürsüdə  Əbih  Sultan  göründü.  Hüseyn  bəy  Əlixani  də  onun  yanında 
oturmuĢdu. O, saqqalının bir çənkə tükünü barmağına dolayıb dartır, didiĢdirirdi. Hiss olunurdu 
ki, əsəbləri sözünə baxmır. Birdən onun səsi eĢidildi: 
– Qazı Əhməd, ölməyin də, sağ qalmağın da öz əlindədi. Lə‟nətulla, Heydər oğlu Ġsmayılın 
yerini de. 

123  www.sarigelin.net 
 
Onun “lə‟nətulla” deməyinə cavab olaraq, meydanda neçə yerdən “əstəğfürullah” nidaları 
eĢidildi. Əbih Sultan bu nidalara dönsə də əhəmiyyət vermədi. 
Meydanda Lələ bəyin göndərdiyi üç mürid vardı: – Sinəsi qarnından xeyli qabaqda dayanan 
enlikürək,  iyirmi  dörd,  iyirmi  beĢ  yaĢlı  Rüstəm  Qaramanlı,  ondan  bir  qarıĢ  hündür,  irigözlü, 
iriağızlı  Məhəmməd  bəy  Türkman  və  özü  kimi  boylu-buxunlu,  on  səkkiz,  on  doqquz  yaĢlı 
Əhməd bəy Türkman. 
Əbih  Sultanın  Ġsmayılın  yerini  de”  kəlmələrindən  sonra  onlar  bir-birilərinə  baxıb  göz 
vurdular və sevinclərini zorla gizlətdilər. Deməli, Ġsmayıl sağdır. Bəs onda hardadır? 
Qazı Əhməd cavab verdi: 
– Ġsmayılı mən görməmiĢəm. 
–  Görməmisən,  yerini  də  bilmirsən?  Onda  Qur‟ana  əl  basıb  and  içə  bilərsənmi?  –  Əbih 
Sultanın bu sözü onu hövsələdən çıxartdı. 
– Qur‟ani Kərimə inanan adam bu qədər nahaq qan tökməz. Peyğəmbər övladını yezid kimi 
Ģəhid eləməz. Utanmayıb o müqəddəs kitabın adını dilinə gətirirsən? 
Əbih  Sultan  əlini  qaldırdı  ki,  onun  asılmağına  iĢarə  versin.  Amma  əlini  göydə  saxladı. 
Barmağındakı firuzə qaĢlı üzük parıldadı. 
– BaĢını qaldır, o kəndirə bax. Ömrünə çox az qalıb. Ġsmayılın yerini de. 
– Ġsmayılın yerini soruĢursan? 
– Bəli. 
Bütün  meydandakı  adamlar  nəfəslərini  dayandırıb  qazı  Əhmədin  səsini  dinlədi.  Hamı 
gözləyirdi  ki,  qoca  yaĢında  ölümdən  qorxub  birdən  deyər.  Düzdür,  bura  yığıĢıb  gizli-gizli  göz 
yaĢı axıdan ərdəbillilər onun yerini bilmək istəyirdilər. Amma ta ki, onu Əbih Sultan bilməsin, 
Ağqoyunlular bilməsin. 
– Ġsmayılın yerini indicə sənə deyərəm. 
– Buna görə səni böyük ənam, yenə də Ərdəbil qazılığı gözləyir. 
–  Çox  yaxĢı:  Ey  Ərdəbil  əhli,  Ġsmayılın  yerini  desəm,  məni  özünüzə  qazı  götürərsiniz? 
Mənim ədalətimə, düzlüyümə, təmizliyimə inanarsınız? 
Meydandan səs çıxmadı. O, üzünü Əbih Sultana çevirdi. 
–  Gördün,  onlar  “yox”  deməkdən  qorxub,  hə  də  demədilər.  Əbih  Sultan,  Mehti  sahibi 
zaman eĢitmisən? 
– Bəs necə? EĢitmiĢəm. Qeyb olmuĢ imamdı, nə vaxtsa gələcək. 
– Bəli, düz dedin. Amma o nə vaxt gələcək? Məsələ bundadır. Dünya qarıĢanda, insan qanı 
su kimi axanda gələcək. Ġsmayıl da sahibi zaman kimi qeybə çəkilib. Onu sən yox, heç Rüstəm 
Mirzə də tapa bilməz. Vaxt olar, özü gələr, bütün bu iĢlərinə görə səndən cavab istəyər. Sən indi 
onu  nahaq  yerə  axtarırsan,  o,  vaxtında  özü  gəlib  səni  tapacaq.  Elə  bir  cəza  verəcək  ki,  sənə 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin