Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   19   20   21   22   23   24   25   26   ...   35
onun muĢtuluğu bol olacaq. 
Xacə  geri-geri,  nazlı  qızın  yeriĢi  ilə  çıxanda  birdən  Əbih  Sultanın  yadına  bayaqkı  çapar 
düĢdü və tez onu çağırtdırdı. 
Çapar gələndə əvvəl onu tanımadı. Sir-sifətinin palçığı getmiĢ, o gözəlləĢib qara saqqallı, 
qaragözlü, ağsifət bir adam olmuĢdu. 
– Mənə danıĢdığını heç kimə deməmisən? 
– Yox, ağa. 
– Onda get, səni aparsınlar, gözlərinin çimirini al, qaranlıq düĢəndə sən mənə lazımsan. Bu 
barədə bir adama bir söz desən özündən küs. – BaĢ üstə. 
– Yolları yaxĢı tanıyırsanmı? 
– Hansı? 
– Gəldiyin yolları. 
– Tanıyıram. 
– Get. 
Çaparı apardılar. O, qalxdı. Xacənin tə‟riflədiyi qız gözlərinin qabağındaydı, ona görə də 
fürsəti əldən vermək fikri yoxdu. “Bilmək olmaz dünyanın iĢini, əlinə keçdi ye, qalsa düĢmənə 
qismət olar, at tapdın min, yüyəni özgəsinə yetiĢər, var-dövlət gördün yığıĢdır, səndən baĢqa da 
həvəskarı  çoxdur. Gözəl  gördünsə, kefinlə məĢğul  ol,  kamını  al,  yoxsa əğyarın ağuĢuna girər”. 
Bu onun ömrü boyu izlədiyi, yerinə yetirdiyi məramı idi. “Bu həyat bir bazardı, orada ucuz alıb 
baha  satmağı  bacardınsa  qazandın,  bu  dünya  bir  qadındır,  onu  sevməsən  də  ürəyini  əlində 
saxlamalısan, o səni sevməli, o sənin dərdindən ölməlidir. Sən onun dalınca süründünsə, həmiĢə 
zəlil qalacaqsan”. Əbih Sultanın sevimli kəlamlarıydı bu kəlamlar.    
O, otağından çıxıb hərəmxanaya tələsdiyi bir vaxtda, özü boyda, özü biçimdə Əmir Hüseyn 
Əlixanı ilə qarĢılaĢdı. 
SalamlaĢdılar.  Bir  xeyli  də  bir-birilərinin  üzünə  baxdılar.  Hər  ikisi  də  eyni  məqsədi 
güdürdü. QarĢıdakının fikrini baĢa düĢmək, onu öyrənmək. Gözlər bir-birinə dikilmiĢdi. Amma 
ən çox baxan, dəyanətli çıxan Əbih Sultan oldu. Əmir Hüseyn Əlixanı gözlərini çəkəndən sonra 
Əbih Sultan soruĢdu:   
– Nədi, sözlü adama oxĢayırsan? 

136  www.sarigelin.net 
 
–  Sahib  xəbərin  boğazına  ərinmiĢ  qızıl  tökülməyini  eĢitdim,  onun  səbəbini  öyrənməyə 
gəldim. 
– Səbəbini bilmirsənmi? 
– Bilirəm. Dedim görüm əmirlər əmri daha nə tədbir görür? 
– Səltənətin sərkərdəsini axtarırdım. DüĢmən qabağına çıxmağa qoĢunu hazırdımı? 
– Niyə? 
– QoĢun saxlamağa xəzinə lazımdı. Ġki günə on min qoĢun toplaya bilərəm. Ondan artığına 
gücüm çatmaz. 
– YaxĢı, get tədbirlərini tök, məsləhətləĢək. 
Bu boĢ söhbət onların hər ikisinin də bir-birilərindən canını qurtardı. Nə Əbih Sultan qoĢun 
yığmaq  həvəsindəydi,  nə  də  Əmir  Hüseyn  Əlixanı.  Əbih  Sultan  hərəmxanaya  gedirdi.  Əmir 
Əlixanı  isə  var-dövlətini  yerləĢdirmək,  bundan  baĢqa  da  rustaqlarda  qoĢun  yığmaq  adı  ilə 
xəzinəni boĢaldıb aparmaq fikrindəydi. 
Hərəmxananın haylı-küylü, xanım gülüĢü, qeybəti, söyüĢü və nifrini ilə dolu xanələrindən 
əlavə elə otağı da vardı ki, oradan heç yerə səs çıxmazdı. Əbih Sultan da həmin otağa girdi. Onun 
gəliĢindən xəbər tutan hərəmlər də hərəsi bir tərəfə dağıldı. Hər biri öz otağına girib onun yolunu 
gözləyə-gözləyə  özünə  əlavə  bəzək-düzək  verməyə  baĢladı.  Amma  bu  saat  onun  yadına  o 
xatunların heç biri düĢmürdü. Heç təzə dünyaya gələn oğlunu da yadına salmadı. Çünki buradakı 
xatunların  çoxusu  hamiləydi  və  qarınları  burunlarında  olanlar  da  vardı.  UĢaqlar  doğulurdu, 
böyüyürdü,  ölürdü.  Onların  hamısını  sevməyə,  oxĢamağa,  onlarla  vaxt  keçirməyə  də  imkan  və 
həvəs yox idi. 
Xacə  hərəmxanaya  təzəcə  gətirdikləri  xumargözlü,  xurmayısaçlı  gözəli  hovuzda  təzədən 
çimizdirir,  gülab-layırdı.  Qız  əvvəl  ondan  utanmıĢdı.  Sonra  yengələr  onu  baĢa  salmıĢdılar  ki, 
xacə kiĢi deyil, onların hər biri kimidi, utanmasın, çünki həmin iĢin sahibi xacədir. 
Otaqda  yataq  hazırlamıĢdılar.  Əbih  Sultan  soyundu.  Xacə  də  onun  gəldiyindən  xəbər 
tutmuĢdu.  Ġsti  sudan  çıxarıb  gülabladığı,  saçlarını  ətirlədiyi  qızı  ipək  örpəyə  bürüyüb  qolları 
üstündə buğlana-buğlana ağasının hüzuruna gətirdi. Bəli, bu ağ, təravətli, gözəl bədəndən buxar 
qalxırdı, gözəllik saçılırdı, qızılgül ətrinin iyi yayılırdı. 
 – Buyur, mənim ağam. 
Əbih  Sultan  qızı  ondan  alıb  öz  qolları  üstünə  götürdü:  “Allah,  necə  gözəl  məxluq 
yaratmısan, sənin qüdrətinə inanmayan kor olsun”. Qollarını yuxarı qaldırdı, ürkək, ürkək baxan 
iri xumar gözlərindən öpdü. Xacə geri gedib qapıda dayandı. Qız səsi ilə dedi: 
– Ağa, lazım olsam, məni çağırın. 
– Xacə, getmə. Yaxına gəl və gör pələng öz ovunu necə parçalayır. Ey bədbəxt. Dayan, gör 
kiĢilik dünyada necə böyük ne‟mətdir! 
HəmiĢə  üzündə  gülüĢ  donub  qalan  xacə  bu  dəfə  də  eyni  təbəssümlə  baxdı  və  gördü  ki, 
əlləri üstündə gətirdiyi gül ləçəkləri kimi təravətli gözəlin baĢına nə oyun gəlir və o necə solur. 
Sifəti  dəyiĢdi.  Özünün  bədbəxtliyi  tam  Ģəkildə  gözləri  önünə  gəldi  və  hər  Ģeyə,  hamıya  nifrət 
eləməyə baĢladı. 
Əmir  Əlixanını  çadıra  gətirdilər. O, tə'zim etmək üçün nə qədər əyildisə, yenə də Gödək 
Əhməddən  hündürdə  qaldı.  Böyük  bir  qoĢunun  baĢında  gələn,  Uzun  Həsən  və  fateh  Sultan 
Məhəmməd  kimi  babası  olan  Gödək  Əhməd  boydan  çox  mağmun  idi.  Bər-bəzəkli,  daĢ-qaĢlı, 
libas geyib, belinə qara dəstəyi üstündə almaslar parıldayan xəncər taxmıĢ Ģahzadə sifətdən yaĢlı 
görünsə də, o yeddi-səkkiz yaĢlı uĢaq boyda idi.Onun Ģəvə kimi qara saqqalı, balaca qolları, lap 
xırda barmaqları vardı. Gödək Əhməd bu boy-buxunla çox təĢəxxüslü dayanmıĢdı. 
Əmir  Əlixanı  Əbih  Sultandan  ayrılandan  sonra  qaran-lığın  düĢməsini  gözləmiĢdi.  Çünki 
onun ordu toplamaq bəhanəsiylə əmir əl ümaradan xəzinədə qalan var-dövləti qoparmaq niyyəti 
baĢ tutmadığından o qaranlığın qovuĢ-masını görüb yaxın adamları ilə bərabər atını Gödək Əh-
mədin  düĢərgəsinə  sürmüĢdü.  Əmir  Hüseyn  Əlixanı  Uğurlu  Məhəmmədin  Təbrizdəki  qızı  ilə 
evlənmiĢdi və qohumluq əlaqəsinə gələndə o təzə Ģahzadənin damadı-kürəkəni, ġahzadə isə onun 
qaynı düĢürdü. Amma ilk görüĢdən sonra o bir az sarsıldı. Çünki Gödək Əhməd Uzun Həsənin 

137  www.sarigelin.net 
 
heç bir ayağı boyda deyildi. Bəs onun Təbriz sarayındakı taxtına, o taxta ki, ondan sonra gələn üç 
hökmdarın  üçü  də  oturmuĢdu,  o  necə  əyləĢəcəkdi.  Ya  gərək  onun  ayağı  altına  nəsə  qoyub 
hündürə qaldıraydılar, ya da taxtın ayaqların kəsəydilər. Lap o taxtda otursa belə körpə uĢaq kimi 
ayaqları sallanacaqdı və saraydakıların hamısını gülmək tutacaqdı. 
Gödək Əhmədin təkcə baĢı böyük idi. Əmir Əlixanıya elə gəldi ki, baĢına qoyduğu çalma-
tac belə göstərir. 
– Əlahəzrət, sənin bu gəliĢin hamımızın ürəyindəndi. Atan Uğurlu Məhəmmədin qohumları 
Allahdan çox razı qalıb. Çox Ģükür bu günə. 
– Sen nesin? 
–  Mən  atan  Uğurlu  Məhəmmədin  qızının,  bacının  əri,  Ağqoyunlu  qoĢununun  sərkərdəsi 
Əmir  Hüseyn  Əlixanı!  Axı  biz  qohumuq.  Sənin  gəlməyin  bizim  üçün  çox  xoĢdu.  Rüstəm 
Mirzədən hökmdar, sultan olmaz. 
– Rüstəm Mirzədən sultan bulmaz. Nasıl onu benim hüzuruma neql etmedin. 
Əmir  Əlixanı,  bu  “nəql  etmədin”  sözünü  baĢa  düĢmədi  və  ona  elə  gəldi  ki,  Rüstəm 
Mirzənin vəziyyətini nə üçün danıĢmayıb, ona nağıl eləməyib. 
–  Rüstəm  Mirzə,  əlahəzrət,  Təbrizdə  yoxdu.  Uçan  yaylasındadır.  Sənin  gəlməyindən  də 
xəbər tutmayıb. 
Bu vaxt piĢxidmət çadıra girib xəbər verdi ki, bəs Təbriz taxtının əmirlər əmiri Əbih Sultan 
Gödək Əhmədin ayağının torpağını öpməyə gəlib”. 
“Ay  tülkü  köpəyoğlu,  hamıya  özünü  elə  göstərir  ki,  guya  bu  Rüstəm  Mirzənin  ən  yaxın 
adamıdı, heç kimə satılmaz. Məndən də qabaq özünü yetirib, torpaq öpməyə gəlib. 
PiĢxidmət çıxan kimi Əmir Əlixanı Gödək Əhmədə üz çevirdi: 
–  Əlahəzrət  əmir  və  ümara  Əbih  Sultan  təhlükəli  və  qorxulu  adamdı.  Onun  xoĢ  dilinə 
aldanmayın. O neçə hökmdarın qılığına girib, hamısını da yıxıb. Öz canının hayına qalıb, səni də 
öz tərəfinə çəkmək istəyir. 
Onun danıĢığı Gödək Əhmədin xoĢuna gəlmədi. Bərkdən ona qıĢqırdı. 
– Yahu, bənə ağılmı öyrədirsən, qafasız pəzəvəng. 
Əmir Əlixanı baĢa düĢdü ki, Gödək Əhməd atasının qohumlarını heç adam hesab eləmir, 
onun  əsl  babası  Uzun  Həsən  yox,  fateh  Məhəmməddir.  BaĢqa  cür  ola  da  bilməzdi.  Fateh 
Məhəmmədin qızı Ġstanbul sarayındakı oğlunu yalnız öz əqidəsinin mücəssəməsi kimi böyütmüĢ, 
onda  ana  babasına  məhəbbət,  ata  babasına  nifrət  oyatmıĢdı.  Doğma  atasını  dar  ağacından  asan 
babası  Uzun  Həsən  onun  üçün  qohum  yox,  düĢmən  idi.  Bəlkə  də nifrət  onu ana bətnində belə 
kiçik eləmiĢdi ki, heç boy-buxunda da ata babasına oxĢamasın. Ġndi Əmir Əlixanının ağlına gəldi 
ki, o buraya dost kimi yox, düĢmən kimi gəlib. Bəlkə də gəlib ki, intiqam alsın, atasının heyfini 
çıxsın. Bu fikirdən sonra o süstləĢdi.  
Gödək Əhməd göstəriĢ verdi ki, onu aparsınlar və xüsusi göstəriĢ olana qədər saxlasınlar. 
Çadıra çatanda üzündən rübəndini götürən adam əmir əl ümara Əbih Sultan idi. O, gecənin 
qaranlığına  bürünüb  gəlmiĢdi  ki,  heç  kimin  xəbəri  olmasın.  Çadıra  girən  kimi  çil-çıraqlarda 
yanan Ģamların iĢığında gözləri axtarıb Gödək Əhmədi tapdı. Görən kimi gözü onu aldı, ona elə 
gəldi ki, bu uĢağı barmağına sap kimi sağa da dolayar, sola da. Amma hələlik onun e‟timadını 
qazanmaq lazımdır. Çadırın ağzında dizləri üstə düĢdü. Sürünə-sürünə getdi. Gödək Əhməd geri 
çəkildi və Əbih Sultan indicə onun dayandığı yerdə xalçanın xovunu, gündüz xacənin gətirdiyi 
qızın yanaqları və dodaqları kimi öpməyə baĢladı. 
– Ey ulu fateh Sultan Məhəmmədin üstümüzə düĢən əql kölgəsi. Ey Həsən padĢahın viran 
qalmıĢ  yurdunun sahibi.  Böyük hökmdar. Allahın gərdiĢinə görə gün məĢriqdən doğur. Mənim 
təzə  günəĢim  məğribdən  parlayıb.  Ağqoyunlu  taxtına  sənin  kimi  həĢəmətli,  müdrik,  kamal 
dəryası lazım idi. Ölkə dağılıb əldən gedirdi. Axır ki, əsl sahib gəlib çıxdı. 
O boyda bədən bu balaca məxluqun qarĢısında heçə çevrilmiĢ, kiçilib siçan boyda olmuĢdu. 
Gödək  Əhməd  onu  dinlədi,  dinmədi  və  kiçik  əllərini  bir-birinə  vurdu.  Çap!  PiĢxidmətlər 
hazır oldular. 
– Cəllad! – deyə Gödək Əhməd qıĢqırdı. 

138  www.sarigelin.net 
 
Əbih Sultan bu sözləri eĢidəndə onun dizləri və əlləri yerdə idi. Birdən onun çiynini, baĢını 
göydə  saxlayan  qolları  boĢaldı.  Onun  sifəti  xalçanın  üstünə  gəldi.  Tez-tez  nəfəs  aldı,  boğazına 
toz doldu və onu öskürək tutdu. Yumruğunu dodağına söykədi. 
Bir  anda  cəllad  hazır  oldu.  Bu  cəllad  qırmızı  libas  geyinmiĢ,  qara  tüklü  qolları  açıq, 
nəhəng,  iri  bir  məxluq  idi.  Belində  qılınc  yox  idi.  Silahı  kordadan  ibarətdi  ki,  qaldırıb  çiyninə 
qoymuĢdu. 
Gödək Əhməd ayağını gətirib Əbih Sultanın papağı düĢmüĢ daz baĢına basdı. Cəllada iĢarə 
verdi  ki,  kordanı  onun  damarları  səyriyən  boynuna  söykəsin.  Kordanın  ağzı  onun  boynunun 
dərisində, fəqərə sümüyü üstündə hiss olunandan sonra Gödək Əhməd dedi: 
–  Bana  Rüstəm  Mirzənin  kafasını  gətiriyorsanmı?  BoĢ  klemeler  çerenlemeyin  heç  bir 
faydası yok. Bana Rüstəm Mirzənin kafası gerekdir. 
– Mən elə bundan ötəri gəlmiĢəm, əlahəzrət. 
Gödək  Əhməd  cəllada  iĢarə  verdi,  əvvəl  kordanın  ağır  və  soyuq  ağzı  onun  boynundan 
qalxdı. Gələcək hökmdarın qara xəncəri qında Ģaqqıldadı, addım səsləri uzaqlaĢdı, çadırın qapısı 
xıĢıldadı.  Demək  cəllad  çıxıb  getdi.  Əbih  Sultanın  üstündən  yük  götürüldü,  onu  basan  soyuq 
ölüm təri də deyəsən qurudu, alnında, gicgahlarında isti tər damlaları əmələ gəldi və ondan elə tər 
açıldı ki, qaĢlarından axıb burnunun ucundan xalçanın üstünə damcılamağa baĢladı. Ölümün nə 
olduğunu  indi  baĢa  düĢdü  və  öldürdüklərinin  bu  hissləri  keçirdiyi  bir  an  fikrindən  ötdü. 
Heyfsilənmədi. Yox, əksinə qürur hissi keçirdi. FikirləĢdi: “Mən bir dəfə ölüm hissi keçirmiĢəm, 
amma gör onun əvəzində neçələrini belə vəziyyətə salmıĢam. Demək, hələ ölməmiĢ intiqamımı 
yüz qat almıĢam”. 
– Kalx, kafasız. 
Bu  söz  ona  ən  xoĢ,  mahəbbətlə  söylənən  söz  tə‟siri  bağıĢladı.  Qalxdı.  Diz  üstə  dayanıb 
Allaha əllərini uzadırmıĢ kimi dedi: 
– Əlahəzrət, tanrı sənə istədiyin qədər ömür versin. Biz daha bezmiĢik. Sənin kimi zabitəli 
hökmdardan  ötəri  darıxmıĢıq.  Ömrümün  axırına  qədər  qarĢında  beləcə  qul  olacağam.  Sənin 
mübarək  qədəmlərinin  Təbriz  civarına  toxunmağından  Rüstəm  Mirzəni  bixəbər  qoymaq  üçün 
çox çalıĢmıĢam. Amma ona xəbər çatdırsalar da, mən onu sənə təslim eləyərəm. 
– Özünü yox, yavrum, kafasını.  
Əbih Sultan əlini gözləri üstə qoydu. 
– BaĢım, bir də bu gözlərim üstə. 
Ġsmayıl  mamırlı  bir  qayanın  üstündə  oturub  baxırdı.  AĢağıda  çay  zümzümə  ilə  axırdı. 
Yuxarıdakı  dağların  baĢını  isə  duman  örtmüĢdü.  Bu  çay  o  zirvələrdən  baĢlayırdı.  Dərin 
dərələrdən  keçir,  burada  aydınlığa  çıxır,  bir  az  o  tərəfdə  yenə  də  dumana  qarıĢırdı.  Qəribədir, 
onun  baĢı  üstündə  aydınlıq  idi.  Ətrafına  boylandı,  hər  tərəf  eyni  məsafədə  görünürdü.  Ġsmayıl 
dəyirmi aydınlığın içərisində idi. Onun keçmiĢinə və taleyinə yaman oxĢayırdı bu aydınlıq. Çayın 
zümzüməsi yadına bədbəxt  Səkinənin çaldığı sazı salırdı. O da bu çay səsi kimi duru və aydın 
idi.  Düzdü,  saz  eyni  havanı  yox,  onlarla  havanı  çalırdı.  Amma  çayın  çaldığı  bir  hava  olsa  da, 
günləri burada keçən Ġsmayılı yormurdu. Bir də onun yadında Səkinənin söylədiyi Ģe‟r qalmıĢdı: 
 
Getdin gördün quzu,  
Neyləyirsən istiot, duzu  
Ye, qalsın quru buynuzu.  
Getdin gördün qoyun  
Neynəyirsən oyun-moyun,  
Ye, qalsın quruca boyun. 
 
“Bu  canavar  Ģe‟ridir.  Özü  deyir  ki,  səni  aldadırlarsa,  bir  daha  elə  sözlərə inanma. Yırtıcı 
canavarı  quzu  da  aldadıb,  qoyun  da.  Demək  vəhĢilərin  özündə  də  zəiflərə,  zəriflərə  inanmaq 
olub. Belə olmasa, nə quzu yaĢayardı, nə də qurd. Bu nağılı, bu Ģe‟ri düĢünən, qoĢan da hamıya 
inanıb. Ġnanıb ki, onun da dediklərinə inanacaqlar, bu sözlərdən xoĢları gələcək”. 

139  www.sarigelin.net 
 
Birdən  Ġsmayılın  da  ağlına  gəldi  ki,  elə  buna  oxĢar  Ģe‟r  yazsın.  Elə  Ģe‟r  ki,  ona  da 
inansınlar, bu Ģe‟r kimi yadlarında saxlasınlar. 
BiyəpiĢə düĢəndən Lələ, Mirzə Əli ona kamil savad verməyə çalıĢır və onun bu sahədəki 
bacarığına  heyran  qalırdılar.  Əvvəlcə  ona  Qur‟anı  oxutmaq  istədilər.  O  isə  Qur‟andan  sonra, 
Qur‟anın izahı üçün yazılmıĢ qalaq-qalaq kitablar oxudu. Ona sufiliyi baĢa saldılar, o, hürufiliyi 
də  öyrəndi.  Həlac  Mənsurun,  Nəsiminin  üsyankar  Ģe‟rlərini  də  tapdırıb  oxudu.  Ġsmayıla 
səfəvilərin  tarixini  danıĢdılar,  o  Adəmdən  bəri  yaranan  tarixlərə  baĢ  vurdu.  Vaxtilə  Sə‟di 
“Gülüstan”ı  onun  babasına  hədiyyə  kimi  bağıĢlayanda  götürməmiĢdi.  Ġndi  o,  “Gülüstan”ı  və 
“Bustan”ı oxudu. Nizaminin “Xəmsə”sinə heyran qaldı. Firdovsinin “ġahnamə”sini su kimi içdi. 
Bir gün Lələ ilə onun belə bir söhbəti oldu: 
– Bir qarın çörəyə möhtac olan Ģair xəzinələr üstündə oturan hökmdarlardan çox yaĢayır. 
Bunun sirri nədədir? 
Lələ  görürdü  ki,  onun  elmə,  Ģe‟rə,  sənətə  həvəsi  o  qədər  böyükdür  ki,  səfəvilərin 
hakimiyyət,  səltənət  qurmaq  əqidəsinə  xor  baxa  bilər,  ona  görə  də  həmiĢə  onu  bu  fikirlərdən 
uzaqlaĢdırmağa çalıĢırdı. 
– Hökmdarlar tarixin özünü yaradır, Ģairlər isə onların gördüyü iĢləri qələmə alır. Görürsən 
bir var hökmdar, bir də onun mirzələri. Onun dilindən çıxan sözləri yazanlar. Onların hansı daha 
Ģərafətlidir? 
–  Yox,  Lələ,  –  deyə  o  razılaĢmayıb  bu  fikrini  izah  eləməyə  baĢlamıĢdı.  –  Nizami  mirzə 
deyil. O hökmdarlardan çox vaxt yüksəkdə dayanır. Onlara ağıl verir. Soltan Səncər yadındadır? 
Bəs bu hökmdarlar nə üçün belə daĢürəkli olurlar? Özləri kef içində yaĢayır, ətrafdakı adamların 
dərdini  görmürlər.  Demək  yenə  də  Ģair  o  hökmdardan  insaflıdır.  Dərdliyə  kömək  eləmək  üçün 
heç nəyə gümanı gəlmir, heç olmasa yazdıqlarında bunu göstərir. 
Lələ təslim olurdu. Bircə söz deyirdi: 
– Sən hökmdar olanda hamının dərdinə yanarsan, Ģair kimi. 
Ġsmayıl boyda böyümüĢdü. Artıq on üç yaĢına qədəm  qoysa da nisbətən yaĢlı görünürdü. 
Görənləri onun gözləri heyrətdə qoyurdu. Bu gözlərdəki ağıl, itilik, parlaqlıq. Hər baxan elə bil 
onun beləcə duru və saf uĢaq ürəyini görürdü. 
Mirzə Əli həmiĢə Lələyə deyirdi: 
–  Ġsmayılın  gözlərindən  muğayat  olun.  O  gözlər  mürĢüdümüzün  böyük  gələcəyindəən 
xəbər verir. 
Gözlər  də  ağıllı,  idraklı  adamlara,  varislərə,  vəliəhdlərə  bir  bəla  olmuĢdu.  Oğul  atanın, 
qardaĢ  qardaĢın  gözlərinə  odda  qızardılmıĢ  mil  çəkirdi,  dünya  iĢığına  həsrət  qoyurdu.  Göz 
yoxdursa, artıq hər Ģey bitirdi. QarĢıdakının səsindən artıq onun qəlbini oxuya bilmirdi. Həyatın 
bu  gözəl  ne‟mətindən  məhrum  olan  ən  insanpərvər  hökmdar  isə  paxıllıq  hissinə  qapılıb  kimə 
acığı tuturdusa, onun gözlərinə mil çəkdirirdi. 
Lələ  nəinki  Ġsmayılın  gözlərini,  onun  özünü  öz  bəbəklərindən  də  möhkəm,  e‟tibarla 
qoruyub saxlayırdı. Cibo Səfər onların ev iĢlərini görür, odun yarır, su gətirir, Salmanla baĢqa beĢ 
mürid  silahlanıb  beĢ-on  evlik  kəndin  ətrafında  keĢik  çəkir,  Ġsmayılı  bir  an  olsun,  gözdən 
qoymurdular.  Mirzə  Əli  də  vaxt  tapan  kimi  atına  minib  onlarla  görüĢməyə  gəlirdi.  Günlərlə  o 
Lələ ilə, Ġsmayılla oturub söhbət eləyirdi. 
Ġsmayılın  iti  gözləri  indi  təbiətin  gözəlliyinə  dikilmiĢdi.  Bu  gözəllik  onu  hər  dərddən, 
kədərdən ayırmıĢdı. Ġndi isə onun ürəyi yaman dolmuĢdu. Ya ağlayıb ürəyini boĢaltmalı, ya da bu 
dolmuĢ ürəyi nə iləsə sərinlətməliydi. Birdən-birə onun dilində misralar yaranmağa baĢladı. 
 
Gövhərin getməyən yerdə  
Satma qardaĢ, kərəm eylə.  
Ləl daĢını çay daĢına  
Qatma qardaĢ, kərəm eylə 
 

140  www.sarigelin.net 
 
Bir neçə dəfə çox asanlıqla yaranmıĢ bu bəndi oxudu, təkrar elədi ki, yadından çıxmasın. 
Çünki bu onun ilk Ģe‟riydi. Təbiətə, dünyaya, insanlara münasibətiydi. O, hətta çay daĢını lə‟lə 
qarıĢdıranları kərəm eləməyə çağırırdı:  
 
Gördün bir yerdə aĢina, 
Hər nə dersən, öz baĢına.  
Yol daĢını yol quĢuna,  
Atma qardaĢ, kərəm eylə. 
 
Görəsən bu misraları  fikirləĢəndə kimi nəzərində tutmuĢdu, kimə ithaf eləyirdi. Yox, heç 
onun özünə də mə‟lum deyildi. Elə belə, adamlara. Biri-birini asan, satan, zəhərləyən, ölkələrin 
yolunu kəsən, minlərlə adamın əllərinə silah verib biri-birinin üstünə salıĢdıran, insan qanını su 
kimi  axıdanlaramı  deyirdi.  Yox,  hələlik  bir  o  idi,  bir  də  təbiət.  Təbiət  ona  təmiz  hisslər 
aĢılamıĢdı, o da həmin hissləri Ģe‟r Ģəklində geri qaytarırdı. 
Lələ  qayalıqlardan  xeyli  kəklikotu  yığmıĢdı.  Ətri  adamı  məst  edən  kəklikotu  kolları 
arasında  çoxlu  kəklik  yuvaları  və  xırda-xırda,  rəngli,  daĢlara  oxĢayan  çil  kəklik  yumurtaları 
vardı. Qayalıqlarda isə kəkliklər oxuyurdu: “Qaqqba, qaqqba...” 
O hansı kola yaxınlaĢırdısa, elə dayanırdı ki, oradan Ġsmayılı görsün. Bu dəfə isə onu çox 
qəribə bir halda, sevinən, Ģad gördü. Son vaxtlara qədər onu sevinib-gülən görməmiĢdi. Torbanı 
qayanın  üstündə  qoyub,  ayağını  daĢların  çatına  iliĢdirərək  yuxarı  qalxdı  və  Ġsmayılın  yanında 
oturdu. Ovuclarında iliĢib qalan daĢxınasını çırpıb tökdü. 
– ġükür, kefini kök, damağını çağ görürəm. 
– Lələ, yaxĢı ki, gəldin. Mənə həmiĢə deyirsən ki, hökmdarlığa gedən yolu tut. Ġndi mən bir 
sənətin açarını ələ keçirməyə baĢlamıĢam. 
– O hansı ölkədi, mürĢüdüm? – Lələ təəccüblə soruĢdu. 
– ġe‟r ölkəsinin, Lələ. Qulaq as, gör necə Ģe‟rdi. 
 
Gördün bir yerdə aĢina,  
Hər nə dersən, öz baĢına.  
Yol daĢını yol quĢuna,  
Atma qardaĢ, Kərəm eylə. 
– Çox lətif Ģe‟rdi, mürĢüdüm. ġairlik iste‟dadına söz ola bilməz. Bu Allah vergisidi. Hər 
Ģəxsə qismət olan xoĢbəxtlik deyil. – Lələ artıq görürdü ki, Ġsmayılı bu yoldan döndərmək olmaz. 
Burada  da  özünün  düz  saldığı  yola  istiqamətləndirməyə  çalıĢdı.  Onun  qayğılarından  biri  də 
artmıĢdı. – Amma bizim Ģairlərimizin çoxusu ərəb və fars dillərində yazıb. Türk dilində də Ģe‟r... 
–  Bəs  Nəsimi?  –  deyə  Ġsmayıl  Lələnin  sözlərinə  üsyanla  cavab  verdi.  –  Babam  ġeyx 
Səfiyyəddinin  qoyduğu  yol-ərkan  bu  türk  tayfalarını  birləĢdirib  bir  eləmək  üçün  deyilmi?  Nə 
üçün onların dilində Ģe‟r yazılmasın? Tale üzümüzə gülsə əcəl imkan versə, “əcəl imkan versə” 
kəlməsi  bu körpə uĢağın  dilindən çıxırdı. Bəli, on üç yaĢında yeniyetmə də, bu gündən sabaha 
çıxmağa ümid eləmir. 
Lələ dedi: 
–  MürĢüdüm,  səltənətə  gedən  yol  cinlər,  Ģəyatinlər,  divlərlə  doludur.  Onların  hamısı 
qılıncdan keçirilməsə, heç yerə gedib çıxmaq olmaz. Ġndi mən bilmək istəyirəm ki, Ģe‟rlə qılınc 
bir ürəyə sığıĢacaqmı? Yol daĢını yol quĢuna atmaq istəməyən Ģəxs o yolu necə təmizləyə bilər? 
Ġsmayıl bu sözün dərinliyinə getdi. Onun üçün ən müqəddəs vəzifə doğrudan da atasının, 
babalarının yolunu davam etdirmək, onların məqsədlərini həyata keçirmək idi. Necə ki, bu yolda 
Sultanəli getdi, Ġbrahim getdi. Anası, dünyalardan çox sevdiyi AləmĢahbəyim getdi. Əgər o, öz 
yaxasını kənara çəksə, bu yoldan qorxsa, bütün müridlərin də gözündən düĢər. Nəsildə ən qorxaq 
adama çevrilər. Yox, o bu yoldan çəkinməyəcək və nəslin istəklərini həyata keçirəcək. Bu yolda 
bütün  yaxın  qohum-qardaĢları  kimi  ölmək  də  onun  üçün  çox  xoĢdur.  Bu  fikir,  əqidə  onun 
qəlbində elə möhkəm kök salmıĢdı ki, onu oradan heç nə çıxara bilməzdi. Bütün bunlarla bərabər 

141  www.sarigelin.net 
 
ona Ģairlik də vergi kimi verilibsə nə üçün tanrının bu hədiyyəsini də məhəbbətlə qəbul etməsin. 
Düzdür, Səfiyyəddin nəslində Ģair yetiĢməmiĢdi və onun özü böyük Sədi ilə dostluq eləmək belə 
istəməmiĢdi. Dini iĢləri dünyəvi iĢlərdən yüksək tutmuĢdu. O ki qaldı qılıncla Ģe‟rin birliyinə... 
“ġahnamə”də  yüzlərlə  baĢlar  kəsilmirmi?  Rüstəmi  Zal  nə  qədər qanlar axıdır. ġair isə onu əfv 
eləyir. Çünki Rüstəm öz doğma torpağının azadlığı üçün vuruĢurdu. 
– Lələ, atamın qatili Fərrux Yasarla, anamın, qardaĢlarımın qatili Əbih Sultanla qılıncdan 
baĢqa daha nə ilə danıĢmaq olar?! 
– Düzdür. Amma Fərrux Yasar tək deyil, onun ordusu var. Bu ordunun döyüĢçüləri atanın 
qətlində iĢtirak etməyib. Ona görə də qarĢında günahları yoxdur. Bəs onlarla necə? 
– Demək düĢmənimin tərəfindədilər. 
– Doğrudur. Amma yenə deyirəm ki, Ģe‟r ürək yumĢaldır. Amma yumĢaq ürəklə bu qədər 
böyük, möhkəm divarları yıxa bilmərik. 
– Nizami yaxĢı deyir: 
 
Əlində yumĢalsa dəmir, bunu bil.  
Hörmətlə yumĢalar, nifrətlə deyil. 
 
Gödək Əhmədin çadırından çıxandan sonra Əbih Sultan atının baĢını buraxmıĢdı. Fikirləri 
də atı kimi baĢ götürüb gedirdi. Bu balacaboy Əhməddə nə boyda hikkə varmıĢ. Belə hikkənin 
sahibi  padĢah  da  olar,  o  yana  da  keçər.  Deyir  balacaboy  adamın  könlündən  gündə  üç  dəfə 
Allahlıq iddiası keçir. O nəinki Ģah, sultan, belə getsə Teymurləng kimi dünyanın yarısına sahib 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin