Rüstəm Mirzənin sağında Əbih Sultan, solunda Qasım bəy Pərnak vuruĢmalıydı. QoĢunlar
biri-birinə qarıĢanda onların heç birini görmədi. Sağ və sol cinah yox idi. Rüstəm Mirzə
məngənəyə düĢmüĢdü. Əbih Sultan geri qayıdıb onun ətrafındakı, ona sədaqətli olanları arxadan,
Əhməd Ģahzadənin süvariləri isə qabaqdan doğrayırdı. Rüstəm Mirzə nə qədər qılınc çalırdısa,
xeyri yox idi. Arxadan kimsə qıĢqırırdı:
– Qibleyi aləm, meydandan çıx, xəyanət.
Meydandan çıxmaq isə mümkün deyildi. Hər tərəf at, insan cəsədi, qılınc, qalxan, nizə idi.
Nə özününkünü tanımaq mümkün idi, nə düĢməni. Sağa, sola qılınc çalıb özünə darısqal bir yol
açmıĢdı ki, qolu birdən qalxmadı. Kəmənd qollarını bədəninə sarımıĢdı. Əbih Sultan kəməndi
çox ustalıqla atmıĢdı və atını sürüb Rüstəm Mirzəni yəhərdən saldı, dalınca sürüyüb apardı. O
düz Gödək Əhmədin çadırına tərəf sürürdü. Çadıra çatmamıĢ piĢik cəldliyi ilə düĢüb hələ özünə
gəlməmiĢ Rüstəm Mirzənin sinəsinə çökdü. Gözlərinin içinə baxmağa cəsarət eləməyib çənəsini
yuxarı qaldıraraq iti qəməsini onun hülqumuna çəkdi. Bədən yerdə çabalaya-çabalaya qaldı.
Xırıldayan, dodaqları hələ də tərpənən baĢı gətirib Gödək Əhmədin ayaqları altına atdı.
– Buyur, həĢəmətli hökmdar, Rüstəm Mirzənin baĢını gətirmiĢəm. Əbih Sultan verdiyi sözə
əməl eləyən adamdı.
Hökmdarın aparıldığını görənlər təslim olur, bə‟ziləri qaçırdı. Təpələrdəki ordugahın
alabəzək çadırlarına isə heç kəs toxunmurdu. Rüstəm Mirzə bu yüzlərlə boĢ çadırları bir gecədə
qurdurmuĢdu ki, düĢmənini qorxutsun. Amma onun hiyləsi baĢ tutmamıĢdı.
“MÖ‟CÜZƏ”
Lahicanda, Mirzə Əlinin geniĢ, üstü kirəmidli, pəncərələri Ģəbəkəli evində üç nəfər iri
mitəkkələrə dirsəklənib oturmuĢdu: – Mirzə Əli, Lələ, bir də Ġsmayıl. Hər üçü pərt idi. Gödək
Əhmədin Təbriz taxtına çıxması xəbərini təzəcə almıĢdılar. Amma heç biri dinib danıĢmırdı.
Mirzə Əli titrəyən barmaqları ilə Qur‟anın vərəqlərini çevirib dodaqaltı oxuyurdu. Onun
əlləri də, dodaqları da, bədəni də, barmağı ilə bir tərəfindən tutub qaldırdığı vərəq kimi əsirdi.
Onun oxumağından hiss olunurdu ki, özünü ələ almaq, səbrini basmaq üçün vird eləyir, amma
heç cür sakitləĢə bilmir. Axırda özünü saxlaya bilməyib vərəqi ehtiyatsızlıq, bir az da özünə xas
olmayan kobudluqla qatlayıb dilləndi:
– Satdılar səltənəti, hərraca qoydular. Ölkə neçə vaxtdı düĢmən ixtiyarındaydı, indi lap
yağıların əlinə keçdi. Uzun Həsənə olan acıqlarını bütün ölkədən çıxacaqlar.
– Əbih Sultandan bundan artıq heç nə gözləmək olmazdı, – deyə Hüseyn Lələ söhbətə
qarıĢdı. – Həsən padĢahın Rum sultanı ilə vuruĢub qan tökməyinin demək olar ki, bir qara quruĢ
da qiyməti yoxmuĢ. Satqınlar ölkənin açarını öz əllərilə aparıb verdilər Rum sultanına. Bu
gündən Ģiələrin ən çətin günləri baĢlayır.
Ġsmayıl bu söhbətlərə qulaq asırdı. Onları dinlədikdən sonra diz üstə oturub öz fikirlərini
izah eləməyə baĢladı:
– Sizin fikirlərinizlə mən də razıyam. Düzdür, məmləkəti satdılar. Ancaq qızılbaĢlar üçün
bundan yaxĢı fürsət olmaz. Məmləkət əhlinin onları – rumluları görməyə gözü yoxdu. Həm də
Ağqoyunlu əmirləri özlərini hamının gözündən saldılar. Ġndi hərc-mərclik baĢlayacaq.
Məmləkətdə ağız deyəni qulaq eĢitməyəcək. Bizim iĢə baĢlayacağımız gün yetiĢib. Müridləri
toplayıb silahlandırmaq məqamıdır.
Mirzə Əli Ġsmayılın yetkin söhbətinə, yaĢına yaraĢmayan ağlına, dərrakəsinə, onun
məntiqinə heyran qaldı.
148 www.sarigelin.net
– ġeyx, sən bəlkə də çox doğru buyurursan. Ancaq bir Ģeyi yadında saxla ki, Gödək
Əhmədin arxasında Bəyazid dayanıb. – Sonra o üzünü Lələyə çevirdi. – Ay hələ on üç
günlükdür. Qoy heç olmasa on dörd günlük olsun, iĢığı bir az da artsın, bədrlənsin.
Ġsmayıl on üç yaĢın içindəydi və baĢa düĢdü ki, Mirzə Əli ay söhbətində bunu nəzərdə
tutur, Lələni gözləməyib özü cavab verdi:
– On dörd günlük olmamıĢ bəlkə də o ayın üzünü buludlar aldı, onda necə? On üç günlük
ay iĢıq saça bilirsə, demək aydı. Bir gün tələsmək, bəlkə də bir gün gecikməkdən daha xeyirlidir.
Dövran qarıĢıqdı, günahkarlar günahsızlardan qat-qat çoxdur. Qatillər, müftəxorlar taxtda oturub,
torpaq becərənin isə təknədə çörəyi yoxdu. EĢitdiyimə görə yollar, Ģəhərlər, bazarlar dilənçilərlə
doludur. Bu zəmanəyə bir sahib çıxmalıdır.
Mirzə Əli Ġsmayılın bu sözlərindən sonra baĢını qaldırıb ona bu dəfə heyrət yox, təəccüblə
baxdı. On üç yaĢlı uĢağın ağlı onu qorxuya saldı. Bu görünməmiĢ bir yetkinlik, ağıl, idrak idi.
– Ya ġeyx, sənin Ģirin dəhanından qopan sözlər, on üç günlük ayın günəĢ kimi
parlaqlığından xəbər verir. Amma bir iĢdə mənim məsləhətimə də qulaq assan pis olmaz.
Yollardakı, Ģəhər və bazarlardakı dilənçilərdən heç kimə arxa olmaz. Əlini açıb sədəqə istəyən
dilənçiyə imkan versən tamah ucundan hər Ģeyi satar, ən müqəddəs amalı da. Yer əkən rəncbərlə
də iĢin olmasın. Onun taleyini Allah-təala belə yaradıb. O, arı kimi Ģirə toplamalıdır. Həmin
Ģirənin hamısını arıya hazır versən cırlaĢar, dönüb it arısı olar və yoldan ötənin hamısını çalar.
Sən ətrafına öz adına, nəcabətinə uyğun adamları topla.
Mirzə Əlinin sözləri ilə Ġsmayıl razılaĢmadı.
– Atam ġeyx Heydərin qoĢunundakı müridlərin çoxusu rəncbər deyildimi? Onun hər
buyruğunu can-baĢla yerinə yetirirdilər. Əmirlər, naiblər, vəzirlər isə Rüstəm Mirzəni satıb
Gödək Əhmədin tərəfinə keçdilər. Lələ, zühur etmək məqamı yetiĢib. Carçılar göndərək,
müridləri yığaq.
Lələ Ġsmayılın gətirdiyi dəlillərlə qəlbində razılaĢmıĢdı. Görürdü ki, bu uĢaq vəziyyəti
onların ikisindən də daha düzgün qiymətləndirir. Bütün ölkənin baĢı indi Gödək Əhmədə qarıĢıb.
Rumlulardan narazı Ģiələr də, bu istiladan razı qalmayanlar da mütləq onların tərəfinə keçəcək.
Onlar razılaĢdılar ki, ən e‟tibarlı dostlarının dalınca adamlar göndərsinlər.
Bir neçə gündən sonra Dədə bəy gəlib çıxdı. Yanında özü kimi qollu-qabırğalı, qızılı
bığları sallanıb çənəsinə çatan pəhləvan görkəmli bir adam vardı.
– Xadim bəy Xulafa, – deyə Ġsmayıla təqdim elədi. Ġsmayılın ovcu onun ovcunda itdi. Ġri,
qara barmaqlar qarmaq kimi əyildi. Dədə bəyin gəlib çıxması onların hamısının ürəyindən
olmuĢdu. BeĢ il ərzində onun saçları xeyli ağarmıĢdı. Ġsmayıl onu qucaqladı.
– Dədə bəy, gəl, təzədən sərkərdəlik məharətini göstər.
– BaĢ üstə, canımı bu yolda qurban demiĢəm.
Həmin gün çeĢt vaxtı Bayram bəy Qaramanlı qardaĢı Rüstəm bəylə gəlib çıxdı. Qaraman
elinin çox hissəsi Qaradağa və Qarabağa, Xudafərin körpüsünün hər iki tərəfinə köçmüĢdü.
Bayram bəy də oradan gəlirdi. Ġsmayılla görüĢdü, onun əlindən öpdü.
– Camaat deyir ki, “Söndü Qaramanın çırağı”. Düzdü, Qaraman torpağının çırağı söndü,
amma Qaraman camaatının baĢıpapaqlıları Səfiyyəddin ocağının çırağından çıraqlarını yandırıb
yaĢayırlar. MürĢüdümüzün hər bir fərmanına müntəzirik.
AxĢam Qara Piri bəy də özünü yetirdi. Hərəsi kiçik, yaxĢı silahlanmıĢ, e‟tibarlı adamlardan
ibarət dəstələrlə gəlmiĢdi.
YaĢlı, ağsaqqal, baĢbilən qızılbaĢlar gecə Mirzə Əlinin evinə yığıldılar. Bir çox məsələlər
vardı ki, onları ölçüb-biçməliydilər. Sözə baĢda oturan Ġsmayıl baĢladı.
– Ey igid, baĢı bəlalı qızılbaĢ ağsaqqalları, gizləndiyimiz, laməkan olduğumuz bəsdir.
Çıxırıq gün iĢığına. Zəfər sancaqlarını, ələmlərini, bayraqlarını qaldırarıq. Kimin ürəyində
əqidəmizə məhəbbət qalıbsa yığılsın bu sancaqların altına, ġirvan üstünə yeriyəcəyik.
Lələ əlini xalçanın qoç buynuzuna oxĢar naxıĢlarına sürtürdü. Sanki orada döyüĢən qoçları
yola gətirmək istəyirdi. Özü də yumĢaq, mülayim səslə, bir az da günahkar ahənglə dilləndi:
149 www.sarigelin.net
– Ya ġeyx, biz hələ azıq. Ġndidən hay-küy salsaq, düĢmənləri üstümüzə qaldırarıq. Hələ iĢə
baĢlamamıĢ məhv olarıq.
O, gözlərini qaldırıb oturanların sifətinə baxdı. Gördü ki, oturanların hamısı onun fikri ilə
Ģərikdi. Amma bu fikrə Ģərik çıxmayan Ġsmayıl oldu.
– Biz gizləndiyimiz yerdən çıxmasaq heç kim bizə inanmaz. Qorxaq adamın tərəfində isə
heç kim dayanmaz. Biz çağırıĢ tə‟bili çalıb, sancağımızı qaldırmalıyıq. Bizi cəsarətli bilməsələr,
dostlarımız da bizə qoĢulmazlar. Mən təklif eləyirəm ki, buradan birbaĢa Ərdəbilə gedək. Babam
ġeyx Səfiyyəddini yuxumda görmüĢəm. O mənə yuxuda xeyir-dua verib, baĢıma qızılbaĢ çalması
qoyub. Onun qəbrini ziyarət eləyib bir daha xeyir-dua alandan sonra qıĢlamaq üçün bir yer
seçməliyik. Yaza qədər həmin düĢərgədə öz qoĢunlarımızı toplamalıyıq.
Dədə bəyin gözləri dolmuĢdu. Ġsmayılın belə dilavərliyi, hökmü, cəsarəti onu kövrəltmiĢdi.
Mirzə Əlinin isə gözlərindən sevinc yaĢları axırdı.
– Bu iĢin öhdəsindən gələ biləcəksənmi? Özünə xəta toxunmayacaq ki?..
Ġsmayıl ayağa qalxdı. 0 yas libası geymiĢdi. BaĢındakı QızılbaĢ tacından baĢqa hər Ģey qara
rəngdəydi.
– Mirzə Əli, mən anadan olandan dünyaya yox, xətalar içinə düĢmüĢəm. Bunu hamı bilir.
Amma həmiĢə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü
taleyimdə yox, gələcək ləqəbimdə qalacaq. Ġndiyə qədər çəkdiyim əzabların, düĢdüyüm xətaların
əvəzində tanrım mənə bundan sonra gözəl tale bəxĢ eləyib. ġairlik də o ilahi bəxĢiĢlərdən biridir.
Elə bilirsiniz ki, məni tanıyırsınız. Yox, tanımırsınız. Ġndi qulaq asın, görün mən kiməm.
Ġsmayıl aramla, aydın, inamlı səslə oxumağa baĢladı:
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim, Gövhərin yekdanəsindən irəli pərgar idim.
Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,
Yeri-göyü, ərĢi-kürĢü yaradan Səttar idim.
Gah Hüseynlən belə pustumu soydu qazilər,
Gah o Mənsur donuna girdim, “ənəlhəqdar” idim
Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim.
On səkkiz min aləmə mən gərdiĢ ilə gəlmiĢəm,
Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim.
Dünyasından mən onun sirrin bilirdim, ol mənim,
Dəryanın altındakı sac qızdıran əngar idim.
Mən Xətaiəm haqqı haqq tanımıĢam bigüman,
Onun üçün ol yaratdı, mən ona dərgar idim.
– Ġndi bildiniz mən kiməm?
Otağa elə heyrətli bir sükut çökmüĢdü ki, Ġsmayılı ta körpəlikdən tanıyan Lələnin də dili-
dodağı qurumuĢdu. “Yox, bu tanıdığımız Ġsmayıl deyil. Allah elə bil onu dəyiĢib. Bu ilahi bir
varlıqdı. Bəlkə də onu göydən mələklər göndərib”.
Mirzə Əli qollarını göyə qaldırdı və elə bil o qollar bir az da uzandı və sanki o qollar baca
olsa, o bacadan çölə çıxacaqdı.
– Ey ilahi, sənin kərəminə min Ģükür. Məni bu gün, bu dünyada da cənnətə çatdırdın, daha
o dünyamdan bədgüman deyiləm. Biz bilirdik ki, sənin kəramətinlə zamananın sahibi gələcək.
Nə vaxt gələcək, necə gələcək, hara gələcək, bilmirdik. Onu mənim məmləkətimə, mənim evimə
göndərib bu fəqir bəndəni Ģərafətli etdiyinə görə qulunam, qulunam, qulunam, qulunam. – O
150 www.sarigelin.net
salavat çevirdi, nəsə oxudu, diz üstə sürünüb Ġsmayılın ətəyindən öpdü. O, ətəyi gözlərinin
üstünə qoydu. Sonra üzünü heyrətdən özünü itirənlərə tutub dedi:
– Nə xoĢbəxt adamlarsınız. Bu gül camallı Ģəxs zamanın sahibidi, bizim gözlərimiz
qabağında zühur elədi. Qalibiyyət sizindi. Bu müqəddəs Ģəxsin yolunda qan tökmək, candan
keçmək ən böyük savab və xoĢbəxtlikdir.
O, bir daha Ġsmayılın ətəyindən öpdü.
– Canım sənə fəda olsun. KaĢ mən də cavan olaydım, silah götürüb qoĢulaydım sənin
müridlərinə.
Dədə bəy də, Bayram bəy və Rüstəm bəy qaramanlılar da, Xulafa bəy, Qara Piri bəy də,
Lələ də ona səcdəyə baĢladılar.
Ġsmayıl onların səcdəsinin sonunu gözləyib üzünü Mirzə Əliyə tutdu:
– Ġndi mənim dediklərimə Ģərik olursanmı?
– Sənə Ģəkk gətirən kafirdi. Sən hələ uĢaq olanda mən səni gizlətmək üçün Qur‟ani-Ģərifə
and içməli oldum. Bilirdim ki, böyük günaha batıram. Amma qəlbimdə bir səs qalxmıĢdı ki, sən
and iç, Qur‟ana əl bas, bu günah deyil, savabdı. O vaxt Allahın müqəddəs kəlamı sənin
köməyində dayandı. Demək dünya elə belə deyilmiĢ. Dünyaya zamanın sahibi gələcəkmiĢ.
Ġsmayıl keçib yerində oturanda onların hamısı aĢağı tərəfə keçdilər və gözlərini onun
dodaqlarına dikdilər. Ġsmayıl da məmnun-məmnun qızılbaĢ ağsaqqallarına baxdı. Vəziyyətin belə
dəyiĢməyi onun keyfini durultdu və inandı ki, doğrudan da zamana sahiblik edə biləcək və onun
qarĢısında heç kim dayana bilməyəcək.
– Taromda müridlərimizin dəstələrinə baxıĢ keçirdərik.
Ġstər-istəməz Dədə bəyin dilindən çıxdı:
– Tarom Hüsaməddinin ixtiyarındadır, o isə bizim qatı düĢmənimizdir.
Ġsmayıl ona mə‟nalı-mə‟nalı baxdı.
– DüĢmənin bizə gücü çatmayacaq. ĠĢimizi Hüsaməddinin gözü qabağında görəcəyik, o isə
bizə heç nə edə bilməyəcək. Oradan keçəcəyik Ərdəbilə, ġeyxin qəbrini ziyarət eləyəcəyik. Sonra
oradan qayıdacağıq dəniz kənarındakı Ərcivan kəndinə. Ərcivanda babamın yaxın dostu və
qayınatası Zahid Gilaninin türbəsi var, onu yad eləmək bizim borcumuzdur. Həm da qıĢ vaxtı
ocaqlığımız olacaq Ərcivan kəndi. Lələ, ġirvana dərviĢlər göndərmək lazımdı. Qoy onlar
ġamaxıda zamanın sahibinin peyda olduğunu danıĢsınlar. Lələ dilləndi:
– Bizimlə vuruĢmaq üçün hazırlığa baĢlamazmı?
Ġsmayıl artıq dediyi sözün dəyərini bilirdi və onu müdafiə eləməyə əvvəldən hazır idi.
– Çingiz xanın, Əmir Teymurun gəliĢini biləndə vuruĢa hazırlaĢardılar. Lap onun gücünə
bələd olsalar da belə. Amma Sahibi əz Zaman Mehdi peyda olubsa, bilirlər ki, ona qarĢı heç bir
silah iĢlətmək olmaz. Onda əlləri-ayaqları soyuyacaq. Günahlarını özləri yaxĢı bilirlər. O
günahlar bağıĢlanılmaz günahlardır. Elə bilirdilər həmin günahları özləri ilə gora aparacaqlar,
orada necə olar, olar. Amma indi görəcəklər ki, yox, həmin günahlara görə bu dünyada da cəza
var.
Dədə bəy ayağa qalxdı, üzünü oturanlara tutub dedi:
– And içirəm Qur‟ani kəbirə, and içirəm Türk pirinin müqəddəs qəbrinə, and içirəm
dostumuz ġeyx Heydərin üz qoyduğu torpağa, zamanın sahibinin bir sözü bizim yanımızda iki
olmayacaq, onun bütün dediklərini canımız bahasına olsa da yerinə yetirəcəyik.
Ġsmayıl onlara baxdı və gördü ki, atasının yaxın dostları olan bu qoca qızılbaĢlar necə sidq
ürəklə, təmiz qəlblə Dədə bəyin dediklərini təkrar edirlər. YaĢı az olsa da çox oxumuĢ və çox
görmüĢdü. Tez bir zamanda biri-birini əvəz edən dərd və sevinc onu böyütmüĢdü, yetiĢdirmiĢdi.
O, dərk eləmiĢdi ki, zəif Ģəxsiyyətlər tarixdə heç bir iĢ görə bilməyib, baĢqasının
kölgəsində gəlib, kölgədə yaĢayıb, qəbir daĢının kölgəsində əbədi yatıb. O kölgədən çıxmayan,
öz kölgəsini bir adamın, bir tayfanın, bir ölkənin üstünə salmağı bacaranlar isə həmiĢə yaĢayıb.
Onlarda da günəĢə bənzəyən bir xüsusiyyət var, belələri tək qol, qılınc yox, həm də ağılın,
idrakın gücünə arxalanıb.
151 www.sarigelin.net
Düzdür, ġeyx Heydərin dostları çoxdur, sağlığında da daha çox olub. Bəs onda niyə
yenilib, həlak olub. Ġstəyinə çata bilməyib. Babək kimi hamını bir gözdə görüb, toxum əkən
rəncbəri, yollardakı dilənçiləri əmirlərlə, əsilzadələr, bəylərlə eyni gözdə görüb. Həmin adamlar
da canlarından keçib, lakin yenə də məğlubiyyətə rast gəlib, qalibiyyətə yox. Baxmayaraq ki, o,
babasının əqidəsini xürrəmilik ilə qarıĢdırıb bir yerə yoğurmuĢdu.
Bəs haqqın yolu hardadır?
Çingiz xanın orduları ölkəni elə xarabazara çevirdi ki, əlli il sonra da kəndləri, Ģəhərləri
bərpa eləmək mümkün olmadı. Arxlar uçurulduğundan əkinlər, bağ-bağçalar qanqallığa, səhraya
çevrildi.
Müharibələr, ölkə daxilindəki qiyamlar, çəkiĢmələr, quraqlıq, aclıq, vəba xəstəlikləri,
əhalidən yığılan 45– 46 cür vergi hamını cana gətirmiĢdi. XıĢı bir tərəfə atıb yolları kəsən əkinçi,
özündən azacıq imkanı olanı soyurdu. Ölkəyə əmin-amanlıq, var dövlət və‟d eləyən vəzirlər və
Ģahlar rüĢvət toplayırdılar.Ona görə də vicdansızlıq, zülm, vəhĢilik, yalan mücəssiməsinə
çevrilən taxtlara və orada oturmaq üçün biri-birini al qana boyayan hökmdarlara heç kim ümidini
bağlamırdı. Ġl-ildən, gün-gündən, ruzgardan, Ģah Ģahdan daha pis gəlirdi.
Aclıq çəkən, evində-eĢiyində sakit otura bilməyən adamların əlləri göydə qalmıĢdı. Amma
o minlər və milyonlarla əllər də göydən onlara lazım olanı – Allahın rəhm və mürvətini, ədalətini
torpağa endirə bilmirdi. Ədalət göydə Allahda, yerdə əjdahanın, Ģirin ağzındaydı, nə ona əl
yetirdi, nə buna güc çatırdı.
Allahdan da əllər üzüləndən sonra ümidlərini nə vaxtsa qeybə çəkilmiĢ on ikinci imam
Mehdi sahib zamana tikmiĢdilər. Ġnanırdılar ki, gələcək, mütləq peyda olacaq və məĢhər ayağına,
öz ölümünə yaxınlaĢan insanlığı xilas eləyəcək, yer üzündəki zorakılığı, hərc-mərcliyi, zülmü
ərĢə qaldıranları bir qılınc qüvvəsi ilə məhv eləyəcək.
Müsəlmanın bədbəxtliyi ondadır ki, öz gücündən çox qeybdən, yoxdan “gələcək” qüvvəyə
inanıb ki, onun arxasınca getsin və bütün iqtidarını göstərsin. Yoxsa Ģəxsiyyətini tanıdıqları,
gördükləri adamdan heç nə gözləmirlər. Belələrini çox qaldırıb gətirib baĢları üstündəki taxtda
oturdublar, o da qayıdıb onu qaldıranları at kimi minib, istədiyi səmtə sürüb, keyfi istəyəndə
qamçılayıb, keyfi istəyəndə arpa samanını kəsib, keyfi istəyəndə də bazara çəkib, kim daha baha
qiymət deyibsə, ona satıb.
Artıq hamının bir ümidgahı var. O da Mehdi sahibi zamandır. Onun zühuru hər Ģeyi həll
eləyə bilər. Adamlar onun gəliĢinə o qədər inanırdılar ki, kəndlərdə həmiĢə bəslənmiĢ yəhərli-
yüyənli ağ at saxlayırdılar. Yalnız ağ at. Çünki ağ at ağ günün timsalıdır. Bazarlarda ağ atın
qiyməti də buna görə qalxmıĢdı. Artıq ümidgahlarının da adından istifadə eləyib pul qazanmağa
baĢlamıĢdılar.
Ərdəbil qazısı Əhməd Kakulinin Ġsmayılı sahibi zaman adlandırdığını eĢitmiĢdilər. Bu söz-
söhbət camaat arasında yayılmıĢdı. Amma həmin hadisədən beĢ il keçmiĢdi və ümidlər də yavaĢ-
yavaĢ itmiĢdi, inamlar qırılmıĢdı. Ġnsanların iztirablardan xilas olmaq üçün beĢ il gözləməyə
taqətləri hardaydı. Onlar Ġsmayılın da Mehdi sahibi zaman kimi yoxa çıxdığını görüb əllərini
birdəfəlik üzmüĢdülər.
Zamanın sahibi nəinki taxtın, ölkənin, xəzinənin və qoĢunun sahibi olmalıydı, o, həm də
zamana sahib çıxıb onu dəyiĢməyi bacarmalıydı.
Ġsmayıl bu barədə çox fikirləĢir, həmin adla üzə çıxmağı çox götür-qoy eləyir, bu sirri heç
Lələyə də açmırdı. Onu narahat eləyən bir fikir vardı. O da ondan ibarət idi ki, insanlar ona
inanmalıdır. Ġnanmasalar hər Ģey təzədən alt-üst olardı. Birdən-birə ona təbi, ilhamı köməyə
gəlmiĢdi. ġe‟r onu daha da yüksəklərə qaldırmıĢdı. Budur, həmin Ģe‟rdən sonra qızılbaĢ
ağsaqqalları belə əfsunlanıb. Gözləri qabağında böyüyən Ġsmayılda ilahi bir qüvvənin cəm
olduğuna Ģəkk gətirmədilər. Demək heç kəs Ģəkk gətirməyəcək.
YaxĢı, tutaq ki, ona hamı bu gözlə baxacaq. O da insanları öz arxasınca apardı, düĢmənləri
basdı, ölkəni aldı, taxta çıxdı. Bəs ondan sonra? Yer üzündəki haqsızlıqları aradan götürə
biləcəkmi? Zamanı dəyiĢməyi bacaracaqmı?
O, dərin fikrə getdi.
152 www.sarigelin.net
Amma artıq ilk addım atılmıĢdı.
KÖHNƏ BAZAR, TƏZƏ NIRX
Gödək Əhməd Təbrizdə ata babasının taxtında oturmuĢdu. Bu məcazi mə‟nada belə
idi.Əslində isə o taxtın yerini bir az da hündürə qaldırmıĢ, oraya Gödək Əhmədin özü üçün uĢaq
kürsüsünə oxĢar, amma bərli-bəzəkli, daĢ-qaĢlı bir taxt qoymuĢdular. Ġlk gündən də iĢə
baĢlamıĢdı. Dövlət iĢləri aparmağı lap kiçik yaĢlarından Ġstanbulda öyrənmiĢdi.
O bilirdi ki, Yunanıstanı, Valaxiyanı, Macarıstanı, Əflakı, Serbiyanı, bir sözlə Avropanın
çox yerini tutan osmanlı qoĢununun arxasındakı ölkədə arxayınçılıqdı. Sultan yalnız ən böyük və
mühüm saydığı iĢlərlə məĢğuldur. Xırda tayfa davaları, ölkə içindəki hərc-mərcliklə
maraqlanmır. Doğrusu heç belə məsələlər də yoxdur. PaĢalar, bəylərbəyilər, Sancaqbəylər
Sultanın üzünə ağ olmur. Orada hamı öz yerini bilir, baĢqasının yerinə göz dikmir. Amma bu
ölkədə hökmdar qoĢun götürüb ölkənin o biri baĢına gedəndə, bu birisi baĢında bir özgəsi taxta
oturur. Taxta nə qədər göz dikən var. Belə bir məkanda hökmdar kimi yerində möhkəm oturmaq
çox çətin iĢdi. Ölkədə sakitlik yaratmaq üçün əvvəl özlərini yarımallah, yarımpadĢah sayanları
sakitləĢdirmək lazımdır. Onları sakitləĢdirməyin bir yolu var. Qılınc, kötük və aĢağı əyilmiĢ baĢ.
Həmin baĢlar kötüyün yanına düĢməyənə qədər o kəllədəki gözlər hərisliklə taxt-tac axtaracaq.
Bəs o baĢlar niyə qalxıb?
Gödək Əhməd baĢa düĢmüĢdü ki, hər gələn öz tayfasını qalanların baĢına çıxardır. Öz
qurbağasını o biri tayfaların marallarına baĢbilən, gözəllik dərsi verən qoyur. Öz diĢi təzə çıxan
küçüklərinə əlində ixtiyarı olmayan tayfaların ən adlı-sanlı köpəklərini boğdurur. Öz pisini o
birilərin ən yaxĢılarından daha Ģərafətli tutur. Ona görə də bu tayfalar arasında qəribə bir intiqam
hissi var. Onlar da çalıĢır baĢa keçsin və heyfini alsın. Yenə də öz qurbağasına gözəllər gözəli, öz
madyanına köhlən, ayğır, öz ayranına yağ desin. Bunlardan baĢqa bir bəla da vardı. Ölkə əhalisi
iki yerə bölünürdü. Ta qədimdən burada məskən salan, Ģəhərlər tikən, sənətkarlıqla məĢğul olan
və səlcuqlar dövründə gələn köçərilər, türkmənlər (tərəkəmələr). Köçərilər sürülərini dağdan
arana, arandan dağa qovur, at belində böyüyür, at belində ölür. UĢaqlıqdan qılınc oynadır, ox atır,
silahla yatıb, silahla durur. Oturaq camaatın saray yanında heç bir hörməti yox idi. O,öküz
idi,əkməliydi, biçməliydi; buğda becərib saman yeməliydi. Belələri həmiĢə piyadadı: evində də,
iĢində də, hərbi səfərdə də. At belində gedən tərəkəmə əmri isə dinc vaxtı onun ağası, döyüĢ vaxtı
sərkərdəsidi. PadĢah da, divandərə də atlını qoyub piyadaya havadar çıxmayacaqdı ki. Taxt-tacı
qoruyan o sərkərdə də onun atlısıdır. Ordunu toplayan da, vergini yığan da, səltənətdə tarazlığı
pozan da.
Gödək Əhmədin o atlılardan xoĢu gəlmirdi. Sultan II Bəyazid onu baĢa salmıĢdı ki, yerini
möhkəm eləmək istəyirsənsə atlını atdan sal.
Ġkinci tərəfdən həmin əmirlər ölkədəki torpaqların çoxunu öz əllərində saxlayırdılar.
Syürqal Ģəklində bütün yaxĢı, məhsuldar torpaqlar, bağ-bağçalar, kəndlər onlara bağıĢlanmıĢdı.
Bu syürqallardakı rəiyyətlərdən yığılan vergilər Təbriz xəzinəsinə deyil, həmən əmirlərin
Dostları ilə paylaş: |