Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
görürdü. Bir də ki, bu dünyada o qədər adam görmüĢdü ki, onlarla üz-üzə, göz-gözə gəlməmək 
üçün sifətini örtmüĢdü. 
Elə oldu ki, qabaqdakı adam namazını və ibadətini qılıb qurtarandan sonra çıxdı, o isə hələ 
də fikirləĢirdi. 
Tanıya bilməmiĢdi. 
 
–  Necə  eləyim?  Buradan  çıxıb  ġamaxıya  yol  alımmı?  Gecədir,  yolları  da  tanımıram. 
Qaçaq-quldura rast düĢərəm birdən. 
O, ibadətxanadan çıxanda gördü ki, qarĢısında həmin adam dayanıb. 
– AxĢamın xeyir, Əbih Sultan. 
Bu Cibo  Səfər idi və Əbih Sultanı  gözlərindən tanımıĢdı.  Əbih Sultan onu indi tanıdı  və 
əvvəl boynundan atmaq istədi. 
– Məni kiminləsə səhv salırsan. 
– Yox. Neçə dəfə mənə pul vermisən. Demisən ki at al, libas al. Cibo Səfərəm də, Murad 
bəy gətirmiĢdi ha “Səkkiz behiĢt” sarayına. 
–  Hə,  hə,  indi  tanıdım.  Amma  mənim  kim  olduğum  barədə  bir  kəsə  də  bir  kəlmə  demə, 
oldu? 
– Bu nə sözdü? Mən çox ağzıbütöv adamam. SoruĢmaq ayıb olmasın, hara belə? 
– Heç özüm də bilmirəm. Bəs sən hara? 
– Mən də neçə illər yad ölkədə dolandım, indi görürəm, yox. “Gəzməyə qərib ölkə, ölməyə 
vətən yaxĢı”. Daha qocalmıĢam, istəyirəm qohum-əqrabanın yanında ölüm, onların çiynində gora 
gedim. Görürəm ki, yad danası tutanın axırda çatısı əlində qalır. 
Əbih  Sultan  onun  dediklərinə,  yanmıĢ,  qaralmıĢ  sifətindəki  xırda  göy  gözlərinə  inandı. 
Ġnandı ki, onun qəlbi artıq qızılbaĢlardan qırılıb,ümidlərini itirib, geri dönür. 
Amma  Cibo  Səfər  məqsədini  ondan  gizlədirdi.  Hamıdan  gizli  saxlamalıydı  o  məramı. 
Çünki onu ġamaxıya Lələ göndərmiĢdi. Oradakı dərviĢlərə qızılbaĢların sözlərini çatdırmalıydı, 
“Zamanın  sahibinin”  gəlməyi  xəbərini  yaymalıydı.  Budur,  yenə  də  Əbih  Sultanla  qarĢı-qarĢıya 
gəldi. Onlar gəlib hücrədə oturdular. – Ġndi haradan gəlirsən? 
– Haralarda olmadım ki? Ġsfahanda, ġirazda. Gördüm yox, əl vermir. Heç kimi tanımıram, 
heç kim də məni tanımır. Bir gün küçədə öləcəm, it kimi sürüyüb atacaqlar bir dərəyə, üstümü 
torpaqlayacaqlar. 
Əbih Sultan cibindən bir kisə də pul çıxarıb onun cibinə qoydu. 
–  Götür.  Mən  sənə  demiĢdim  ki,  qızılbaĢlara  uyma,  onlar  Ģiə,  sən  sünnü.  Sənə  sahib 
durmayacaqlar. Arada bir sözümdən çıxdın. Ġndi gəlirsən də mən deyənə. 
– Düz deyirsən, baĢına dönüm. 

159  www.sarigelin.net 
 
 
– Onda mənə ġamaxıya qədər yoldaĢlıq eləyərsən? 
– Niyə eləmirəm. Elə mən də yoldaĢ axtarırdım. –Cibo Səfər məmnuniyyətlə razı oldu. 
– Mən Ġsfahan körpüsünü çox xoĢlayıram. 
– Hansı körpünü? 
 
Əbih  Sultan  indi  baĢa  düĢdü  ki,  Cibo  Səfər  ona  yalan  deyir.  Nə  Ġsfahanda  olub,  nə  də 
ġirazda. Üstünü vurmadı. Demək onu qızılbaĢlar göndərib. 
– Səfər, eĢitmisən, sahibi zaman zühur eləyib. 
Səfərin rəngi bir az dəyiĢdi. 
– Rəngin niyə qaçdı? 
– Sahibi zaman zühur eliyəndə adamın gərək qanı qaçsın. Rənginə nə var ki. Harada zühur 
eləyib? 
– Ərdəbildə. Ġsmayıl zamanın sahibi kimi ortalığa çıxıb. Xəbərin var? 
– Yox, eĢitməmiĢəm. Sən onlara elə sitəm çəkdin ki, bir də özlərinə gələlər?! 
Onların söhbəti xeyli çəkdi. Ġkisi də biri-birilərini baĢa düĢdülər, amma üstünü vurmadılar 
və  özlərini  elə  göstərdilər  ki,  guya  heç  nədən  Ģübhələnmirlər.  Sonra  Səfər  əsnədi,  yatmaq 
bəhanəsilə çıxdı və onunla gələn, ancaq guya onu tanımayan dərviĢlərdən birini darvazadan çölə 
çıxarıb baĢa saldı ki, o geriyə qayıdıb Əbih Sultanın ġamaxıya getdiyini xəbər versin. 
Həmin  gecə  Əbih  Sultan  da  yatmadı.  ObaĢdan  yuxudan  oyanan  Cibo  Səfər  onu  tapa 
bilmədi. 
QızılbaĢların min beĢ yüz nəfərlik dəstəsi Ərdəbilin yanında düĢərgə salmıĢdı. Lələ təzədən 
Ģəhər valisi Əli bəy Cəyirlinin yanına adam göndərdi, qızılbaĢları Ģəhərə buraxmağı tələb elədi. 
Əli  bəy  Cəyirli  Rüstəm  Mirzədən  sonra  yüksəlmiĢdi,  Ərdəbil  valisi  olmuĢdu.  Onun 
bacarığına,  çevikliyinə,  igidliyinə  görə  arxayın  olmuĢdular.  Həm  də  Ərdəbil  elə  bir  yer  idi  ki, 
orada hər adam baĢ çıxara bilməzdi. Çünki ġeyx Səfiyyəddin piri ölkə içində ölkəydi və bu ölkə 
Ərdəbilin içərisinə düĢmüĢdü. Müridlər Rüstəm padĢahın vaxtında da bura axıĢırdı. O müridlərin 
isə öhdəsindən gəlsə Əli  bəy Cəyirli  gələ bilərdi. Əli  bəy bir tərəfdən də Ağqoyunlu  Ģahzadəsi 
Əlvənd Mirzə ilə qohum olduğuna görə Əbih Sultanı saraydan uzaqlaĢdırmıĢdı. Əlvənd Mirzəni 
Rüstəm  Mirzənin  yerinə  keçirəcəyindən  ĢübhələnmiĢdi.  Ərdəbilə  göndərməklə  onun  baĢını 
qarıĢdırmıĢdı. 
Əli bəy də Əlvənd Mirzəni yanında saxlayır, məqam gözləyirdi. Rüstəm Mirzə öldürülüb 
yerinə  Gödək  Əhməd  paĢa  keçəndən  sonra onlar hər an fürsət  axtarırdılar. Əlvənd Mirzə taxta 
çıxmalıydı. Onun bircə rəqibi var idi: Murad Mirzə. Ġndi kim tez tərpənsə, həmin Ģahzadə taxta 
oturacaqdı. Əhməd padĢah isə hələlik taxtda oturmuĢdu və öz islahatları ilə məĢğul idi. Birdən-
birə  bu  müridlər  çıxdı  meydana.  Əli  bəy  məsələdən  xəbər  tutan  kimi  Ģəhərin  darvazalarını 
bağladı.  Onun  kifayət  qədər  qoĢunu  da  vardı,  Ġsmayılın  kiçik  dəstəsinin  üstünə  gedə  bilərdi. 
Qorxurdu. Bir ondan qorxurdu ki, sahib zamanın mö‟cüzəsi onu daĢa döndərər, ya baĢına baĢqa 
oyunlar açar, ikincisi də qorxurdu ki, döyüĢçüləri Ģəhərdən çıxan kimi Ġsmayılın tərəfinə keçərlər, 
o isə Əlvənd Mirzə ilə tək-tənha qalar. Onları Ģəhərə buraxmağa da qorxurdu. Onu tutub yerində 
öz  adamlarını  oturdarlar,  bütün  var-yoxunu  talan  eləyərlər,  Əlvənd  Mirzənin  burada  olduğunu 
bilsələr onların hər ikisini götürüb apararlar. 
Qapılar  bağlanandan  sonra  Ģəhərin  camaatı  küçə  və  meydanlara,  qala  bürclərinin  üstünə 
qalxıb uzaqdan da olsa, Ġsmayılı görmək istəyirlər. Əli bəy Cəyirlinin hərəkəti onların hamısını 
pərt eləmiĢdi. ġeyx Səfiyyəddin türbəsində gündə üç dəfə ehsan yeyən adamların heç biri Ģəhər 
hakimindən  acgözlükdən  baĢqa  bir  Ģey  görməmiĢdi,  istər-istəməz  Ġsmayılın  tərəfində  idilər. 
ġəhərdə  uğultu  artırdı.  FərraĢlar  da  görürdü  ki,  bu  adamların  qabağında  heç  bir  qapı 
dayanmayacaq. 
Bu vaxt dağın üstündəki çadırların yanında yüyəni və yəhəri alıĢıb-yanan bir ağ at göründü 
və bərkdən kiĢnədi. Bunu görən Ģəhər əhlindən bir “vaveyla”, “Ģaxsey-vaxsey” nidası qopdu ki, 
gəl görəsən. Hamı bilirdi ki, zamanın sahibi ağ atın belində “peyda” olacaq. 

160  www.sarigelin.net 
 
Amma  Mehdi  sahibi  zaman  üçün  heç  bir  hasar,  darvaza,  sədd  olmamalı  idi.  O  hamısını 
keçməlidir. Bu isə elə atın üstündə dayanıb baxır. 
– Canım sənə qurban, ey xilaskarımız. 
– Çox özündən çıxma, sahib zaman hələ bir Ģəhərə sahib dura bilmir, - deyə kimsə dilləndi 
və yüz yerdən onun baĢına qapaz endi. Bir də gördülər ki, o sözü deyən ayaq altında pamal olub. 
Əlvənd Mirzə Əli bəy Cəyirliyə dedi: 
– Bəlkə qoĢunu çıxarıb onları Ģil-küt eləyək? 
– Ġnanmıram. Onlar o tərəfdən, qara camaat da bu tərəfdən baĢlasa iĢlər fəna olar. 
Camaat  darvazalara  tərəf  axıĢdı.  KeĢikçilər  axını  görüb  qaçıb  gizləndilər.  Və  qapıların 
arxasına  keçirilən  tirləri  çıxarıb  onları  taybatay  açdılar.  Axın  dağa  tərəf  getdi,  yoxuĢu  çıxana 
qədər xeyli çəkdi. Ġsmayıl ağ atın üstündə oturub onlara baxırdı və birdən-birə Lələ baĢa düĢdü 
ki, bu adamlar ehtirasdan atı da, Ġsmayılı da tikə-tikə eləyə bilər, özü qabağa çıxdı, əllərini yuxarı 
qaldırdı: 
– XamuĢ! -deyə qıĢqırdı. 
Axın yoxuĢu çıxanda yorulmuĢ, təngnəfəs olmuĢdu. Hamı dayandı. Lələ onlara müraciətlə 
baĢladı. 
–  Ey  əhli  Ərdəbil,  üzünüzə  gün  doğan  gündür.  ġeyx  Səfiyyəddinin  ocağından  dünyaya 
gələn sahibi əz zamanı ilk dəfə siz görmüsünüz. O, sizin  bütün  günahlarınızı,  o günahlar ki,  o 
dünyada  inkir-minkir  dindirib  hamısına  görə  sizdən  cavab  tələb  edəcəkdi,  onları  bağıĢlayır. 
Özünüz gördünüz ki, sahibi zaman qarĢısında qapılar özü-özünə taybatay açılır. Necə ki, Ərdəbil 
qapıları  açıldı.  Ġndi  biz  hamımız  ġeyxin  türbəsində  namaz  qılmağa  gedirik  və  xoĢbəxtlikdən 
piĢnamazımız zamanın sahibi olacaq. 
Minlərlə adam göz yaĢını leysan kimi tökür, hönkürtü səsi qayalarda əks-səda verirdi. 
– XamuĢ, – deyə Lələ yenə onları sakitliyə də‟vət elədi. Səslər kəsiləndən sonra o sözünü 
dedi.  –  Zamanın  sahibi  ilahinin  bizə  göndərdiyi  paydı.  O,  o  qədər  pak  və  təmizdir  ki,  biz 
dünyanın bütün günahlarına batmıĢ əllərimizi ona toxundursaq, o yenə də qeybə çəkilər və bütün 
ümidlərimiz alt-üst olar. Ona görə də hamını xəbərdar edirəm, heç kim üç qulacdan artıq sahibi 
zamana, onun atına yaxın gəlməsin. 
Ey  camaat,  sahibi  zamanın  peyda  olmasının  Ģahidi  mən  olmuĢam.  QarĢınızda  dayanan 
qızılbaĢ bəyləri  olub.  O bəylər ki, indi burada dayanıblar.  – Lələdən arxada Dədə bəy, Bayram 
bəy  və  Rüstəm  bəy  Qaramanlılar,  Xadim  bəy  Xulafa,  Qara  Piri  bəy  Qacar  siyirmə  qılıncla 
dayanmıĢdılar  və  indi  onların  hamısı  qırmızıgöz  Həzrət  Abbas  cildindəydilər.  Onların  arxa 
tərəfində  ayaqlarını  götürüb  qoyan  atın  yəhərində  oturan,  Sultanəli  kimi  ağ  libaslı,  qızılbaĢ 
çalmalı və sifətinə rübənd salınmıĢ Ġsmayılı tərpədirdi. 
– Göydən vəh gəldi. O Ģe‟r Ģəklində gələn vəhi eĢitmisiniz. 
 
Yer yox ikən, göy yox ikən ta əzəldən var idim,  
Gövhərin yekdanəsindən irəli pərgar idim. 
 
Gövhəri ab eylədim, tutdu aləmi sərbəst,  
Yeri, göyü, ərĢi-kürĢü yaradan Səttar idim. 
 
Adamlar  dərviĢlərin  dilindən  eĢitdikləri  bu  Ģe‟ri  dinlədikdən  sonra  təzədən  “Ģaxsey-
vaxsey”,  “ya  Hüseyn,  va  Hüseyn”-deyə  qıĢqırır,  əllərini  dizlərinə  və  baĢlarına  vururdular.  Bu 
qapazların ritmik səsi dağı-daĢı titrədirdi. Lələ əlini qaldırdı, hamı sakitləĢdi. 
–  Sizə  zamanın  sahibinin  peyda  olmağından  danıĢıram.  Elə  ki,  bu  vəh  Ģe‟r  Ģəklində 
zamanın sahibinin dilindən qopdu, məni də, qızılbaĢ ağsaqqallarını da titrətmə tutdu. BaĢımızda 
tüklər  qalxdı.  Amma  bu  harasıdı.  Bir  də  gördük ki,  bir at  kiĢnəyir. Elə bir dəli kiĢnərti var ki, 
olmayan  kimi.  Hamımız  məəttəl  qaldıq.  Zamanın  sahibi  gülümsədi  və  bizi  öz arxasınca evdən 
eyvana çıxartdı. Hardansa peyda olan ağ at ki, indi onu görürsünüz, çapa-çapa bizə tərəf gəldi. 
Zamanın sahibini görən kimi sağ qolunu qatlayıb yeri eĢdi, baĢını əyib qul kimi dayandı. Hamıya 

161  www.sarigelin.net 
 
mə‟lumdur  ki,  sahibi  zamanı  gözləyən  millətimiz  hər  yerdə  ağ  atlar  alıb  yəhərli-yüyənli 
saxlayırdılar.  Bunu  görən  dünya  malına  hərislər  cəhənnəmin  qır  qazanında  biĢəcək.  Vicdanını 
itirmiĢ vücudlar o atların qiymətini də qaldırmıĢdılar. Amma zamanın sahibinə bazardan alınan at 
lazım  olmadı.  Bu  qızıl  yəhərli,  qızıl  yüyənli  köhlənin  özünü  xəlqüaləm  göndərib.  Harda  yerə 
endiyi  də  mə‟lumdur.  Lahicanda  qayalar  var  ki,  orada  heç  keçi  də  gəzə  bilmir.  Kim  getsə,  o 
qayaların  baĢında  bu  müqəddəs  köhlənin  ayaqlarının  izini  görər.  Ġndi  o  qayalıqlar  ziyarətgaha 
çevrilib. 
Lələnin  sözlərindən  sonra  Ģaxsey-vaxsey  təzədən  baĢladı.  Haradansa  bir  dəstə  ağ  kəfənli 
peyda oldu. Deyəsən bunları Lələ özü ayırmıĢdı. Müridlər idi, ağ kəfən geymiĢdilər. Əllərindəki 
qılıncları yavaĢ-yavaĢ alınlarına endirdilər. Elə vururdular ki, o qılınc dərini kəsirdi, amma kəllə 
sümüyünə çatmırdı. Bir anda onların əyinlərindəki ağ kəfənlər qana bulandı. 
Ġsmayıl  Lələnin  danıĢdıqlarına  qulaq  asır,  onun  məharətinə  məəttəl  və  heyran  qalırdı. Bu 
məharət sərkərdə hünərinə oxĢayırdı. Qalaları, Ģəhərləri almaq istəyən sərkərdə öz əməlini həyata 
keçirmək üçün hər cür hiyləyə, yalana da əl  atır. Amma istədiyinə çatır. Lələ də bu atın peyda 
olmasını elə danıĢır ki, bu an Ġsmayıl da ona inanmağa baĢlayırdı. Yəqin ki, nə vaxtsa özü də belə 
danıĢacaq.  Yoxsa  bu  ümidi  yığılan  insanlara  inandırmaq  olmaz.  Əgər  desə  ki,  atı  Lahicanda 
Mirzə Əlinin ilxısından seçib, özünə də xeyli tə‟lim keçmiĢik, onda kimin qəlbində ümid qalar? 
O qığılcım sönüb gedər. Qara camaatın da, qızılbaĢların da ümidləri alt-üst olar. 
– Biz qeybdən gəlmiĢ köhlənə Qızılqanad adı vermiĢik. O, ayaqlarını yerə döydü. Bir anda 
bütün  qızılbaĢlar  atlandı.  Amma  hara  gedəcəyimizi  bilmirdik.  Çünki  zamanın  sahibinin  divan 
edəcəyi-məzlumların  haqqını  tapdalayan,  halalı  harama  çevirən,  dünyanı  cəhənnəmə  döndərən 
məxluqlar hər yerdə var. Amma Qızılqanad bizi gözümüzü açıb yumana qədər Ərdəbilə çatdırdı. 
Bu üç-dörd mənzillik yol idi. 
Zamanın  sahibi  buyurdu  ki,  onun  böyük  səfəri,  ölkədə  xeyiri  Ģərdən,  iĢığı  zülmətdən, 
yaxĢını pisdən, acını Ģirindən ayırmaq üçün baĢlayacağı səfər Ərdəbildən, ġeyx Səfi türbəsindən 
baĢlayacaq, ona görə də Qızılqanad oraya tələsir. XamuĢ, sakit olun, zamanın sahibinin mübarək 
səsini eĢidin. 
BaĢlara dəyən qılınclar, sinəyə dəyən ağır zəncirlər, ağızlardan, burunlardan çıxan nəfəslər 
dayandı.  Bütün  güc  qulaqlara  keçdi.  Onun  hər  sözünü  eĢitmək  istəyirdilər.  Ġsmayıl  rübəndini 
qaldırmadı.Tülün arxasından dumanlı gördüyü insanlara üzünü tutdu. 
– Ey aciz və fəqir insanlar! 
Hamı  onun  sinəsində  məlahət  hiss  elədi.  O  səsdəki  məlahətdən  də  qat-qat  artıq,  əldə 
imkanları olsa bir-bir bu sözləri tutub sapa düzər, ürəklərinin baĢında gəzdirərdilər. 
– Allah təala hamını eyni gözdə görüb. Hamıya iki göz verib görsün, iki qulaq verib eĢitsin, 
hamıya  iki  əl  verib  iĢləsin,  amma  hamıya  bir  ürək  verib,  bir  ağız  verib  yesin.  Bunun əvəzində 
insanlar nə eləyir? O gözlər ki, görmək üçündü, onları döndəriblər mə‟dəyə, o mə‟də isə həmiĢə 
acdı. Acgözlük bir insanı baĢqasının varına, dövlətinə, canına qəsdə sövq eləyir. Qulaqlar eĢidir. 
Amma  o  qulaqlar  xoĢ  xəbəri  yox,  pis  xəbəri  ürəklərə  daha  tez  çatdırmağa  öyrəĢib.  O  əllər  ki, 
Allah təalanın hədiyyəsidi, onunla yer əkmək, ağac bitirmək, dünyanı cənnətə çevirmək üçün ə‟ta 
olunub,  o  qılınc  götürür,  qanlar  tökür  ki,  həmiĢə göydə olmalı, göylərdən xoĢbəxtlik  və kərəm 
diləməlidir, haram mala uzanır, oğurluq eləyir, özgəsinin malına və canına qəsd eləyir. O ürək ki, 
özgəsinin dərdini duymağa görə verilib, məzlumun göz yaĢından, yer üzünü tutan bədbəxtlikdən 
sıxılmır. Kif bağlayıb o ürəklər. Təmizləyin o ürəkləri. 
Yuxuda babam Həzrət Əli gözlərimdən öpdü, mənə dedi ki, tanrı səni zamanın sahibi kimi 
yer  üzünə  göndərir,  birinci  o  ürəkləri  təmizlə.  Əgər o ürəklərdə xılt,  natəmizlik varsa, yenə də 
insanlar Allah göndərdiyi rüzunu yox, qurd kimi bir-birilərini yeyəcəklər.  
Mən  gəlmiĢəm  o  ürəklərdəki  kifi,  xıltı  təmizləyəm.  Hansı  ürəkdə  xəbislik,  kin-küdurət, 
ləkə, naqislik var, o insanlar özlərindən küssünlər. 
 Neçə nəfərin ürəyi gedib yıxılmıĢdı. Birinin ağzından köpük daĢlanır, ağzı-gözü əyilirdi və 
heç kim  ona fikir vermirdi. Çünki  əvvəla ona fikir verməyə heç kimin vaxtı və imkanı yox idi, 

162  www.sarigelin.net 
 
ikincisi də onu belə görənlər daĢ-qalaq eləyirdilər. Demək ürəyi naqisdir ki, zamanın sahibinin 
sözlərinə dözməyib, ürəyi keçib. 
Əli  bəy  Cəyirli  camaat  çıxandan  sonra  darvazaları  bağlatdırmıĢdı.  Arvadlara  da  hay  indi 
çatmıĢdı,  onlar  da  qala  bürclərinin  üstündəydi,  oradan  enib  “Ģaxsey-vaxsey”  deyə-deyə 
darvazalara hücum çəkirdilər. KeĢikçilər nə qədər qılınclarını Ģaqqıldatdısa da bir Ģey çıxmadı. 
Ağ atın ətrafında o qədər adam vardı ki, nə ot, nə kol, nə daĢ, nə torpaq görünürdü. Birdən 
bu  təpələr  elə  bil  hərəkətə  gəldi.  Axın  Ģəhərə  tərəf  tərpəndi  və  sonra  onların  arasından  bir  yol 
açıldı, həmin yolla üstündə Ġsmayıl oturmuĢ Qızılqanad Ərdəbilə tərəf gəlməyə baĢladı. 
Rəngi  kəfənə  dönmüĢ  Əli  bəy  nə  edəcəyini  bilmirdi.  Nə  darvazalar,  nə  silah,  nə  Ģəhər 
hakiminin  hökmü  kömək  eləmirdi.  O  görürdü  ki,  bu  elə  qüvvədir  ki,  doğrudan  da  zamana 
sahiblik eləyə bilər. QarĢısında heç bir səd-filan dayanmır. 
Əlvənd Mirzə də onunla bərabər qorxu içində canlarını hara qoyacaqlarını bilmirdilər. Bir 
azdan  bu  axın  yerisə  nəinki  onları,  sığındıqları  bu  evləri,  eyvanları  tikə-tikə,  kərpic-kərpic 
qoparıb toza döndərərdi. Onlar bayaqdan eyvandan baxırdılar, adamlar tərpənəndə artıq dayana 
bilmədilər və geri çəkildilər. Əlvənd Əli bəyə dedi: 
– YaxĢı ox atanların varsa çağır. Zamanın sahibini vursun. 
– Zamanın sahibinə ox batar?   
– Ġnsan deyil? 
– Bilmirəm. 
Adamlar qala qapısına çatanda qıyya çəkən arvadlar fərraĢların üz-gözlərini dırnaqları ilə al 
qana boyayıb darvazaları açdırdılar. Çöldəkilər də necə cumdularsa, bu ağır, dəmir, yoğun cəftəli 
qapıları dartıb cəftədən çıxartdılar, hay-küy, qıĢqırıq qopdu. Qapının altında qalıb əzilən, qol-qıçı 
sınan, ölən də vardı. Amma onlara heç kəs baxmırdı. 
Ġsmayıl Qızılqanadın yüyənini çəkdi. Hamı dayandı. 
–  Qaldırın  o  qapıları,  o  fağırlara  kömək  eləyin,  Ģəhidləri  Darül  ĠrĢada  gətirib  imam 
övladları kimi dəfn eləyin. 
Qapıları  qaldırdılar.  Ölənləri  götürdülər.  Çiyinlərində  açıq  qalmıĢ  qapıdan  Darül  ĠrĢada 
tərəf aparmağa baĢladılar. 
Artıq Əli bəy Cəyirlinin fərraĢları da iĢi belə görüb camaata qoĢuldular. 
Ġnsanların  fəryadları,  fəci  nidaları  damlardan  içəriyə  torpaq  tökürdü.  Amma  bu  fəryadlar 
imam  tə‟ziyyəsindəki  tük  ürpədən  ağlaĢma  deyildi.  Ġndi  hamı  sevindiyindən  ağlayırdı, 
sevincindən baĢını yarır, sevincindən yanaqlarını cırır, sevincindən saçlarını yolur, əyinlərindəki 
paltarlarını cırırdılar. 
Birdən bu yüksəkliyin, ekstazın, müqəddəsliyin təzahürünün yanında xoĢa gəlməyən bir iĢ 
oldu  ki,  o  hər  Ģeyi  korlaya  bilərdi.  Lələnin  dediyi  kimi,  qeybdən  keçi  çıxa  bilməyən  qayalara 
düĢən, orada ayaq izləri  qoyan, həmin ayaq izləri ziyarətə çevrilən Qızılqanad bütün atlar kimi 
yolda təsləməyə baĢladı. 
Bütün müsəlman aləmində müqəddəsləri özgö cür tanıyıblar. Onların hətta çörək yeməyinə 
də  inanmayıblar.  Zamanın  sahibinin  mindiyi  atın  təsləməyi  bu  adamları  onlara  qarĢı  çevirsə, 
qızılbaĢların  birində  bir  salamat  tikə  qalmaz.  Deməli,  qızılbaĢlar  onları  aldadıb,  müqəddəs 
hisslərilə oynayıb. 
YaxĢı  ki,  Ġsmayılı  atla  bərabər  qızılbaĢ  müridləri  dövrəyə  almıĢdı,  hamının  da  fikri  öz 
canının hayındaydı.  Lələ bunu gördü, bir an fikirləĢdi və tez kaftanının üstündən geydiyi əbanı 
çıxarıb atın tərkinə atdı. Nə üçün belə elədiyini də bəlkə heç kim bilmədi. 
Əli  bəy  Cəyirlinin  çağırdığı  sərrast  oxatan  kamanı,  oxu,  oxqabı  ilə  gəlib  çıxdı.  Ucaboy, 
heyvərə bir adam idi. Ġri, uzanıb altına qapqara çirk dolmuĢ dırnaqlı əlini döĢünə qoydu. 
– Mən qulluğunuzda hazır, Əli bəy. 
– Nədi sənin adın, igid? 
– Ġsmim Nurquludu. 
 
– Nuru qulu, necə ox atırsan?  

163  www.sarigelin.net 
 
O,  dönüb  eyvandan  baxdı,  oradan  meydan,  adamlar,  ġeyx  Səfinin  dəfn  olunduğu  Darül 
ĠrĢad görünürdü. Darül ĠrĢadın günbəzinə bir ağ göyərçin qonmuĢdu. 
– Ağa, o pirin üstündəki göyərçini görürsən? 
Əli  bəy əlini  qaĢına qoyub xeyli baxdı. Darül ĠrĢadın günbəzi ona kölgə kimi görünürdü. 
Amma öz qəbahətini Nurquluya açmadı. 
– Görürəm. Ağ göyərçindi , qara da gözləri var. 
– Çox düzdü. Dimdiyinin üstündə buruna oxĢayan deĢiyi də görürsən? 
 
– Görürəm. 
–  Mən  oxu  onun  burnunun  deĢiyindən  də  keçirərəm,  gözündən  də.  Hansını  istəyirsən?
 
 
Əli bəy gördü ki, o doğrudan da öz iĢinin ustasıdır. ġübhə yeri qalmadı. Ona bircə ox lazım 
idi. Haradan atıldığı da bilinməsin. Yoxsa o adamlar onun tikəsini qulağından da kiçik eləyərlər. 
– Zəhərli oxun varmı?  
Nurqulu hırıldadı. 
– Zəhərli oxu o adam gəzdirir ki, onun öz gözünə, əllərinə e‟tibarı yoxdu. Haradan dəydi, 
dəydi. Ölümcül olmasa da oxdan yaralansa da, zəhərdən ölsün. Mən hələ o qədər qocalmamıĢam. 
Gözlərim görür,əllərim də əsmir. 
– Çox yaxĢı. Onda mənə de görüm günbəzdən aĢağıda - yerdə nə görürsən? 
– Çoxlu adam görürəm. Bütün Ərdəbil oradadı, nə yaxĢı sən getməmisən, Əli bəy? 
– O sənin iĢin deyil. Daha nə görürsən? 
– Ağ at görürəm. 
– Üstündəki ağ paltarlı adamı necə? 
– Görürəm. 
– O kimdi? 
 
– Əli bəy, o bizim kimi adam deyil, zamanın sahibidi. KaĢ onun dediklərini eĢidəydin. Mən 
görürəm ki, dünyanı düzəltməyə gəlib. 
– Daha nə görürsən?  
–  Zamanın  sahibinin  baĢında  qırmızı  dilimləri  olan  çalma  görürəm.  Bir,  iki,  üç...  Bu 
tərəfdən altı dilimi var. Deyirlər qızılbaĢ çalmasıdı. On iki imama görə on iki dilimnən tikiblər. 
– Oxun ora çata bilər? 
– Çatar. Niyə çatmır. Mənim oxum yarım mənzil yol gedir. Mən göydə durnanı vururam. 
And olsun ağam Əbülfəzl Abbasın qələm olmuĢ qollarına durna qatarının baĢçısına ox atmıĢam, 
arxada uçana atmıĢam, o düĢüb, o birilər heç bilməyib, uçub gediblər. 
– Sən ki, belə ox atansan, bəs indiyə qədər niyə səni mənə niĢan verməyiblər. 
Nurqulu çiyinlərini çəkdi. 
– Nə qədər alırsan? 
 – Heç nə qədər. Az. Böyüyümüz deyir sən ovnan əhli-əyalını dolandıra bilərsən. 
– Bu çox pis, sənin o onbaĢına bir cəza verim ki, heç vaxt özünə gəlməsin. Deməli, sənin 
donluğunu özünə götürür. 
Nurqulunun sifətində qəribə bir uĢaq təbəssümü yarandı. 
– Yox, baĢına dönüm. Bilmədim, dilimnən çıxdı. Qələt eləmiĢəm. 
–  Donluğunu  da  artıracam,  indi  də  sənə  iki  yüz  axça  verəcəm.  Bunun  əvəzində  bircə  ox 
atacaqsan. 
Nurqulu  pul  söhbəti  eĢidib  sevindi.  Amma  ox  söhbətinə  gələndə  sir-sifəti  tutuldu.  BaĢa 
düĢdü ki, onun atacağı ox çox bahalıdır, vuracağı adam Əli bəyin qəddar düĢmənidir. 
– Əli bəy, baĢına dönüm. Sənin düĢməninə ox atmaq mənim üçün böyük Ģərəfdi. Pul-filan 
da lazım deyil. Nə böyük iĢdi ki, oxu qoy kamana, niĢan al, kiriĢini dart burax. Vəssalam. Bu yer 
əkmək deyil, daĢ daĢımaq deyil. 
Ġsmayılın  Qızılqanadının  yüyənindən  Dədə  bəy  yapıĢdı.  Xadim  bəy  onun  qolundan  tutub 
yerə düĢməyinə kömək elədi. Darül ĠrĢada girdi. Bundan sonra adamların “Ģaxsey-vaxsey”i göyə 

164  www.sarigelin.net 
 
ucaldı.  Elə  bil  Ərdəbil  Ģəhərinin  bütün  evləri,  küçələri,  daĢları,  ağacları,  quĢları  birlikdə  nalə 
çəkirdi. 
Ġsmayıl içəri girib ziyarət eləyəndən sonra Lələ ilə bərabər çölə çıxdı. Adamların qarĢısında 
düzəltdikləri minbərə qalxdı. Oradan danıĢmağa baĢladı: 
–  Ey  Ərdəbil  əhli,  bura  gələnə  kimi  əgər  mənim  gücüm  bir  idisə,  indi  min  oldu.  Babam 
ġeyx Səfinin ruhu, atam Heydərin ruhu mənə zamanın sahibi olmaqda zamin durdular, bu mənə 
yeni güc verdi. Mən gedirəm. Səyahətimə də bu müqəddəs yerdən baĢlayıram.  
Onun  dayanıb  danıĢdığı  minbər  Əli  bəy  Cəyirlinin  eyvanından  çox  yaxĢı  görünürdü  və 
buradan  onu  oxla  Nurqulu  çox  məharətlə  vura  bilərdi.  Əlvənd  Mirzə  ilə  o  birlikdə 
fikirləĢmiĢdilər ki, Əhməd padĢah Ġsmayıldan böyük düĢmən olsa da, zamanın sahibi gələcəkdə 
onun üçün çox böyük qorxuya çevriləcək. Ona görə də indidən aradan götürmək lazımdır. 
– Nurqulu, oxunu çıxart, qoy kamana, o minbərdə danıĢan adamı vur. – Bu sözü Ġsmayıl 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin