Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə29/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
MəĢ‟əlin  iĢığında  qapı  göründü  və  həmin  qapıdan  aĢağıya  gedən  pillələrə  iĢıq  düĢdü. 
FərraĢbaĢı darısqal yola girib aĢağıya getdi. Bu dəfə onun qılıncı pillələri saymırdı. Qorxusundan 
yuxarı  qaldırmıĢdı.  Sanki  bu  səslə  müqəddəs  Həzrət  Babanı  oyadıb  onun  qəzəbinə  gəlməkdən 
qorxurdu.  Pillələr  qurtardı.  Hələ  hücrəyə  iĢığın  özü  düĢməmiĢ  divardakı  əksi  qaranlığı  azacıq 
iĢıqlandırmıĢdı. Qaranlıqda hücrənin ortasında iĢıqböcəyinə oxĢayan yaĢıl iĢıq göründü. Həm də 
bu  iĢıq  bir  deyildi,  bir  cüt  idi.  FərraĢbaĢı  üĢəndi.  BaĢının,  qollarının  tükləri  dik  dayandı  və 
canından  soyuq  giziltilər  keçdi.  O  giziltilərin  hamısı  qalxıb  baĢının  ortasında  -  əmgəyində 
birləĢdi və dilinin üstündə dadsızlıq hiss elədi. Dilində də gizilti vardı. Bir cüt yaĢıl iĢıq elə bil ki
hücrədə  yırğalanırdı.  FərraĢbaĢı  quruyub  qalmıĢdı.  Əlindəki  məĢ‟əli  nə  hücrəyə  tərəf  tutmaq 
yadına düĢür, nə geri çəkilə, nə irəli gedə bilirdi. MəĢ‟əldə yanan əskinin qara qırıqları artıq onun 
üstünə düĢürdü. His isə baĢının üstündəki hörgünü qapqara qaraltmıĢdı. Arxadan onu səslədilər. 
– Niyə dayandın, Həmid bəy? 

170  www.sarigelin.net 
 
Pillələr  elə  dik  tikilmiĢdi  ki,  aĢağıdakı  pillədəki  adamın  baĢı  yuxarıdakı  pillələrlə  enənin 
ayağına toxuna bilərdi. 
Səsdən  fərraĢbaĢı  bir  az  ürəkləndi,  məĢ‟əli  qabağa  uzatdı  və  gördü  ki,  boĢ  hücrənin 
ortasında  quyruğu  üstünə  qalxmıĢ  iri  bir  ilan  dil  çalır.  FərraĢbaĢı  ilandan  qorxduğu  kimi  heç 
Allahından da qorxmurdu. Bircə onu qıĢqıra bildi: “Vay ana”. 
Ġlan isə xəncər qınından sıyrılan kimi sürüĢüb harasa getdi. 
Pillələrə oturmuĢ fərraĢbaĢını yuxarıdakılar dümsüklədilər. 
– Nə olub, Həmid bəy?  
– Ġlan.  
– Çaldı səni? 
 
– Yox qaçdı. 
 
– DərviĢlər yoxdu? 
 
– DərviĢi əkənin də, doğanın da ənkə böyüyünün ənginə...  
O,  özünə  gələn  kimi  qalxdı.  Geri  qayıtdılar.  Yuxarıdakı  yastanada  onları  gözləyən  təzə 
xəbər  ilandan  da  betər  idi.  Onlar  dörd  nəfər  idilər.  Atların  yanında  fərraĢlardan  birini 
qoymuĢdular ki, canavar toxunmasın. Qayıdıb atları tapmadılar. FərraĢ isə yerə uzanmıĢdı. Onu 
möhkəmcə sarıyıb, ağzına əski tıxamıĢdılar. 
Ay iĢığında görünürdü ki, atlılar dağdibi yolla ġamaxıya tərəf çapırlar. Həmid bəy onların 
dalınca qıĢqırdı. 
– Əlimə düĢərsiniz, onda sizin ananızı ağladaram.  
Səs  atlılara  çatdı,  ya  çatmadı,  mə‟lum  deyildi.  Onlar  yollarından  qalmadılar.  FərraĢın 
ağzından əskini çıxartdılar, sarğısını açdılar. 
– Kimiydi onlar? Tanımadın? 
–  Yox.  BaĢıma  yapıncı  atdılar  əvvəl.  Səsim  çıxmasın.  Ağzıma  əskini  tıxayandan  sonra 
yapıncını götürdülər. Qaranlıqda sifətlərini görmədim. 
– Bir söz demədilər? 
–  Biri  məni  öldürmək  istədi.  O  birisi  dedi  ki,  zamanın sahibi gələn yerdə günah iĢlətmə. 
Əgər öz günahları varsa, zamanın sahibi verəcək. 
Həmid bəy əlini dizinə çırpdı.  
– Mən köpək oğlunun zamanın sahibiynən, Diri babaynan nə iĢim vardı axı. Hələ baĢıma 
çox iĢ gələcək. Bu harasıdı. Yox, mənim kitabım bağlandı. Görmədiniz ey siz o ilanı. Bilirsiniz 
də Diri baba xoĢu gəlməyən adamlara ilan Ģəklində görünür. 
– Biz görmədik, vallah, bizim gözümüzə görünmədi. 
–  YaxĢı,  yaltaq  köpəy  uĢağı,  demək  məndən  əməli  salehsiniz,  mənim  gözümə  görünür, 
sizin yox! 
Az qüvvə ilə heç bir iĢ görmək olmazdı. Ona görə də Lələ bəyin təklifi ilə qızılbaĢlar Zahid 
Gilaninin  Ərcivandakı  türbəsini  özlərinə  ocaqlıq  eləmiĢdilər.  Türbə  dəniz  kənarındakı  Ərcivan 
kəndindən  dağlara  tərəf,  keçilməz  dəmirağac  və  palıd  meĢələrinin  içindəydi.  Yoldan  bir  neçə 
addım  kənara  çıxanda  bataqlıqlar  baĢlayırdı.  Ġçərisində  kötüklərini  mamır  basmıĢ  ağacların 
bitdiyi  bataqlığın  üzündə  o  qədər  xəzəl  vardı  ki,sanki  ora  da  quru  yer  idi.  Amma  hərdənbir 
bataqlıq xoruldayırdı. 
Bələdçilər  onları  yolla  keçirib  pirin  yanına  gətirdilər.  Ġsmayıl  Qızılqanaddan  düĢdü. 
QızılbaĢ  ağsaqqalları  da  onun  dalınca  yeridilər.  Pirin  qapısında  Ġsmayıl  dua  oxudu.  Əvvəldən 
hazırladıqları qoçu qurban kəsdilər. 
Onun qanından Ġsmayılın  da alnına yaxdılar. Bunu Lələ bəy elədi. Sonra Ġsmayıl namaza 
dayandı və atlardan düĢən müridlərin hamısı onun arxasında dayanıb namaz qıldılar. 
Ġsmayıl bilirdi ki, babası ġeyx Səfiyyəddin vaxtilə Zahid Gilaniyə biyət eləmiĢ, ondan dərs 
almıĢ,  sonra  da  onun  qızı  ilə evlənmiĢdir. ġeyx Səfiyyəddin  kimi  Zahid  Gilani də onun babası 
sayılırdı. Ömrünün sonlarında ġirazdan vətənə - Ərcivana dönən Zahid Gilani burada vəfat etmiĢ, 
qəbri üstündə bu gümbəzi ucaltmıĢdılar.  

171  www.sarigelin.net 
 
QızılbaĢların  Ərcivanı özlərinə ocaqlıq seçməyinin bir səbəbi bu idisə, ikinci səbəbi də o 
idi  ki,  TalıĢda  əhalinin  hamısı  Ģiə  idi  və  Ərdəbil  Ģeyxlərini  özlərinin  ruhani  rəhbəri  saydıqları 
kimi  qohumu  da  sayırdı.  QızılbaĢlar  qıĢı  burada  qalıb  yaza  kimi  özlərinə  çoxlu  mürid  toplaya 
bilərdilər. 
Onlar səssizcə namaz qılanda meĢədə balta səsi eĢitdilər və bir nəfər oxuyurdu.  
Bura  gəlsələr  də,  Lələ  yaxĢı  bilirdi  ki,  TalıĢ  hökmdarı  Mirzə  Məhəmməd  xanla  görüĢüb 
onun icazəsini də almaq lazımdır. Yoxsa bu hökmdarlara inanmaq çətin idi. Birdən fikirlərindən 
dönər,  qoĢun  çəkib  onları  burada,  hər  tərəfi  bataqlıq  olan  meĢədə  qıra  bilərlər.  Bu  iĢ  üçün  o 
BiyəpiĢ  hökmdarı  Mirzə Əlini də gətirmiĢdi. Bu dindar, balacaboy kiĢi iĢlərini oğluna tapĢırıb, 
özü  axirət  gününü  qazanmaq  naminə  Ġsmayılla  Ərcivana  gəlmiĢdi.  Buradan  da  Lələ,  Qara  Piri 
bəylə Lənkərana Mirzə Məhəmməd xanı görməyə getdilər. 
Amma  xan  sarayında  yox  idi,  Qızılağaca  ova  çıxmıĢdı.  Onlar  da  gözləmədilər,  xanın 
nökər-naibindən götürüb xanı axtarmağa getdilər. 
Yollar kənarında yayda biçilən çəltik zəmiləri bozarırdı. Dəniz kənarında isə minlərlə quĢ 
vardı.  Bu  quĢların  çoxusunu  onlar  görməmiĢdi.  Dalğalara  qonub  nazlı-nazlı  yırğalanan  qu 
quĢları, dayaz yerdə gəzinən narıncı  qızıl qazlar, alabəzək sultantoyuqları,  yaĢılbaĢlar, qəhvəyi, 
boz qara və alabazək ördəklər atlılara heç fikir vermirdi. Hələ göydə bulud kimi uçan quĢlar nə 
qədərdi. Lələ atını Mirzə Əli ilə yanaĢı sürüb dedi: 
– Elə bil bura da quĢların ziyarətgahıdı. Bir belə quĢ hardan yığılır bura. 
– Nə bilim, Allahın iĢinə əl uzatmaqmı olar? Ġnsanların bir ziyarətgahı var, quĢların da ayrı. 
Onların yolu dənizin kənarından düĢmüĢdü. Dəniz də quzu kimi sakit dayanmıĢdı. Yalnız 
dalğaların  quma  toxunduğu  yerdə  ağ  bir  xətt uzanırdı. Qumların  üstündə ləpənin  vurub kənara 
çıxardığı balıqlar iyimiĢdi və havadan balıq iyi gəlirdi. 
Onlar  yaxınlaĢanda  bir  sürü  quĢ  uçdu  və  qumun  üstündə  uzunluğu  dörd-beĢ  addım  olan 
balıq gördülər. Bu nə‟rə balığı idi. Görünür keçən gecə fırtına sahilə atmıĢdı. 
– Mirzə Əli, bu nə balığıdı? 
– Buna nə‟rə də deyirlər, uzunburun balıq da. Qur‟an buyurub ki, qılçıqsız balıq haramdı. 
Onun  da  səbəbi  budur  ki,  bu  balıqlar  zəhərli  olurlar.  Əvvəllər  ondan  çox  adam  ölüb.  Gör, 
Peyğəmbər salavatullanın hər Ģeydən xəbəri olmağını ki, Ərəbistanda oturub, buradakı balıqları 
da tanıyıb. Bir də ki, axı vəh ona Allahdan gəlirdi. 
– Ərəbistanda bu balıqlardan yoxdu?   
– Ərəbistanda su var ki, balıq da olsun?! 
QuĢ  səslərindən  onlar  çox  vaxt  biri-birini  eĢitmirdi.  Qara  Piri  bəy  də  bu  gözəlliyə  baxır, 
ürəyində TalıĢ xanına bəxtəvərlik verirdi. 
Onları aparan nökərlər aradabir talıĢ dilində danıĢırdılar. Bu dili Mirzə Əli baĢa düĢsə də, 
Lələ ilə, Qara Piri bəy bilmirdi. 
Lələ soruĢdu: 
– Hələ çox gedəcəyik? 
– Bəli, – daz alnına dəsmal bağlamıĢ yaĢlı nökər dedi: 
– Xanın uv yerinə hələ çux qalıb. 
– Adın nədi? 
 
Ağəddin. 
– Ay Ağəddin, – deyə Qara Piri bəy söhbətə baĢladı. –  
QuĢların hamısı buradadı, xan elə burada ov eləyə bilməzmi?  
– Necə iləməz, iliyər. Unun xuĢuna da ura gəlir.  
Günortadan  xeyli  keçəndə  onlar  qamıĢların  arasında  xanın  keĢikdə  dayanan  candarlarına 
rast gəldilər. Məqsədlərini dedilər. Xəbərçi gedib-gələndən sonra onları xanın yanına buraxdılar. 
Dəniz  kənarında  çadırlar  qurulmuĢdu.  Burada  quru  elə  bil  dənizin  kiçik  bir  parçasını 
qucağına almıĢdı. Bu yerdə quĢ daha çox idi. Qu quĢları qatarla üzür, heç kimdən çəkinmirdilər. 
Onların  sudan  uçub  qalxmağının  özü  ayrı  bir  tamaĢa  idi.  Xanın  adamları  isə  tor  çəkirdilər. 
Qonaqlar  yaxınlaĢıb  çadırdan  beĢ-on  addım  kənarda  dayanan  xana  kəmali  ədəblə  baĢ  əydilər. 

172  www.sarigelin.net 
 
Bundan sonra ortayaĢlı, dolu– bədənli, irialınlı xanla görüĢdülər. Mirzə Məhəmməd xan onların 
kefini-əhvalını xəbər alandan sonra tor çəkənlərin yanına də‟vət elədi. 
– Görək qismətimizə nə çıxır. Lələ dedi: 
–  Mirzə  Məhəmməd  xan,  Süleyman  peyğəmbər  kimi  deyəsən  quĢların  dilini  bilirsən. 
Hamısı uçub sənin baĢına yığıĢır. 
Söz xanın xoĢuna gəldi. Gözləri güldü. BaĢı ilə razılığını bildirdi. 
– Dillərini bilmirəm, xasiyyətlərini bilirəm. 
Onlar  söhbət  eləyə-eləyə  ləpədöyənə  yaxınlaĢdılar.  Ayaqlarını  çirmələyən  balıqçılar  toru 
çəkib gətirdilər. Tor çox ağır idi. Görünür onların qismətində nəsə varmıĢ. Bu əlaməti Lələ bəy 
iĢlərinin düzəlməyi kimi qiymətləndirdi. Tor sahilə çıxana qədər neçə balıq torun üstündən suya 
tullanıb üzüb getdi. 
Balıqçılar  toru  lap  qumun  üstünə  çıxartdılar.  Burada  çoxlu  uzunburun,  nə‟rə,  ağ  balıq, 
Ģahmayı,  xəĢəm  vardı.  Amma  elə  bil  onların  heç  birini  görmürdülər.  PartlaĢdıqca  günəĢdən 
pulları parıldayan balıqları o tərəf – bu tərəfə ataraq, ən böyük balığı iki balıqçı zorla qaldırdı. 
– Qızıl balıqdır, – deyə xan dilləndi. 
– Bu ki, ölüdü, – deyə Qara Piri bəy özünü saxlaya bilmədi. 
– Onu diri tutmaq hələ heç kimə qismət olmayıb. O qədər hirsli balıqdı ki, burnu tora dəyir, 
gördü ki, çıxa bilmir, ürəyi partlayır. DüĢmənin əlində ölmək istəmir.– O, xidmətçilərinə dedi: – 
Bu qızıl balığı tez götürün, ləvəngi, qonaqlarımız yoldan gəlib. 
Onlar Mirzə Məhəmməd xanın də‟vəti ilə çadıra girdilər. Oturdular, söhbət qızıĢdı. Mirzə 
Əli  xana  Ərdəbil  Ģeyxlərindən,  sonra  Ġsmayıldan onun Sahibi zaman kimi  zühurundan danıĢdı, 
söhbəti mətləb üstünə gətirdi, sözü Lələyə verdi ki, axırını o tamamlasın. 
– Zahid Gilani də Ġsmayılın yeddinci arxada babasıdır. Onun məqbərəsini özümüzə bu qıĢ 
ocaqlıq  seçmiĢik,  inĢallah,  yazda  Sahibi  zaman  səfərinə  baĢlayacaq.  Gəldik  torpaq,  yer 
sahibindən razılıq, halallıq alaq. 
– Zamanın sahibinə bizim canımızı da qurban eləsək azdı, o da ola evimizi-eĢiyimizi. Əgər 
zamanın sahibi TalıĢ ellərinə dost kimi gəlibsə, o da bizim baĢımızın ucalığıdı. 
– Dost kimi, Mirzə Məhəmməd xan. – Lələ onun sözünə qüvvət verdi. – Ərdəbilə getmiĢdi. 
Əli bəy Cəyirli Ģəhərə qoymaq istəmirdi. Nə oldu? Qapılar taybatay açıldı. 
Lələ Ġsmayılın iĢlərinin hamısına möcüzəli bir don geydirməyə çalıĢırdı. O bilirdi ki, harda 
bu  ən‟ənə  pozulsa,  orada  artıq  onun  zamanın  sahibi  olmağına  inanmayacaqlar.  Yə‟qin  ki,  talıĢ 
xanın da fikrində belə bir sual dolanır: “Zamanın sahibinə fəsil nə lazımdı? Onun üzünə bütün 
qapılar  açıqdı.  Niyə  qıĢı  burada  qalır  ki?”  Ona  görə  də  onlar  bu  sualı  verməmiĢ,  özü  onu 
üstələməyə çalıĢdı. 
–  Zamanın  sahibi  hər  gecə  yuxusunda  Həzrət  Əlini  görür.  Onun  məsləhətləri  ilə  hərəkət 
eləyir. Bir mübarək məsləhət də bundan ibarətdi ki, babalarının ruhları ilə bu qıĢı söhbət eləsin. 
Allah qoysa, novruzda səfərə çıxar. Haqqı nahaqdan ayırar. Axı ġeyx Səfiyyəddin Həzrət Əlinin 
qanından dünyaya gəlib, Zahid Gilani də onun qayınatasıdır, böyük alim olub. Onların ruhları ilə 
danıĢmaq  Sahibi  zamana  çox  Ģeylər  öyrədəcək.  Əsl  düĢmənləri,  əsl  naqisləri  ona  daha  düzgün 
tanıdacaq.  Bu  müddətdə  isə bütün  ölkənin əhalisi  onun zühurundan xəbər tutacaq, düzgün yola 
qayıtmağa çalıĢacaq. Çoxları günahlarını yuyacaq. Belə ki, zamanın sahibinin səbri geniĢdi. 
Mirzə  Məhəmməd  xanın  bircə  məsələdən  nigarançılığı  vardı. Fikrində də dolaĢan bu idi, 
açıb deməyi isə özünə sığıĢdırmırdı. Dedilər ki, əzrayıl bala paylayır, eĢidənlərdən biri qayıtdı ki, 
mənim balama dəyməsin, onun verdiyi bala mənə lazım deyil. Ġndi xanlığın içərisinə qızılbaĢlar 
gəlib birdən fikirlərini dəyiĢib dedilər ki, Mirzə Məhəmməd xandan xoĢumuz gəlmir. Onda necə 
olsun?  Bəlkə  sahibi  zamanın  da  fikrindən  bu  quĢ  səltənəti  keçdi,  dedi  ki,  buranın  hökmdarı 
oluram, onda necə? Ġstəsə olar. Ġstəməsə olmaz. Ona görə də onunla ehmalca, üsulluca danıĢmaq 
lazımdır. Qoy qıĢ birtəhər keçsin, yazda baxarıq. 
– Mən zamanın sahibini ziyarət eləmək istəyirəm. Bu ziyarətimi qəbul eləyərmi? 
Mirzə Əli Lələnin sifətinə baxdı. 

173  www.sarigelin.net 
 
–  Yəqin  ki.  Amma  bizim  heç  birimizdən  asılı  iĢ  deyil.  Ona  mürid  olmaq  özü  böyük 
xoĢbəxtlikdi.   
Mürid  söhbətini  eĢidəndə  Mirzə  Məhəmməd  xanın  iri  alnında  qırıĢlar  çoxaldı,  qaĢlarının 
arası düyünləndi. 
– Mürüd? Mən axı... 
–  Zamanın  sahibinə  mürid  olmaq  dünyanın  ən  böyük  savabıdı.  Həm  də  bu  elə  bir 
məqamdır ki, hökmdarlıqdan, Ģahlıqdan, sultanlıqdan yüksəkdə dayanır. – Bu sözləri Mirzə Əli 
dedi – mən də müridəm. 
Sənin  xanlığın  o  boydadı  ki,  iki  siçan  oynasa,  biri  təndirə  düĢər,  –  Mirzə  Məhəmmədin 
fikrindən keçdi. – Bu da özünü gətirib mənə tay qoyur. 
Mirzə Əli onun fikrini oxudu. Çox təmkinlə sözə baĢladı: 
–  Ərdəbil  Ģeyxlərinin  müridi  olmaq  o  qədər  böyük  savabdı  ki,  onu  qəbul  eləməyi  gör 
kimlər  özlərinə  Ģərəf  sayıb.  Elxanilər  dövründə  Əmir  Çoban,  vəzir  Qiyasəddin  Qazan  xanın 
vəziri  Fəzlüllah  RəĢidəddinin  oğlu.  Hökmdar  Əbu  Səid  Bahadur  xan,  bir  də  Məhəmməd 
Xudabəndə  Ģeyxin  məclisində  oturmağı  özlərinə  Ģərəf  biliblər.  Amma  hələ  ġeyx  Seyfəddin 
zamanın  sahibi deyildi.  Ona bu cür Allah vergisi verilməmiĢdi.  Sonradan peĢman olmaqdansa, 
bu gündən hazır olmaq daha yaxĢıdı. 
Lənkəran xanı onun dediklərini bilmirdi. Bundan sonra bir az da yola yaxınlaĢdı. 
Ortalıqda süfrə açdılar. Ortaya qızıl balığın ləvəngisini qoydular. Onun qarnına ədviyyə ilə 
hazırlanmıĢ qoz doldurmuĢdular. Xörəklərin ətrindən elə bil ki, hamı məst olmuĢdu. Qızıl balığın 
yanında isə qızardılmıĢ,  ləvəngisi hazırlanmıĢ  qu quĢu qoyulmuĢdu. Xana çiriyə bənzər, amma 
alt  tərəfi  saxsıya  oxĢar  qab,  qalanlara  isə  cürbəcür  naxıĢları  olan  rəngarəng,  saxsı  qablar 
verilmiĢdi. 
Qara Piri bəy özünü saxlaya bilməyib xandan soruĢdu: 
–  Möhtərəm  Mirzə  Məhəmməd  xan,  bu  qabdan  mən  heç  görməmiĢəm,  onu  harada 
düzəldirlər? 
– Bu qabımı? O çox bahadı, bəy. Bir ilxı qiymətinə almıĢam. 
Xan hələ xörək qoyulmamıĢ qabı götürüb çırtma vurdu. Qab mis səsi verdi. 
– Belə baha? 
–  Bəs  necə?  Onu Çindən gətiriblər. Buna mərtəbeyi  deyirlər. Bunun üstünlüyü haradadı? 
Əgər xörəyin  içində zəhər olsa bu üstdəki ĢüĢəyə oxĢar qat rəngini dəyiĢəcək. Onda çağırarsan 
aĢbazı, onun özünə yedizdirərsən. 
– Bəh, bəh, bəh - deyə Qara Piri bəy heyrətləndi. 
Bu fani dünyada hökmdar taxtına yetiĢənləri aradan götürmək üçün ən sınanmıĢ silahlardan 
biri də zəhər idi. Ondan canlarını qurtarmaq üçün Çindən gələn mərtəbeyi adlı bu qaba ilxı nədi, 
xəzinənin yarısını verərdilər. Lələ bəy də bu barədə düĢündü. O qabdan tapıb almaq lazım idi. 
Ġsmayılı nə cür bəlalardan çıxarmıĢdılar. Ġndi onun qabına zəhər tökməyə də çalıĢacaqdılar. 
Mirzə Məhəmməd xan onlarla bərabər Lənkərana gəldi, yola salanda Lələ bəyə çin xarasına 
bükülmüĢ bir Ģey verdi. 
–  Bu  zamanın  sahibinə  mənim  hədiyyəm.  Bilirəm  ki,  onun  qabına  heç  kim  zəhər  tökə 
bilməz, bu zəhər ona kar eləməz, necə ki, Əmir Teymurun Ģərbətdə içirtdiyi zəhər onun babasına 
kar  eləməmiĢdi.  Amma  tanrının  ona  bəxĢ  etdiyi  bu  böyük  iĢdə  onun  ovqatı  təlx  olub 
zəhərlənməsin. 
Bundan əlavə Mirzə Məhəmməd xan bildirdi ki, zamanın sahibinin müridlərinə qıĢ üçün nə 
qədər azuqə lazımdırsa göndərəcəkdir... 
Ölkənin  çox  yerində  Əhməd  padĢahın  canına  rəiyyətlər,  əsnaflar  dua  oxuduğu  bir  gündə 
səhər onun xidmətçisi Ģahın yataq otağına girdi ki, onun tapĢırığı ilə gün doğmamıĢ, onu oyatsın. 
Qapının  ağzında  dayanıb  bir-iki  dəfə  səslədi,  amma  heç  bir  səs  eĢitmədi.  Onu  yuxudan 
qaldırmağa  getsə  də,  xalçanın  üstündə  ayaqlarının  ucunda  elə  yeriyirdi  ki,  hökmdarı  narahat 
eləməsin. BaĢı bərbəzəkli taxtın yanına gələndə o quruyub qaldı. Hökmdar üzü üstə yatmıĢdı və 

174  www.sarigelin.net 
 
onun kürəyində qara dəstəkli xəncərin qaĢındakı daĢ-qaĢlar parıldayırdı. Əhməd padĢahın sağ əli 
uĢaq qolu kimi taxtdan aĢağı sallanmıĢdı. 
Xidmətçi qıĢqırdı, səsi çıxmadı, əl atıb baĢının tükünü yoldu, əllərinə ağ tüklər çəngə-çəngə 
gəldi, barmaqlarını açıb tükü yerə çırpandan sonra yenə də əlini baĢına atdı, yenə də yoldu. Nə 
yolunan  saçlarının  ağrısını  hiss  eləyirdi,  nə  də  nəfəsinin  çıxmamağını.  Boğazında  nəsə 
düyünləndi və onun nəfəsi çıxmadı.   
Bu anda o hökmdarı yox, özünü düĢünürdü. Əhməd padĢahı öldürüblər, bu ona aydındır. 
Burada onun heç bir günahı yoxdur, onu günahkar sayıb dərisini boğazından çıxaracaqlar. Niyə 
bilməyib, niyə xəbər tutmayıb. Elə o qorxu yazığı bu hala saldı. 
Əllərini  boğazına  atdı.  Yox,  özünü  boğmaq  istəmirdi.  Onu  boğan  qəhəri  rədd  eləməyə 
çalıĢırdı.  Artıq  ciyərləri,  ürəyi  partlamaq  dərəcəsinə  gəlmiĢdi  və  göz  bəbəkləri  o  qədər 
böyümüĢdü ki, o heç nə görmürdü. Yerə çökdü, yavaĢ-yavaĢ onun nəfəsi gedib-gəlməyə baĢladı. 
Özünə  gələn  kimi  əlini  yerə  dayaq  verib  qalxdı.  Ürəyinə  elə  bil  istiot  səpmiĢdilər  və  alıĢıb 
yanırdı. 
Səndələyə-səndələyə qapıdan çölə çıxdı, qıĢqırmaq istədi, səsi çıxmadı. Ürəyi bulandı. BaĢı 
hərləndi və üzü üstə yerə yıxıldı, ağarmıĢ rəngi kömür kimi qaraldı. 
Qorxusundan  ürəyi  partlamıĢ  xidmətçi  görə bilmədi ki,  sarayda Ġstanbuldan  gəlmiĢ  əyan-
əĢrəfi necə doğrayırlar.  
Beləliklə də Əhməd padĢahın Təbriz taxtındakı yeddi aylıq hökmranlığı sona çatdı. 
Bir  neçə  gündən  sonra  Osmanlı  sultanının  göndərdiyi  qoĢunlardan  qalan  tör-töküntüləri 
fitə, daĢa basıb yola salırdılar. Onları fitə basan nə əsnafıydı, nə rəiyyət. Bunlar əmirlər idi. Əbih 
Sultanla Fərrux Yasarın birgə hazırladıqları qəsd baĢ tutmuĢdu. Əhməd padĢah aradan qalxmıĢdı. 
QoĢunun tör-töküntüləri özləri ilə bərabər arabaya qoyulmuĢ cənazəni də aparırdılar. Ġki kəl 
qoĢulmuĢ  araba  cırıldaya-cırıldaya  getdikcə  onun  arxasında  kiminsə  bağladığı  süpürgə  yerdə 
sürünürdü. 
Əhməd padĢahın arvadı AynaĢahsultanı da oğlu Zeynal bütün kəniz və qaravaĢları, bütün 
əĢyaları ilə bərabər hörmətlə yola salırdılar. Ona kəcavə ayırmıĢdılar. Rum Sultanının qızını ayrı 
cür də yola salmaq olmazdı.   
QoĢunlar yola düĢəndə Təbriz qalasının üstündə dayanan adamlar oxuyurdu: 
 
Yazda əkdik Ģitili, 
Böyüyə, kələm ola. 
Payız kəsdik baĢını. 
Göndərdik Ġstanbula. 
Ay dili dili, dili dili dilavər
Yar dili dili, dili dili dilavər. 
  
Əhməd padĢahdan sonra Təbriz taxtına iki namizəd qalmıĢdı. Əlvənd Mirzə, bir də Murad 
Mirzə. Onların ikisinin taxta çıxacağı arxalarında dayanan gücdən, qüvvədən asılı idi. Bir də belə 
bir adət vardı. Əgər hökmdar ölürsə, onun övladlarına eyni vaxtda çaparlar göndərirdilər. Hansı 
özünü  tez  çatdırsa,  o  da  taxtda  otururdu.  Ġndi  onlara  heç  kim  taxta  çıxmağa  sifariĢ 
göndərməmiĢdi.  Amma  taxt  onları  çağırırdı.  Arxasında  Fərrux  Yasar  dayanan  Əlvənd  Mirzə 
taxta çıxdı. Amma Murad da özünə çoxlu tərəfdar yığmıĢdı. Ona görə də onların arasında sülh 
yaratmağa çalıĢdılar. Çünki bir-birilərilə vuruĢsalar, Gödək Əhmədin kiçik oğlu Zeynal fürsətdən 
istifadə eləyib təzədən taxta çıxa bilərdi. 
Hakimiyyət  eĢqi  ilə  alıĢıb  yanan,  lakin  bunun  üçün  heç  bir  müdriklikləri,  təcrübələri 
olmayan Ģahzadələr biri-birilərinə güzəĢtə getmək istəmirdilər. 
Qızılözən çayının hər iki sahilində dayanan qoĢunlar döyüĢə hazır idi. Amma Fərrux Yasar 
burada  ağsaqqallıq  elədi.  ġahzadələri  barıĢdırdı,  Qızılözən  çayını  sərhəd  qoyub  Ağqoyunlu 
səltənətini iki yerə böldü. Elə bil ki, iki uĢaq bir almadan ötəri dalaĢırdı, onları barıĢdırmaq üçün 
almanı  onlardan  aldı,  silib  təmizlədi,  müĢtəri  gözü  ilə  baxdı,  sonra  o  almanı  qocalıb  çürümüĢ 

175  www.sarigelin.net 
 
diĢlərilə  iki  yerə  böldü.  Hər  parçasını  bir  uĢağa  verdi  ki,  ağlamasınlar,  dalaĢmasınlar.  Əlvənd 
Mirzənin payına Azərbaycan, Diyarbəkr və Qarabağ, Murad Mirzənin payına isə Ġraqi Ərəb, Ġraqi 
Əcəm,  Fars  və  Kirman  düĢdü.  Bayaqdan  dalaĢan  və  ağlayan  uĢaqlar  səslərini  kəsib  gözlərinin 
yaĢını sildilər. Bir torpaq isə gör neçə yerə parçalandı. 
Bu,  Fərrux  Yasarın  çoxdankı  arzusu  idi.  Çünki  ġirvan  həmiĢə  Qaraqoyunlulara  və 
Ağqoyunlulara xərac vermiĢdi, onlardan asılı olmuĢdu. Ġndi isə bu pay bölgüsündə çox asanlıqla 
o  gücləndi  və  Ağqoyunlu  səltənəti  gücdən  düĢdü.  Artıq  o  fikirləĢirdi  ki,  gələcəkdə  Arrana  - 
Qarabağa  basqınlar  eləyib,  oranı  da  ġirvan  torpağına  qatar,  ġirvanĢahlığın  sərhədlərini  Araz 
çayına qədər uzadar. 
Geri  qayıdanda  o  atını  Araz  üstündə  salınmıĢ  qırmızı  kərpicdən  tikilmiĢ  Xudafərin 
körpüsünün üstündə saxlayıb, gözlərini qayalıqlara səs salan coĢğun Araza dikdi. Bir az yuxarıda 
uçub-dağılsa da üç-dörd tağı salamat qalmıĢ körpüyə baxıb öz-özünə dedi: 
–  Çox  keçməz  Əlvənd  Mirzənin  qoĢunlarını  bu  körpüdə  qarĢılayarıq.  Onda  bu  körpünü 
tikənə yox, mənə xuda afərin deyər. 
Bundan artıq onun heç bir arzusu yox idi. Həmin arzu da səltənəti böləndə ağlına girmiĢdi. 
Övladlarına da bunu vəsiyyət edəcəkdi. Qoy onun sərhədləri Kürdən deyil, Arazdan baĢlasın. 
Elə dövrdü ki, kimin gücü varsa, gücsüzün papağını baĢından götürüb qaçır. Fərrux Yasar 
indiyə qədər papağını baĢında möhkəm saxlamağa çalıĢmıĢdı. Amma indi görürdü ki, artıq onun 
da baĢdan papaq götürüb qaçmaq vaxtıdı. O niyə qaçırmasın axı? 
O,  atını  körpünün  ortasında  saxlamıĢdı,  fikrə  getmiĢdi.  Qabaqda  Qarabağ  idi,  arxada 
Qaradağ.  Bu  körpünü  Qaradağdan  Qarabağa  tərəf  tikiblər.  Sonra  onun  üstündən  keçib  ġirvana 
gəliblər, onun üstündən yəqin ki, Hülaki xanın qoĢunları keçib, Əmir Teymurun orduları adlayıb, 
atını  minən  bizim  üstümüzə  gəlib.  Mən  də  Qarabağı  ələ  keçirəndən  sonra  bu  xudanın  afərin 
dediyi  körpünü  söküb  tökəcəyəm.  Qoy  görüm  necə  keçəcəklər.  Mənə  Qarabağ  lazımdı, 
cəhənnəm  olsun  Qaradağ,  cəhənnəm  olsun  Təbriz,  cəhənnəm  olsun  Ərdəbil,  Əhər,  MiĢkin, 
Marağa, Xoy, Mərənd. 
Ġndi  onun  bir  dərdi  qalıb.  Ərcivanda  məskən  salan  Ġsmayılla  haqq-hesab  çəkmək.  ġeyx 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin