anbarlarına gedirdi. Beləliklə bir səltənət içində neçə səltənət yaranmıĢdı. Hər əyalətdə bir
hökmdar vardı ki, onların da öhdəsindən gəlmək hər padĢahın gücü daxilində deyildi. Bu,
sərçənin yuvasında özündən üç-dörd dəfə böyük arıquĢunu öz balası bilib, yemləyib saxlamağına
oxĢayırdı. Ya da ona bənzəyirdi ki, sürünü qorumaq üçün südü yalağa töküb küçükləri
yedirdəsən, böyüdəsən, onlar dönüb canavar ola və bütün sürünü yeyib çobanı quru yurdda qoya.
Rum elində əgər bütün əyalətlər sultan sarayından asılı idisə, burada Təbriz sarayı əhalət,
astan və rustaqlardan əlavə, həm də ayrı-ayrı əmirlərdən asılı vəziyyətdəydi. Hər əmirin öz
xəzinəsi, öz qoĢunu, öz niyyəti vardı.
O, bütün bu quruluĢu dağıtmalı, hamını özünə tabe etməlidir. QoĢun da, xəzinə də, niyyət
də bir olmalıdır.
Gödək Əhməd daha bir mühüm məsələni baĢa düĢürdü. Onun taxta çıxdığı Təbrizdə
vaxtilə atası Uğurlu Məhəmmədi bu ölkənin, bu məmləkətin düĢməni kimi, satqın kimi dar
ağacına qaldırıblar. Onun özünə necə baxacaqdılar?
153 www.sarigelin.net
Dünənə qədər ayağının altındakı torpağı öpdükləri Ģahlarının baĢını ona ərmağan kimi
gətirən əmirlər Uğurlu Məhəmmədi də gülə-gülə, sevinə-sevinə asıblar. Burada heç kim öz
satqınlığını, günahını görmür. Bu naqislikləri baĢqalarında axtarırlar.
Qara camaat onun atasının asılmağını görüb. O rəiyyətin əli yox, yaddaĢı qana bulanıb. Bu
rəiyyət onun atasının qatilləri olan əmirlər kimi onun piĢvazına çıxmayıb. Çünki onlar yadda
saxlayıblar ki, bu təzə hökmdar ən böyük satqının oğludur, bu ölkənii ən böyük düĢməninin
kürəkənidir, onun əlindəki alətdir. Qara camaatın bu dəhĢətli yaddaĢı qorxuludur. O yaddaĢı
beyinlərdan silib atmaq lazımdır. Düzdür, bunu eləmək çox çətindir, amma çox vacibdir. Çünki o
rəiyyətsiz, qara camaatsız heç nə eləmək mümkün deyil. Onlarsız səltənət də yoxdur.
Təbriz bazarında birdən-birə hay-küy düĢdü. Silahlı fərraĢlar elə düzüldülər ki, bazardakı
malların da, tacirlərin də, sənətkarların da gözlərinin qabağını kəsdilər. Bir neçə atlı Təbrizin
Məğribdən MəĢriqə qədər məĢhur bazarına girdi. Qabaqda qızıl yüyənli, qızıl yəhərli, qəmər atın
belində yaqut iĢləməli mavi kaftan geyən, baĢına sağ tərəfində almaslarla iĢlənib lələktaxılı çalma
qoyan, körpə uĢağa oxĢayan Gödək Əhməd oturmuĢdu. Üzəngini onun ayaqlarına görə gödək və
xırda düzəltmiĢdilər və bu üzəngi tərlikdən yuxarıda dayanırdı. Gün vurduqca yaqutlar, kaftanın
qızıl düymələri, atın üzəngisi, yüyəni, balaca-balaca qalxanlara oxĢar döĢlükdəki, quĢqundakı
qızıl naxıĢlar bərq vurub yanırdı. Mavi kaftanın özündə də qızıl saplarla iĢlənmiĢ naxıĢlar çox idi,
onlar parıldayırdı və elə bil bunlar onun bədəninə sancılan minlərlə qızıl iynələr idi.
Gödək Əhməd Təbriz bazarını gəzməyə çıxmıĢdı. Budur, bir tərəfdə ağ paltarlı, qəribə
çalmalı, paxır atmıĢ misə oxĢar ayaqyalın hindlilər bardaĢ qurub həsir üstündə oturublar. Onlar
zəncəfil, darçın, hil, mixək, fil sümüyündən və misdən bəzək əĢyaları satırlar. Uzun saqqallı, dik,
məxmər papaqlı rus tacirləri samur, qunduz, daha nə qədər adı bilinməyən parıltılı qu tükü kimi
yumĢaq xəz asıb alıcı gözləyirlər.
Gödək Əhməd atını sürüb baxa-baxa gedirdi. Budur, corabları ayaqlarına tarım yapıĢan,
baldırlarında ala-bəzək, içərisinə yel dolmuĢ kimi ĢiĢ dayanan paltar geymiĢ firəng və Venedikt
tacirləri. Onların ən qiymətli malları güzgüdü. Bu güzgülərin qızıldan və bürüncdən çərçivələri
var. Güzgü Təbrizdə ən baha gedən matahdı. Güzgülərdən əlavə hər rəngdə top-top zərif mahud
parçalar yığılıb qalıb. Venedikt ĢüĢəsinin isə heç yerdə tayı-bərabəri yoxdur.
Amma ən çox alınan güzgüdür. Qızını gəlin köçürən xalça-palazını, heyvanlarını satır,
güzgü alıb gəlinə qoĢur. Çünki bu həyatda güzgüdən baĢqa duru, aydın bir Ģey qalmayıb.
Bir tərəfdə isə ağ libaslı, qara, yalın ayaqlı, ağ çalmaları ilə sifətlərinin hər tərəfini örtüb
göz və burunlarını, bir də damarları qayıĢ kimi gərilən baldır-bacaqlarını açıq qoyan hürmüzd
tacirləri ağ, çəhrayı, hətta mavi rəngə çalan mirvariləri düzüm-düzüm asmıĢdılar. Yerdə isə iri
sədəf balıqqulaqları qoyulmuĢdu.
Təbriz bazarında nə yox idi ki... Bursa məxməri, Hələb sürməsi, yun parçası, DəməĢq
poladından qılınclar və xəncərlər, bütün dünyada məĢhur olan Təbriz culfalarının toxuduğu əlvan
parçalar, Təbriz zərgərlərinin əlindən çıxmıĢ bilərziklər, ciyciyələr, bazubəndlər, xalxallar,
üzüklər və sırğalar.
Bir sırada üstündə əjdahalar rəsm olunmuĢ Çin çini qabları. Onların nə qədər gözəl rəngləri
vardı, mavisi, göyü, abısı, sürməyisi, qırmızısı, qızılısı. Hamısının da üstündə Ģəkillər, naxıĢlar,
gül-çiçəklər.
Bütün dünya elə bil Təbriz bazarına cəm olmuĢdu. Üç yüz mindən çox əhalisi olan Ģəhərin
bazarında bundan iki dəfə çox əhali olurdu. Amma bu bazar Ġstanbul bazarının yanında xeyli
kasıb görünürdü. Belə ki, Sultan Bəyazid Avropaya Türkiyədən keçib gedən yollar üstündə elə
baha gömrük haqqı qoymuĢdu ki, onları ödəyəndən sonra tacirlərə qalırdı, necə deyərlər, alıb
satdığı qozun Ģax-Ģaxı, yol yorğunluğu, quldurların qorxusu, ölüm təhlükəsi. Belə ki, Aralıq
dənizindən yol olmadığından bütün tacirlər Rusiyadan keçir, Ġtil çayı ilə HəĢtərxana qədər üzür,
oradan gəmi ilə ya Dərbəndə, ya da Ənzəliyə gəlirdilər. Sonra da yüklər dəvələrə yüklənib
Təbrizə qədər gətirilirdi. Ona görə də bazarda bahalıq həddini aĢmıĢdı. Yəqin ki, Gödək Əhməd
padĢahlığa keçəndən sonra iĢlər bir az düzələ bilərdi.
154 www.sarigelin.net
PadĢah atını bazar meydanına sürdü. Burada dayandı, əvvəldən burada darğalar minbər
düzəltmiĢdilər. Arıq atın üstündə gələn arıq, əmmaməli üləma atdan düĢdü, minbərə çıxıb üzünü
camaata tutdu.
Bazarda alver dayanmıĢdı. Hamının gözü Əhməd padĢahda idi. Onun da sözünü, fikrini
minbərə çıxan qoca, arıq üləma deyəcəkdi. Bazar əhli isə bir-birinə sataĢırdı.
– Deyəsən padĢahın özü laldı.
– DanıĢma, mən karam, heç nə eĢitmədim.
– Yox, lal deyil, hələ utanır. Bir azdan o qədər danıĢsın ki, burunlardan qan açılsın.
– Kimin burnundan?
– Həm onun, həm də bizim.
Üləma əlini qaldırıb camaatı sakitləĢdirdi. Əvvəlcə Əhməd padĢahın adına xütbə oxumağa
baĢladı. Həmin xütbədə əvvəlcə Sultan Bəyazidi yad elədi. Bu isə uğultuya səbəb oldu. Sonra
Əhməd padĢahın adını çəkdi, sonra üzünü bazar əhlinə tutub dedi:
– Ey məmləkət əhli, bu sözləri sizə məscidlərdə də deyəcəklər. Amma bu bazarda dünyanın
bütün ölkələrindən gələn tacirlər var, qoy onlar padĢahımızın ədalətini görüb, gedib hər yerdə
danıĢsınlar. Allah Əhməd Ģahı bizim üstümüzdən əskik eləməsin. O, öz mübarək barmaqları ilə
fərman imzalayıb. O fərmanla rəiyyətlərini bir çox ağır vergilərdən azad eləyib. Hansıdı o
vergilər? O verginin biri biyardı ki, məccani yerə rəiyyəti iĢlədib qalalar, saraylar tikdirir, yük
daĢıdır, yol çəkdirirdilər. Canınız indi oldu azad. Gedin padĢahımızın canına qəni-qəni dualar
oxuyun. O vergilər ki, siz verirdiniz, hansı ki, ixracatdı, iĢtağatdı, sərnədi nə bilim nədi, onları
padĢah sizin ömrünüzə bağıĢlayır.
Bazarda bir hay-küy düĢdü ki, ağız deyəni qulaq eĢitmədi. FərraĢların arasından keçən ac-
yalavac adamlar hökmdarın atının dırnaqlarından, quyruğundan, ən xoĢbəxtləri isə onun
ayağından öpə bildi. Candarlar onları güc-bəla ilə ayıra bildilər. Bundan ötəri yumruq-təpiklərini
də iĢə saldılar. Zərbədən ağzı qanamıĢ biri yerindən çıxmıĢ diĢini tüpürüb dedi:
– Hökmdar, canım sənə fəda olsun, vergini götürmüsən, atan rəhmətlik, buna görə atının
ayağından öpməyə gəlirəm, atın da tərpənmir, ona da canım qurban, bəs bu alqıĢa görə vurub
diĢimi salan eĢĢəyinə nə deyim?
Adamları sakitləĢdirib Əhməd padĢahın dayandığı meydanı təmizləyəndən sonra üləma
minbərdən moizəsini davam etdirdi:
– Ya əhli Təbriz, yaxĢı-yaxĢı eĢidin və eĢitməyənlərə deyin, rəiyyətin verdiyi otuz beĢ cür
verginin iyirmisi bu gündən baĢlayaraq Əhməd padĢahın və onun övladlarının vaxtında
alınmayacaq. Hansı vergilər ləğv olunmur? O vergilər ləğv olunmur ki, Qur‟ani Ģərifdə deyilib,
onu peyğəmbər buyurub. Onlar xumdu, zəkatdı, cizyədi, üĢrdü və ilaxır. – Bu vergilərin adlarını
o çox səliqə-sahman və aramla, bir az da qürurla dedi. Çünki bu vergilərin birbaĢa ona və digər
ruhanilərə xeyri vardı.
Səs-küy yenə də artdı. O, bu dəfə də onları sakitləĢdirdi:
– Niyə dayanmısınız, ey əhli Təbriz? Gedin məscidlərə, dualar edin. Üç gün bayramdı.
Əhməd padĢah üləmaya bir iĢarə də verdi. O axırıncı sözünü deməliydi.
– Hələ dayanın. PadĢahın bir sözü də var. O da bundan ibarətdi ki, il xanilərdən,
cəlayirlərdən, çobanilərdən, qaraqoyunlulardan, Həsən padĢahdan, Sultan Yaqub Mirzədən,
Bəysunqur Mirzədən, Rüstəm Mirzədən kimdə padĢah fərmanı, yarlıq varsa, saraya gətirsin. O
fərmanları ki, onlarla kiməsə syürqal bağıĢlayıblar, torpaq, kənd əta eləyiblər, həmin fərmanları
padĢahımız təzədən öz mübarək möhürü ilə təsdiq eləyəcək.
Əhməd padĢahın bazarda görünməyi, vergiləri azaldıb e‟lan eləməyi qara camaat arasında
hay-küyə səbəb olmuĢdu, indi hər evdə, hər küçədə, hamamda, dükanda, karvansarada söhbət
yalnız ondan gedirdi.
Taxta gündə biri çıxsa da, heç kəs onların üzünü görə bilmirdi. Hər dəfə hökmdar Ģəhərə
çıxanda fərraĢlar adamları qovub evlərə doldurur, qapıları bağlayır, ya da onları üzü divara
çevirirdilər ki, qibleyi aləmin mübarək sifətini görməsinlər.
155 www.sarigelin.net
Ġndi Əhməd padĢah özü gəlmiĢdi bazara, rəiyyətin yükünü yüngülləĢdirmiĢ, onu fil
yükündən ağır vergilərdən azad etmiĢdi. HəmiĢə duranda da, oturanda da Uğurlu Məhəmmədə
lə‟nət, nifrin yağdıran camaat bir günün içində dönmüĢdü və o qədər ona alqıĢ demiĢdi ki, bəlkə
də həmin nifrinlərdən min dəfələrlə çox. Uğurlu Məhəmmədin dar ağacından asıldığı yerdə
qurbanlar kəsilməyə baĢladı və meydan qanlı gölə döndü.
Hovuzun suyunun Ģəfəqi tağlı səqfin kaĢılarında oynayan hamamda baĢı araqçınlı, qırmızı
hənalı saqqalı ağ köynəyinin üstünə tökülən dəllək bardaĢ qurub oturmuĢ müĢtərinin saqqalına
həna yaxırdı və bütün dəlləklər kimi o da çoxdanıĢan idi.
– Ağa, bu təzə padĢahın canına tanrı qıymasın. Boydan balaca olsa da, babası Uzun
Həsəndən böyük iĢlər görür. Rəiyyətin, əsnafın tərəfdarıdır. Daha buna heç kimin diĢi batmaz.
MüĢtəri iri gözlərini dəlləyə dolandırdı. Dəllək bu baxıĢdan üĢəndi.
– Ağa, düz demirəm bəyəm?
– ĠĢini gör.
– Ağa, vallah yaxĢı padĢahdı, kasıb-kusubun tərəfindədi.
– Allahnan allahlıq eləmək olar? – MüĢtəri qızıĢdı.
– Əstəğfürulla, əstəğfürulla! – Dəlləyin çirməkli qolları biləkdən aĢağı yaĢıl həna
horrasının içindəydi, əlini ağ fitəsinə də çəkmiĢdi və orada barmaq yerləri qalmıĢdı.
– Allah bilməsəydi varlını varlı, yoxsulu yoxsul yaratmazdı. Ġndi o kiĢinin iĢinə əl
uzatmaqmı olar?
Dəllək fikrə getdi. MüĢtərinin sözündə də həqiqət vardı. Dəlləyin beyninə yerimiĢ həqiqət.
– Deməli ağa, Əhməd padĢah Allahın yolundan çıxıb?
– Onu mən demirəm, sən deyirsən.
Dəllək lap xataya keçmiĢdi.
– Ağa, deyirsən bəyəm o qədər vergini belimizə palan kimi Allah özü qoymuĢdu?
MüĢtəri Əbih Sultan idi. Hamama gəlib camaatın danıĢıqlarına qulaq asmaq istəyirdi.
Əhməd padĢah yaman onun xətrinə dəymiĢdi. Rüstəm Mirzənin baĢını gətirəndən sonra ondan
böyük ənam, yüksək vəzifə gözləyirdi. Amma Əhməd padĢah o baĢa baxmıĢ, dönüb Əbih
Sultana demiĢdi.
– Bu padĢahla kaç il arkadaĢlıqda bulmusan?
– BeĢ il, qibleyi aləm.
– Beni beĢ gün də görmedin, beĢ yılın arkadaĢının kafasını benə gətirdin. Benim kafamı da
beləcə düĢmenime bağıĢlarsan. Haydı, gözümdən çəkil, senin enamın budur ki, sene el
bulamıyorum, – demiĢdi.
Beləliklə onun əli saraydan, ixtiyardan, əmir əl ümaralıqdan çıxmıĢdı. Sarayın qapısından
tutmuĢ bütün adamlarına qədər Gödək Əhməd Ġstanbuldan gətirmiĢdi.
Bu tezlikdə təslim olsa ona Əbih Sultan deməzlar. Hamama gəlib camaatın fikrini
öyrənmək istəyirdi. Düzdü, camaatın fikrini bilirdi, kiməsə cavab qaytarmaq, Ģübhə toxumu
səpmək də lazım idi. O, dəlləyə dedi:
– Hökmdar yerdə Allahın kölgəsidir. Bu təzə kölgədi. Qara camaatı öz tərəfinə çəkmək
istəyir. Axırını gözləyək, görək nə olacaq. Ġndi baĢlayıb özündən qabaqkı hökmdarların, Həsən
padĢahın fərmanlarını yığır. Təzədən möhür basmaq adıyla. O syürqalları alıb Rum elindən
gələnlərə paylayacaq, bizim əmirlər, bəylərbəyilər qalacaqlar quru yurdda. Hamımız olacağıq
Fateh Məhəmmədin qulları, qaravaĢları. Siz də səhərdən axĢama ona dua oxuyur, qurban
kəsirsiniz. Elə ki, yerini bərkitdi, onda deyəcək, bura bax, gətir o vergilərin hamısını. Onda hər
Ģey gec olacaq.
Bu vaxt hamamda kirli saqqalı, cır-cındır geyimi, əlində kəĢkülü və təbərzini olan bir
dərviĢ oxumağa baĢladı.
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim.
Gövhərin yekdanəsindən irəli pərgar idim.
156 www.sarigelin.net
Gövhəri ab eylədim, tutdu aləmi sərbəsər,
Yeri-göyü, ərĢi-kürĢü yaradan Səttar idim.
Girdim adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim.
Gah Hüseynlən belə pustumu soydu qazilər
Gah o Mənsur donuna girdim, “ənəlhəqdar” idim.
DərviĢ Ģe‟ri oxuyub qurtarandan sonra təbərzini qaldırıb yerə vurdu.
– Oyanın ey insanlar, ey dünyanın zülmünə dözüb, qabaqlarına it kimi bir tikə sümük
atanda dünyada özünü xoĢbəxt bilən məzlumlar. Yer üzünə zamanın sahibi qayıdıb.
– Kimdi zamanın sahibi, Əhməd padĢah? – deyə dəllək maraqla soruĢdu.
– Zamanın sahibi birdi. Vaxtilə qeyb olmuĢdu, indi qayıdıb. Bu Ģe‟r də onun sizə
müraciətidi.
DərviĢin kəĢkülünü pulla doldurdular, onu sorğu-suala tutdular. Zamanın sahibinin kim
olduğunu soruĢdular, demədi. Harada peyda olduğunu soruĢanda, bircə kəlmə dedi:
– Ərdəbildə!
Əbih Sultan barmağını diĢləri arasına aparıb sıxdı.
– Bu Ġsmayıldı. O vaxt da əlimdən çıxdı. Onun gözlərindən mən qorxmuĢdum. O gözlərdə
çox Ģey oxunurdu və ona görə də bütün ölkəni ələk-vələk elədim, tapa bilmədim. Ərdəbil qazisi
də dedi ki,axı o zamanın sahibidir, o qeyb olub, təzədən peyda olacaq və səni harada gizlənsən də
tapacaq. Ġndi o peyda olub. Mən niyə axır günü yox, elə yaĢadığım günü fikirləĢmiĢəm.
Onun bədənində soyuq tər damcıları əmələ gəldi. Alnında, kürəyinin arasında elə bil
damcılı buz bulaq axmağa baĢladı və onu üĢütmə tutdu. DərviĢin oxuduğu o qəzəl heç kimin
yox, zamanın sahibinin, hər Ģeyə üsyan edən, dünyadan əvvəl yarandığını təsdiq edən Ģəxsin,
həm də çox qüdrətli, mö‟cüzəli bir Ģəxsin dilindən çıxıb. Bu onun Ģe‟ri yox, dünyaya, insanlara
ittihamıdır və özünü Allahla bərabər tutur, bir az ondan kiçilir. Yox, bu Ġsmayıl doğrudan da
möcüzələr törədəcək və onda Əhməd padĢahın da ölümünə bir Ģey qalmayıb.
Əbih Sultana ölüm soyuğu, Ģaxtası keçmiĢdi və dəllək də onun rənginin ağardığını,
soyuduğunu hiss elədi. QıĢqırdı:
– Camadar!
Belinə qırmızı fitə bağlanmıĢ arıq, damardan, dəridən və sümükdən ibarət olan, ağzında
damaqdan və dildən baĢqa heç nə qalmayan camadar qaçıb gəldi.
– Bu müĢtərini isti suyun altında yaxĢı-yaxĢı ovxala. Yoxsa, ölüb əldən gedəcək.
– Nə olub?
– Zamanın sahibinin gəldiyini eĢidən kimi belə oldu. Görünür bu dünyada günahları o
qədər çoxdu ki, hələ məĢhər ayağında dayanmıĢ canını tapĢırmağa tələsir.
Əbih Sultanın danıĢmağa dili yox idi. Dəlləklə camadar onu buxardan göz-gözü görməyən
hamama gətirdilər...
ƏRCĠVAN SƏFƏRĠ
Ölkənin əhalisi iki tərəfə ümidlə baxmağa baĢlamıĢdı. O tərəflərdən biri Təbriz idi, Əhməd
idi ki, vergiləri azaltmıĢdı, bu görünməmiĢ iĢ idi, kasıb-küsüb üzünü tutmuĢdu Təbrizə və ona
dualar tökürdü. Amma bu qanun Təbrizdən kənara çıxmamıĢdı. Çünki, Əhməd padĢahın
ətrafındakı osmanlı qoĢunlarının əsas vəzifəsi Təbrizi əldə saxlamaq, cavan Ģahı qorumaq idi.
157 www.sarigelin.net
Əyalətlərə göndərilən fərmanlar isə yenə də əmirlərin əlinə düĢürdü. Təbriz sarayında o əmirlərə
verilən syürqal yarlıqları, fərmanları e‟tibarsızdır deyə yandırılan kimi, əyalətdəki əmirlər də
Ģahın fərmanlarını boĢ kağız parçası kimi yandırır, qara camaatdan istədikləri vergiləri toplayır,
bir az da qüvvətlənirdilər. Çünki onları topvergiyığanlar birbaĢa əslində ixtiyardan salınmıĢ
əmirlərin anbarlarına yığırdı. Qara camaat Ģahın fərmanını eĢitmiĢdi, ona görə də axın-axın
kəndlərini, el-obalarını atıb Təbrizə axıĢırdılar. Birdən-birə Gün doğandan – Ərdəbildən bir səs
ucaldı:
– Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim.
“Zamanın sahibi peyda oldu” xəbəri də hamıya çatdı. Əvvəl onları bir ümid yarıdırdısa,
indi artıq ikinci ümid ortaya çıxmıĢdı. Ġndi hara üz tuqacaqlarını da bilmirdilər.
Ədalət gətirib onları ağır yükdən xilas eləməyə çalıĢan padĢahın yanına, yoxsa yer
üzündəki bütün ədalətsizlikləri məhv eləməyi, zülmkarları məĢhər ayağına çəkməyi özünün əsas
məqsədi e‟lan eləyən zamanın sahibinin yanına... Hamı baĢını itirmiĢdi. Belə qarıĢıq, iki ümid
arasında dayanıb çaĢ qalan vaxtda ən fərasətlilər, özlərinin bir məqsədi olanlar daha çox qazanc
götürə bilərdi.
Camadarla dəllək Əbih Sultanın soyuq tərini isti buxarla müalicə edəndən sonra özünə
gəlmiĢ, təzədən ondan isti tər açılmıĢ və fikirləĢmiĢdi ki, üçüncü soyuq tərə qədər onun ömrü var
və bu müddətdə bildiyini etməlidir.
O, bu iki ümidin heç birindən yaxĢılıq, xeyir gözləmirdi və onların hər ikisini məhv
eləməyin planlarını tökməyə baĢladı. Yenə də “namaza” dayandı.
– Ya tanrı, məni heç vaxt naümid qoymamısan. Ġndi də mənə ağıl göndər. Elə bir ağıl ki,
Əhməd padĢahı da, zamanın sahibini də aradan götürməyə çatsın. Bilirəm ki, onların ikisi də
güclüdür. Heç birinə qarĢı qoĢun çıxarmaq olmaz. Əvvəla mənim qoĢunum yoxdur. Rüstəm
Mirzənin xəzinəsindən baĢqa məndə heç nə qalmayıb. Əhməd padĢahı qoĢunla heç vaxt məğlub
eləmək olmaz. Onun arxasında elə qüdrətli bir hökmdar dayanıb ki! Zamanın sahibinə qarĢı da
gedə bilmərəm. Bəs necə eləyim? Bu iki qüvvəni biri-birinə salmaq necə? Yox, o da
alınmayacaq. Əhməd padĢah Ərdəbil tərəfə qızılbaĢların üstünə qoĢun göndərməyəcək, çünki
Ġsmayılı o güclü qüvvə hesab eləmir. Əyalət hakimlərinə tapĢıracaq, onlar da qorxularından ona
qarĢı güc göstərməyəcək. Bəs kimə arxalanmaq olar? Ey ulu tanrım, mən səndən nə qədər də
razıyam. Sənin köməyinlə tapdım. ġirvanĢah Fərrux Yasar. Bu məqamda onnan baĢqa ikinci bir
qüvvə bu iki axının qabağını almağa qadir deyil. Birincisi Fərrux Yasar Rum sultanının Təbrizi
tutmağına yəqin ki, tez bir zamanda ġirvanın istilası və ĢirvanĢahların aradan götürülməsi kimi
baxır. Ġkinci tərəfdən Təbriz taxtı onun yaxın qohumlarının əlindən çıxıb. Təzədən
Ağqoyunluların qanı yad qana qarıĢmamıĢ Ģahzadələri, ya Əlvənd, ya Murad Mirzəni taxta
çıxarmaq üçün əlindən gələni eləyə bilər. Bu iĢdə ona kömək lazımdır. Çünki onun yanında
mənim qədər ağıllı siyasətçi yoxdur. Axı o bilir ki, Bəysunquru taxtdan mən salmıĢam, döyüĢdə
mən məğlub eləmiĢəm. Bunun əvəzini mənə qaytarmazmı? Yox, inanmıram. Nə Bəysunquru
qaytarmaq olar, nə də Sultan Yaqubu. Bundan sonrakı iĢlərdə isə onun ən yaxın köməkçisi olan
Əbih Sultan, onun qohumlarını Təbriz taxtına qaytarır. O, dünya görmüĢ qocadı.
O ki qaldı qızılbaĢlara, onlar Fərrux Yasarın ən qəddar düĢmənləridir. Ġsmayılın
öldürülməyi üçün bütün xəzinəsindən keçər.
– Tapdım çıxıĢ yolunu yenə. Ey ulu tanrı, sən mənim ağlımı həmiĢə belə kəsərli, qılıncımı
iti, atımı yüyrək elə.
Payız yağıĢlarla baĢlamıĢdı. Pirsaat çayının iki tərəfində ovulmuĢ, min illərlə sellər-sularla
yuyulmuĢ, yayılmıĢ, o dənəvər torpağa çevrilmiĢ təpələrdə təzədən göy otlar cücərirdi. YağıĢ
təzəcə dayanmıĢ, qara yun əlçimi kimi uzanmıĢ buludlar keçib aĢağıya, Kür üstünə getmiĢdi. Bu
təpələrdən indi yuyulmuĢ, təmizlənmiĢ, toz altından çıxmıĢ yovĢanın ətri gəlirdi. Atlı cilovu
buraxıb sonsuz-bitkisiz təpələrin arasındakı cığırlardan aĢağıya– Pirsaat çayının vadisinə
enirdi.Baba dağından baĢlayıb ġamaxı yanından keçən çay burada torpağı neçə yerdən qılınc
kimi kəsmiĢ, özünə yol açmıĢdı. Atlı dayandı, qarĢısında, vadilə çayın sol sahilində uca minarə
görünürdü. Əlini sifətinə çəkib salavat çevirdi. Bura Pirhüseyn Xanəgahı idi. Gün aĢağılara
158 www.sarigelin.net
əyilmiĢdi. Günün qızıl xəncərlərə oxĢayan Ģüaları buludların arasından keçib yerə sancılmıĢdı.
Qalan hər tərəf bulud idi və belə görünürdü ki, bu buludlar tezliklə çəkilib gedəcək.
Kürün Cavad bərəsindən adlayan atlı yolda narın yağıĢa düĢüb sümüklərinə qədər
islanmıĢdı və Xanəgahı görəndən sonra sevindi. Üst-baĢını qurudacaq, gecələyəcəkdi. Özü də
möhkəm acmıĢdı.
At da elə bil yaĢayıĢ məskəni gördü və addımlarını yeyinlətdi. Yol kənarlarında cücərən
yaĢıl otlar o qədər kiçik idi ki, onları qırpa bilməmiĢdi.
Atlı xanəgahın həyətinə girəndə burada çoxlu dərviĢ, tacir, cürbəcür yol adamları gördü.
Yəhərdən düĢdü. O, rübənd salmıĢdı və gözlərindən baĢqa onun sifəti görünmürdü. Atı yedəyinə
alıb hər iki tərəfi mavi kaĢılarla bəzənmiĢ darvazadan içəri girdi, xanəgahın içərisinə girən kimi
sağ tərəfdəki qapı minarəyə qalxırdı, sol tərəfdə hovuz vardı və onun yanında bir neçə at
bağlanmıĢdı. O da atını bağladı, tərpəniĢlərindən xanəgah xidmətçilərinə oxĢayanlara tapĢırdı ki,
atın qabağına arpa töksünlər. Özü də yemək üçün hara getməyi öyrəndi. Karvansaranın yanındakı
hücrələrdə adamlar yeməklə məĢğul idi. O da oturdu. Piti, plov yedi, sonra isə xanəgahın
ibadətgahına girib buradakı qəbirləri ziyarət elədi. Ondan qabaqda dayanıb ibadət eləyən, eyni
vaxtda namaz qılan ona tanıĢ gəldi. Ancaq harada gördüyünü fikrinə gətirə bilmədi. Qara örtük
çəkilmiĢ qəbrin üstündə yanan Ģamların titrək iĢığında bu adamın kürəyini və boynunun ardını
Dostları ilə paylaş: |