Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
çıxacaq.  Mənim  ki  baĢıma  o  oyunu  açdı,  gör  indi  özgələrini  nə  hala salır. Beləsinin itaətindən 
çıxmaq da çox müĢgül iĢdi. Hamını qoz qabığında saxlayacaq. Ġstədiyimizi, ürəyimizdən keçəni 
eləyə bilməyəcəyik. Eləyərik – deyə o özünə ürək-dirək verdi və fikirləĢdi ki, ona inansın, e‟tibar 
eləsin. Həmin e‟tibarın da bir niĢanəsi vardı. Həmin niĢanə də Rüstəm Mirzənin o gözəl sifətli, 
iri gözlü,  qırmızı  peysərli, amma ağılsız baĢıdır ki,  heç Əbih Sultan üçün bu an bir qara qəpik 
qədər də qiyməti yoxdu. Vaxtilə Rüstəm Mirzə onun dəniz üstündə dayanması üçün saman çöpü 
vəzifəsini görmüĢdü, sonra onu saman çöpündən sala, saldan gəmiyə çevirmiĢdi. Külək hardan 
əsirdisə  həmin  gəminin  yelkənlərini  həmin  istiqamətə  döndərirdi.  Həmin  gəmini  özü  sürürdü. 
Hazırda gəmi qayalığa yaxınlaĢıb daĢlara toxunacaq və ondan heç nə qalmayacaq. O isə yenə də 
yaĢamalı,  saman  çöpü  tapmalı,  onu  qayığa,  sala,  gəmiyə  çevirməlidir.  Belə  tezlikdə  o  can 
versəydi, nə Əbih Sultan olardı, nə də Əmir Ġbrahim. Bəli, onun üç adı vardı. Üç adla min cildə 
girməyi bacardığına görə heç nədən, heç kimdən, heç bir vəziyyətdən qorxmurdu. Ġndi imtahanını 
verib  ən  çətin  vəziyyətdən  çıxmıĢdı.  Gələcəyi  üçün  verəcəyi  baĢlığın  dalınca  gedirdi.  Rüstəm 
Mirzənin hələlik bədən üstündə gəzən, baxan, danıĢan, gülən, öz səltənəti üçün qayğı çəkən, ən 
yaxın adamlarından e‟tibar, kömək, sədaqət gözləyən baĢının dalınca. 
O, ulduzlara baxdı.  Qaranlıq gecə idi, ay doğmamıĢdı.  Ulduzlar isə elə parlaq, elə aydın, 
yerə  elə  yaxın  görünürdü  ki,  o,  özünə  bir  ulduz  seçmiĢdi.  Ona  münəccimlər  Mərrix1  ulduzu 
deyirdilər.  Bu  ulduz  soyuq  deyildi,  onda  qırmızı  rəng  vardı  və  bütün  münəccimlər  ondan 
qorxurdular. Hökmdarlara hərbi səfər üçün gün seçəndə çalıĢırdılar elə gün seçsinlər ki, həmin 
gün  Mərrix  ulduzu  göy  qübbəsində  görünməsin.  Görünəndə  də  elə  zəif,  elə  uzaq  görünsün  ki, 
yerdəki  hadisələrə,  buradakı  adamların,  müharibələrin,  xoĢbəxtlik  və  səadətin  iĢinə  qarıĢmağa 
gücü çatmasın. Amma Əbih Sultanın ən çox xoĢu gəldiyi ulduz, səyyarə o idi və onu özünə ulduz 
seçmiĢdi. Axı hamı elə bilirdi ki, göydə onun bir ulduzu var. O ulduz sönəndə həmin adam da 
yox  olur,  yaxud  insan  öləndə  onun  ulduzu  da  sönür.  Əbih  Sultan  bilirdi  ki,  nə  qədər  insan 
yaĢayıbsa,  Mərrix  ulduzu  da  iĢıq  saçıb.  O  özü  də  bu  fikirdəydi  ki,  Mərrix  ulduzu  elə  onun  öz 
ulduzudur. Onun kimi, həmin ulduzda bütün vəziyyətlərdən baĢ çıxarır, heç vaxt sönmür, süzüb 
göy  üzündə  odlu  ox  kimi  iz  salmır.  O  pislik,  bədniyyətlik,  müharibə,  qan-qada  gətirdiyi  üçün 
ömrü  belə  uzundur.  YaxĢı  iĢlər  görsəydi,  insanlara  xoĢbəxtlik,  səadət,  əmin-amanlıq  gətirsəydi 
ömrü uzun olmazdı, tez sönüb gedərdi. Əbih Sultana görə pisliyin, qan tökməyin, ev yıxmağın, 

142  www.sarigelin.net 
 
hökmdar taxtını baĢına çevirmək kimi keyfiyyətləri özündə əks etdirənlərin də ömrü uzun olur.
 
 
YaxĢı adamlar kimdi? Heç kəsə pislik eləməyən, ümidsizə ümid verən, hamıya xoĢbəxtlik 
gətirməyə çalıĢan. Axı bütün bunlar bir adamın gücündən kənardadır. Tutaq ki, belələri özlərini 
də yaddan çıxardılar. Nə olsun, onların əlindən nə gələcək ki. BaĢqaları üçün ağlayanın gözü kor 
olacaq. Belələri aciz olur, qılınıc çalmağa qolları qalxmır. Ona görə də qılınc həmiĢəlik onların 
öz baĢına enir. Belələrinin ulduzu tez sönür, həmiĢə də iĢığı az olur. 
___________________ 
1.  Mərrix– Mars – Müharibə, qan timsalı olan planet.  
Əbih  Sultan  ulduzlar  arasında  özünün  parlaq,  qırmızı  ulduzunu  görürdu.  O  lap  yuxarı 
qalxmıĢdı və bütün ulduzlardan parlaq və gözəl görünürdü. O, bir an atını saxladı, baĢını qaldırıb 
ulduzuna baxdı. Sonra fikirləĢdi. Təbrizəmi qayıtmalıdır? Yox. Təbrizdəki iĢlərini görüb. BirbaĢa 
Rüstəm  Mirzənin  yanına,  Uçan  yaylasına  getməlidir.  Amma  tək  getməməlidir.  Burada  onun 
yolunun  üstündə  Qasım  bəy Pərnakın  kəndi,  torpağı  vardı. YaxĢısı  budur onun yanına dönsün. 
Onu özünə qoĢsun. 
Bu  Həmin  Qasım  bəy  idi  ki,  dartıb  dananın  irtməyini  çıxarırdı  və  bunu  özünə  ən  böyük 
Ģərəf  sanırdı.  Əbih  Sultanın  belə  adamlardan  xoĢu  gəlirdi.  Ona  görə  ki,  belə  səfeh  adamları 
istədiyi  yerə  ölümə  göndərə  bilirdi.  Bir  dəfə  onun  rütbəsini  də  artırmaq  istəmiĢdi.  Buna  görə 
BiyəpiĢə  –  Ġsmayılın  dalınca  göndərmiĢdi,  o  isə  yarıda  bilməmiĢdi,  əmirlik  rütbəsini  da 
qazanmağı  bacarmamıĢdı.  Ġndi  bəlkə  onu  bu  Ģərəfə  çatdırmağa  cəhd  göstərə  və  öz  əsas 
məqsədinə çata. 
O, atını döndərib Qasım bəy Pərnakın malikanəsi olan kəndə sürdü. Əbih Sultan burada bir 
neçə  dəfə  olmuĢdu,  hamısında  da  ova  gəlmiĢdi.  Ovdan  qabaq  Qasım  bəyin  igidliklərinə 
baxmıĢdı. 
Malikanədə  onun  gəliĢini  xəbər  verəndə  Qasım  bəy  on  iki  hərəmindən  axĢamdan  bəri 
altısının  yanında  olmuĢdu  və  səhərə  qədər  hamısının  könlünü  xoĢ  eləmək  niyyətindəydi,  O, 
gecələri yatmır, gündüzlər isə o qədər yatırdı ki, gözlərinin altı tuluqlayırdı. Bir növ gecə onun 
üçün  gündüzə,  gündüz  isə  gecəyə  çevrilmiĢdi.  O,  Əbih  Sultanı  öz  qapısında  görəndə 
sevindiyindən nə edəcəyini bilmədi. Elə qıĢqırdı ki, bütün nökər-naiblər ayağa qalxdı. 
– Mənim Əbih Sultandan artıq qonağım gəlməyəcək, bu gecə yatdı yoxdu. 
Onsuz  da  o,  xidmətçilərinə  gecə  səhərə  qədər  yatmağa  imkan  vermirdi,  onlar  da  Qasım 
bəylə yatıb, onunla bərabər oyanmağa öyrəĢmiĢdilər. 
– Bu gün haradan doğub gecənin belə bir aləmində. Mən özüm dəfələrnən yalvaranda bir 
dəfə ancaq gəlirdin. Ġndi özün gəlmisən, bəs sənin yoldaĢların hanı? Ay uĢaq, əmir əlmömünün... 
Qasım  bəy  heç  əmir  əl  ümara  deyə  bilmirdi,  əmir-əlmömin  deyirdi.  Hər  dəfə  də  Əbih 
Sultan onun səhvini düzəldirdi: 
– Qasım bəy, əmirəlmömün xəlifəyə deyirlər. 
– Nə olsun. Yə‟ni sən xəlifədən əskik adamsan! Xəlifə də xütbəsində kimin adını çəkirsə, 
həmin adama ölüm yoxdur, sən də. Sənin xoĢuna gələn adam xoĢbəxtliyi, cənnəti gözlərilə görür. 
YaxĢı bəs doğrudan, yoldaĢların hanı? 
– Tək gəlmiĢəm. 
–  Tək?  –  Qasım  bəyi  dəhĢət  bürüdü.  Əvvəla  yollar  qaçaq  quldurla  doluydu.  Tək  adamı 
onlar soymamıĢ buraxmazdı. Bəlkə da onun atlılarını öldürüblər, özü qaçıb. Ya da Təbrizdə nəsə 
olub. – Rüstəm Mirzəyə bir Ģey olmayıb? 
– Yox. Amma deyəsən baĢımızın üstündə ildırımlar çaxır. 
Qasım bəy qulağının ucundan tutub dartdı və muĢqurdu. 
– Allah eləməsin, Allah eləməsin, qulaqlara qurğuĢun. 
– Sən fil qulağında yatmısan, Qasım bəy. Osmanlı qoĢunu qulağının dibindədi, Heç nədən 
xəbərin yoxdu... 
– Xəbərim var. Bizim çobanlar xəbər gətirmiĢdi ki, düzdə bir ordu dayanıb. Dedim iĢiniz 
olmasın, yəqin Əbih 

143  www.sarigelin.net 
 
Sultan harasa gedir. 
 
Əbih Sultanı gülmək tutdu. 
– Necə yə‟ni iĢiniz olmasın? Sənin çobanların o ordunu batıracaqdı ki? 
– Dedim də, yə‟ni dillərini dinc qoysunlar. 
Əslində, Qasım bəyə ordu dayandığını deyəndə bu sözü iĢlətmiĢdi. Ona görə iĢlətmiĢdi ki, 
yaxĢı ki, Qasım bəyi belə yerdə yada salmayıblar. Xəta ondan xilas olub. 
Əbih Sultan vəziyyəti ona danıĢdı. Qasım bəy indi təhlükənin nə yerdə olduğunu bildi. Bu 
boyda,  qol  qabırğada  adam  çox  qorxaq  idi,  həmiĢə  döyüĢlərdən  kənarda  dayanmıĢdı.  Ġndi  isə 
görünür xəta ötüĢməyəcəkdi. 
–  Deyirəm,  ay  əmirəlmömün,  bu  qədər  adamı  qabaq-qabağa  gətirib  qırdırınca,  elə 
sərkərdələr  ikisi  çıxsın  ortalığa  vuruĢsunlar,  kim  zor  gələr  gələr.  Yıxan  qalib  olsun,  yıxılan 
məğlub. Necə sözdü? 
– YaxĢı sözdü. HazırlaĢ, gedirik Rüstəm Mirzənin yanına. 
 
– Nə deyirəm ki, gedək. Elə indi? 
– Vaxt bizi gözləmir. O üç yüz atlını götür, karımıza gələr. 
AĢbazlar  yemək  hazırlayana  qədər  nökərlər  atlanıb  kəndi  ayağa  qaldırdılar,  kiĢilər 
silahlanıb Qasım bəyin malikanəsi qabağında hazır dayandılar. 
Onlar da evdən çıxıb atlarını minəndə Qasım bəy Əbih Sultana dedi: 
– O Gödək Əhmədlə mərcə girərəm, bir dananın irtməyindən o tutsun, birindən mən. Görək 
kim o irtməyi dartıb çıxaracaq. Onu bu iĢdə xəcalətli qoymasam, adımı dəyiĢərəm. 
– Gödək Əhməd dana yox, heç buzovun da quyruğundan tutub onu yıxa bilməz. 
–  Bax,  belədi  də.  Allaha  qurban  olum,  gücü,  boy-buxunu,  cəsarəti  birinə  verir,  hökmü, 
ixtiyarı, taxt-tacı o birisinə. O bərkdən danıĢırdı ki, onun adamları eĢitsin. 
Əbih Sultan yəhərə qalxa-qalxa dedi: 
– Yadında saxla ki, ixtiyar piĢiyi Ģirə, quzunu canavara, milçəyi filə döndərir. O ixtiyar bu 
səfərdən sonra Qasım bəyi çoxdan gözlədiyimiz yüksək rütbəyə də çatdıra bilər. 
– Allah ağzınnan eĢitsin. 
Amma Qasım bəyi fikir götürüb gedirdi. Osmanlı qoĢunu Təbrizin qapısındadırsa, onda nə 
əmir rütbəsi olacaq, nə də baĢqa rütbə. Çünki hələ Əbih Sultan qoĢunu yığasına, tə‟lim keçəsinə, 
osmanlı  qoĢununa  qalib  gələsinə.  Hamısı  Qasım  bəyə  xam  xəyal  kimi  görünürdü.  Əbih  Sultan 
qaranlıqda onu görməsə də bilirdi ki, axırda bu nəticəyə gələcək. Ona görə də dedi: 
– Vəziyyətimiz çox ağırdı. Bunu yəqin ki, baĢa düĢürsən. Amma sənin bu dəstən Rüstəm 
Mirzəni  və  məni  qorumalıdır.  Artıq  ən  yaxın  adamlar  satqın  çıxıb.  DüĢmən  tərəfə  qaçıb.  Sən 
olursan hökmdarın candarı. Bütün xəzinəni də sən qoruyacaqsan. 
“Xəzinə” kəlməsini Əbih Sultan nahaq yerə çəkmədi. Həmin kəlmə öz iĢini gördü. Qasım 
bəyin ağzı sulandı. “Hökmdar getsə də, xəzinə ki, mənə qalacaq”-deyə fikirləĢdi. 
Rüstəm  Mirzə  göyün  yeddinci  qatından  hamama  enib  qüsl  eləyib  çıxanda  ona  xəbər 
verdilər ki, əmir əl ümara Əbih Sultan üç yüz atlı ilə gəlib. Çağırmaqlarını tapĢırdı. Əbih Sultan 
içəri girəndə o gülürdü. 
–  EĢitmisənmi,  əmir  əl  ümara,  Səmərqənd  Ģahzadəsi  Ömər  Ģah  quĢxananın  damından 
yıxılıb, canını tapĢırıb. Əmir Teymur nəslindəki Ģahzadənin ölümünün gülünclüyünə bir bax. 
Rüstəm Mirzənin qarĢısında bütün ədəb qaydalarına əməl eləyib, tə‟zimdən, duadan sonra 
onun söhbətinə qulaq asan Əbih Sultan zümrüd və firuzə ilə iĢlənmiĢ qızılı paltarının yaxasına 
baxdı.  Bu  dəqiqə  ona  lazım  olan,  o  paltarın  yaxalığından  baĢlayan,  danıĢdıqca  tərpənən 
hülqumundan, vuran damarlardan yuxarıdakı baĢ idi. 
– A 
llah ona rəhmət eləsin. XoĢbəxtdir. Bir var qılıncla öləsən, bir var babası MiranĢah kimi atdan 
yıxılıb dəli olub öləsən, bir də var quĢlara tamaĢa eləyəndə yıxılasan, Allahın qara camaata bəxĢ 
elədiyi əcəlnən öləsən. Bu doğrudan böyük xoĢbəxtlikdi. 
Rüstəm Mirzə özünü adil hökmdar sayırdı. Ona görə özündən belə müĢtəbeh idi ki, taxtda 
oturduğu  beĢ  ildə  əmin-amanlıq  hökm  sürürdü.  Bir-iki  kiçik  müharibə  nəzərə-alınmasa  o  heç 

144  www.sarigelin.net 
 
kimlə  vuruĢmamıĢdı.  Bir  qarıĢ  torpaq  almamıĢ,  bir  qarıĢ  torpaq  verməmiĢdi.  Bir  bunu  yaxĢı 
bilirdi  ki,  onun  taxtı  tərəkəmə  əmirlərin  qılıncı  üstündə  dayanır  və  səltənətin  ən  böyük  dirəyi 
Əbih Sultandır. Ona görə də onu həmiĢə gülə-gülə, ĢadĢalayın qarĢılayırdı. Amma bu dəfə onun 
sifətindəki ifadədən xoĢu gəlmədi. Gözlərində təlaĢ, nəsə qeyri-müəyyən mənalar oxudu. 
– Olmaya bəd xəbərlə gəlmisən?  
– O xəbəri deməyə dilim gəlmir. 
– De görüm. Bəd də olsa mən bilməliyəm, xoĢ da. 
Əbih  Sultan  əlini  döĢünə  qoyub  geri  basdı,  baĢı  qabağa  əyildi.  Elə  bil  Rüstəm  Mirzə 
qarĢısında baĢ əyməyə özü-özünü məcbur eləyirdi. 
–  Uğurlu  Məhəmmədin  osmanlı  qancığından  dünyaya  gələn  yetim  küçüyü,  Rum  köpəyi 
Gödək Əhməd qoĢun yığıb, üstümüzə gəlib! 
– Necə?! 
– Bəli, mənim Ģahım! 
Rüstəm Mirzənin qırmızı yanaqlı çöhrəsi ağardı. Vəziyyətinin necə çıxılmaz olduğunu tez 
baĢa düĢdü. 
– QoĢunu haradadı? – O, ayağa qalxıb qılıncını qurĢayırdı və qılıncı tutan əli əsirdi. 
– Təbriz yaxınlığında. 
– Tez olun, yığın əmirləri. Əlixanını yanıma çağırın. 
– Əlixanı yoxdur. – Əbih Sultan çox arxayın, sakit səslə dedi. 
– Necə yoxdu? Hansı cəhənnəmdədi? 
– Qaçıb. 
– Hara? – Rüstəm Mirzə təəccüblə soruĢdu. 
–  Hara  qaçacaq,  qaynının  yanına.  Gödək  Əhməd  onun  qaynı  düĢür  də.  Axı  o,  Uğurlu 
Məhəmmədin  Təbrizdə  qalan  qızıyla  evlənib.  Əgər  yadında  varsa,  mən  o  vaxt  çox  dedim  onu 
yüksəltmək bizə xeyir gətirməyəcək. Bu da nəticəsi. 
– Ax, əclaf! YaxĢı, o mənim əlimə düĢər, onda bilərəm nə eləyərəm. Yığın əmirləri, indiyə 
kimi  əmirlər  məndən  rəncidə  düĢüblər  ki,  niyə  bizi  müharibələrə  aparmırsan.  Bu  da  müharibə. 
Ġndi görüm nə eləyəcəklər. Tez ol çaparlar göndər, hər tərəfdən qoĢun gəlsin. – O, dəlicəsinə nə 
qıĢqırırdısa,  Əbih  Sultan  “baĢ  üstə”  deyirdi.  Özü  də  elə  sakit,  elə  arxayın  deyirdi  ki,  sanki 
bununla qeyd eləmək istədiyi bir fikir idi: “Sən saydığını say, gör hələ Əbih Sultan nə sayacaq”. 
–  Böyük  hökmdar,  mən  onların  heç  birinə  inanmıram.  Özümlə  Qasım  bəy  Pərnakı 
gətirmiĢəm. Hökmdarı, xəzinəni, hərəmxananı qorumağı ona e‟tibar eləməyi məsləhət görürəm. 
Yoxsa,  bu  vaxt  hamının  üzü  bizdən  dönüb.  Elə  bilirlər  ki,  Gödək  Əhməd  onlara  xoĢbəxtlik 
gətirib,  Təbrizə  girən  kimi  bir-bir  çağırıb  ən‟am  verəcək.  Əvvəlcə  sarayda  satılan  sahib  xəbər 
olub. Osmanlı qoĢunu Təbrizin iki-üç mənzilliyinə çatana qədər xəbər verməyib. 
– O satqın necə oldu? 
– Boğazına qızıl əridib özüm öz əlimlə tökdüm. 
–  Əhsən  sənə.  YaxĢı,  Qasım  bəyin  belə  sədaqətli  olduğunu bilmirdim. Elə indi ona əmir 
rütbəsi verib, sahib xəbərin syurqalını ona bağıĢlamalıyıq. 
Rüstəm  Mirzə  danıĢdıqca  Əbih  Sultanın  gözləri  onun  boynundaydı.  Gur  qara  saçları 
tökülmüĢ  əzələli  boynunda.  O  əzələlərə  qılınc  toxunmağına,  o  gözəl  baĢı  bu  nəhəng  bədəndən 
ayırmağa çox qalmayıb. Əynindəki yaxası və ətəkləri firuzə və zümrüdlə iĢlənmiĢ, qızıl saplarla 
toxunan  xalatdan  heyif,  qanı  onların  üstünə  töküləcək.  Yox,  əvvəlcə  o  xalatı  soyundurmaq 
lazımdır, heyifdir, onun bir ilxı qiyməti var. 
Qılıncının  qəbzəsindəki  almazlar  nəyə  desən  dəyər.  Bu  daĢ-qaĢları  da  itirmək  heyifdi. 
Əvvəl  onu  xəzinəyə  vermək  lazımdır.  Xəzinəni  isə  indidən  gizlətmək  lazımdır.  Yoxsa,  Gödək 
Əhmədin əlinə düĢər. 
Əbih  Sultan  Hülaki  xanın  Bağdadı  almağını  Fəzlüllah  RəĢidəddinin  “Cəmi  ət  təvarix” 
kitabından oxumuĢdu. Hülaki xan monqol qoĢunlarının baĢında Bağdadı alıb Abbasilərin axırıncı 
xəlifəsi Əl-Mühtəsimin sarayında oturub Ģərab içirdi. Məcburən özünə saqiyə çevirdiyi xəlifədən 
xəzinəsinin  yerini  soruĢmuĢdu.  Xəlifə  özünü  itirir  və  cibindəki  açarları  çıxarır.  Bu  açarlar 

145  www.sarigelin.net 
 
oturduqları  otaqdakı  iki böyük, yaxdan sandığın açarları imiĢ, o sandıqlarda da cəmi-cümlətanı 
on min dirhəm varmıĢ.  
Hülaki  xan  bir  daha  xəlifəyə  təpinəndə  o  lap  qorxuya  düĢür  və  onu  sarayın  həyətindəki 
böyük  hovuza  aparır.  Gizlin  bir  yerdəki  açarlarla  açıb  hovuzun  suyunu  qurudandan  sonra 
Abbasilərin 550 il ərzində topladığı qızıllar monqolların əlinə keçir. Bu qızıl kərpicləri arabalara 
yığıb, bir ordunun müĢayiəti ilə Azərbaycana gətirirlər. Amma üstündən əlli il də keçməmiĢ bu 
qızıllar yoxa çıxır. Hülakilərin xəzinəsində siçanlar oynayır. 
Görünür,  belə  çətin  vaxtlarda  həmin  qızılları  veriblər,  xəzinədarlar  aradan  çıxarıb.  Ġndi 
Əbih  Sultan  da,  xəzinədə  nə  varsa  hamısını  əkmək,  gizlətmək,  hesab  kitablarını  yandırmaq 
fikrinə  düĢmüĢdü.  Yoxsa  Gödək  Əhməd  ayağını  onun  baĢına  qoyub  xəzinəni  soruĢacaq.  Onda 
yalan  danıĢacaq.  Yalanı  çıxmasın  deyə,  o  kitablar  ələ  keçməməlidir,  xəzinədar  salamat 
qalmamalıdır, vəzir məhv olmalıdır. 
O,  xəzinəni  tezliklə  Diyarbəkrdə  yaĢayan  böyük  qardaĢı  Nurəlinin  yanına  göndərməlidir. 
Ən çətini odur ki, yolları Gödək Əhmədin qoĢunları və Bitlis qalalarındakı kürdlər kəsib. Gödək 
Əhməddən  xəzinəni  keçirsə  də,  kürdlərdən  keçirmək  çətindir.  Eh,  təki  xəzinə  olsun,  onu  lap 
ağzındakı dili kimi salamat aparıb çıxarar. 
Kənardan  baxanlar  elə  bilirdi  ki,  Əbih  Sultan  qardaĢı  Nurəli  bəylə  düĢməndir.  Hətta 
Süleyman  Bicanoğlu  qaçıb  canını  qurtarmaq  fikrinə  düĢəndə  özünə  ən  təhlükəsiz  yer  Nurəli 
bəyin  yanını  bilmiĢdi.  Nurəli  bəy  də  əvvəl  onu  təntənə  ilə  qarĢılamıĢ,  sonra  da  Əbih  Sultanla 
aralarındakı  əhvalatları  bildiyinə  görə  yıxıb  yerə  qoyun  kimi  bu  qoca sərkərdənin  baĢını kəsib, 
qanını itlərə yalatmıĢdı. 
Belə bir çətin vaxtda böyük qardaĢı ilə əlaqə yarada bilsəydi iĢləri lap yaxĢı gedərdi. 
– Nə oldu, əmir əl ümara, niyə özünü itirdin? Fikrin hardadır? 
Rüstəm Mirzə bayaqdan danıĢırdı. Bir də gördü ki, Əbih Sultan ona qulaq asmır. Elə yalan 
yerə  baĢını  yırğalayır,  onun  dediklərini  təsdiq  eləyir.  O  sussa  da,  Əbih  Sultan  yenə  də  baĢını 
tərpədir, bə‟zən dodaqaltı “baĢ üstə!” deyirdi. Bu sözlərdən sonra diksinib sanki yuxudan ayıldı. 
– Nə, necə? Nə olub ki? 
– Bu gün heç xoĢuma gəlmirsən. Elə bil ki, beynindən qara fikirlər keçir. 
Əbih Sultan özünü yığıĢdırdı. 
– Qibleyi aləm sağ olsun, fikir məni aparıb. Tədbirlər tökürdüm öz aləmimdə, necə eləyək 
ki, Gödək Əhmədin baĢını əzək. Yoxsa baĢımıza böyük bəla olacaq. 
–  Yox,  Əbih  Sultan,  səni  heç  vaxt  mənə  qarĢı  bu  cür  laqeyd  görməmiĢdim.  Sənin  də 
fikrində düĢmən tərəfə addamaq meyli varsa, de, mən bilim. BaĢıma çarə qılım. 
–  Nə  danıĢırsan,  böyük  hökmdar.  Mən  bundan  da  çətin  vaxtlarda  sənin  tərəfində 
dayanmıĢam. Heç bir hökmdar da mənə sənin qədər hörmət qoymayıb. Bunun əvəzində mənim 
ürəyimdən  xəyanət  keçər?  Onda  əlimi  salıb  qabırğalarımın  arasından  o  ürəyi  çıxarıb  yerə  atar, 
ayaqlarımla tapdalayıb torpaqlara qarıĢdıraram. 
Rüstəm  Mirzə  çadırındakı  taxtında  oturub  dirsəyini  dizinə,  çənəsini  əlinə  söykəyib  fikrə 
getmiĢdi. 
–  Əclaflar,  alçaqlar,  satqınlar...  Mənim  səxavətim  qudurtdu  onları.  Ġndi  mənə  ver 
Sultanəlini?  Mənə  ver  onun  sərkərdələri  və  müridlərini?  Bilmirəm,  yerin  altından  çıxart  ver. 
Sənin  fitvana  uydum.  Belə  gündə  o  mənim  sağ  əlim  olacaqdı.  Ġki  odu-ocağı  bir  gündə 
söndürdülər. Sənin Əmir Hüseyn Əlixanin nə iĢ görmüĢdü. Səninlə birləĢib beĢ min nəfəri yeddi 
yüz nəfərin üstünə apardı. Onun dörd minini qırğına verib sağ əlimi kökündən kəsdiniz. Hamınız 
xəyanətkarsınız.  
O, gəlib Əbih Sultanla üz-üzə dayandı.  
–  Kim  o  Rum  küçüyünün  yalağından  yal  içmək  istəyirsə,  indidən  getsin.  Qalanların  da 
kiĢiliyi, mənliyi olsun. 
Bu sözlər ona zəhərli oxlar kimi sancılsa da, üz-gözünü turĢutmur, acısını, ağrısını gizlədib 
saxlamağa çalıĢır, onu daha çox arxayın salmaq istəyirdi. 

146  www.sarigelin.net 
 
– Qibleyi  aləm, burada əsassız Ģübhələrə düĢməyin yeri deyil və qoĢunu yığıb tərpənmək 
üçün iĢə baĢlamaq lazımdır. 
Rüstəm Mirzə bir az özünə gəldi, taxtın hər iki tərəfində dayanan keĢikçilərdən su istədi. 
Onlardan  biri  qılınc-qalxanını  dınqıldada-dınqıldada  gedib  su  gətirdi.  Rüstəm  Mirzə  gümüĢ 
dolçadakı suyu baĢına çəkib, əlinin dalı ilə dodaqlarını siləndən sonra dedi: 
– Qasım bəy burdadısa, ona əmirlik rütbəsi verək. Qapı dalında çox dayansa gedib Gödək 
Əhmədə qoĢulacaq. 
 
 
BOġ ORDUGAH 
 
Gödək  Əhməd  Rüstəm  Mirzə  ilə  vuruĢmamıĢ  Təbrizə  girmək  istəmirdi.  O,  Ağqoyunlu 
taxtının  gələcək  sahibi  kimi  xalqın  yanında  özünün  ləyaqətini  saxlamaq  üçün  belə  bir  qərar 
vermiĢdi. Bununla da öz gücünü göstərmək, o taxta ləyaqəti olduğunu sübuta yetirmək istəyirdi. 
Əmir  Əlixanı  artıq  onun  qılığına  girmiĢ,  qaçıb  Gödək  Əhmədin  ordugahına  pənah 
gətirənlər  də  buna  kömək  göstərmiĢdi.  Artıq  Ģahzadə  ona  e‟tibar  eləyir,  bir  çox  məsələlərdə 
məsləhətləĢirdi  də.  Amma  Əmir  Hüseyn  Əlixanının  açıq  qalan  yolla  birbaĢa  Təbriz  taxtına 
irəliləməsi fikrini bəyənmirdi. 
 
–  Yahu,  ben  oğru  deyilim.  Tebriz  Ģehrinin  açarlarını,  bir  də  Rüstəm  Mirzənin  kafasını 
hüzuruma getirmeseler, ben o Ģehara girmem, – deyib dururdu. 
– ġahzadə, Əbih Sultan bizim baĢımızın altına yastıq qoyub. Ona inanmısan, o isə aldatdı. 
Onun dilindən çıxan sözə yox, heç dilinin özünə də inanmaq lazım deyil. 
Bir neçə dəfə çaparlar göndərib Rüstəm Mirzəni döyüĢə çağırmıĢdılar. Və onun bir fikri də 
vardı.Özü ilə çoxlu top, tüfəng, barıt gətirsə də, bu döyüĢdə onlardan istifadə eləmək istəmirdi. 
Düzdür, güc göstərib əhalidə öz qüdrətinə inam yaratmaq naminə bu bəlkə də lazım idi. Lakin 
Rüstəm  Mirzəni  onun  öz  silahı  ilə  məğlub  eləməyə  qərar  vermiĢdi.  Bu  döyüĢdə  özünün 
qələbəsinə zərrə qədər də Ģübhəsi yoxdu. 
Bir  səhər  Gödək  Əhməd  çadırından  çıxanda  qarĢı  təpələrin  üstündə  saysız-hesabsız 
alabəzək  çadır  gördü.  Onun  əhvalı  dəyiĢdi.  Ġnandı  ki,  onu  aldadıblar.  Bir  belə  qoĢunu  üç-dörd 
günə  toplayan  Rüstəm  Mirzə  ona  asanca  təslim  olmayacaq.  Bu  iĢdən  məğlubiyyət  iyi  də  gələ 
bilər. O, Əlixanını yanına çağırtdırdı. 
–  Yahu,  Rüstəm  Mirzəni  bene  aciz  söylüyürdünüz.  Bəs  bu  ne?  Əmir  Hüseyn  Əlixanı  də 
özünü itirdi. 
–  Ola  bilməz.  Mən  onun  sərkərdəsi  olmuĢamsa,  bir  belə  qoĢun  yığa  bilməmiĢəm.  Yəqin 
bütün  Təbriz  silah  götürüb.  Əgər  təbrizliləri  silahlandırıb  gətiriblərsə  də,  bunun  onlara  heç  bir 
xeyri yoxdu. Ağqoyunluların əsas qüvvəsi həmiĢə tərəkəmə atlıları olub. 
Gödək Əhməd əsəbiləĢmiĢdi.  Dağların  baĢını da duman almıĢdı. GünəĢ duman arxasında 
halələnmiĢ  aya  bənzəyirdi.  Küləyin  qovduğu  boz  buludlar  aĢağıdan  ötüb  gedirdi.  ġahzadə 
münəccimbaĢını çağırdı. Uzun, üstü ulduzlu əbasının ətəkləri, burnu yuxarıya qalxıb qənarə kimi 
əyilmiĢ  baĢmaqlarının  üstünə  çatan  münəccimbaĢı  gəldi.  Ondan  uğurlu  günmü  seçdiyini 
soruĢdular. O da and-aman elədi ki, ən uğurlu gün seçib. 
Bundan  sonra  Ģahzadə  Gödək  Əhməd  iĢarə  verdi,  döyüĢə  çağırıĢ  nidaları  səsləndi.  O 
tərəfdən də qara zurnalarda oynaq oyun havaları çalındı. Ən maraqlısı sancaqlar (bayraqlar) idi. 
Hər iki ordugahda ağ rəngli, üstündə qoç baĢı çəkilmiĢ sancaqlar qaldırılmıĢdı (“Sancaq” kəlməsi 
“qələbə”  kəlməsi  ilə  həmahənk  səslənirdi.  Çünki  ordunun  sancaqları  onu  düĢmən  çadırının 
yerində sancmalı idi). Deməli, Ağqoyunlu qoĢunu Ağqoyunlu qoĢununa qarĢı dayanmıĢdı. Eyni 
bayraqlar üz-üzə gəlmiĢdi. 
ġahzadə Gödək Əhməd atını minib xəncər boyda qılıncını çıxarıb döyüĢə getmək istəyirdi, 
amma onu qoymadılar. Elə ilk süvari onu iki yerə bölərdi. Atın üstündə oturub döyüĢə baĢlamağa 
iĢarə verdi. Süvari axını Rüstəm Mirzənin ordugahına doğru axına baĢladı. 

147  www.sarigelin.net 
 
QarĢı  tərəfdə  isə  Rüstəm  Mirzənin  özü  at  belinə  qalxıb  qılıncını  siyirdi,  atını  meydana 
vurdu.  Bir  azdan  at  ayaqlarının  səsi  polad  cingiltisinə  qarıĢdı.  Süvarilərin:  “Vur  ha!  Vur  ha!” 
nidaları təpələrin arasındakı düzdə bütün səsləri batırdı. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin