Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
Hökmranlıq Ģirin Ģeydi. Hələ ondan heç kim öz xoĢu ilə əl çəkməyib. Ayağını sarayın qapısından 
içəri basanların da çoxusunun niyyətində taxta oturmaq arzusu olub. Bunu yadında yaxĢı saxla. 
Ġnsan xilqəti çox mürəkkəbdi. 
Dədə  bəy  içəri  girdi,  irəli  yeriyib  tə‟zim  etdi,  yerə  qədər  əyildi.  Bundan  sonra  Sultanəli 
ayağa qalxdı, irəli yeriyib ona əl uzatdı. Dədə bəy onun ağ əlini tutdu və böyük minnətdarlıqla 
öpdü. 
Dədə  bəyin  saçları  gümüĢü  rəngdə  idi  və  on  iki  dilimli  qızılbaĢ  çalmasının  altından 
çıxmıĢdı.  Cavan  hökmdarın  isə  əynindəki  libası  bu  saçlar  kimi  gümüĢü  rəngə  çalırdı.  GümüĢ 
saplarla toxunan parçadan tikilən zərzibalı kaftan Sultanəliyə çox yaxĢı yaraĢır, anası kimi mavi 
gözləri, qızılı saçları, qırmızı yanaqları ilə birləĢib qəribə bir rəng ahəngdarlığı yaradırdı. 
– Ya hökmdar, ya ġeyx, hüzuruna minnətə gəlmiĢəm. 
– Buyur, Dədə bəy. Bu sarayda sənin sözünü hamı eĢitməyə hazırdı. 
Dədə bəy əllərini göylərə qaldırdı: 
–  ġükür  tanrının  birliyinə,  istəyimizə  çatdıq.  Pirimizin,  mürĢüdümüzün  övladlarını 
zindanlardan  xilas  eləyib  taxta  çıxartdıq.  Bundan  belə  asudəlik  vaxtı  çatıb.  Rüsxət  versəydin, 
qayıdardım  elatın  içinə.  Soyuqlar  düĢür,  elatı  qıĢlağa  köçürməyin  vaxtı  yetiĢir.  Oğul-uĢağı  pis 
öyrətmiĢəm, mən deməsəm, qar da yağsa aĢağılara enməyəcəklər. 
Sultanəli Ģəhadət barmağını qatlayıb təzəcə bilinən bığlarının üstünə qoyub, gözlərini ona 
dikmiĢdi. Dədə bəy də gördü o dərin fikrə gedib, sözlü adama oxĢayır dedi: 
– Mən dediyim iĢ-küc ki var, tərəkəmə elatının iĢidi. Bəlkə də cavan padĢahın yanında belə 
danıĢmaq  qəbahətdi.  Əgər  günah  iĢlətmiĢəmsə,  keçin  günahımdan.  Mən  dağda-daĢda  böyümüĢ 
adamam, heç vaxt sarayda, hökmdar yanında olmamıĢam. 
– Yox, elə deyil, Dədə bəy, eĢit gör Lələ bəy nə deyir. 
– Buyursun, eĢidirəm. 
– Dədə bəy, hələ yorulmamısan? – deyə Lələ bəy qəribə bir sual verdi. 
–  Yorulmaq  nədir?  Bu  iĢdən  sonra  elə  bilirəm  dağı,  götürüb  o  birisinin  üstünə  qoyaram. 
ġükür, hələ ki, əllərim əsmir, altımdakı at büdrəmir, gözlərim beĢ ağaclıqdan hər Ģeyi seçir, hələ 
qolumun qüvvəsindən Ģikayətim olmayıb. Nəyə görə belə soruĢursan, Hüseyn bəy? 
–  Allaha  çox  Ģükür.  Sənin  vuran  qolun,  görən  gözün,  yüyrək  atın  bizə  çox  lazımdır.  Bu 
cavan  Ərdəbil  padĢahlığını  taleyin  hökmünə  tapĢırıb  sürü,  naxır  dalınca  getməyi  bizə  heç  kəs 

107  www.sarigelin.net 
 
bağıĢlamaz.  Özün  bilirsən  ki,  hər tərəf düĢməndi,  hər tərəfdən üstümüzə qorxu gələ bilər. Ona 
görə  də  öz  qoĢunumuz  olmalıdı.  Belə  qoĢuna  bir  nəfər  sərkərdə  ola  bilərsə,  o  da  Dədə  bəydi. 
PadĢahımızın,  Ģeyximizin  iradəsi  belədir.  Tinglərimiz  pöhrədir  havadan  da  çovğun  gözləmək 
olar.  O  tingləri  küləyin  qabağında  qoymaqmı  olar?  Sənin  elatlar  içində  hörmətin  böyükdür. 
Ordunu da sən toplaya bilərsən. 
Sultanəli söhbətə qoĢuldu. 
– Tək bir-iki elatla iĢ aĢmaz. Qacar tayfasının baĢbiləni Qara Piri bəyə, Ġlyas bəyə, Təkəli 
elinə, Boyat elinə, Ustaclı elindən Ustaclı Məhəmməd bəyə çaparlar göndərin, yığılıb gəlsinlər. 
Balaca Ġsmayıl taxtın arxa tərəfində dayanıb bu söhbətlərə qulaq asırdı. O görürdü ki, Dədə 
bəy sərkərdə olmaq təklifindən məmnun qaldı. Sultanəli də bundan sonra divardan asılmıĢ qılınc-
qalxanı  gətirib  Dədə  bəyə  verdi.  Dedi  ki,  bu  atamın  qılınclarından  biridir  və  Ərdəbil  torpağını 
qoruyan,  bizim  gələcək  əməllərimizin  həyata  keçməsinə  çalıĢan  Dədə  bəy  həmin  qılıncla 
vuruĢmalıdır.  Qılınc  Sultanəlinin  əlində  nə  qədər  ağır  görünürdüsə  Dədə  bəy  götürəndə  xeyli 
yüngülləĢdi. 
Onların “qan-qada”, “düĢmən”, “vuruĢ” sözlərindən sonra Ġsmayıl taxtın arxasından çəkilib 
açıq qapıdan o birisi otaqlara keçdi, axtarıb anasını tapmadı. Səkinəni gördü. 
– Səkinə xala, xəbərin var, yenə dava olacaq ey. 
–  Bilmirəm,  atam-anam.  Dünya  dava-Ģava  üstündə  qurulmayıbmı,  qadan  ürəyimə.  Onu 
sənə kim dedi? 
– Dedilər də. Dava olmalıdı. Özü də yaxĢı dava. Atamın qanını alacağıq. 
 
 
SEVĠNC VƏ KƏDƏR 
 
AləmĢahbəyim  qəlbindəki  sevincin  nurundan  daha  da  gözəlləĢmiĢdi.  O,  Sultanəliyə  qız 
bəyənmiĢdi. Oğlunun bərabəri, onun gözəlliyi üstünə gözəllik gətirən bir qız tapmıĢdı. Belə qızın 
məhəbbəti Sultanəlini daha da məğrurlaĢdıracaq, onu bir az da cəsarətləndirəcəkdi. 
Sevincinin  bir  səbəbi  də  vardı.  Gör  neçə  illər  idi  ki,  qan-qadanın  içindəydi.  Nəslin 
ağsaqqalları gedəndən sonra cavanları biri-birlərinin qanını qəltan eləmiĢdilər. Ocağa Ģad xəbər, 
muĢtuluq  əvəzinə  qanlı  köynəklər,  yəhərləri  qarınlarının  altına  çevrilən  dəli  kiĢnərtili  atlar 
gəlmiĢdi.  Deyəsən  artıq  tənəzzülün  tərəqqisi  baĢlayırdı.  Oğlu  yenə  də  Ģahlıq  taxtına  çıxmıĢdı. 
Özünə qayıtmıĢ səadəti bu toydan yaxĢı heç nə təmsil eləyə bilməzdi. Qoy bütün Ərdəbil torpağı 
silkinib yasdan çıxsın. Qoy hamı toya yığılsın. 
O,  daĢ-qaĢla  iĢlənmiĢ,  neçə  illərdən  bəri  əyninə  almadığı  paltarlarından  birini  geyib 
oğlunun yanına gəlirdi. Anası Dəspinə xatun kimi yeriyirdi. Bu yeriĢ onun yadında qalmıĢdı, özü 
də  bu  yeriĢin  məğrurluğundan  xoĢhallanırdı.  Onun  yanına  ġeyx  Heydərlə  evlənmək  xəbərini 
verməyə  anası  belə  gəlmiĢdi.  Ġndi  o  Heydər  oğlu  Sultanəlinin  yanına  belə  gedirdi.  Onun 
ürəyindən keçdi ki, bu yeriĢdə nənəsi Sara xatunun hansısa bir oxĢar cəhəti vardır. 
Amma  Sultanəlini  otağında  geyimli,  əbləsəli  gördü.  Anası  onun  qarĢısına  çıxdı  və 
əllərindən tutub öpdü. 
AləmĢahbəyim onu bağrına basdı. 
– Oğul, ananın sevincinə Ģərik olsan, bütün camaatımız da sevinəcək. 
–  Biz  anamızın  sevincini  görmək  üçün  özümüzü  də  qurban  verməyə  hazırıq.  Nədir  o 
sevincin səbəbi? 
– Səni evləndirmək fikrinə düĢmüĢəm. Elə bir qız seçmiĢəm ki, tayı, bərabəri nə Rumda, nə 
Hinddə, nə də Misirdə. GəlmiĢəm, razılığını alım. 
Sultanəlinin sifətini qayğı qara bulud kimi aldı. Onunla bərabər anasının çöhrəsinə də qəm 
çökdü. 
– Olmaya öz istəklin var? 
– Yox, ana. 

108  www.sarigelin.net 
 
–  Bəs  onda  niyə  mənim  istəyimə,  sevincimə  Ģərik olmadın? ġeyx Heydərin qan çilənmiĢ 
ocağına Ģadlıq gələn gündür, oğul. – AləmĢahbəyimin gözlərində nəm göründü. 
– Düz deyirsən, ana. Toy-büsatın vaxtı yetiĢir. Amma mənim evlənməyim hələ tezdir. Mən 
atamın intiqamını Fərrux Yasardan almasam toy çaldırmağa özümdə oğul kimi haqq görmürəm. 
Əhdimə əməl eləməsəm, toy da, Ģənlik də mənə haram olar. 
Sultanəlinin bu fikri qarĢısında anasının qolları yenə boĢaldı. Oğluna da haqq qazandırdı, 
özünə də. Bir Ģeyə haqq qazandıra bilmədi. Oğlu da atası kimi qan-qadaya tərəf gedir. 
– Bəs mən nə qədər gözləyim, oğul? 
 – Az. Mən səfər üstəyəm. 
– Hara belə, ay oğul? 
Sultanəli heç nə demək istəmədi, amma anasını da nigaran qoymaq fikrində olmadı. 
–  Ġsfahan hökmdarı  Kosa Hacı  Bayandur Rüstəm Mirzənii itaətindən çıxıb,  Bəysunqurun 
adına xütbə oxutdurub. Bu tərəfdən də Bəysunqur Yezid oğlu Yasarla birləĢib üstümüzə gəlir. 
– Rüstəm Mirzə vuruĢsun da, sənə nə düĢüb? 
– Gücü çatmaz. O iqtidarda deyil. Mən Qara Piri bəy Qacarı Ġsfahana göndərmiĢəm. Özüm 
də Bəysunqurla vuruĢmağa gedirəm. Mənə xeyir-dua ver. Özünüz də hazırlaĢın mənim yanımda 
olmalısınız. 
Dövrün  müharibəsinin  adətlərindən  biri  bu  idi  ki,  hökmdar  döyüĢə  gedəndə  xəzinəsini, 
hərəmxanasını, ana və bacılarını, kiçik qardaĢını da özü ilə götürürdü. Bunun da iki səbəbi vardı. 
Biri o idi ki, ailəni Ģəhərdə baĢlı-baĢına buraxıb getmək olmazdı. Çünki düĢmən qoĢununun bir 
hissəsi  yollarını  dəyiĢib  onları  əsir  ala  bilərdi.  Ġkinci  səbəb  də  bundan  ibarət  idi  ki,  döyüĢ 
meydanında hökmdar çadırı bir növ bayrağa dönürdü, namus-qeyrət bayrağına. Arvad-uĢağı əsir 
vermək ölümdən betər olduğuna görə heç kim öz canının hayına qalmırdı. 
AləmĢahbəyim  bundan  sonra  nə  desin.  Ağlamasın,  nə  eləsin.  DöyüĢ  necə  qurtaracaqdı. 
Onlar qalib gələ biləcəkmi? Ondan sonra toy olacaqdımı? 
Bir  müddət  əvvəl  də  Bəysunqur  ġirvan  qoĢunu  ilə  Kürün  sahilinə  gəlmiĢdi.  Onda  da 
döyüĢə  qoĢunu  Sultanəli  aparmıĢdı.  Amma  Bəysunqur  o  tayda,  Sultanəlinin  qoĢunu  bu  tayda 
dayanmıĢdı.  Səsi  gur  adamlar  o  tərəfdən  bu  tərəfə,  bu  tərəfdən  o  tərəfə  söyüĢlər  göndərmiĢ, 
Bəysunqur çayı keçməyə cəsarət etmədiyinə görə geri qayıtmıĢdı. Ġndi isə Ġsfahan qiyamı ilə onun 
bu yürüĢü bir vaxta düĢmüĢdü. Hər iki döyüĢə də ərdəbillilər gedirdi. 
Əhərlə MiĢkin arasındakı geniĢlikdə döyüĢ qurtarmıĢdı. Təpənin baĢında qurulan ağ çadırın 
yanında  üç-nəfər-Sultanəli,  Hüseyn  Lələ  bəy,  bir  də  Əbih  Sultan  dayanıb  aĢağılara  baxırdılar. 
Səhər  yamyaĢıl  görünən  düzənlikdə  çiçək-çiçəyi  çağırırdı.  Amma  indi  orada  diyirlənib  düĢmüĢ 
dəbilqələr,  göydə  qalmıĢ  at  ayağındakı  nallar,  dəmir  köynəklər,  qalxanlar  parıldaĢırdı.  ġirvan 
qoĢunundan parıltılar bunlar idi. Yollar, təpələr, çəmənlik insan və at meyitləri ilə dolu idi. Bir 
köhlənin  yəhəri  sürüĢüb  düĢmüĢdü,  cilovu  yerlə  sürünürdü,  amma  kiĢnəyə-kiĢnəyə  döyüĢ 
meydanında  hərlənir,  elə  bil  sahibini  axtarırdı.  Üst-üstə  qalanmıĢ  meyitlərin  arasında  kimi 
tapmaq  olardı.  Görünür  ki,  hələ  sahibi  ölməyib,  yaralıdır.  Bir-iki  döyüĢçü  onun  dalınca  qaçdı, 
tuta bilmədilər. Biri isə saz bir təpik yeyib yerdə qalandan sonra qara, səkilayaqlı köhləndən əl 
çəkdilər. 
Bəysunqurun  rəhbərliyi  ilə  gələn  ordu  bu  dəfə  Kürü  də,  Arazı  da  keçmiĢ,  Əhər-MiĢkin 
yoluna  çıxmıĢdı.  Burada  onun  qabağını  bir  tərəfdən  Sultanəli,  o  biri  tərəfdən  də  Əbih  Sultan 
kəsmiĢdi. Bir neçə saatın içində ġirvan qoĢunu qılıncdan keçirilmiĢdi. 
Çapa-çapa  gəlib  toz  qaldıran  atlı  çadırın  yanına  çatan  kimi  sıçrayıb  yəhərdən  düĢdü.  Onu 
hər üçü də görsə belə, əvvəlcə Lələ bəy tanıdı. Bu Cibo Səfər idi. Zirehin içində itmiĢdi. Elə bil o 
zirehi geyməmiĢdi, zireh yuvaydı, o isə o yuvada gizlənib burnunu çıxarmıĢdı. 
– MuĢtuluğumu verin, hökmdar. 
– Nə muĢtuluq? 
O,  atın  tərkindəki  xurcundan  bir  insan  baĢı  çıxarıb  əvvəl  əlində  saxladı,  sonra  onun 
ayağının  altına  atdı.  Dəbilqəsi  də  çıxarılmamıĢ  baĢ  əzilmiĢ  lalələrin,  çobanyastıqlarının  üstünə 

109  www.sarigelin.net 
 
düĢdü.  Diyirləndi,  xınalı  daĢa  dəyib  dayandı.  Hədəqəsindən  çıxan  iki  göz  onlara  baxırdı.  Sifət 
saralıb saman rənginə düĢmüĢdü. 
Sultanəli baĢı görən kimi tez üzünü çevirmiĢdi, ona görə də tanıya bilmirdi. Əbih Sultan isə 
cibindən  bir  torba  pul  çıxarıb  Səfərə  atdı.  Səfər  qana  batmıĢ  əlini  üstünə  silib  torbanı  cibinə 
qoydu. O, bu döyüĢdə bir dəfə də olsun qılınc çalmamıĢdı. Hökmdarla döyüĢən dəstələr arasında 
xəbər aparıb gətirmiĢdi. Əbih Sultan soruĢdu: 
– Onun baĢını kim kəsib! Həmin Ģəxsə böyük ənam düĢür. 
– Dədə bəyin qardaĢı oğlu bununla vuruĢurdu. O da bunun kimi cavandı, təzəcə əlinə qılınc 
götürüb. Bəy dedi ki, heç kim mane olmasın, görək hansı üstün gələcək. Elat cavanı çox cəld idi, 
bir az hərlədi, qılıncı necə çaldısa, baĢ yerə düĢdü, amma dəbilqədən çıxmadı. 
–  O  igid  bəyzadəni  tap  gətir,  ən‟amını  verək,  –  deyə  Əbih  Sultan  Səfərə  tapĢırıq  verdi, 
sonra yaxınlaĢıb ayağını kəsik baĢın üstünə qoydu və baĢa müraciətlə dedi: 
– Hə, necəsən? Məni monqol atına görə didərgin salırdın? BaĢımı bədənimdən ayırırdın, nə 
oldu? Öz saydığını neyləyirsən? Fələyin də saydıqlarından xəbərin olsun. 
Sultanəli indi baĢa düĢdü ki, bu dayısı oğlu Bəysunqurun kəsilmiĢ baĢıdır. Bir də ki, dayısı 
oğlunu hardan tanıya bilərdi? Bəysunquru heç vaxt görməmiĢdi. 
–  Əbih  Sultan,  meyitin  heç  bir  günahı  yoxdur,  müsəlman  meyidini  də  təhqir  eləmək 
müsəlmançılığa yaraĢan iĢ deyil. 
Əbih Sultan ona tərəf döndü, nəzakətsiz Ģəkildə, bir az da kobud dedi: 
– DüĢmənimin baĢını ayağımın altında görəndə ləzzət alıram. 
Sultanəli hirsləndi: 
– Öz ovu ilə oynamaq bəĢər övladına yaraĢan iĢ deyil. 
–  Üzünü  Lələ  bəyə  çevirdi.  –  Lələ,  tapĢır  Bəysunqurun  dəfnini  təĢkil  eləsinlər.  Orada, 
yıxılmıĢ çadırın yerində.  
Əbih Sultan bu sözlərdən sonra qaraldı, diĢlərini bir-birinə sıxdı, canından üĢütmə keçdi. 
O danıĢmaq istədi, Sultanəli əlini qaldırıb onu dayandırdı. 
– Hər Ģey hazır olanda, mənə deyərlər, cənazə namazını özüm qılacam. 
Əbih Sultan nədənsə bir az sakitləĢdi. Bircə onu deyə bildi ki, Bəysunqurun baĢı ərmağan 
kimi Rüstəm Mirzəyə aparılmalıdır. 
–  Yox,  –  deyə  Sultanəli  ona  qəti  rədd  cavabı  verdi.  -  Bəysunqur  sağlığında  hamımızın 
düĢmənimiz idi, ölüb, müsəlmandır. Özü də mənim dayım oğludur, mən onun meyidinin təhqir 
olunmasına heç kimə icazə vermirəm. Lələ, elə dəfn edin ki, anam bilməsin. 
Amma  AləmĢahbəyim  qardaĢı  oğlunun  ölümündən  xəbər  tutmuĢdu.  O,  ağ  çadırdan  qara 
paltarda çıxdı. Elə bil sevincin içindən dərd kimi siyrilib çıxdı. Onun dalınca əlləri göydə qalan 
Səkinə,  Heydər  ocağının  baĢqa  xatunları  əlləri  döĢlərində,  baĢlarında  hövlnak  gəldilər  və 
Bəysunqurun kəsik baĢını dövrəyə aldılar. 
– Mənim e‟tibarsız qardaĢıma oxĢayan yanmıĢ ciyərim, Bəysunqurum vay! 
Səkinənin səsi isə aləmi baĢına götürmüĢdü. 
AləmĢahbəyim çadırdan çıxanda Əbih Sultan onu təzədən gördü. Onun qızlıq dövrü gəlib 
düĢdü  yadına.  Elə  bu  gözələ  görə  ġeyx  Heydərlə  qanlı  düĢmən  olmuĢdu.  Oğullarını  da  ataları 
kimi özünün ən qorxulu düĢmənləri sayırdı. O, AləmĢahbəyimdən gözlərini çəkə bilmirdi. Qara 
rəngin arasında ağ sifətə, qabarıq döĢlərinə, təravətli qız bədəninə bənzər əndamına çox hərisliklə 
baxırdı. Ehtiras və hərisliklə dolu qızarmıĢ gözlərini ondan ayırmırdı. 
Hüseyn Lələ bəy bunu hiss elədi və onun qoluna girib apardı. 
– Əbih Sultan, hər kim olursan ol, bağırsaqların boğazına dolanar, baĢın da Bəysunqurun 
baĢının yanına düĢər, üstündə də heç kim Ģivən qoparmaz. Namusun, qeyrətin olsun. 
–  Mənə  nə  hədə-qorxu  gəlirsən,  Hüseyn  bəy!  Sözünə  sərhəd  qoy.  Mən  onu  baĢa  düĢə 
bilmirəm ki, Bəysunqurun baĢını aparmamaq bir yana, hələ onun üstündə göz yaĢı da axıdırlar. 
Rüstəm Mirzə bunu bilsə qəlbinə toxunmazmı?  
– Daha Rüstəm Mirzənin taxtına göz tikən yoxdur, bu bəs deyil? 

110  www.sarigelin.net 
 
Onların  arasında  mübahisə  daha  da  qızıĢacaqdı.  Amma  bu  vaxt  uzaq  yolların  toz-
torpağından atının, paltarının rəngi bilinməyən bir çapar özünü yetirdi. Atdan elə düĢdü ki, elə bil 
yüz ilin yorğunudur. Yerə qədər əyilib tə‟zim elədi. 
– PadĢahımız sağ olsun, mən Qara Piri bəyin çaparıyam.  
Sultanəli həyəcandan ayağa qalxdı. 
– Hə, de görüm nə xəbərlə gəlmisən? 
–  Allahın  köməyi  ilə  düĢmən  basıldı.  Qara  Piri  bəyin  özü  Kosa  Hacı  Bayanduru  qətlə 
yetirdi. Ġsfahan Ərdəbil qoĢunlarının ixtiyarındadır. Fərmanına müntəzirdi. 
Əbih  Sultan  beli  qırılmıĢ  ilan  kimi  qıvrıldı.  Cavan  padĢahı  aldatmasa,  fikrindən 
çaĢdırmasa,  bir  neçə  gündən  sonra  Təbriz  taxtında  otura  bilər.  Bu  iki  qələbədən  sonra  Rüstəm 
Mirzə heç nədir, qoĢunsuz, xəzinəsiz, gücsüz və taqətsiz bir büt. Ġndi əsl hökmdar Sultanəlidir. 
Ölkənin  yarısı  onun  müridlərinin  əlindədir.  Bircə  cəhd  kifayətdir  ki,  Rüstəm  Mirzənin  taxtını 
baĢına çevirsinlər. Əbih Sultan da Sultanəlini o taxta çıxartsın. Bəlkə elə belə eləsin? 
O,  sevinə-sevinə  aĢağıdakı  bulağa  enib  dəstəmaz  aldı,  qayıdıb  canamazını  çıxarıb  yerə 
sərdi,  möhürü  qoydu,  üzünü  qibləyə  çevirib  namaza  dayandı.  Yox,  o  namaz  qılmırdı.  Tədbir 
tökürdü. Belə çətin, həlledici anlarda yadına həmiĢə namaz düĢürdü və bu onun çox köməyinə 
çatırdı. Heç kim ona mane olmurdu. Özü-özü ilə danıĢırdı, ölçürdü, biçirdi. Bu tədbiri sonradan 
həyata keçirmək üçün köməyi Allahdan diləyirdi. Ġndi də belə bir “namaza” – baĢladı. “Rüstəm 
Mirzəni devirmək bir içimlik sudur. Bəlkə elə belə eləyim. Axı, Ağqoyunlulardan mən bir xeyir 
görməmiĢəm. Biri yaxĢı olubsa, o birisi qanıma susayıb. ġeyx Heydərdən zəndeyi-zəhləm getsə 
də oğlanlarına yaxĢılıq etmiĢəm. Onlar mənim qədrimi bilər”. Bu sözləri ürəyində deyəndə alnını 
gətirib  möhürə  söykəmiĢdi.  Bunu  da  xoĢ  bir  əlamət  bildi.  Amma  baĢını  qaldıranda  təpənin 
üstündə ucaboy, qara geyimli bir adam gördü. Bu, Hüseyn Lələ bəyin qaraltısı idi. 
“Bəs  o?  Mənə  imkan  verərmi  ki,  bildiyimi  eləyim.  Yox!  ġeyx  Heydərin  dostları  çoxdur. 
Hamısı  da  elmli,  ağıllı  adamlardı.  Mən  onların  arasında  baĢ  çıxara  bilmərəm.  AləmĢahbəyimə 
baxmaqla  az  qala  bağırsaqlarımı  boğazıma  dolaĢdırmıĢdılar.  Əgər  AləmĢahbəyim  mənim 
olardısa onlara kömək eləyərdim. 
Sultanəli  cavan  olsa  da,  dərrakəlidi,  ağıllı,  biliklidir.  Rüstəm  Mirzə  isə  nadan  və 
kütbeyindi.  Ətrafında  da  məndən  baĢqa  heç  kimi  yoxdur.  Mən  onun  noxtasından  tutub  hansı 
tərəfə dartsam, o tərəfə də gedəsidir. Burada isə öz ovsarımı onların əlinə verməliyəm. 
Yox, lə‟nət Ģeytana. Mən Rüstəm Mirzənin tərəfindəyəm. Amma bu ocaq nə qədər yaĢasa, 
bizə  dinclik  yoxdur.  Birinci  növbədə  onların  baĢı  əkilməlidir.  Ərdəbil  padĢahlığının  qısa  ömrü 
qurtarmalıdır. 
Ey ilahi, ey tanrı, mənə ağıl göndər. Onların baĢını əkmək üçün mənə tədbir!”. 
Əlləri  göydə  xeyli  fikirləĢdi,  nəhayət,  çıxıĢ  yolunu  tapdı.  Bundan  sonra  azacıq  boĢalmıĢ 
qollarını daha da Ģax tutub bərkdən dedi: 
– ġükür sənin məsləhətinə! O, Sultanəliyə yaxınlaĢdı. 
– Allah sənə yüz il ömür versin, hökmdar ömrü. Ġgidliyin, tədbirin sayəsində Təbriz taxtı 
birdən-birə iki düĢməndən xilas oldu. Yəqin ki, axırda Təbriz camaatı baĢına gül-çiçək səpmək 
üçün səbirsizliklə yolunu gözləyir. 
Bu  gənc  hökmdarı  anası,  qardaĢları  ilə bərabər Təbrizə apara bilsə, orada təzədən dustaq 
eləyər,  ən  asanı  isə  qablarına  zəhər  töküb  birdəfəlik  aradan  götürməyə  nə  var  ki.  Yəqin  ki,  bu 
qələbə xəbərini eĢidənlər hər tərəfdən axıĢıb Ərdəbilə gələcək və onların gücü daha da artacaq. 
Belə bir iĢ görsələr, o müridlərin də əlləri birdəfəlik boĢa çıxar. 
Sultanəli ona cavab vermədi, o bir dəfə də tə‟zim eləyib soruĢdu: 
– Təbrizə qələbə xəbəri aparan oldumu? 
–  Yox.  Biz  Ərdəbildən  gəlmiĢdik,  hələlik  muĢtuluğu  da  oraya  göndərdik.  Təbrizə  isə 
muĢtuluğu sən göndərməlisən. 
Bu dəfə o yenə də əlini sinəsinə basıb hiyləgər bir təbəssümlə baĢ endirdi: 

111  www.sarigelin.net 
 
– Bu iĢdə məni məzrur tutun. Çünki qələbə sənindir. Mən özümü haqqım olmaya-olmaya 
əvvələ  sala  bilmərəm.  Mən  bir  iĢ  görə  bilərəm.  Rüstəm  Mirzəyə  çapar  göndərərəm  ki,  böyük 
qələbəni qazanan gənc sərkərdə, Ərdəbil padĢahı, ġeyx Sultanəli Təbrizə varid olur. 
Sultanəli  Təbrizə  getmək  istəyirdi.  Birinci  dəfəki  səfərdən  sonrakı  bu  gəliĢ,  bu  piĢvaz 
təbrizlilərə sübut etməkdi ki, onlar barəsində dayıları həmiĢə haqsızlıq eləyiblər. Qoy görsünlər 
və tanısınlar. 
– Mən Təbrizə getmək istəyirəm. 
 
Sevindiyindən Əbih Sultan sayıqlığını da itirdi. 
– PadĢah sağ olsun, Bəysunqurun baĢını gətirən adamı versəniz çapar kimi göndərərdim. 
– Əmirin öz çaparları yoxdumu? 
–  Var,  amma  o  baĢı  gətirən  adamın  mükafatı  çox  böyük  olacaq.  Həm  də  özü  Rüstəm 
Mirzəyə Ģahid kimi bu əhvalatı danıĢacaq. 
 Sultanəli  bilirdi  ki,  Əbih  Sultan  Cibo  Səfərə  bir  torba  qızıl  verib  və  onu  öz  çuğuluna 
döndərməyə  çalıĢıb.  Amma  Səfər  hər  Ģeyi  olduğu  kimi  Hüseyn  Lələ  bəyə  danıĢmıĢdı.  O,  Lələ 
bəyi çağırdı. 
– Bəysunqurun baĢını gətirmiĢ müridi verin Əbih Sultanın sərancamına. Təbrizə muĢtuluq 
aparacaq. 
Lələ  çox  usta  adam  idi.  Bu  sözdən  sonra  Əbih  Sultanın  ürəyindən  nələr  keçdiyini  sezdi. 
Özünü o yerə qoymadı. Cibo Səfəri çağırtdırmaq üçün adam göndərdi. Sonra o Sultanəli ilə gənc 
hökmdarın çadırına getdi. Sultanəli qanovuzdan tikilən zər naxıĢları, qızılı saplardan qotazı olan 
mitəkkəyə söykəndi. Lələ də ona yaxın yerdə bardaĢ qurdu. Sultanəli baĢladı: 
– Lələ, Təbrizə gedirik. 
– Nədən ötəri? 
– Qoy Təbriz əhli bizim gücümüzü görsün.  
Lələ baĢını buladı: 
–  Mən  razı  deyiləm.  Onsuz da Təbriz əhli hər Ģeyi  eĢidəcək. “Təbrizlilər belə qələbələri, 
bundan betər məğlubiyyətləri çox görüb”-demək istədi, amma özünü saxladı. Cavan hökmdarın 
qüruruna toxunmaq istəmədi. Çünki bu onun həyatdakı ilk qələbəsi idi. Hökmdar belə qələbələr 
qazanmasa, özünə inamı  artmır. O inamsız isə hökmdar heç nəyə dəyməz. Dönüb qorxaq olar. 
Qorxaqlıq da öz gücünə həddən artıq güvənməkdən betər bəladır. 
Qələbəyə  sevinmək  gözəl  keyfiyyətdir.  Amma  bunun  üçün  hər  ehtiyatı  yaddan  çıxarıb 
paxıllığından ürəyi partlayan Rüstəm Mirzənin yanına getmək uĢaqlıqdır. Bəli, Sultanəlidə hələ o 
uĢaqlığın əlamətləri var. Bu da hökmdar üçün böyük bəladır. Gərək onu bu yoldan çəkindirəm. 
– Niyə razı deyilsən? – Bu səsdə Lələ həddindən quru və özünə müĢtəbehlik gördü.  
– Ona görə razı deyiləm ki, sən özün də padĢahsan və Rüstəm Mirzəyə heç bir tabeçiliyin 
yoxdur. Ġkincisi onun üstünə gedən ordunu o yox, sən məğlub eləmisən, buna görə də sən onun 
yox,  o  sənin  ayağına  gəlməlidir.  Bilirsən  ki,  indi  sən  ondan  çox  güclüsən?  Odur  ki,  o  həddən 
artıq səndən qorxur və çəkinir. Ondan, bu Əbih Sultandan nə qədər naqislik desən gözləmək olar. 
Sultanəli onunla razılaĢmadı. 
– Lələ, Rüstəm Mirzə bizi zindandan qurtarıb. 
– Ondan qabaq biz onu zindandan qurtarmıĢıq. – deyən Hüseyn Lələ bəyin rəngi alındı. – 
Söz vermiĢdi ki, dostunun oğlanlarının qayğısına qalacaq, onların istəkləri əleyhinə getməyəcək. 
Ġndi hər Ģey alt-üst olur. Sultanəli onun sözünə baxmır. Onun hələ təzəcə gördüyü iĢıqlı dünyadan 
xəbəri yoxdur. Zindanda yaĢayanda onun ən böyük düĢməni dayısı Sultan Yaqub olub. Elə bilib 
ki, qalan adamlar hamısı onun dostları və müridləridir. – Əziz hökmdarım, biz Rüstəm Mirzəni 
Əlincə  qalasından  xilas  edəndə  onunla  müqavilə  bağlamasaydıq,  o  da  sizi  bizə  verən  deyildi. 
Hakimiyyət Ģirin Ģeydi. Çox Ģirindi. Taxt-tac üstündə ata oğulun, oğul atanın gözlərinn çıxarıb. 
Sarayda qohumluq hissi yoxdur. Əgər adi insani hisslər orada da olsaydı, onda saraylar bir-biri 
ilə hər hansı razılığa gələndə müqavilə bağlamazdılar. YaxĢı-yaxĢı fikirləĢsək, görərik ki, onun 
özü sənin əlindədir. Təbrizə girib taxta da çıxa bilərsən. Əgər mənim məsləhətimə baxsan... 

112  www.sarigelin.net 
 
–  Bizim  müqaviləmiz  və  mərdanə  sözümüz  var.  Ağqoyunlu  taxtını  düĢmənlərin  əlindən 
almıĢıq ki, özümüz məhv eləyək? Mən belə tərbiyə görməmiĢəm axı. 
– Düzdür, sən Heydər oğlusan və namərdlik xilqətinizə yaddır. Amma imkan insan əlinə 
bir dəfə düĢür, sonra yüz illərlə düĢmür. 
– Lələ, bu da bir tarixdi. Söz vermiĢik pozmayaq. 
–  Nə  deyirəm  ki.  Məsləhət  özünündür.  –  Amma  Hüseyn Lələ  bəy belə bir fürsətin əldən 
getməyinə elə heyfsilənirdi ki, Sultanəlini indi hakimiyyətə çıxarsalar, o ölkəni möhkəmləndirənə 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin