Xülasə Azərbaycan Respublikasında informasiya cəmiyyətinin


məqsədləri,  vəzifələri,  prioritetləri  və  bazis  elementləri  analiz



Yüklə 329,68 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix02.01.2022
ölçüsü329,68 Kb.
#42712
növüXülasə
1   2   3   4
məqsədləri,  vəzifələri,  prioritetləri  və  bazis  elementləri  analiz 

edilir. 

Açar  sözlər—  informasiya  siyasəti;  informasiya  cəmiyyəti; 

normativ-hüquqi baza; informasiya infrastrukturu 

Dövlət  informasiya  siyasəti  adı  altında  əsas  etibarı  ilə 

kütləvi  informasiya  vasitələrinin  fəaliyyəti  ilə  bağlı  məsələlər 

nəzərdə  tutulsa  da,  son  illərdə  bu  anlayış  daha  geniş  məzmun 

kəsb  etməyə  başlamışdır.  Dövlət  informasiya  siyasətinin 

məzmununa  vətəndaşların  və  təşkilatların  ölkə  Konstitusiyası 

ilə  informasiyaya  çıxış  hüququnun  təsbit  olunması,  eləcə  də 

informasiya  təhlükəsizliyinin  bəzi  aspektləri  də  daxil  edil-

mişdir.  Bu  mənada  dövlətin  informasiya  siyasəti  cəmiyyətin 

siyasi sisteminin tipi ilə vəhdət şəklində öyrənilir.

  

İnformasiya siyasəti dedikdə onun iqtisadi, hərbi, sosial və 



digər  növləri  fərqləndirilir.  Lakin  informasiya  siyasəti  siyasi 

təcrübə  və  siyasi  nəzəriyyə  ilə  müqayisədə  nisbətən  gənc 

sahədir.  Bu  səbəbdən  tədqiqatçılar  sözügedən  anlayışın 

müəyyən  edilməsinin  vahid  formulu  ətrafında  hələ  də  vahid 

mövqeyə  gəlməmişlər.  Ən  geniş  yayılmış  yanaşma  belədir  ki, 

dövlətin  informasiya  siyasəti  vətəndaşların  informasiyaya 

Konstitusiya çıxış hüqununun təmin edilməsinə yönələn siyasi, 

hüquqi,  iqtisadi,  sosial-mədəni  tədbirlərin  məcmusudur.  İnfor-

masiya siyasətini qarşıya qoyulan siyasi hədəflərə çatmaq üçün 

siyasi təsir və vasitə kimi də nəzərdən keçirtmək mümkündür: 

bu  halda  informasiya  siyasətinin  subyektləri  informasiyanın 

köməyi  ilə  insanların  şüuruna,  psixikasına,  davranışlarına 

dövlət  və  vətəndaş  cəmiyyəti,  eləcə  də  öz  fərdi  maraqları 

çərçivəsində təsir göstərmək iqtidarındadırlar [1].  

Y.A.  Nisneviç  informasiya  siyasətinin  mahiyyətini  cəmiy-

yətin  ictimai-siyasi  və  sosial-iqtisadi  həyat  sferalarında  qarşı-

lıqlı  informasiya  münasibətlərində  və  onları  tənzimləyən  pro-

seslərin  təkmilləşdirilməsində  axtarır.  Bu  zaman  o,  sözügedən 

siyasətə  hakimiyyət  tərəfindən  işlənib  hazırlanan  və  həyata 

keçirilən  strategiyada,  taktikada,  dövlət  idarəçiliyinin  vəzifələ-

rində,  idarəetmə  qərarlarında  və  onun  reallaşma  metodlarında 

əks  olunan  milli  maraqların  məcmusu  kimi  yanaşır  [2]. 

İ.Melyuxin  isə  dövlətin  informasiya  siyasətini  təkcə  telekom-

munikasiya,  informasiya  sistemi  və  ya  kütləvi  informasiya 

vasitələrini əhatə etməyən, eyni zamanda informasiyanın bütün 

növlərinin  ‒  işgüzar,  əyləncəli,  elmi-yaradıcı,  yenilikçi  və  s. 

formalarının  yaradılması,  qorunması,  emalı,  nümayişi, 

ötürülməsi  ilə  bağlı  bütün  istehsal  və  əlaqə  prosesinin 

məcmusu,  dövlət  orqanlarının  fəaliyyətini  tənzimləyən  institut 

kimi müəyyən edir [3].  

Beləliklə,  ümumi  nəticə  kimi  qeyd  etmək  olar  ki,  dövlətin 

informasiya siyasəti dedikdə, əsas etibarı ilə hakimiyyət orqan-

larının  informasiya  sektorunun  inkişafına  yönəlmiş  tənzim-

ləyici  fəaliyyəti  başa  düşülür.  Burada  informasiya  texnolo-

giyalarının,  informasiya  infrastukturunun  və  informasiya 

resurslarının formalaşdırılması sisteminin yaradılması və tətbiq 

edilməsi  üçün  elmi-texniki,  istehsal-texnoloji  və  təşkilati-

iqtisadi  şəraitin  yaradılmasını  təmin  etmək  yeni  əsrin  əsas 

tələblərindən biri kimi yer alır.  

Ötən  əsrin  son  onilliyində  növbəti  dəfə  suverenliyini 

qazanan Azərbaycanın iqtisadi inkişafın mahiyyət və keyfiyyəti 

etibarilə  yeni  mərhələyə,  vətəndaş cəmiyyəti  və  hüquqi dövlət 

quruculuğuna  keçməsi  isə  informasiyaya  geniş  ictimai  tələbat 

yaratmışdır. Bu da öz növbəsində dövlət tərəfindən informasiya 

siyasətinin  işlənib  hazırlanması  və  reallaşdırılmasını  ən  aktual 

hallardan  biri  kimi  həm  cəmiyyət,  həm  də  hakimiyyət  qarşı-

sında qoymuşdur. İnsanların, cəmiyyətin məlumat almaq hüqu-

qunu  daim  yüksək  qiymətləndirən  ümummilli  lider  Heydər 

Əliyev  qeyd  olunan  istiqamətdə  təməlini  qoyduğu  siyasətin 

əsas  məqsədlərinə  bu  sahədə  hüquqi  əsasların  yaradılması, 

insan  amilinin  inkişafı,  vətəndaşların  məlumat  almaq  istəyi, 

onu  yaymaq  və  istifadə  etmək  hüquqlarının  genişlənməsi, 

ölkənin 

iqtisadi, 

sosial 

və 


intellektual  potensialının 

möhkəmlən-dirilməsi,  informasiya  və  biliklərə  əsaslanan, 

rəqabətə  davamlı  iqtisadiyyatın  qurulması  kimi  fundamental 

məsələlər daxil olmuşdur.  

Həyata  keçirilən  kompleks  tədbirlər  nəticəsində  Azərbay-

canda  bu  sahədə  də  böyük  nailiyyətlər  əldə  olunmuş,  xüsusən 

də  yeni  texnologiyaların  geniş  yayılması  üçün  böyük  inves-

tisiya  sərf  edilmişdir.  İnformasiya  siyasətinin  əsas  obyekt  və 

subyektlərindən  olan  mediaya,  jurnlistlərin  əməyinə  isə 

ümummilli  lider  Heydər  Əliyev  hər  zaman  xüsusi  həssaslıqla 

yanaşmışdır:  "Jurnalist  əməyi  qeyri-adi  əməkdir,  olduqca 

böyük,  zəhmətli  əməkdir,  çox  səylər  göstərilməsini,  hətta 

cəsurluq,  hünər,  fədakarlıq  tələb  edən  əməkdir,  öz  peşəsinə 

vurğunluq tələb edən əməkdir"[4].  

Müstəqillik  dönəmində  dövlət  informasiya  siyasətinin 

normativ  hüquqi  əsasının  yaradılması  istiqamətində  də 

genişmiqyaslı işlər görülmüşdür. 1995-ci ildə referendum yolu 

ilə  qəbul  olunmuş  Azərbaycan  Respublikasının  Konstitu-

siyasında  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının 

təmin  edilməsi  dövlətin  ali  məqsədi  kimi  təsbit  edilmişdir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  50-ci  maddəsinə 

uyğun  olaraq  hər  kəsin  istədiyi  məlumatı  qanuni  yolla 





Yüklə 329,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin