Xülasə Azərbaycan Respublikasında informasiya cəmiyyətinin


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş



Yüklə 329,68 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix02.01.2022
ölçüsü329,68 Kb.
#42712
növüXülasə
1   2   3   4
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  

“İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı”, 17-18 may, 2013

 

 



 

12 


 

axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı 

vardır [5].  

Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin 1998-ci 

il 22 iyun tarixli “İnsan hüquqlarının müdafiəsinə  dair Dövlət 

Proqramı”,  onun  qəbulundan  az  sonra  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  6  avqust  1998-ci  il 

tarixdə  imzalanan  “Azərbaycan  Respublikasında  söz,  fikir  və 

mətbuat  azadlığının  təmin  edilməsi  sahəsində  tədbirlər 

haqqında” fərman xüsusi qeyd olunmalıdır [6]. Məhz sonuncu 

fərman  kütləvi  informasiya  vasitələrini  senzuradan  azad 

etmişdir.  Mətbuat  üzərində  dövlət  senzurasının  ləğvi  barədə 

fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi 

təkan  verməklə  yanaşı,  cəmiyyətin  həyatında  onların  səmərəli 

rolunun  artırılması  sahəsində  geniş  dövlət  proqramının  əsas 

istiqamətlərini müəyyənləşdirmişdir.  

Bu  fərmanla  yanaşı  “İnformasiya,  informasiyalaşdırma  və 

informasiyanın  mühafizəsi  haqqında”,  “Kütləvi  informasiya 

vasitələri  haqqında”,  “Televiziya  və  radio  yayımı  haqqında”, 

“İnformasiya  azadlığı  haqqında”,  “İctimai  televiziya  və  radio 

yayımı  haqqında”  qanunlar  qəbul  edilmiş,  bu  zaman  Avropa 

Şurasının  konstruktiv  rəy  və  təklifləri  nəzərə  alınmışdır. 

Ümumiyyətlə,  kütləvi  informasiya  vasitələri  haqqında  Azər-

baycan  Respublikasının  qanunvericiliyi  Azərbaycan  Respub-

likasının  Konstitusiyasından,  “Kütləvi  informasiya  vasitələri 

haqqında”  Qanundan,  “Televiziya  və  radio  yayımı  haqqında”, 

“Məlumat  azadlığı  haqqında”,  “Vətəndaşların  muraciətlərinə 

baxılma  qaydası  haqqında”,  “Rabitə  haqqında”,  “Dövlət  sirri 

haqqında”,  “Müəlliflik  huququ  və  əlaqəli  huquqlar  haqqında” 

Azərbaycan Respublikası qanunlarından, habelə digər müvafiq 

qanunvericilik  aktlarından  ibarətdir.  Azərbaycan  Respublika-

sının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə həmin qanun 

arasında  ziddiyyət  yaranarsa,  həmin  beynəlxalq  müqavilələr 

tətbiq  edilir.  Bu  da  KİV  sahəsində  ölkəmizdə  təkmil 

qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir.  

Bütün  bunlar  həm  də  dövlətin  informasiya  siyasətinin 

məzmununa  ciddi  təsir  göstərərək  cəmiyyətin,  onun  siyasi 

institutlarının,  o  cümlədən  KİV-in  məlumat  əldə  etmək 

hüququnun  təsbit  edilməsinin  qanuni  əsaslarını  yaratmışdır. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli 

“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin 

inkişafına  dövlət  dəstəyi  konsepsiyasının  təsdiq  edilməsi 

haqqında”  sərəncamı  isə  söz  azadlığının  inkişafına  yeni  töhfə 

olmuşdur  [7].  Bununla,  dövlətin  informasiya  siyasətinin  əsas 

mahiyyəti  kimi  Azərbaycan  Respublikasının  Konstitusiya-

sında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaş-

ların  informasiya  əldə  etmək  hüququnun  ardıcıl  və  tam  təmin 

edilməsi  istiqamətində  yeni  bir  mərhələnin  başlandığını 

söyləmək olar.  

Siyasi  sistemdə  kütləvi  informasiya  vasitələrinin  oynadığı 

mühüm  rol,  onun  siyasi  həyata, cəmiyyətə  təsiri dövlətin  KİV 

sahəsində  müəyyən  siyasət  yürütməsini  şərtləndirir.  KİV 

sahəsində  dövlət  siyasətinin  həyata  keçrilməsinin  iki  metoda 

ayırmaq  mümkündür.  Onlardan  biri  olan  ideoloji  metod  artıq 

tarixin  arxivinə  çevrilən  Sovetlər  İttifaqında  hökmran 

olmuşdur.  KİV-in  partiyanın  “kollektiv  təbliğatçısı,  təşviqat-

çısı  və  təşkilatçısı”  olduğu  bir  dönəmdə  media  partiya  orqan-

larının  tabeliyində  olmuş,  senzuranın  mövcudluğu  isə  KİV-in 

fəaliyyəti  üzərində  partiya  nəzarətinin  həyata  keçrilməsini 

təmin  etmişdir.  Belə  bir  standart  vəziyyət  SSRİ-nin  tərkibinə 

daxil  olan  bütün  dövlətlər,  o  cümlədən  Azərbaycan  üçün  də 

istisnasız  olaraq  keçərli  olmuşdur.  SSRİ-nin  süqutu  ilə  KİV 

üzərində  ideoloji  nəzarət  də  aradan  qalxdı.  Lakin  hazırda 

dünyanın  bir  sıra  avtoritar  və  totalitar  rejimlərinin  hakim 

olduğu  ölkələrdə  KİV  üzrərində  ideoloji  nəzarət  həyata  keçi-

rilməkdədir.  

KİV  sahəsində  dövlət  siyasətinin  reallaşmasının  iqtisadi 

metodu da  mövcuddur  ki, ondan birbaşa  və  yaxud dolayısı  ilə 

istifadə  olunur.  Dolayı  yol,  təsir  media  bazarının  dövlət 

tənzimlənməsini  nəzərdə  tutur  və  reklamların,  poçt  xidmətlə-

rinin  və  digər  güzəştli  şərtlərin  konsentrasiyasını,  tənzim-

lənməsini  özündə  ehtiva  edir.  Birbaşa  təsir  isə  plüralizmin 

dəstəklənməsi və ya  müəyyən media layihələrinin maliyyələş-

dirilməsi məqsədilə KİV-ə dotasiya ayrılması şəklində yer alır. 

Ölkənin media bazarını xaricdən “idxal olunan” məqsədli qrant 

və  ianələrdən  xilas  etmək  məqsədilə  yuxarıda  da  qeyd 

olunduğu  kimi,  Azərbaycan  Respublikası  Prezidenti  yanında 

Kütləvi  İnformasiya  Vasitələrinin  İnkişafına  Dövlət  Dəstəyi 

Fondunun  yaradılması  və  onun  müstəqil  mətbuata  göstərdiyi 

kifayət qədər təsirli maliyyə “inyeksiyası” dolayısı ilə dövlətin 

informasiya siyasətinin düzgün məcrada və xəlqi ideoloji əsas-

larda yürüdülməsini təmin edir.  

Müasir  dönəmdə  KİV  həm  də  cəmiyyətin,  müxtəlif  sosial 

qrupların, ayrı-ayrı şəxslərin maraqlarını əks etdirən əsas vasi-

tələrdən biridir. Onun fəaliyyəti vacib ictimai-siyasi əhəmiyyət 

daşıyır.  Çünki  auditoriyaya  ünvanlanmış  informasiyanın 

xarakteri  KİV-in  ictimai  proseslərə  münasibətini  də  müəyyən 

edir.  Bu  səbəbdən  əksər  politoloqların  da  etiraf  etdiyi  kimi, 

KİV-in  funksiyası  yalnız  informasiya,  məlumat  verməklə 

kifayətlənmir,  o  həm  də  müəyyən  ideyaları,  baxışları,  təlim-

ləri, siyasi proqramları təbliğ edir və bununla da sosial idarəçi-

likdə  iştirak  edir.  Başqa  sözlə,  KİV  siyasətin  əsas  subyekt-

lərindən  birinə  çevrilir,  ictimai  rəyin  formalaşdırılması  ilə 

müəyyən  sosial  quruluşun  işlənib  hazırlanmasında  yaxından 

iştirak  edir.  Bu  mənada  informasiya  siyasətinin  subyekti  kimi 

istənilən  sivil  dövlət  tərəfindən  KİV-in  fəaliyyətinə  xüsusi 

diqqət  yetirilir.  Həmçinin,  belə  bir  məqam  da  yaddan  çıxarıl-

mamalıdır ki, informasiya siyasətinin hazırlanıb həyata keçril-

məsində  bir  vasitə  olaraq  KİV  müstəsna  rol  oynayır.  İnfor-

masiya  siyasəti  isə  subyektin informasiyanın  bütün  növlərinin 

formalaşdırılması,  emalı,  saxlanması  və  yayılması  yolu  ilə 

cəmiyyətdə  öz  maraqlarını  aktuallaşdırması  və  reallaşdır-

masıdır [8].  

Hazırda  informasiya  texnologiyalarının  dinamik  inkişafı 

ilə bağlı olaraq dövlətin media sahəsində siyasətinin əsas isti-

qamətlərinin məzmununda da bir sıra dəiyşikliklər baş vermiş-

dir.  Burada  ilk  növbədə  informasiyalaşdırma  amilinə  diqqət 

yetirmək  vacibdir.  Bu  amilin  məğzində  dayanan  əsas  cəhət 

informasiya-kommunikasiya  texnologiyalarını  tətbiq  etməklə 

vətəndaşların informasiya tələbatının ödənilməsi üçün optimal 

şəraitin  yaradılmasıdır.  İndi  müasir  dünyada  sürətli  tərəqqini 

şərtləndirən  əsas  məqamlardan  biri  məhz  bununla  bağlıdır. 

Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşə-

riyyətin  gələcəyinə  gedən  yol  olduğu  artıq  heç  kimdə  şübhə 

doğurmur.  İnformasiya  cəmiyyətinin  əsas  xüsusiyyətləri  sıra-

sına  aşağıdakılar  aid  edilir:  qlobal  informasiya  mühitinin 

yaradılması;  informasiya  və  kommunikasiya  texnologiyala-

rından  kütləvi  istifadə  edilməsi;  sosial  və  iqtisadi  fəaliyyətin 

yeni  formalarının  yaranması;  informasiyanın  əmtəəyə  çevril-

məsi;  informasiya  və  bilik  bazarının  yaradılması  və  inkişafı; 

təhsil  sisteminin  təkmilləşməsi,  beynəlxalq,  milli  və  regional 

səviyyədə  informasiya  mübadiləsi  sistemlərinin  imkanlarının 





Yüklə 329,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin