Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
“İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı”, 17-18 may, 2013
13
genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyə-
sinin artması; demokratik inkişafın vacib şərti sayılan vətən-
daşların və sosial institutların məlumat almaq, onu yaymaq və
istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradıl-
ması.
Müasir informasiya və telekommunikasiya texnologiyala-
rının inkişafı, Azərbaycanın kosmik sənaye ölkəsinə çevril-
məsi də bu mərhələnin əsas xüsusiyyətlərindəndir. Çünki bütün
bunlar informasiyaya cəmiyyətin çıxışını daha mütəhərrik hala
gətirməklə yanaşı, yeni informasiya mühitinin formalaşdı-
rılması ilə xarakterizə edilir. Digər tərəfdən, o da nəzərə
alınmalıdır ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi
islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş
cəmiyyəti quruculuğunun dərinləşməsi və siyasi plüralizmin
genişlənməsi cəmiyyətdə informasiyaya olan ictimai tələbatı
daha da artırır ki, bu da dövlət informasia siyasətinin
məzmununa daha geniş müstəvidə təsir göstərməyə başalyır.
Beləliklə, bütövlükdə informasiya sektorunun cəmiyyət
həyatında rolu daha da böyüyür. İnformasiya sektoru telekom-
munikasiya, informasiya sistemlərini və kütləvi informasiya
vasitələrini, habelə hər növ (işgüzar, əyləncəli, elmi-tədris,
xəbər və sair) informasiyaların yaradılması, mühafizəsi,
işlənilməsi, nümayişi, ötürülməsi ilə bağlı istehsalın və
münasibətlərin məcmusunu əhatə edir [7].
Hazırda ölkəmizdə dövlət tərəfindən geniş məzmunlu
informasiya siyasəti həyata keçrilməkdədir. Onun əsasını vahid
informasiya-telekommunikasiya məkanın yaradılması təşkil
edir. Dövlət informasiya siyasətinin əsas vəzifələrini isə belə
təsnifləşdirmək mümkündür:
informasiya-telekommunikasiya
infrastrukturunun
modernləşdirməsi və onların inkişaf etdirilməsi;
milli informasiya resurslarından səmərəli istifadə,
onlara azad çıxışın təmin edilməsi;
vətəndaşların
ictimai
əhəmiyyət
kəsb
edən
informasiyalarla təmin olunması;
müstəqil kütləvi informasiya vasitələrinin inkişafı;
informasiya cəmiyyətinin qurulması üçün zəruri
normativ hüquqi bazanın yaradılması.
Bütün sivil ölkələrdə olduğu kimi, informasiya cəmiyyətinə
keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan
dövlətinin informasiya siyasətinin başlıca məqsədlərindən
biridir. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin
qurulması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil
edir. Hazırda təkcə Azərbaycanda yox, dünya səviyyəsində
cəmiyyətin informasiyalaşdırması siyasəti və bunu özündə
ehtiva edən sosial-iqtisadi, elmi-texniki proses xüsusi diqqət
mərkəzindədir və geniş tədqiqat predmetinə çevrilmişdir.
İnformasiyalaşdırmanın uğurlu elmi tərifi A.D. Ursul tərə-
findən verilmişdir: “İnformasiyalaşırma ‒ informasiya cəmiy-
yətini qurmaq məqsədilə informasiyanı idarəetmə resursu kimi
əldə edən və informasiya vasitələrinin köməyilə inkişaf
etdirilən sistemli fəaliyyət prosesidir. Bunun əsasında
sivilizasiyanın növbəti mütərəqqi forması yaranır” [9].
Müasir dünya təcrübəsi birmənalı şəkildə təsdiq edir ki,
informasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradıl-
masında dövlət aparıcı rol oynayır və müvafiq qanunvericilik
bazasının formalaşdırılması, mütəmadi olaraq təkmilləş-
dirilməsi, ölkə daxilində informasiya texnologiyalarının tətbiqi
ilə bağlı fəaliyyəti bunu təsdiq edir. Xüsusilə də, Azərbaycanın
mövcud olduğu regionda kosmik sənayeyə malik ilk dövlət
olması bu sahədə ona xeyli üstünlüklər qazandırır. Bunun
nəticəsidir ki, cəmiyyətin informasiyalaşdırılması prosesinin
ölkəmizdə daha geniş vüsət alacağı proqnozlaşdırılır.
Hazırda dövlət informasiya siyasətinin bir sıra bazis
elementləri də özünü açıq şəkildə biruzə verməkdədir. Buna
misal olaraq informasiya siyasəti ilə bağlı görülən bütün əsas
tədbirlərin dövlət və cəmiyyət, onun strukturları arasında açıq
müzakirə predmetinə çevrilməsini, ictimai rəyin nəzərə alınma-
sını göstərmək olar. Eyni zamanda, cəmiyyətdə tutduğu
mövqedən asılı olmayaraq, informasiya fəaliyyətinin bütün
iştirakçılarının marağı bu siyasətdə nəzərə alınır. Lakin burada
ən başlıca maraq faktoru Azərbaycan vətəndaşlarının sosial
maraqlarının təmin edilməsi ilə bağlıdır. Sosial sferada
informasiyanın inkişafına yönələn siyasətin suybektlərinə
dövlət tərəfindən maliyyə və digər maddi yardım göstərilməsi
də mühüm element kimi qeyd olunmalıdır. Müasir Azərbaycan
üçün informasiya siyasəti sferasında əsas cəhətlərdən biri
vətəndaş cəmiyyətinin inkişafı, dövlət və cəmiyyət, hakimiyyət
və xalq arasında konstrkutiv dialoqun qurulması istiqamətində
mühüm nailiyyətlərin əldə olunmasıdır. Ən nəhayət, dövlətin
informasiya siyasətinin əsas bazis elementlərindən biri kimi
informasiya sferasında qarşıya çıxan istənilən problemin həlli
üçün administartiv deyil, hüquqi çözümün prioritet olması qeyd
edilməlidir. İstənilən halda isə aydın görünür ki, informasiya
siyasəti müasir cəmiyyətin sosial strukturuna söykənir.
Hazırda Azərbaycanın sosial inkişafının əsas məqsəd-
lərindən biri açıq informasiya cəmiyyətinin qurulmasıdır. Bu
kontekstdə sosial və siyasi proseslərə getdikcə daha çox insan
cəlb edilir. Məsələyə beynəlxalq miqyasda yanaşdıqda demək
olar ki, bu hal Azərbaycanın Avroatlantik məkana inteqrasiya
prosesini daha da sürətləndirir, qloballaşma prosesinə ölkəmizi
daha intensiv formada cəlb edir, beynəlxalq informasiya
mübadiləsinə zəmin yaradır.
ƏDƏBİYYAT
[1] В.Д.Попов, “Информациология и информационная политика,”
Москва, РАГС, 2001.
[2] Ю.А. Нисневич, “Информация и власть,” Москва, Мысль, 2000.
[3] Индустрия российских средств массовой информации. Проект
доклада на общероссийской отраслевой конференции “Индустрия
СМИ: направления реформ”, Москва, 2000.
[4] Heydər Əliyev. "Oqonyok" jurnalının Azərbaycana həsr olunmuş xüsusi
nömrəsinin təntənəli təqdimat mərasimində nitqi, Azərbaycan Tarixi
Muzeyi, 1 iyun 1996.
[5] Azərbaycan Respublikası Konstitusiyası, Bakı, 2009.
[6] “Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlırının təmin
edilməsi sahəsində əlavə tədbirlər haqqnda” Azərbaycan Respublikasi
Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 avqust 1998.
[7] Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul
tarixli Sərəncamı.
[8] В.Д. Попов, Информациология и информационная политика.
Москва, РАГС, 2001.
[9] А.Д. Урсул, Информатизация общества. Москва, Наука, 1990.