Xülasə Kainatda məhəbbət (Fantastika)



Yüklə 335,66 Kb.
səhifə3/5
tarix02.03.2017
ölçüsü335,66 Kb.
#9923
növüXülasə
1   2   3   4   5

   - O, yanındadır. Bəyaqdan onu xatırlayacağını gözləyir.

   Ətrafıma baxdım. Hec kimi görmədim. Yalnız pəncərənin qarşısında insanabənzər bir kölgə dayanmışdı. Mən ona yaxınlaşdıqca, o, işıqlanıb gözəl qıza çevrildı.

   Qız həsrətlə mənə baxaraq:

   - Yenidən görüşdüyümüz üçün xoşbəxtəm! - dedi. - Xatırlanmayacağımdan qorxurdum.

   Qiz iki cümlə ilə vicudumu titrətdi. Qəlbimin dərinliyindəki hislərimi oyatdı.

   - Sizi böyük məhəbbətlə sevmişəm. - dedim. - O sevgini indi də duyuram. Milyon illər qəlbimdə yaşatdığım məhəbbətimi ifadə etmək üçün söz tapmıram.

   Nağıllardakı pərilərə bənzəyən qızın gözlərindən xırda işıq dənəcikləri töküldü. Onun əllərinə toxunub: 

   - Əzizim, səninlə keçirdiyim o gözəl günlər yadımdadır. - dedim. - Xoşbəxt olacağımıza əmin idik. Taleh imkan vermədi.

   - Axırıncı günümüzü xatırlayırsanmı?

   - Hə. - Hadisələr gözümün qabağından keçdi. - O gün lobaratoriyada işim çox idi. Köməkçün səni də gətirmişdim. Cihazlar planetdə temperaturun kəskin artdığını göstərirdi. Mən temperaturun artdığı koordinatları müəyyənləşdirir, sən mərkəzə məlumat verirdin. Birdən temperatur maksimum həddə çatdı.

   Qız dəhşəti yenidən yaşayırmış kimi vahiməli halda:

   - Mən hər şeyin axırı catdığını görüb ağladım. - dedi. - Sən mənim göz yaşlarımla öz qanını qarışdırıb reaktiv qurğunun içində yerləşdirdin. “Məhəbbətimiz həqiqidirsə, hüceyrələrimiz vahid atom kimi bölünərək zəncirvari reaksiyaya girəcək. Reaksiya yaxın ətrafda qoruyucu təbəqə yaradacaq. Məhəbbətimiz bizləri qoruyacaq.” -dedin. - Qorumadı. Sən öldün, mənsə mənasız həyat yaşadım.

   - O vaxt canlı təbiətsiz yaşamağın mümkün olmadığını anlamamışam. - Qurğunu necə işə saldığım yadıma düşdü. - Qurğunu dayandırmaq olar.

   - Çoxdan dayandırmışam. - Qonşu otaqdan atamın səsi gəldi. - Zəncirvari reaksiya dayanmayıb.

   - Reaksiyanı sən dayandıra bilərsən. - Nişanlım təəssüflə dilləndi.

   - Necə?

   - Sənin qanınla mənim göz yaşım indi əks reaksiya verəcək. Məni xatırlamağın vəziyyətdən çıxış yolu idi. Yadına düşməsəydim nə məni görə, nə danışa, nə də göz yaşımdan istifadə edə bilərdin.

   - Qorxuram zəncirvari reaksiyanı dayandırmaq, qoruyucu təbəqəni ləğv etmək yenə mümkün olmaya. Sənin göz yaşın yoxdu. Mən isə hələ də səni sevirəm.

   - Mən sənin qəlbində yatmış məhəbbətəm. Real məhəbbətin həyat yoldaşın və oğlundur. Mənim yoxluğum sənin yeni məhəbbətin reaksiyanın dayanmasına səbəb olacaq.

   Qanımla işıq dənəciklərini qarışdırıb reaktiv qurğuda yerləşdirdim.

   Atam:

   - Qurğunu işə sala biləcəksənmi? - dedi. - Onu dayandırmaq üçün illərlə işləmişəm.

   - Narahat olma, ata. Oqurğunu mən düzəltmişəm. Necə işlədiyini yaxşı bilirəm.

   Radioaktiv maddədən ibarət olan reaktiv qurğu işə düşən kimi zəncirvari nüvə reaksiyası baş verdi. Ətrafdakı hər şey yavaş-yavaş yox oldu. Atam, anam və nişanlım işıq olub səmaya qalxdılar.

   - Sizləri unutmayacağam! -deyib onlarla vidalaşdım.

    Onlar getdikdən sonra planet boş qaldı. Ucu-bucağı görünməyən boş səhralardan ibarət planetdən təbiətin nəfəsi gəldi. Məncə burada nə vaxtsa mövcud olacaq canlı təbiətin təməli qoyuldu.

   Kosmik raketə minib idarəetmə sistemini ışə saldım. Raket asanlıqla açıq kosmosa qalxdı. Kosmik gəmi yaxınlıqda idi. Raketlə gəmi birləşdi. Gəmiyə qalxmazdan əvvəl planetə xeyli baxaraq səssizcə onunla vidalaşdım. O sanki, bir canlı kimi məni başa düşüb silkələndi. Səthi işıqlandı. Günəş sistemindən çıxıb qalaktikanın dərinliyində itdi.

   Nicat müəllim komandası ilə birlikdə məni qarşılayıb:

   - Səni sağ-salamat gördüyümüzə şadıq! - dedi. - Bizi möhkəm qorxutdun. Nümunələr planetdə həyat olmadığını göstərirdi.

   - Planetdə həyat yox idi.Planetin sakinləri onu xarabalığa çevirmişdilər.

   - Planetdə nə vaxtsa insan yaşayıbmış? - Kimyaçı alim soruşdu. - Heç həyat əlaməti yox idi.

   - Oradan bir vaxtlar yazdığım gündəliyi və atamın kitabını gətirmişəm. - Potfelimi axtardım. Heç nə tapmadım.

   Yoldaşlarım maraqla mənə baxırdılar. Yəqin, ağlımı itirdiyimi düşünürdülər.

   Nicat müəllim:

   - Oğul, yorulmusan. Get dincəl. -deyib məni vəziyyətdən çıxartdı. Hərəyə öz işi ilə məşğul olmağı tapşırıb yanıma gəldi. - Aydın, sənə inanıram. Planetdəki bəzi söhbətlərini eşitmişəm.

   - Necə!

   Paltarımdan iri bir düymə sökdü.

- Bu bizim aramızda əlaqə yaratmalı idi. Yaratmadı. Yalniz planetdəki bəzi söhbətlərini eeşidə bildim. Doğmalarınla görüşdüyünü anladım. Elə bildim qayıtmayacaqsan.

   - Qayıtmaya bilməzdim.

   Başqa vaxt olsaydı gizli izləndiyimə görə acıqlanardım. İndi isə sevindim. Çünki, mənə inanan, fikirlərimi bölüşə biləcəyim yoldaşım vardı.

   Planetə qayıtdıqdan sonra nədən başlayacağımı bilmədim. Keçmiş həyatımı xatırladığımdan elmi işlərimə xeyli yeniliklər etdim. Nicat müəllimin köməyi ilə toxunduğum məsələləri elmi şurada müzəkirəyə çıxartdım. İşlərimdə ekologiyanın dəyışməsi, planetimizin, qalaktikamızın böyüməsi kimi təbii proseslərdən yazmışdım. Elmi şurada planetimizdə baş verəcək partlayışın səbəbləriniini açıqladım. Partlayışın miqyasını azaltmaq üşün planetdəki artıq yükdən - silahlardan azad olmağı təklif etdim. Fikirlərim alimlər və mütəxəsislər tərəfindən böyük marağa səbəb oldu. Silahların ləğvinə ğəldikdə isə mübahisə düşdü. Mütəxəsislər silahların ləğvinin mümkün olmadığını, siyasətçilər belə olan halda dunyada tarazlığın pozulacağını, alimlər isə partlayışın qacılmaz olduğunu qeyd etdilər.

   Mən hövsələdən cıxıb:

   - Belə cıxır ki, əl-qolumuzu sallayıb axırımızı gözləməliyik. - dedim.

   Nicat müəllim mənə yaxınlaşdı. 

   - Başlanğıc üçün pis deyil. Vaxt lazımdı. Biz insanlar fəlakəti görməyincə onun yaxınlaşdığına inanmırıq. Onların gözünü açmalıyıq.

   - Necə?

   - Özün fikirləş. - O, mənalı-mənalı gülümsədi.

   Yol boyu onun sözləri fikrimdən çıxcmadı. O, hamıdan gizli saxladığım sirri açmağımı istəyirdi.Sirrimi açsaydım eşidib bilənlər mənim haqqımda nə düşünərdilər? Ailəm əvvəllər başqa planetdə yaşadığımı, burada həyatımı davam etdirdiyimi bilsəydi mənə necə baxardı?

   Evə gəldim. Xeyli fikirləşdim. Sonra bütün həyatımı, bildiklərimi və gördüklərimi qələmə alıb lazımı yerlərə göndərdim. Səhər haqqımda bütün dünya biləcəkdi.

  Səhər açldı. Hər şey gözlədiyim kimi oldu. Bütün kütləvi informasiya vasitələri məndən danışdı. Böyük bir layihəyə rəhbərlik edən gənc alimin açıqlamaları cəmiyyət tərəfindən müxtəlif cür qarşılandı. Ailəm isə mənə arxa durdu.

   Atam:

   - Səni kimi oğula sahib olduğum üçün xoşbəxtəm. - dedi. – Hər kim olursan ol yenə mənim oglumsan. Özünə inanirsansa, heç vaxt fikrindən dönmə. Əvvəl-axır səmimiyyətinlə insanları inandıra biıləcəksən. Axı sən bu planeti sevirsən.

   - Əlbəttə, sevirəm. İnsan vətənini sevməyə bilməz.

Yadıma planeti qorumaq üçün yaratdığım qoruyucu təbəqə düşdü. Orada milyon illər ərzində iki insanın məhəbbəti sönmədi, planetdəki doğma ocaqlarını qorudu.

Yer insanının məhəbbətinə və ağlına inanıram. Məncə buradakı milyonlarla insanın məhəbbəti planetimizin talehini dəyişə bilər. O, insanların səhvlərindən nəticə çıxartsaq çox şey qazanarıq. Hər birimiz əməllərimizə görə hesabat versək planetimizi yaşada bilərik.

Su körpüsü (Elmi-fantastik povest).

Göy üzünü yenə qara buludlar almışdı. Səma tutulmuş, hava qaralmış, dağlara cansıxıcı sükut çökmüşdü. Səhər olmasına baxmayaraq günəş göy üzündə batmışdı. Sanki, buludlardan onun üzünə qara pərdə çəkilmişdilər. Ancaq, heç vaxt qaranlıq işığa kölğə sala bilmədiyinə görə az keçmış buludlar günəçə təslim oldular. Onlar günəşin qarşısinda uzun müddət tab gətirə bilməyib toqquşmağa və boşalmağa başladılar. Yer üzünə güclü yağışlar yağdı. Ətrafı sel suları bürüdü.

Yağışın əlindən həyətə çıxa bilməyən Araz kəndə gəldiyinə peşıman olmuşdu. O, bir həftə idi şəhərə də gedə bilmirdi. Yağışın kəsəcəyini gözləyirdi. Yağış isə arabir səngiyir, sora yenidən yağırdı.

Araz bayırdakı sakitliyi görüb yağışın kəsdiyini güman etdi.

- Adilə, anana de hazırlaşsın. Gedirik.

Simuzər dağların şıltaqlığına yaxşı bələd idi. O, oğlunu saxlamaq istədi.

- Bala, bir azdan yenə yağış başlayacaq. Gəl bu gün getməyək.

- Ana, sabah gec olacaq.

- Simuzər, Araz düz deyir. – Qızından da gözəl görünən qaynana kürəkəninin sözünü təsdiqlədi. – Sabah getsək qonaqları qarşılaya bilmərik. Onları buraya çağırmayacayıq ki!

- Çağırsaq nə olar? – Rüstəmlə keçirdiyi günləri xatırladı. – Yoldaşımın sağlığında biz qonaqlarımızı çox vaxt kənddə qəbul edirdik.

- O vaxta, o qonaqlara baxma.

- Ana, qonaqların yanında biabır olmaq istəmirəm. Onları kəndə gətirə bilmərəm. – Səsinin tonunu qaldırdı. – Xaricdən gələn qonaqları kəndə gətirmək olar!

- Nə deyirəm. Özün bilərsən... – Yoldaşının ölmündən sonra həyata küskünləşmış ana oğlundan incidi. – Gedək deyirsən, gedək.

- Hələlik sən kənddə qal! – Araz soyuqqanlılıqla əmr etdi. – Qonaqlar gedəndən sonra gələrsən. Sən də getsən ev dar olacaq.

Simuzər yerindəcə donub qaldı. Qulaqlarında cingildəyən sözlər ürəyini parça-parça etdi. Bütün varlığı ilə oğluna bağlıydı. Ondan bu cür münasibət gözləmirdi.

- Oğul, bizim evlər heç vaxt dar olmayıb. Qonaqlı-qaralı olub. Hamıya da yer çatıb.

Araz anasının sözlərinə əhəmiyyət vermədi. Onlar yığışıb evdən çıxdılar. Simuzər incidiyini biruzə verməyib gəlini ilə görüşmək istədi. Gəlin isə özünü görməməzliyə vurdu. Anasının yanına gerdi.

- Araz arvada yaxşı cavab verdi. Bizimlə getsəydi zəhləmizi tökəcəydi.

Onlar evdən çıxdıqdan beş-on dəqiqə sonra yenidən güclü yağış yağmağa başladı. Sel suları yollarda hərəkəti dayandırdı. Bu da azmış kimi dağları dolu vurdu. Yollar buz parçaları ilə örtüldü. Bir neçə maşın sıradan çıxdı, şüşələri sındı.

Oğlunun hələ də yolda olduğunu bilən ana narahat oldu. Ürəyi dözmədi, incikliyi unudub Tanrıdan aman dilədi.

- Tanrı, oğlumu mənə bağışla! – dedi.

Ananın sözləri təbiəti yerindən oynatdı. Güclü ildırım çaxdı. Səma işıqlandı. İdırımın əks-sədsı dağları lərzəyə gətirdi. Dağdan böyük bir qaya parçası qopub yolu kəsdi.

Dayanıb yolun açılmasını gözlyən Araz:

- Heç vaxt dağları belə görməmişdim. – dedi. - Elə bil dünyanın axırıdı.

Dik yeriyən qaynana büzüşüb oturmuşdu. Dili topuq çala-çala:

- Tanrı bizi bu dağların qəzəbindən qoru! – dedi.

Adilə isə özünəməxsus tərzdə kömək istədi.

- Tanrı günahımız nədir ki, bizə əzab verirsən? Özün bizlərə kömək ol!

Onlar Tanrıdan aman dilədilər. Amansızcasına ana qəlbini qıraraq günaha batdıqlrını anlamadılar. Tanrı isə onları anaya bağışladı. Sağ-salamat şəhərə çatdılar.

Xaricdən gələ qonaqlar Arazın atası Rüstəmin geoloq və arxeoloq yoldaşları idi. Onların gəlməkdə məqsədi yarımcıq qalmış işlərini davam etdirmək, Azərbaycanın müxtəlif zonalarına səfər edərək yer qabığının tərkibini öyrənmək idi.

Araz qonaqları hörmətlə qarşıladı. Uzun illər atası ilə birgə işləmiş Fərhadla öpüşüb-görüşdü. Onları evinə dəvət etdi. Şərəflərinə yaxşı süfrə açdırdı. Məclisin şirin yerində öz istəyini söylədi.

- Atamın dostlarını yenidən evimizdə görməyimə şadam. Sizləri çoxdan görmək istəyirdim. Bilirəm ki, əvvəllər atamın apardığı axtarışları davam etdirmək istəyirsiniz. Mən də geoloqam. Razı olsaydınız sizinlə işləyərdim.

- Şad olarıq. – Farhad fikirləşmədən cavab verdi. – Atanın işini oğuldan yaxşı kim bilər ki! Yaxşı oğul atanın vuran qoludur. Rüstəm sənin kimi oğula, Simuzər xanım kimi həyat yoldaşına sahib olduğu üçün xoşbəxt idi. - Evə göz gəzdirdi. – Niyə anan görünmür? Atan önsuz evi suyu soğulmuş dəyirmana bənzədirdi.

Araz nə deyəcəyini bilmədi. Adilə araya söz qatdı.

- Bişirdiyim yeməkləri bəyəndinizmi? Anamla hazırlamışam.

Gəlinin özündən razılığını və ədasını bəyənməyən Fərhad sərt cavab verdi.

- Simuzər bacının əlinin duzu vardı. – Arazı başdan-ayağa süzdü. – Həmişə atan rəhmətliyin yol çantasına cürbəcür təamlar qoyardı. Dağlarda onun yeməkləri çox dadımıza çatıb. Yeri gələndə bir loxma ilə dağ aşmışıq. Araz, sən özün yaxşı bilirsən... Anan zəhməti itiriləsi qadın deyil.

Araz qızarıb başını aşağı saldı. Fərhad müəllimin sözlərində həqiqət vardı. Ancaq, o, nəinki həmin günləri xatırlayır, heç anasına qarşı hislərini də yadına sala bilmirdi.

- Anam kənddədir.

Adilə üz-gözünü turşudub otaqdan çıxdı.

- Mən də bu çölçülər üçün əziyyət çəkirəm. Qədirbilməzlər...

Anası otaqdakı söhbəti eşitmişdi.

- Qızım, sən elə əvvəlcədən söz eşitmədin. İmkanlı adamları qoyub dağ-dərə gəzənin biri ilə evləndin.

- Atasının vaxtında vəziyyətləri yaxşı idi. Sən özün onunla evlənməyimi istəyirdin.

- O əvvələr idi...

- Mən nə biləydim sonradan vəziyyət dəyişəcək. Biz nişanlananda Araz yaxşı işdə işləyirdi. Atası öləndən sonra özünə qapanıb kəndə çəkilməsəydi işdən də çıxmazdı.

- Çıxıb yenidən girsin. Savadı ki var.

- İstəmir. Kişinin oğlu atasının yolu ilə getmək istəyir.

- Gözümüz aydın. Xalq irəli gedəndə bu geri gedir.

- Ana, bu gün onunla sonuncu dəfə danışacağam. Mən layiq olduğum həyatı yaşamaq istəyirəm. O, atası kimi itib-batacaqsa, mənə lazım deyil.

- Özün bilərsən. Sizin işinizə qarışmayacağam.

Axşam oldu. Qonaqlar mehmanxanaya getdilər. Onlar sabahdan işə başlayacaqdılar. Azərbaycanın şimaldan cənuba, şərqdən qərbə bütün ərazilərində axtarış aparacaqdılar. Bir il əvvəl topladıqları məlumatları dəqiqləşdirəcək, suyun yer altına axdığı yerləri tapmağa çalışacaqdılar. Rüstəmin qeydlərində bu haqda dəyərli məlumatlar vardı.

Maraqlı olan digər məsələ materiklərin yerdəyişməsi idi. Alimlərin fikrincə planetin dəniz səviyyəsindən yüksəkdə olan hissələri vaxtilə su altında olmuşdu. Milyon illər əvvəl materiklərin yerləşdiyi ərazilər indi su altındadır. Son vaxtlar materiklərdə dəniz çöküntulərinin tapılması onların fikirini təsdiqləyirdi.

Bir neçə il əvvəl Rüstəmin rəhbərliyi ilə aparılan geoloji tədqiqatlar müəyyən etmişdi ki, Qafqaz daglarında qum və gil var. İndi geoloqlar dağlarda işləyərək çöküntüləri və heyvan qalıqlarını tapmaq, ərazilərin təqribən neçə milyon il əvvəl su altında qaldığını öyrənmək istəyirdilər. Onlar bununla təqribən neçə milyon ildən sonra Qafqaz dağlarının su altında qalacağını müəyyənləşdirə bilərdilər.

Qonaqlar getdikdən sonra Adilə otaqları qaydaya saldı. Yerli-yersiz əşyaların yerini dəyişdi. Döşəməni sildi.

Araz təzə ailə qurduğu həyat yoldaşının xasiyyətini yaxşı bilməsə də, onun həyacanlı olduğunu gördü.

- Adilə, nə olub? Sözlü adama oxşayırsan.

- Düz tapmısan. Səninlə danışmaq istəyirəm. – Arazın qarşısına keçib gözlərinin içinə baxdı. – Niyə bu qədər sönük qəlbin var. Sənin gözlərində heç vaxt sevgi görməmışəm. Əvvəllər buna əhəmiyyət vermirdim. Vaxt keçdikcə qəlbini oğurlayacağımı zənn edirdim. Yanıldım. Atan öləndən sonra sönüklüyünü onunla əlaqələndirib özümü aldatdım.

- Səni incitmək istəməmişəm. – Adilənin ürək yanğısı ilə söylədiyi sözlər onu sarsıtdı. Qəlbinin boş olduğunu anladı. – Səni xoşbəxt edə bilmirəmsə, bağışla.

- Tək sən günahkar deyilsən. Əslində biz bir-birimizə oxşayırıq. İkimiz də hissiz və duyğusüz adamlarıq.

- Sən də...

- Hə. – Adilə onun sözünü kəsdi. – Mən də səni sevə bilmirəm. Axı hislər qarşılıqlı olur. Biz birgə yaşadıqca kobudlaşır, eybəcərləşirik. Dünən sən anana qarşı mərifətsizlik, mənsə, saymazıq etdim.

- Mənə nə olduğunu anlamıram. Çox vaxt ətrafımdakı insanları incidirəm. Bunun fərqinə varmıram. Bəzən kim olduğumu da unuduram.

- Sənin dərdini bilmirəm. Ancaq, mən sənin vəziyyətinə düşmək istəmirəm. İnsanı gözəl və cavan göstərən onun qəlbidir. Mən qəlbimi sənə qurban vermək fikrində deyiləm. Qonaqların bu gün məni alçaltdı. Özümü axırıncı adam hesab etdim.

- Fərhad müəllimin sözünə görə...

- O, həssas adam idi. Ailədaxili münasibətlərimizi başa düşdü. Anana görə səni qınadı. Məni günahkar bildi.

- Ola bilər. O, bizim evdə çox olub. İndiki Beynəlxalq Ekspertlər qrupunun başçısıdır. Onlara qoşulacağam. Mənə elə gəlir ki, bu səfər mənə özümü tapmada kömək edəcək.

- Sənə uğur olsun. Yəqin, səfərə çıxmazdan əvvəl vaxt tapıb məhkəməyə ğələ biləcəksən.

- Nə məhkəmə!

- Boşanmaq üçün məhkəməyə müraciət etmişəm.

- Məndən xəbərsiz.

- Hə.

- Təzə evlənmışdik. Səbirli olub bir az gözləyə bilərdin.



- Yox. Sən mənə arzuladığım həyatı verə bilmirsən. İndi də başını götürüb düzlərə düşmək istəyirsən.

- İkibaşlı danışırsan. Gah məni sevməməkdə günahlandırır, gah da işimi, maddi vəziyyətimi bəyənmirsən. – Əsəbləşib ucadan danışdı.- Sən ərə gələndə geoloqla evləndiyini bilmirdin!

- Bilirdim. Biz nişanlananda sən paytaxtda özünçün yaxşı karyera qurmuşdun.

- Səni işim cəlb etdi!

- Düzgün fikirləşmirsən. Aramızda dərin hislər olsaydı, bir-birimizə bağlansaydıq hər cür çətinliyə dözərdim. – Adilə ondan sevgi etirafı eşitmək üçün bir müddət sakit dayandı. – Düz demirəm!

Araz cavab verə bilmədi. Qəlbini dinlədi. Susmuşdu.

Adilə gözləməyin mənasız olduğunu anladı. Otağına keçib çantasını yığdı. Həyətdə gözləyən anasına qoşulub getdi.

Səhəri gün geoloqlar kiçik qrupla Kəpəz dağına yollandılar. Onların arasında dalğıclar da vardı.

Araz:

- Fərhad müəllim, dağlarda dalğicların nə işi var. – dedi. – Xəzər dənizində axtarış aparmırsınız ki!



Fərhad təəccüblə Araza baxdı.

- Ogul, səni tanıya bilmirəm. Sənə baxıram, qarşımda başqa adam görürəm. Keçən il su körpüsü haqqında mənə məlumat yazmışdın. Dağlardan yeraltı dünyaya yol olduğunu bildirmişdin. Atanın ölüsünü tapmadıgınızana görə onun yeraltı dünyaya getdiyini güman edirdin.

- Su körpüsü... – Arazın yaddaşı səhifələri qaralmış kitab kimi vərəqləndi. – Xatırlamıram.

- Eybi yoxdu. – Fərhad sözü uzatmadı. Onun çaşqınlıgını atasının ölümü ilə əlaqələndirib sərt danışdığına peşiman oldu. – Özünü topla, bizə qoşul. Atanın yarımçıq qoyduğu işi başa çatdırmaq lazımdı.

* * * * * * * * *

Gözlənilməz ayrılıq Araza pis təsir etdi. Ata-anası ilə birgə yaşadığı xoşbəxt günləri xatırladı. Anasını yenidən görmək arzusu ilə bir müddət şəhərdə qalıb onun yolunu gözlədi. Anası isə gəlmədi.

Araz şəhərdə çaşqınlıq içində yaşamaqdansa, geoloqlara qoşulub vətənini gəzməyi üstün tutdu. Atasının qeyd apardığı fiziki və textonik xəritələri götürüb geoloqların arxasınca getdi.

Alimlərimizin Beynəlxalq Geologiya İttifaqının əməkdaşları ilə işi uğurlu oldu. Onlar nəticələri ümümiləşdirərək vətənimizin geoloji və textonik xəritələrini milyon illər əvvəl üçün tərtib etdilər. Gələcək üçün müəyyən proqnozlar verdilər.

Təbii proseslər təkrarlandığından on beş milyard yaşı olan planetimizdəki materiklər dəfələrlə su altında qalmışdı. Ona görə də, materikdəki və okean sularının altındakı yer qabığının tərkibi eyni idi. Bu mülahizələr geoloqların son araşdırmalarda da öz təsdiqini tapdı.

Azərbaycanın dağlıq ərazilərində başlayan tədqiqat işləri düzənlik ərazilərdə davam etdi, Xəzər dənizində bitdi.

İşlər yekunlaşanda Fərhad müəllim Araza dedi:

- Oğul, əsas işimiz indi başlayır.

- Nə iş!

- Atan başladığı işi davam etdirəcəyik. Su körpüsünü tapacağıq.

- Textonik xəritəni tərtib edərkən hər tərəfi araşdırdıq. Qeyri-adi heç nə tapmadıq.

- Atanın tərtib etdiyi textonik xəritədə dağ çayının axarı planetin daxilinə doğru təsvir olunub.

- Qəribədi!

- Bu gün iclasdan sonra qonaqlarımızı yola salacağıq. Sonra işimizə davam edərik.

- Yaxşı.

İclas maraqlı kecdi. Üç aylıq iş bir çox qaranlıq məsələləri işıqlandırdı. Xəritədəki qeyri-adi təsvir Geologiya İttifaqının nümayəndələrinin də diqqətini cəlb etmişdi. Onlar hesabatlarında dəqiqləşdirə bilmədikləri ərazidən yeraltı dünyaya su körpüsü olduğunu qeyd etdilər.

Qonaqlar getdi. Səhəri gün Fərhad müəllim Arazla textonik xəritədə təsvir olunan dağlıq əraziləri axtarmağa başladı. Onlar bütün dağlıq ərazidə olan çayları mənbədən mənsəbə kimi araşdırdılar. Axırda Rüstəmgilin dağlarına gəldilər.

Fərhad xəritədəki qəribə ağac formalarını burada tapdı.

- Atanın təsvir etdiyi çay bu olacaq.

Onlar axşama qədər çayın yatağını araşdırdılar. Ancaq, başlanğıcını Murov dağından götürən çayın harada batdığını öyrənə bilmədilər. Çünki, çayın axarı boyu suyu artırdı.

Axşamüstü Fərhad müəllim dedi:

- İşi yarımçıq qoyub şəhərə qayıtmaq düzgün deyil. Gecəni sizdə keçirə bilərikmi?

- Əlbəttə...- Araz anası ilə necə danışacağını bilmirdi. Kənddən ayrıldıqdan sonra onunla görüşməmişdi.

- Atanın sağlığında o ocaqda çox olmuşam. Onsuz ora getmək istəməzdim.

- Siz əsl dostsunuz. Bilirəm ki, bu qədər əziyyəti atama görə çəkirsiniz.

- Başqa cür ola bilməz. Biz çörək kəsmişik. – Onun çiyninə vurdu. – Məncə bu işin axırında atan haqqında nəsə öyrənə biləcəyik.

- Sağ olun, Fərhad müəllim. Siz mənə çox kömək etdiniz. Yenidən həyata qaytardınız.

- Araz, bütün kənd sizə yığışıb. Sən niyə buradasan? – Qonşu oğlan idi. Qonşu kənddən gəlirdi.

- Nə olub ki! – Arazın səsi boğuldu. – Anama nə isə olub!

- Atan gəlib. – Oğlan onu qorxutduğunu bilib səhvini düzəltdi. – Kənd camaatı atanın başına yığılıb. Gəlin sizi atla aparım.

- Fərhad müəllimi apar. – O, ağacdan tutub yerə çökdü. – Özümü toplayıb arxanızca gələcəyəm.

- Oğul, sənə kömək edimmi?

- Yox. Bir az tək qalmaq istəyirəm.

Onlar getdilər. Araz uzun müddət oturduğu yerdən qalxa bilmədi. Başından qalxan ağrı boynunun dalına və kürəklərinə vurdu. Gözlərinə qaranlıq çökdü. Alnını ovuşdurdu, başını əllərinin arasına aldı.

Araz qışqıraraq:

- İlahi, bu nə dəhşətli ağrıdır! – dedi və oturduğu yerdə müvazinətini saxlaya bilməyib yıxıldı.

* * * * * * * * *

Rüstəm nəinki yer kürəsinin səthini, həm də daxilini araşdırırdı. O, ekvatorial radiusu 6378 km olan planetimizin qəribə xüsusiyyətlərini kəşf etmişdi. Suyun yerin daxilinə axmasına əsaslanaraq daxildə kilometrlərlə uzanan boşluqların olması nəticəsinə gəlmişdi. Onun fikrincə yer qabıgı və mantiyanın müxtəlif səviyyələrindən sonra yüz, min kilometrlərlə uzanan boşluqlar vardı. Yerin nüvəsi işıq və istilik mənbəyi olub yerin daxilini daimi eyni səviyyədə işıqlandirirdı.

Rüstəm zəlzələlərlə nəticələnən textonik hərəkətlərin, vulkan püskürmələrinin əsl səbəblərini, yeraltı dünyadakı təbii şəraiti və canlı aləmi öyrənmək istəyirdi. O, yeraltı dünyadakı təbii proseslərin yerüstü dünyaya necə təsir etdiyini bilmək üçün oraya səyahət etmək fikrində idi. Ancaq, yer səthindəki ən dərin quyunun 20 kilometrə belə çatmaması planını mümkünsüz edrdi.

Rüstəm geoloq dostu Fərhadla böyük qazıntı işləri aparılan əksər ərazilərdə oldu. Nəticə əldə edə bilmədi.

Fərhad mənasız axtarışlardan bezib:

- İşi dayandırsaq yaxşıdır. – dedi. – Onsuz da yer səthinin xeyli sirrini öyrənmişik. Kəşflərimiz elmi işlər üçün əsl mənbədi.

- Əsas məsələni öyrənməmişik. Hadisəni bilirik, səbəbini bilmirik.

- Təbiət möcüzədi. Başdan-ayağa sirdi. Onu öyrənmək mümkün deyil.

- Yerin daxili quruluşunu öyrənsək bir çox suallarımıza cavab taparıq.

- Yerin daxili quruluşu elmə məlumdu. Nahaq özünə iş axtarırsan.

- Dostum, məni düzgün başa düşmürsən. – Nəyisə, fikrində götür-qoy etdi. – Sabahdan axtarışları dayandırarıq.

- Səni tək qoymaq istəməzdim. Məndən sonra nə edəcəksən?

- Yorulmuşam, dincələcəyəm...

- Səyahətdən əl çəkdin?

- Yox. Ümidim yalnız yeraltı sulara qalıb. Dağlarda adam batıran caylar var. Burada qaldığım müddətdə həmin çayların yataqlarını araşdıracağam.

- Başa düşmədim. Çayın yeraltı dünyaya nə dəxli var?

- Məncə suyun izi ilə getsək yeraltı dünyaya düşərik. Su dünyalarımız arasında körpüdü.

- Məsləhət deyil. – Fərhad su altındakı şəraiti xəyalında canlandırıb dəhşətə gəldi. – Suda boğularsan, havasız mühitə düşüb ölərsən! Ağılsızlıq eləmə!

- Narahat olma. Hələ heç suyun axarını tapa bilməmişəm.


Yüklə 335,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin