Xülasə Məqalədə Azərbaycan Respublikasının kənd təsərrüfatında enerji istehlakının dinamikası təhlil


Kənd təsərrüfatının iqtisadiyyatı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix31.03.2023
ölçüsü0,56 Mb.
#91919
növüXülasə
1   2   3   4   5   6
Kənd təsərrüfatında enerji istehlakı səmərəlilik və dayanıqlılıq kontekstlərində baxış

Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 4 (34) Agricultural Economics 
 
 
67 
Enerji istehlakı və dayanıqlı inkişaf tələbləri 
Azərbaycanın kənd təsərrüfatında ilkin enerji resursları istehlakının ardıcıl və nisbətən yüksək 
templərlə yüksəlməsi iqtisadiyyatın bu sahəsinin ətraf mühitə təsir yükünün artması ilə müşayiət 
olunur. Eyni zamanda, inkişafda dayanıqlılığın gözlənilməsi baxımından istifadə olunan enerji 
məhsullarının strukturu da əlverişli hesab edilə bilməz. Aşağıdakı cədvəlin məlumatlarından da 
göründüyü kimi hazırda enerji istehlakında neft məhsullarının xüsusi çəkisi xeyli yüksəkdir. 
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda ilkin enerji məhsulları istehlakının 
strukturu* 
İlkin enerji resursu 
2008 
2015 
2019 
NET 
Yekuna 
görə, 
faizlə 
NET 
Yekuna 
görə, 
faizlə 
NET 
Yekuna 
görə, 
faizlə 
Neft məhsulları 
238.6 
76.4 
317.6 
70.7 
322.7 
62.1 
Elektrik enerjisi 
55.0 
17.6 
77.7 
17.3 
98.4 
19.0 
Təbii qaz 
18.1 
5.8 
51.8 
11.5 
97.6 
18.8 
Digər məhsullar 
0.8 
0.2 
2.1 
0.5 
0.3 
0.1 
Cəmi 
312.5 
100.0 
449.2 
100.0 
519.0 
100.0 
Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları 
Həmin məhsulların payına ümumi enerji istehlakının 2/3 hissəsinə qədəri düşür. Belə vəziyyət, 
öz növbəsində, aqrar sahədə enerji istehlakı nəticəsində ətraf mühitə atılan zərərli maddələrin 
həcminin nisbətən daha yüksək olmasına səbəb olur. Bununla bağlı, son dövrlərdə neft məhsullarının 
enerji istehlakında xüsusi çəkisinin azalması meylinin qərarlaşması əlverişli hesab edilməlidir. Həmin 
göstəricinin səviyyəsi 2008-2019-cu illərdə 14.3 faiz bəndi, 2015-2019-cu illərdə 8.6 faiz bəndi aşağı 
düşmüşdür. Lakin neft məhsullarının payı hələlik nisbətən yüksək olaraq qalır və həm də bu 
məhsulların sahədə istehlakının neft məhsullarının mütləq həcmi artmaqda davam edir.
Qeyd edilənlərlə əlaqədar olaraq dayanıqlı inkişaf tələblərinin reallaşdırılması üçün ölkənin 
kənd təsərrüfatında enerjiyə qənaətedici amillərin fəallaşdırılması önəm qazanır. Enerjiqoruyucu 
texnologiyalar bir qayda olaraq məhsuldarlığın yüksəldilməsinə də müsbət təsir göstərməklə, əslində 
enerji səmərəliliyinin artırılmasına ikitərəfli təsir göstərmək gücünə malikdirlər. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin