Kadr hazırlığı. İKT sahəsində,
xüsusilə, dövlət sektorun-
da bacarıqların olmaması e-dövlət təşəbbüsündə ciddi
problemdir. Aparılan araşdırmalarda hətta inkişaf etmiş
ölkələrdə kvalifikasiyalı kadr qıtlığının artıq xroniki hal
olduğu göstərilir [11].
Qeyd edək ki, İKT üzrə kadr qıtlığı problemi Azərbaycana
da xas olan cəhətdir. Belə ki, 2008-ci ildə “Əmək bazarının
informasiya texnologiyaları mütəxəssislər seqmentində tələb
və təklifin tədqiqi və müvafiq təkliflərin hazırlanması”
istiqamətində aparılan tədqiqatlar əsasında müəyyən
olunmuşdur ki, ölkəmizdə İT mütəxəssis kimi çalışanların
26% İT ixtisası ilə tamamilə bağlılığı olmayan ixtisas
sahələrinin nümayəndələridir, onların da arasında fizik, bioloq,
həkim, hüquqşünas, jurnalist, iqtisadçı, memar, kimyaçı, rus
dili və ədəbiyyatı müəlliminə və s. rast gəlmək olar. Təbii ki,
bu vəziyyət,
bir tərəfdən, İT sahəsinin respublika
iqtisadiyyatında rolunu və nüfuzunu nümayiş etdirir, İT
kadrlarına tələbat olduğunu göstərir, digər tərəfdən isə, bütün
bunlar xeyli əlavə vəsait tələb edir [12]. Çox maraqlı haldır ki,
bu məqam 2013-cü ilin İKT ili elan olunması ilə əlaqədar
“Azərbaycan Respublikasının İKT sahəsində kadr potensialı
barədə məlumat sisteminin işlənməsi” layihəsinin icrası
çərçivəsində apardığımız tədqiqat nəticəsində də eynilə
təkrarlanmışdır, İT mütəxəssis kimi çalışanların 26,2% -nin
qeyri-İT ixtisas sahibi olduqları müəyyənləşmişdir.
Kadrların bilik və bacarıqlarının sahə yönümlüyünün
təmin olunması. E-dövlət təşəbbüsü ilə çıxış edən ölkələrin
hesabatlarında qeyd edilir ki, dövlət kifayət qədər İT
mütəxəssisə malik olsa belə, onların aldıqları təhsil əksər vaxt
“sahə yönümlü olmur, davamlı veb-tətbiqlərin, proqramların
hazırlanması üçün kifayət etmir” [7, 8, 11].
İT-mütəxəssislərin bilik və bacarıqlarının
işəgötürənlərin
tələblərinə cavab vermədiyi, kadr qıtlğı problemi qarşısında
qalan rəhbərlərin onları işə qəbul etmək məcburiyyətində
qalaraq lazımı biliklərin mənimsənilməsi üçün belə kadrların
müvafiq biliklər əldə etməsi üçün kurslara göndərilməsi
respublikamızda da müşahidə olunan cəhətlərdəndir [13, 14].
Bu isə vaxt itkisidir, dövlət üçün əlavə məsrəfdir və s.
Odur ki, təhsil proqramlarında işəgötürənlərin tələbləri
nəzərə alınmalı, bilik və bacarıqların sahə yönümlüyü təmin
olunmalıdır.
“Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, 4 dekabr, 2014
_____________________________________________________________________________________________________
233
Hesabatlarda E-dövlətin formalaşmasında kadr hazırlığına
başlıca faktor kimi önəm verilərək qeyd olunur ki, mövcud
İKT vasitələrində işin yerinə yetirilməsi üçün müvafiq hazırlıq
və
instrumentariya
olmalıdır.
Yeni
texnologiyaların
mənimsənilməsi və e-dövlət xidmətlərinin artırılması tələbi
təhsillə bağlılığın çərçivəsini genişləndirir.
Təhsil yeni
texnologiya ilə ayaqlaşmalıdır.
“Azərbaycan
2020:
gələcəyə
baxiş”
inkişaf
konsepsiyasında e-dövlətdə kadr hazırlığının sadalanan
problemlərinin uğurlu həllini tam əhatə edən müddəalar əksini
tapmışdır.
Konsepsiyada
“Elektron
hökumət”in
formalaşdırılması məqsədi ilə ardıcıl və mərhələli qaydada
müvafiq tədbirlərin görüləcəyi qeyd olunur. “...İKT üzrə kadr
hazırlığı işi də təkmilləşdiriləcəkdir. Yüksəkixtisaslı
mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi
məqsədi ilə ölkənin ali təhsil ocaqlarında təhsilin elmi
tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli
mühit yaradılacaq, dünyanın qabaqcıl təhsil ocaqları ilə
əlaqələr genişləndiriləcək, ölkədən kənara “beyin axını”nın
qarşısının alınması üçün təsirli tədbirlər görüləcəkdir [15].
V.
E-
DÖVLƏTDƏ INSAN RESURSLARININ
FORMALAŞMASINDA INSANLARIN MAARIFLƏNDIRILMƏSI
MƏSƏLƏLƏRI
Tədqiqatlar göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə
İKT məhsullarının tətbiqi istiqamətində 20-25% imtinalara
rast
gəlinir ki, bu da işlənilnmiş onlayn xidmət sistemlərinin
istifadəsində istifadəçilərin lazımi biliklərə, bacarıqlara malik
olmaması ilə əlaqədardır [7, 11].
Bu məqamlar e-dövlətdə insan faktoruna diqqəti artırır,
əhalinin hər bir üzvünün yaradılmış onlayn xidmətdən
səmərəli istifadəsi üçün lazımi bilik və bacarıqlara
yiyələnməsini – elektron vətəndaşın formalaşması, eyni
zamanda vətəndaşların müraciətlərini cavablandıran dövlət
qulluqçularının lazımı İKT biliklərə yiyələnməsini – elektron
məmurun formalaşmasını zəruru edir.
E-dövlətdə insan resurslarının formalaşmasında əhalinin
məlumatlandırılması,
maarifləndirilməsi məsələləri “Azərbay-
can Respublikasında informasiya cəmiyyətinin inkişafına dair
2014-2020-ci illər üçün milli strategiya”da aşağıdakı
müddəalarda öz əksini tapmışdır [16]:
Əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış
məntəqələri, iqtisadiyyatın müxtəlif sahələri arasında İKT-dən
istifadədə mövcud fərqlilik aradan qaldırılmalıdır;
əhalinin,
dövlət
qulluqçularının
və
dövlət
müəssisələrində çalışan işçilərin İKT üzrə ümumi bilik
səviyyəsi artırılmalıdır;
maarifləndirmə – informasiya
cəmiyyəti quruculuğuna
geniş kütlələrin cəlb olunması, cəmiyyətin hər bir üzvünün bu
prosesdə fəal iştirakının təmin edilməsi üçün bu
texnologiyalara dair bilik və məlumatlar əhatəli şəkildə
əhaliyə çatdırılmalıdır.
Bu istiqamətdə işlərin təşkili, əhalinin, dövlət
qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin
məlumatlandırılması,
maarifləndirilməsi
istiqamətində
aşağıdakı işlər aparılmasını zəruri edir:
vətəndaşların fiziki imkanlarından asılı olmayaraq
onların e-dövlət xidmətlərindən rahat istifadəsi üçün müvafiq
veb-saytlarda maarifləndirici təlimatlar hazırlanmasına diqqət
verilməlidir;
hazırlanmış onlayn xidmət saytlarında
istifadəçilərin
rastlaşacağı bütün “necə?”, “nə cür?” suallarına uyğun
metodik göstərişlər yerləşdirilməlidir;
metodik göstərişlərin hazırlanmasında audio-video
imkanlardan istifadə olunmalıdır;
əhalinin İnternetdən istifadə bacarığına yiyələnməsi işi
müntəzəm davam etdirilməlidir;
əhalinin e-poçt xidmətlərindən istifadəsi işi təşkil
olunmalıdır və s.
Bu məsələlərin uğurlu həlli ilk olaraq İnternet
istifadəçilərlə bağlı problemin həllini gündəmə gətirir.
Ölkəmizdə bununla bağlı vəziyyət haqqında [17]-də deyilir:
Azərbaycanda İnternet istifadəçilərinin sayı günbəgün artır,
hal-hazırda ölkə əhalisinin təxminən 70 faizi İnternet
istifadəçisidir. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı
İnternet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə
"Evlərə optika" layihəsi həyata keçirilir.”
VI.
N
ƏTICƏ
Respublikamızda e-dövlət quruculuğu, o cümlədən
onun insan resurslarının formalaşması istiqamətində aparılan
siyasətin məntiqi nəticəsidir ki, bu gün ölkəmiz “Elektron
Hökumət”in inkişaf səviyyəsinə görə keçən ilə nisbətən 28
pillə irəliləyəmiş, layiqli nəticə əldə etmişdir.
Əldə olunan
uğurların davamlılığının təminatı üçün elektron quruculuğu
istiqamətundə hər bir məsələyə diqqətlə yanaşılmalıdır. Bu isə
elektron
dövləti formalaşdıran hər bir komponentin
incəliklərinin öyrənilməsini tələb edir. Baxılan məqalədə
beynəlxalq təcrübəyə istinadən elektron dövlətin insan
resursları komponenti analiz olunmuş, insan resurslarının
formalaşması
məsələlərinin
sistemləşdirilməsinə
cəhd
olunmuş, bu məsələlər 3 qrupa ayrılmaqla: e-dövlətdə təhsil
məsələləri; e-dövlətdə kadr məsələləri; e-dövlətdə əhalinin
maarifləndirilməsi məsələləri kimi təsnifləndirilmişdir.
Məqalədə təsnifləndirməyə uyğun məsələlər üzrə həm
beynəlxalq və həm də respublikadakı vəziyyətin şərhinə cəhd
olunmuş, bu istiqamətlər üzrə perspektivlər göstərilmişdir.
Ə
DƏBIYYAT
[1]
Bülleten
No:
22/
oktyabr
2014
http://www.mincom.gov.az/assets/Uploads/bulleten%2022_portala.pdf ;
[2] http://www.mincom.gov.az/fealiyyet/it/e-gov/
[3] 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sistemininin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı
http://www.edu.gov.az/view.php?lang=az&menu=83&id=599
[4] Gerald A.C. Personnel and Human Resource Management, 2002,
Thomson Copyright, 511 p.
[5] Yusifov F.F. İnformasiya cəmiyyətinin monitorinqi: mövcud problemlər
və onların həlli yolları, İnformasiya cəmiyyəti problemləri, 2010, №2,
30–37.
“Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, 4 dekabr, 2014
_____________________________________________________________________________________________________
234
[6] http://cyber.law.harvard.edu/readinessguide/GuideRussian.pdf :
[7] United Nations E-Government SURVEY 2014 E-Government for the
future we want
[8] http://unpan3.un.org/egovkb/Portals/egovkb/Documents/un/2014-
Survey/E-Gov_Complete_Survey-2014.pdf
[9] The Global Information Technology Report 2009-2010,
[10] http://www.weforum.org/en/initiatives/gcp/Global%20Information%20T
echnology%20Report/index.htm
[11] Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355
nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
ümumtəhsil
məktəblərinin
informasiya
və
kommunikasiya
texnologiyaları
ilə
təminatı
Proqramı
(2005-2007-ci
illər)"
http://www.edu.gov.az/view.php?lang=az&menu=83&id=601
[12] Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 10 iyun
tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan
respublikasında təhsil sisteminin informasiyalaşdirilmasi üzrə dövlət
proqrami”
http://www.edu.gov.az/view.php?lang=az&menu=83&id=599
[13] Nkohkwo Q.N., Sirajul I.M. Challenges to the Successful
Implementation of e-Government Initiatives in Sub-Saharan Africa: A
Literature Review, Electronic Journal of e-Government, Volume 11,
Issue 2, 2013, pp.253-253, www.ejeg.com.
[14] Məmmədova M.H., Cəbrayılova Z.Q. Təhsil sistemində informasiya
texnologiyaları ixtisasları üzrə mütəxəssislərin hazırlığı, İnformasiya
cəmiyyəti problemləri, 2010, №1, s.23–31.
[15] Məmmədova M.H., Cəbrayılova Z.Q., Manaflı M.İ. İnformasiya
texnologiyaları mütəxəssislərinə tələbatın monitorinqi. “İnformasiya
Texnologiyaları” nəşriyyatı, Bakı, 2009, 199 s.
[16] Məmmədova M.H., Cəbrayılova Z.Q.
Azərbaycanda informasiya
texnologiyaları mütəxəssislərinin peşəkarlığının artırılması problemləri,
İnformasita cəmiyyəti problemləri, 2010, №2, s.73–79.
[17] Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf
konsepsiyası http://www.president.az/files/future_az.pdf
[18] Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya
cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün milli strategiya”
http://president.az/articles/11312
[19] Abbasov Ə.M. Azərbaycanda İKT sektoru nə qədər inkişaf edib?
http://www.anl.az/down/meqale/bizim_yol/2011/noyabr/212636.htm
“Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, 4 dekabr, 2014
_____________________________________________________________________________________________________
235