Xülasə Məqalədə e-dövlətdə insan resurslarının mahiyyəti şərh



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix17.06.2023
ölçüsü0,86 Mb.
#132064
növüXülasə
1   2   3
67Z.Jabrayilova

K
İR
=1/3 (15 və daha yuxarı yaşda olan əhalinin ümumi 
sayında savadlıların, məqsədli olaraq yazmağı, oxumağı 
bacaranların payı (%)) + 2/9 (ibtidai, orta və yaşından asılı 
olmayaraq ali təhsil alanların ümumi sayında istifadəçi 
qeydiyyatı olanların payı (%)) + 2/9 (gözlənilən təhsil müddəti 
– uşağın məktəbdə təhsil alacağı illərin ümumi sayı, hansı ki, 
onun nəzərdə tutulan məktəb təhsil illəri məktəbə qəbulunun 
cari yaş əmsalına uyğun olmalıdır) + 2/9 (təhsil illərinin orta 
qiyməti – burada yaşlı nəslin (25 və daha yuxarı yaşda 
olanların) tam təhsil illərinin orta qiyməti nəzərdə tutulur). 
Göründüyü 
kimi 
e-dövlətdə 
insan 
resurslarının 
formalaşması e-dövlət quruculuğunda: 
 təhsillə bağlılığın çərçivəsini genişləndirir; 
 onlayn 
xidmət 
sistemləri 
və 
telekommunikasiya 
infrastrukturunu 
reallaşdıran 
İKT 
mütəxəssislərin 
hazırlanması problemlərinin həllini özündə ehtiva edir; 
 onlayn xidmətlərdən yararlanan insanların və bu xidməti 
göstərən qurumlardakı dövlət qulluqçularının biliklənmə-
sini, maariflənməsini gündəmə gətirir. 
III. E-
DÖVLƏTDƏ INSAN RESURSLARININ 
FORMALAŞMASININ TƏHSIL MƏSƏLƏLƏRI
İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan 
vətəndaşlarının müasir biliklərə, bacarıqlara malik olan yeni 
nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli 
məsələdir, bu məsələnin uğurlu həlli e-dövlətin insan 
resurslarını formalaşmasına zəmin yaradır [3]. Azərbaycan 
Respublikasında ümumtəhsil məktəblərinin informasiya və 
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-
2007-ci illər) e-dövlətin insan resurslarının formalaşmasında 
xüsusi əhəmiyyətə malik olmuşdur [9]. Bu proqramın həyata 
keçməsi 
nəticəsində 
e-dövlətin 
insan 
resurslarının 
formalaşmasının aşağıdakı məsələləri həll olunmuşdur: 
 Ümumtəhsil məktəblərində müəllimlər İKT-yə dair xüsusi 
hazırlıq kursları keçmişdir; 
 Dövlət ali məktəblərinin professor-müəllim heyəti, orta 
ixtisas təhsil müəssisələrinin müəllimləri İKT-yə dair 
xüsusi hazırlıq kursları keçmişdir; 
 ölkədə İKT-nin təhsil sisteminə inteqrasiyası və təhsil 
prosesinin məzmunca modernləşməsi sahəsində bütün 
təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq 
edilmiş, distant təhsil üzrə ilk eksperimentlər aparılmışdır; 
 ümumtəhsil məktəbləri üçün İKT sahəsində ixtisaslı 
pedaqoji, həmçinin köməkçi heyət (laborant) kadrlarının 
hazırlanması üzrə işlər aparılmışdır. 
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil 
sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı"nda 
yer almış aşağıdakı müddəalar bilavasitə e-dövlətin insan 
resurslarının formalaşmasına və bu gün uğurlu nəticə əldə 
olunmasına imkan yaratmışdır [10]: 
 təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin 
İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks 
tədbirlərin həyata keçirilməsi; 
 bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar 
rayonlarda təhsil müəssisələrinin İKT üzrə kadr 
təminatının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin 
həyata keçirilməsi. 
E-dövlətin insan resurslarının formalaşmasına zəmin 
yaradan bu məsələlər davamlı xarakter daşıyır. 
IV. 
E-
DÖVLƏTDƏ INSAN RESURSLARININ 
FORMALAŞMASININ KADR MƏSƏLƏLƏRI

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin