Xülasə Məqalədə e-dövlətdə insan resurslarının mahiyyəti şərh



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix17.06.2023
ölçüsü0,86 Mb.
#132064
növüXülasə
1   2   3
67Z.Jabrayilova

Kadr hazırlığı. İKT sahəsində, xüsusilə, dövlət sektorun-
da bacarıqların olmaması e-dövlət təşəbbüsündə ciddi 
problemdir. Aparılan araşdırmalarda hətta inkişaf etmiş 
ölkələrdə kvalifikasiyalı kadr qıtlığının artıq xroniki hal 
olduğu göstərilir [11]. 
Qeyd edək ki, İKT üzrə kadr qıtlığı problemi Azərbaycana 
da xas olan cəhətdir. Belə ki, 2008-ci ildə “Əmək bazarının 
informasiya texnologiyaları mütəxəssislər seqmentində tələb 
və təklifin tədqiqi və müvafiq təkliflərin hazırlanması” 
istiqamətində aparılan tədqiqatlar əsasında müəyyən 
olunmuşdur ki, ölkəmizdə İT mütəxəssis kimi çalışanların 
26% İT ixtisası ilə tamamilə bağlılığı olmayan ixtisas 
sahələrinin nümayəndələridir, onların da arasında fizik, bioloq, 
həkim, hüquqşünas, jurnalist, iqtisadçı, memar, kimyaçı, rus 
dili və ədəbiyyatı müəlliminə və s. rast gəlmək olar. Təbii ki, 
bu vəziyyət, bir tərəfdən, İT sahəsinin respublika 
iqtisadiyyatında rolunu və nüfuzunu nümayiş etdirir, İT 
kadrlarına tələbat olduğunu göstərir, digər tərəfdən isə, bütün 
bunlar xeyli əlavə vəsait tələb edir [12]. Çox maraqlı haldır ki, 
bu məqam 2013-cü ilin İKT ili elan olunması ilə əlaqədar 
“Azərbaycan Respublikasının İKT sahəsində kadr potensialı 
barədə məlumat sisteminin işlənməsi” layihəsinin icrası 
çərçivəsində apardığımız tədqiqat nəticəsində də eynilə 
təkrarlanmışdır, İT mütəxəssis kimi çalışanların 26,2% -nin 
qeyri-İT ixtisas sahibi olduqları müəyyənləşmişdir. 
Kadrların bilik və bacarıqlarının sahə yönümlüyünün 
təmin olunması. E-dövlət təşəbbüsü ilə çıxış edən ölkələrin 
hesabatlarında qeyd edilir ki, dövlət kifayət qədər İT 
mütəxəssisə malik olsa belə, onların aldıqları təhsil əksər vaxt 
“sahə yönümlü olmur, davamlı veb-tətbiqlərin, proqramların 
hazırlanması üçün kifayət etmir” [7, 8, 11]. 
İT-mütəxəssislərin bilik və bacarıqlarının işəgötürənlərin 
tələblərinə cavab vermədiyi, kadr qıtlğı problemi qarşısında 
qalan rəhbərlərin onları işə qəbul etmək məcburiyyətində 
qalaraq lazımı biliklərin mənimsənilməsi üçün belə kadrların 
müvafiq biliklər əldə etməsi üçün kurslara göndərilməsi 
respublikamızda da müşahidə olunan cəhətlərdəndir [13, 14]. 
Bu isə vaxt itkisidir, dövlət üçün əlavə məsrəfdir və s. 
Odur ki, təhsil proqramlarında işəgötürənlərin tələbləri 
nəzərə alınmalı, bilik və bacarıqların sahə yönümlüyü təmin 
olunmalıdır. 
“Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, 4 dekabr, 2014 
_____________________________________________________________________________________________________
233


Hesabatlarda E-dövlətin formalaşmasında kadr hazırlığına 
başlıca faktor kimi önəm verilərək qeyd olunur ki, mövcud 
İKT vasitələrində işin yerinə yetirilməsi üçün müvafiq hazırlıq 
və 
instrumentariya 
olmalıdır. 
Yeni 
texnologiyaların 
mənimsənilməsi və e-dövlət xidmətlərinin artırılması tələbi 
təhsillə bağlılığın çərçivəsini genişləndirir. Təhsil yeni 
texnologiya ilə ayaqlaşmalıdır. 
“Azərbaycan 
2020: 
gələcəyə 
baxiş” 
inkişaf 
konsepsiyasında e-dövlətdə kadr hazırlığının sadalanan 
problemlərinin uğurlu həllini tam əhatə edən müddəalar əksini 
tapmışdır. 
Konsepsiyada 
“Elektron 
hökumət”in 
formalaşdırılması məqsədi ilə ardıcıl və mərhələli qaydada 
müvafiq tədbirlərin görüləcəyi qeyd olunur. “...İKT üzrə kadr 
hazırlığı işi də təkmilləşdiriləcəkdir. Yüksəkixtisaslı 
mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi 
məqsədi ilə ölkənin ali təhsil ocaqlarında təhsilin elmi 
tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli 
mühit yaradılacaq, dünyanın qabaqcıl təhsil ocaqları ilə 
əlaqələr genişləndiriləcək, ölkədən kənara “beyin axını”nın 
qarşısının alınması üçün təsirli tədbirlər görüləcəkdir [15]. 
V. 
E-
DÖVLƏTDƏ INSAN RESURSLARININ 
FORMALAŞMASINDA INSANLARIN MAARIFLƏNDIRILMƏSI 
MƏSƏLƏLƏRI
Tədqiqatlar göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə 
İKT məhsullarının tətbiqi istiqamətində 20-25% imtinalara 
rast gəlinir ki, bu da işlənilnmiş onlayn xidmət sistemlərinin 
istifadəsində istifadəçilərin lazımi biliklərə, bacarıqlara malik 
olmaması ilə əlaqədardır [7, 11]. 
Bu məqamlar e-dövlətdə insan faktoruna diqqəti artırır, 
əhalinin hər bir üzvünün yaradılmış onlayn xidmətdən 
səmərəli istifadəsi üçün lazımi bilik və bacarıqlara 
yiyələnməsini – elektron vətəndaşın formalaşması, eyni 
zamanda vətəndaşların müraciətlərini cavablandıran dövlət 
qulluqçularının lazımı İKT biliklərə yiyələnməsini – elektron 
məmurun formalaşmasını zəruru edir. 
E-dövlətdə insan resurslarının formalaşmasında əhalinin 
məlumatlandırılması, 
maarifləndirilməsi məsələləri “Azərbay-
can Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 
2014-2020-ci illər üçün milli strategiya”da aşağıdakı 
müddəalarda öz əksini tapmışdır [16]: 
 Əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış 
məntəqələri, iqtisadiyyatın müxtəlif sahələri arasında İKT-dən 
istifadədə mövcud fərqlilik aradan qaldırılmalıdır; 
 əhalinin, 
dövlət 
qulluqçularının 
və 
dövlət 
müəssisələrində çalışan işçilərin İKT üzrə ümumi bilik 
səviyyəsi artırılmalıdır; 
 maarifləndirmə – informasiya cəmiyyəti quruculuğuna 
geniş kütlələrin cəlb olunması, cəmiyyətin hər bir üzvünün bu 
prosesdə fəal iştirakının təmin edilməsi üçün bu 
texnologiyalara dair bilik və məlumatlar əhatəli şəkildə 
əhaliyə çatdırılmalıdır. 
Bu istiqamətdə işlərin təşkili, əhalinin, dövlət 
qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin 
məlumatlandırılması, 
maarifləndirilməsi 
istiqamətində 
aşağıdakı işlər aparılmasını zəruri edir: 
 vətəndaşların fiziki imkanlarından asılı olmayaraq 
onların e-dövlət xidmətlərindən rahat istifadəsi üçün müvafiq 
veb-saytlarda maarifləndirici təlimatlar hazırlanmasına diqqət 
verilməlidir; 
 hazırlanmış onlayn xidmət saytlarında istifadəçilərin 
rastlaşacağı bütün “necə?”, “nə cür?” suallarına uyğun 
metodik göstərişlər yerləşdirilməlidir; 
 metodik göstərişlərin hazırlanmasında audio-video 
imkanlardan istifadə olunmalıdır;
 əhalinin İnternetdən istifadə bacarığına yiyələnməsi işi 
müntəzəm davam etdirilməlidir; 
 əhalinin e-poçt xidmətlərindən istifadəsi işi təşkil 
olunmalıdır və s.
Bu məsələlərin uğurlu həlli ilk olaraq İnternet 
istifadəçilərlə bağlı problemin həllini gündəmə gətirir. 
Ölkəmizdə bununla bağlı vəziyyət haqqında [17]-də deyilir: 
Azərbaycanda İnternet istifadəçilərinin sayı günbəgün artır, 
hal-hazırda ölkə əhalisinin təxminən 70 faizi İnternet 
istifadəçisidir. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı 
İnternet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə 
"Evlərə optika" layihəsi həyata keçirilir.” 
VI. 
N
ƏTICƏ
Respublikamızda e-dövlət quruculuğu, o cümlədən 
onun insan resurslarının formalaşması istiqamətində aparılan 
siyasətin məntiqi nəticəsidir ki, bu gün ölkəmiz “Elektron 
Hökumət”in inkişaf səviyyəsinə görə keçən ilə nisbətən 28 
pillə irəliləyəmiş, layiqli nəticə əldə etmişdir. Əldə olunan 
uğurların davamlılığının təminatı üçün elektron quruculuğu 
istiqamətundə hər bir məsələyə diqqətlə yanaşılmalıdır. Bu isə 
elektron 
dövləti formalaşdıran hər bir komponentin 
incəliklərinin öyrənilməsini tələb edir. Baxılan məqalədə 
beynəlxalq təcrübəyə istinadən elektron dövlətin insan 
resursları komponenti analiz olunmuş, insan resurslarının 
formalaşması 
məsələlərinin 
sistemləşdirilməsinə 
cəhd 
olunmuş, bu məsələlər 3 qrupa ayrılmaqla: e-dövlətdə təhsil 
məsələləri; e-dövlətdə kadr məsələləri; e-dövlətdə əhalinin 
maarifləndirilməsi məsələləri kimi təsnifləndirilmişdir. 
Məqalədə təsnifləndirməyə uyğun məsələlər üzrə həm 
beynəlxalq və həm də respublikadakı vəziyyətin şərhinə cəhd 
olunmuş, bu istiqamətlər üzrə perspektivlər göstərilmişdir. 
Ə
DƏBIYYAT
[1] Bülleten 
No: 
22/ 
oktyabr 
2014 
http://www.mincom.gov.az/assets/Uploads/bulleten%2022_portala.pdf ; 
[2] http://www.mincom.gov.az/fealiyyet/it/e-gov/ 
[3] 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sistemininin 
informasiyalaşdırılması üzrə Dövlət Proqramı 
http://www.edu.gov.az/view.php?lang=az&menu=83&id=599 
[4] Gerald A.C. Personnel and Human Resource Management, 2002, 
Thomson Copyright, 511 p. 
[5] Yusifov F.F. İnformasiya cəmiyyətinin monitorinqi: mövcud problemlər 
və onların həlli yolları, İnformasiya cəmiyyəti problemləri, 2010, №2, 
30–37. 
“Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, 4 dekabr, 2014 
_____________________________________________________________________________________________________
234


[6] http://cyber.law.harvard.edu/readinessguide/GuideRussian.pdf : 
[7] United Nations E-Government SURVEY 2014 E-Government for the 
future we want
[8] http://unpan3.un.org/egovkb/Portals/egovkb/Documents/un/2014-
Survey/E-Gov_Complete_Survey-2014.pdf 
[9] The Global Information Technology Report 2009-2010, 
[10] http://www.weforum.org/en/initiatives/gcp/Global%20Information%20T
echnology%20Report/index.htm
[11] Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 
nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 
ümumtəhsil 
məktəblərinin 
informasiya 
və 
kommunikasiya 
texnologiyaları 
ilə 
təminatı 
Proqramı 
(2005-2007-ci 
illər)"
http://www.edu.gov.az/view.php?lang=az&menu=83&id=601 
[12] Azərbaycan 
Respublikası Prezidentinin 2008-ci il 10 iyun
tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan 
respublikasında təhsil sisteminin informasiyalaşdirilmasi üzrə dövlət 
proqrami”
http://www.edu.gov.az/view.php?lang=az&menu=83&id=599 
[13] Nkohkwo Q.N., Sirajul I.M. Challenges to the Successful 
Implementation of e-Government Initiatives in Sub-Saharan Africa: A 
Literature Review, Electronic Journal of e-Government, Volume 11, 
Issue 2, 2013, pp.253-253, www.ejeg.com. 
[14] Məmmədova M.H., Cəbrayılova Z.Q. Təhsil sistemində informasiya 
texnologiyaları ixtisasları üzrə mütəxəssislərin hazırlığı, İnformasiya 
cəmiyyəti problemləri, 2010, №1, s.23–31. 
[15] Məmmədova M.H., Cəbrayılova Z.Q., Manaflı M.İ. İnformasiya 
texnologiyaları mütəxəssislərinə tələbatın monitorinqi. “İnformasiya 
Texnologiyaları” nəşriyyatı, Bakı, 2009, 199 s.
[16] Məmmədova M.H., Cəbrayılova Z.Q. Azərbaycanda informasiya 
texnologiyaları mütəxəssislərinin peşəkarlığının artırılması problemləri,
İnformasita cəmiyyəti problemləri, 2010, №2, s.73–79. 
[17] Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf 
konsepsiyası http://www.president.az/files/future_az.pdf 
[18] Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya 
cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün milli strategiya”
http://president.az/articles/11312 
[19] Abbasov Ə.M. Azərbaycanda İKT sektoru nə qədər inkişaf edib? 
http://www.anl.az/down/meqale/bizim_yol/2011/noyabr/212636.htm 
“Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, 4 dekabr, 2014 
_____________________________________________________________________________________________________
235

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin