K İR =1/3 (15 və daha yuxarı yaşda olan əhalinin ümumi sayında savadlıların, məqsədli olaraq yazmağı, oxumağı bacaranların payı (%)) + 2/9 (ibtidai, orta və yaşından asılı olmayaraq ali təhsil alanların ümumi sayında istifadəçi qeydiyyatı olanların payı (%)) + 2/9 (gözlənilən təhsil müddəti – uşağın məktəbdə təhsil alacağı illərin ümumi sayı, hansı ki, onun nəzərdə tutulan məktəb təhsil illəri məktəbə qəbulunun cari yaş əmsalına uyğun olmalıdır) + 2/9 (təhsil illərinin orta qiyməti – burada yaşlı nəslin (25 və daha yuxarı yaşda olanların) tam təhsil illərinin orta qiyməti nəzərdə tutulur). Göründüyü
kimi
e-dövlətdə
insan
resurslarının
formalaşması e-dövlət quruculuğunda:
təhsillə bağlılığın çərçivəsini genişləndirir;
onlayn
xidmət
sistemləri
və
telekommunikasiya
infrastrukturunu
reallaşdıran
İKT
mütəxəssislərin
hazırlanması problemlərinin həllini özündə ehtiva edir;
onlayn xidmətlərdən yararlanan insanların və bu xidməti
göstərən qurumlardakı dövlət qulluqçularının biliklənmə-
sini, maariflənməsini gündəmə gətirir.
III. E-
DÖVLƏTDƏ INSAN RESURSLARININ
FORMALAŞMASININ TƏHSIL MƏSƏLƏLƏRI
İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan
vətəndaşlarının müasir biliklərə, bacarıqlara malik olan yeni
nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli
məsələdir, bu məsələnin uğurlu həlli e-dövlətin insan
resurslarını formalaşmasına zəmin yaradır [3]. Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-
2007-ci illər) e-dövlətin insan resurslarının formalaşmasında
xüsusi əhəmiyyətə malik olmuşdur [9]. Bu proqramın həyata
keçməsi
nəticəsində
e-dövlətin
insan
resurslarının
formalaşmasının aşağıdakı məsələləri həll olunmuşdur:
Ümumtəhsil məktəblərində müəllimlər İKT-yə dair xüsusi
hazırlıq kursları keçmişdir;
Dövlət ali məktəblərinin professor-müəllim heyəti, orta
ixtisas təhsil müəssisələrinin müəllimləri İKT-yə dair
xüsusi hazırlıq kursları keçmişdir;
ölkədə İKT-nin təhsil sisteminə inteqrasiyası və təhsil
prosesinin məzmunca modernləşməsi sahəsində bütün
təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq
edilmiş, distant təhsil üzrə ilk eksperimentlər aparılmışdır;
ümumtəhsil məktəbləri üçün İKT sahəsində ixtisaslı
pedaqoji, həmçinin köməkçi heyət (laborant) kadrlarının
hazırlanması üzrə işlər aparılmışdır.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı"nda
yer almış aşağıdakı müddəalar bilavasitə e-dövlətin insan
resurslarının formalaşmasına və bu gün uğurlu nəticə əldə
olunmasına imkan yaratmışdır [10]:
təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin
İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks
tədbirlərin həyata keçirilməsi;
bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar
rayonlarda təhsil müəssisələrinin İKT üzrə kadr
təminatının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin
həyata keçirilməsi.
E-dövlətin insan resurslarının formalaşmasına zəmin
yaradan bu məsələlər davamlı xarakter daşıyır.
IV.
E-
DÖVLƏTDƏ INSAN RESURSLARININ
FORMALAŞMASININ KADR MƏSƏLƏLƏRI