Soft komputinq metodlari sasinda proqram tminatini
Xülasə —
Məqalədə proqram təminatının qiymətləndirlməsi üçün soft kompütinq metodlarının tətbiqi haqqında məlumat verilmiş və bu metodlarının klassifikasiyası göstərilmişdir. Proqram təminatında olan səhvlərin müəyyən edilməsi və qərarın qəbul edilməsi üçün qeyri-səlis məntiq əsasında konseptual model verilmişdir. Açar sözlər— soft kompütinq, qeyri-səlis məntiq, xaos nəzəriyyəsi, neyrokompüting, genetik alqoritm I.
GİRİŞ
Hal-hazırda xüsusi təyinatlı sistemlərin informasiya və
telekommunikasiya resursları daha çox qərəzli hücumlara məruz
qalır. Bu da ölkənin müdafiə qabiliyyəti və vətəndaşların
təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Ona görə də proqram
sistemlərinin təhlükəsizliyinin təmin edilməsi bu günün ən
aktual və mürəkkəb problemlərindən biridir.
Mürəkkəb informasiya sistemlərinin yaradılma və tətbiq
edilmə təcrübəsi göstərdi ki, onların istismarı zamanı baş verən
problemlər əksər hallarda proqram təminatında (PT) olan
səhvlərlə əlaqədardır. PT-nin kodlaşma və sınaq mərhələsində
proqram kodunda olan bütün səhvlər, zəif nöqtələr aşkar edilib
düzəldilməlidir. Əks halda xakerlər proqramın icra kodunda olan
səhvləri taparaq öz hücumlarını reallaşdırmaq üçün istifadə edə
bilərlər. Müdafiə mexanizmlərinin pozulması zamanı yarana
biləcək risklərin dəyəri çox yüksək ola bilər. Məhz bu səbəbdən
də PT-nin etibarlılığı onun keyfiyyət xarakteristikalarından ən
vacib olanı kimi qiymətləndirilir. PT-nin etibarlılığı proqram
məhsulunun verilən şəraitdə və verilən vaxt müddətində
müəyyən funksiyaları kifayət qədər böyük dəqiqliklə yerinə
yetirə bilmək qabiliyyətidir [1].
II.
PT-nin ETIBARLILIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ
Mürəkkəb proqram sistemlərində baş verən proseslərin
dinamikası, mürəkkəbliyi və qərəzli təhdidlərin yeni tiplərinin
meydana gəlməsi PT-nin etibarlılığının təmin edilməsi
məsələlərini daha da mürəkkəbləşdirir. PT-nin etibarlılığını
birbaşa qiymətləndirmək mümkün deyil və kritik proqramlarda
etibarlılığa qoyulan tələblər çox yüksək olduğundan bu sahədə
görülən işlərin həcmi bir neçə dəfə artır.
PT-nin etibarlılığını təmin etmək üçün səhvlər haqqında
xəbərdarlıq edən və onların qarşısını alan, eyni zamanda bu
səhvlərin yaranması zamanı proqramın fəaliyyətini davam
etdirməyə imkan verən effektiv metod və vasitələrin işlənilməsi
və tətbiq edilməsi vacibdir.
PT-nin etibarlılığının qiymətləndirilməsi üçün müxtəlif
riyazi modellər mövcuddur [2]. PT-nin etibarlılıq modelləri
işlənilmə və sınaq mərhələlərində proqram təminatında olan
səhvlərin sayını dəqiq proqnozlaşdırmağa, proqram məhsulunun
buraxılış tarixini müəyyən etməyə, resursları düzgün bölməyə və
proqram təminatının müşayiət edilməsinə lazım olan xərcləri
düzgün qiymətləndirməyə imkan verir.
PT-nin
etibarlılığının
qiymətləndirilməsinin
klassik
etibarlılıq modellərində proqram kodunun struktur xüsusiyyətləri
(proqram modullarının sayı, operatorların sayı, altsistemlərin və
modullararası interfeyslərin sayı, mürəkkəbliyi və s.), və sınaqlar
zamanın müəyyən edilən bəzi parametrlər (imtinaların zamandan
asılılığı, imtinaların sayı, səhvlərin sayı, səhvlərin tapılma
müddəti və s.) əsasında hesablamalar aparılır. Bununla yanaşı
proqram sistemlərinin mürəkkəbliyi, işlədiyi mühit və giriş
verilənləri kimi parametrlərə əsaslanan modellər də mövcuddur.
PT-nin etibarlılıq modellərinin tətbiq edilməsi proqram
məhsulu haqqında müəyyən fikir formalaşdırmağa imkan verir.
Bu modellərdən PT-də sınaqdan sonra qalan səhvlərin sayının
qiymətləndirilməsi və proqnozlaşdırılması üçün müvəffəqiyyətlə
istifadə edilir. Məsələn, sınaq mərhələsində tapılmış və
düzəldilmiş səhvlərin sayının çox olması belə bir fikir yaradır ki,
məhsulun sınağı sona çatmaq üzrədir, çünki qalan səhvlərin sayı
minimum olmuşdur. Əslində bu həqiqətə uyğun olmaya bilər və
DOI: 10.25045/NCInfoSec.2017.16