Xülasə Məqalədə proqram təminatının qiymətləndirlməsi üçün


“İnformasiya təhlükəsizliyinin aktual problemləri”



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix10.09.2023
ölçüsü0,56 Mb.
#142433
növüXülasə
1   2   3   4   5   6
Soft komputinq metodlari sasinda proqram tminatini

“İnformasiya təhlükəsizliyinin aktual problemləri” 
III respublika elmi-praktiki seminarı, 08 dekabr 2017-ci il 
74 
belə hallarda PT-nin etibarlılıq modellərinin tətbiq edilməsi 
məsələyə aydınlıq gətirə bilər. 
Lakin 
bu 
modellərin 
heç 
biri 
PT-nin 
bütün 
xarakteristikalarını əhatə edə bilmir və bütün hallar üçün 
universal olan vahid model yoxdur. 
PT-nin strukturu mürəkkəb olduqda onu tam olaraq test 
etmək mümkün olmur. Ona görə də son illərdə etibarlılıq 
modellərinin işlənilməsi zamanı intellektual analizə üstünlük 
verilir. Bu PT-nin etibarlılıq modellərində dəyişikliklərə 
uyğunlaşma, özünü bərpa etmə, yaxşı keyfiyyətlərin irsi 
ötürülməsi və öyrənmək kimi xüsusiyyətlərin həyata 
keçirilməsinə imkan verir [3, 4]. 
III.
PT-nin ETIBARLILIQ MODELLƏRİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİNDƏ SOFT KOMPYÜTİNQ 
METODLARININ TƏTBİQİ 
Müasir informasiya texnologiyalarının innovativ istiqamət- 
lərindən biri də PT-nin etibarlılığının təmin edilməsi sahəsində 
yeni yanaşmaların işlənilməsi və tətbiq edilməsidir. Verilənlərin 
intellektual analizi və mühəndislik bilikləri metodlarından 
istifadə edilməsi, süni intellekt sahəsində araşdırmalarda əldə 
edilən nailiyyətlər sayəsində PT-nin etibarlılıq probleminin 
həllində yeni istiqamətlər yaranmışıdr. Son illərdə PT-nin 
etibarlılığının 
modelləşdirilməsi 
və 
proqnozlaşdırılması 
sahəsində real məsələlərdə meydana gələn çətinliklərin aradan 
qaldırılması üçün maşın təlimi (
Machine Learning
) və Soft 
kompütinq (
Soft computing
) metodları tətbiqi edilməyə 
başlanmışdır [5, 6]. 
Soft kompütinq metodu hesablama riyaziyyatının yeni 
metodudur. Bu termin 1994-cü ildə Lütfi Zadə tərəfindən daxil 
edilmişdir və problemli sahələrdə ənənəvi metodlardan daha 
səmərəli nəticələr verir [7, 8]. 
[9, 10]-da ilk dəfə olaraq proqram təminatının etibarlılığının 
qiymətləndirilməsi üçün neyron şəbəkə arxitekturundan istifadə 
edilmişdir. Bu model əsasında nasazlıqların ümumi sayının 
proqnozunu vermişdir. 
[11]-də Soft kompütinq metodlarının klassifikasiyası 
göstərilmişdir (şəkil1). Müəllif 1990-cı ildən 2014-cü ilə qədər 
olan müddətdə bu texnologiyaların tətbiqi ilə PT-nin 
etibarlılığının modelləşdirilməsinə və proqnozlaşdırılmasına həsr 
edilmiş 30-dan çox iş təhlil edilmiş, həmçinin PT-nin etibarlılıq 
modellərində tətbiq edilən müxtəlif soft kompütinq metodlarının 
qısa xülasəsi verilmişdir. 
Son illərdə etibarlılıq modellərində ən çox istifadə edilən 
texnologiya neyron şəbəkələr (
neural network
) və qeyri səlis 
məntiq (
fuzzy logic
) olmuşdur. Lakin genetik alqoritmlər 
(
genetic 
algorithm
), genetik proqramlaşdırma (
genetic 
programming
), süni arı sürüsü alqoritmi (
artificial bee colony 
algorithm 
), ququ quşu (
cuckoo search
) alqoritminin tətbiqi ilə 
də modellər işlənilmişdir [12-17]. 
IV.
SOFT-KOMPYÜTİNQ METODLARININ TƏTBİQİ İLƏ 
PT-nin ETIBARLILIĞININ ARTIRILNMASI ÜÇÜN 
KONSEPTUAL MODEL 
Yuxarıda adları çəkilən intellektual vasitələrdən istifadə 
etməklə proqram kodunda olan səhvlərin klassifikasiya və 
klasterizasiyası, 
risklərin 
qiymətləndirilməsi, 
vəziyyətin 
monitorinqinin 
aparılması, 
hadisələrin 
inkişafının 
modelləşdirilməsi və proqnozlaşdırılması, qeyri-müəyyənlik 
hallarında vəziyyətə uyğun qərarların qəbul edilməsi kimi 
məslələri həll etmək olur. 
Bu işdə hər bir səhvin nəticəsi və bunun əsasında qərarın 
qəbul edilməsi üçün konseptual model verilmişdir (şəkil 2). 
Qeyri-səlis şərtlərdə və qaydalarda istifadə edilən verilənlər 
giriş 
linqvistik dəyişənləri, 
qeyri-səlis qərarlarda istifadə edilən 
dəyişənlər isə 
çıxış linqvistik dəyişənləri 
adlanır. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin