Xülasə: Məqalədə soyuq müharibə sonrası Türkiyənin Cənubi Qafqaz siyasəti təhlil edilir. Göstərilir ki


ikitərəfli  müdafiə  öhdəliklərindən  imtina  etməyə



Yüklə 400,09 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix02.01.2022
ölçüsü400,09 Kb.
#40871
növüXülasə
1   2   3   4   5   6   7   8   9
AZ örnek bildiri

ikitərəfli  müdafiə  öhdəliklərindən  imtina  etməyə  çalışmışdır. Türkiyənin  Qafqaz  siyasətini  dəyişdirən 

xarici  parametrlər  arasında,  regionun  ən  vacib  dövləti  olan  Rusiyanın  təqib  etdiyi  siyasət  və  həyata 

keçirdiyi təşəbbüslər mühüm yer tuturdu və Türkiyə XİN Rusiyanın Cənubi Qafqazda hökmranlığına və 

regionda nüfuzunun artmasının bərpasına imkan verməməyə çalışırdı.   

1998-ci ildən sonra Ankara öz diqqətini Qafqazda və Mərkəzi Asiyada cəmləşdirdi. Bunun bir çox 

səbəbləri  vardı.  Əvvəla,  Suriya  lideri  Hafiz  əl-Əsədin  Türkiyənin  hərbi  təhdidi  qarşısında  siyasi 

kapitulyasiyasından sonra bu ölkənin  Yaxın Şərqdə  hərbi amilin  qabağını alan bir ölkə  kimi  obrazı daha 

nəzərəçarpan oldu. İkincisi, İraqın şimalında PKK-ya qarşı uğurlu əməliyyatlar, həmçinin Keniyada onun 

liderinin saxlanması ölkədə daxili vəziyyətin normallaşmasına kömək etdi. Üçüncüsü, 1997-ci ildə Çillər-

Ərbakan hökumətinin süqutundan sonra ölkə islam ekstremizminin və terrorizmin təhdidinə qarşı uğurla 

davam  gətirə bildi. Daha kəskin xarakter daşıyan  daxili və xarici problemləri tədricən həll  edən Türkiyə 

region  dövlətləri  yanında  “nüfuz”  sahibi  olmaq  üçün  lazımi  hərbi  potensiala  və  siyasi  iradəyə  malik 

olmağa çalışırdı. 

Xarici  siyasətində  prioritet  vəzifələrə  aid  edilən  türk  respublikaları  ilə  münasibətlərin 

möhkəmləndirilməsi və onların hökumətlərinin dəstəklənməsi (Hürriyet, 09.08.2001) üçün Türkiyə 2001-

ci  ildə regiona yeni diplomatik “hücuma” keçməyi qərara aldı. Bu  məqsədlə:diplomatik  nümayəndələrin 

sayını  və  keyfiyyətini  artırmaq;  regional  dövlətlər,  xüsusilə  Azərbaycan  və  Özbəkistanla  hərbi  əlaqələri 

gücləndirmək və onlara daha çox yardım etmək; Qarabağ münaqişəsinə, Xəzər dənizinin statusuna, eləcə 

də islam terrorçuluğuna “xüsusi diqqət” yetirmək; müvafiq hökumət idarə və təşkilatlarının fəaliyyətində 

dəqiq koordinasiyanı nizamlamaq nəzərdə tutulurdu. (Radikal, 01.02.2000:10) 

Azərbaycanın  Rusiya  dairəsindən  çıxarılması  üçün  xeyli  səylər  göstərildi.  Kiril  qrafikalı  əlifbanın 

rəsmi  əlifba  kimi  ləğv  olunması  Azərbaycanın  Rusiya  mədəni  sferasından  çıxması  yolunda  çox 

əhəmiyyətli addım oldu. (Milliyet, 31.06.2001)  1999-cu ilin yanvarında Azərbaycan prezidentinin xarici 

məsələlər  üzrə  müşaviri  V.  Quluzadə  NATO-nun  hərbi  bazalarının  Abşeron  yarımadasında  yerləşdiril-

məsi  ideyasını  və  boru  kəmərlərinin  mühafizə  olunması  məqsədilə  Türkiyə  ilə  formal  hərbi  ittifaq 

yaradılması təklifini verdi. Azərbaycan Milli Konqres Partiyasının sədri İ. Şirinov da bunun lehinə çıxış 

etdi.  Bundan  başqa,  o, Türkiyə  ilə  hərbi  əməkdaşlıq  haqqında  müqavilə  imzaladı  və  NATO  və Türkiyə 

hərbi  bazalarının  Azərbaycan  ərazisində  yerləşdirilməsi  fikrini  dəstəklədi.  (Kuzio,  Taras,  “Geo-

political,104) Müəllimləri, əsasən, türk zabitləri olan  Azərbaycan Hərbi Akademiyası 25 avqust 2001-ci 

ildə ilk məzunlarını buraxdı. (Cumhuriyet, 26.08.2001).  

Türkiyə  Prezidenti  S.  Dəmirəl  14  yanvar  2000-ci  ildə  Gürcüstana  rəsmi  səfəri  zamanı  “Qafqaz 

sabitlik  paktı”  ideyasını  irəli  sürdü.  Paktın  ATƏT-in  bütün  üzv-dövlətləri  üçün  açıq  olması  və  onun 

norma və dəyərlərinə uyğun olaraq fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. S.Dəmrəl Qafqazdakı prob-

lemlər  bütün  Avroatlantik  regionunun  sabitliyinə  və  təhlükəsizliyinə  mənfi  təsir  göstərə  biləcəyini  və 

paktın  həyata  keçiriləcəyi  halda  Mərkəzi  Asiyada  Xəzər  vasitəsilə  Türkiyəyə  dəhliz  açılmasının 

mükünlüyünü  qeyd  edirdi.  (Emerson,  2000)  Ankaradakı  rəsmi  nümayəndələr  əmin  edirdilər  ki,  pakt 

regionda siyasi durumun sağlamlaşmasına kömək edəcək və bu da öz növbəsində Cənubi Qafqazda etnik 

münaqişələrin  dinc  yolla  həlli  prosesini  sürətləndirməklə  yanaşı,  xarici  kapitalın  Qafqaza  axınını 

sürətləndirəcək.  Ermənistan  XİN-in  nümayəndəsi  bəyan  etdi  ki,  pakt  yalnız  o  zaman  imzalana  bilər  ki, 

Türkiyə-Ermənistan  münasibətləri  normallaşsın.  (Hürriyet,  18.02.2000).  Rusiya  da    məhz  elə  bu  səbəbi 

əsas  götürmələ  paktın  gerçəkləşməsiniə  yardımçı  olmadı  (Turkish  Daily  News,  21.02.2000).  “Qafqaz 

sabitlik  paktı”  Ankaranın  Türkiyənin  regional  münaqişələrin  qarşısını  almaq  mexanizmi  kimi    irəli 

sürdüyü və sponsoprluq etdiyi daha bir diplomatik təşəbbüs olsa da, təklif uğursuzluğa məruz qaldı. 


Yüklə 400,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin