Suverenlik Məsələləri
Türkiyənin Cənubi Qafqazda apardığı siyasət “rəsmi xətt” adlanan istiqaməti yaradan bir sıra
aparıcı vəziyyətlərə əsaslanır ki, (Gareth, 2000:58) burada region dövlətlərinin ərazi bütövlüyü və
suverenliyi ayrıca qeyd olunur. Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləmiş və
Gürcüstanın parçalanmasının əleyhinə çıxmışdır. Ankara, həmçinin, Çeçenistan və Şimali Qafqazın digər
rayonlarındakı proseslərə qarışmamağa çalışmış, Türkiyə hökumətinin PKK-ya qarşı mübarizəsində
Moskvanın qisas ala biləcəyindən və bu partiyaya dəstək göstərəcəyindən ehtiyatlanmışdır (Oran,
1998:455-467). Türkiyə XİN öz fəaliyyətini münaqişələrə deyil, əməkdaşlığa istiqamətlənmiş hərəkətlər
kimi təsnif edir və Qafqazın hərtərəfli tərəfdaşlıq obyekti olmasına təkid edir: hər hansı mübahisəli
vəziyyət dinc yollarla həll edilməlidir. Bu məqsədlə də Türkiyə ATƏT, BMT və NATO kimi müxtəlif
beynəlxalq təşkilatlarla iş aparır. Bundan başqa, Türkiyə Qafqazda regional təşəbbüslərin fəal sponsopu
Bakı Avrasiya Universiteti, Siyasi Analitika şöbəsinin müdiri, e-mail:www.ibrahimova-gulzar@rambler.ru
qismində çıxış edir. Belə ki, 1992-ci ildə o, bir sıra iqtisadi və texniki sahələrdə hökumət və qeyri-
hökumət səviyyələrində əməkdaşlığı möhkəmləndirmək yolu ilə regionda sabitliyi təmin etmək üçün
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) təsis edilməsinə kömək etmişdir.
Türkiyənin digər məqsədi Cənubi Qafqazın yeni suveren dövlətlərinin iqtisadi və siyasi
müstəqilliyi üçün dayaq yaratmaq idi. Bununla bağlı olaraq müvafiq islahatları dəstəklənmişdir. Türkiyə
Cənubi Qafqazdakı proseslərə xüsusən də hərbi yolla müdaxilə etməkdən çəkinmişdir. O, həmçinin
Dostları ilə paylaş: |