2. Biznes şəraitini xarakterizə edən Biznes Şəraiti İndeksi və
izahedici faktorlar
Qeyd edildiyi kimi, Mərkəzi Bankın Statistika Departamenti tərəfindən iqtisadi
konyukturun təhlil edilməsi üçün sorğular həyata keçirilir. Aparılan sorğular bir neçə
fərqli suallardan ibarətdir ki, bu suallar vasitəsi ilə müxtəlif indekslər hesablanır.
Biznes Şəraiti İndeksi (BŞİ) də bu indekslərdən biridir. Qeyd etdiyimiz kimi, bu
sorğular vasitəsi ilə iqtisadiyyatın bir neçə sektorunda iqtisadi konyuktur izlənilir.
Burada isə təhlil xidmət sektoru üzrə hesablanmış BŞİ-si əsasında aparılmışdır.
Nəzəri baxımdan məlumdur ki, büdcə xərcləri, mənfəət vergisi dərəcəsi kimi fiskal
siyasətin alətləri biznes şəraitini bu və ya digər istiqamətdə dəyişə bilən amillərdir.
Dostları ilə paylaş: |