Xülasə XIX əsrin əvvəllərində çar I aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı


Special Issue  Dedicated to  80th Commemoration of Yaqub Mahmudov



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix14.01.2022
ölçüsü481,24 Kb.
#51256
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Special Issue  Dedicated to  80th Commemoration of Yaqub Mahmudov    

Vol.6 /Num.5 

Umudlu/ pp 257-273 

Winter 2019 

 

263 



 

Dağıstana Rusiya tərəfindən edilən hədə-qorxulardan bəhs etmişdir.

12

 Tarixçi M.S.Bilge 



belə  hesab  edir  ki,  Gürcüstanın  Rusiya  tərəfindən  ilhaqı,  Rusiyanın  Qafqazdakı 

işğallarında  keçid  nöqtəsini  təşkil  edir.  Gürcüstanı  ələ  keçirməklə  bölgədə 

müstəmləkəçi  idarənin  təməlini  qoyan  ruslar,  vəziyyətlərini  möhkəmləndirmək  üçün, 

şərqdə  Xəzər  dənizi  və  cənubda  Araz  çayına  qədər  irəliləməyi  özlərinə  əsas  hədəf 

seçmişdilər.

13

 Məlumdur  ki,  çox  keçmədən  Rusiya  Gülüstan  və  Türkmənçay 



müqavilələri ilə öz hədəflərini reallaşdırmağa nail oldular. 

Rusiyanın  Cənubi  Qafqazda  möhkəmlənməsində  Gürcüstanın  işğal  edilməsi 

amilinin  mühüm  rol  oynadığını  türk  tədqiqatçılarından  Nedim  İpek  də  qeyd  edir. 

Müəllifin  fikrincə  Gürcüstanın  ilhaqı  ilə  Rusiyanın  sərhədləri  Türkiyə  və  İran 

torpaqlarına qədər uzanmaqla bərabər, Dağıstan və Çərkəzistan (Şimali Qafqaz dağlıları 

nəzərdə tutulur – V.U.) mühasirə vəziyyətinə düşdü və İran və Osmanlı dövlətinə qarşı 

da qüvvətli bir hərəkət üçün baza təmin edilmiş oldu. Gürcüstanda təhkimçilik rejiminin 

tətbiqi,  müstəqil  gürcü  ortodoks  kilsəsinin  rus  kilsəsinə  birləşdirilməsi,  çara  sadiq  dini 

və  dünyəvi  yuxarı  əyan  təbəqəsinin  hazırlanması,  tədris  işinin  rus  dilində  aparılması 

bilavasitə  bu  işğalın  nəticəsində  baş  verdi.

14

 Azərbaycan  Xalq  Cumhuriyyətinin  banisi 



olmuş  Məhəmməd  Əmin  Rəsulzadə  “Azerbaycan  Problemi”  əsərində  qeyd  edir  ki, 

çarizm bu ərazidə hakim ola bilmək üçün Qafqazda xristianlığın qoruyucusu və Avropa 

mədəniyyətinin  təmsilçisi  olaraq  ortaya  çıxmışdır.  Əslində  isə,  xristianlığı  qorumaq, 

müsəlman  türklərin  və  İranlıların  hərəkətləri  ilə  o  dövrə  qədər  müstəqil  olan  müstəqil 

gürcü  kilsəsinin  müstəqiliyyinin  tamamilə  aradan  qaldırılması  və  rus  hakimiyyətinin 

qurulması  şəklində  həyata  keçirildi.

15

 Göründüyü  kimi,  xristianların  hamisi  kimi  çıxış 



etməsinə  baxmayaraq  Rusiya,  Gürcüstanı  ilhaq  etməklə,  burada  müstəmləkəçi  üsul-

idarənin əsasını qoymuş oldu.  

İşğala  qədər  sadəcə  Azərbaycanın  deyil,  bütün  Qafqazın  müsəlman  xalqlarının 

yabançı  olduğu  və  Avropanın  bütün  mədəni  xalqları  tərəfindən  nifrət  edilən  köləlik 

sistemi, rus məmurlar tərəfindən Azərbaycanda zorla həyata keçirilməyə başlanmışdı.

16

 



Yuxarıda  söylənilən  fikirləri  təsdiq  etməklə  yanaşı,  şərq  bölgələrində  yaşayan 

ermənilərə  rusların  artan  diqqəti  Ali  Arslanın  “Kutsal  Ermeni  Papalığı  Eçmiyadzin 



Kilisesi’nde  Stratejik  Savaşlar”  adlı  əsərində  də  qeyd  edilir.  Müəllif  yazır  ki,  1801-ci 

                                                             

12

Abdullah Sayda,  Kırım ve Kafkas Göçleri (1856-1876), Ankara: Türk Tarih Kurumu,  2010. 



13

Müfit Sadık Bilge,  Osmanlı Çağınd Kafkasya(1454-1829), İstanbul: Kitabevi Yayınları 2015, 

299. 

14

 Nedim İpek,  “Kafkaslar'daki Nüfûs Hareketleri” Türkiyat Mecmuası 20 (1991): 273-313. 



15

Mehmet .EminResulzade. Azerbaycan Problemi, Ankara: Azerbaycan Kültür Derneği 1996, 14

16

Resulzade, 



Azerbaycan Problemi, 14. 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin