Xülasə XIX əsrin əvvəllərində çar I aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix14.01.2022
ölçüsü481,24 Kb.
#51256
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   18
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Ключевые  слова:  Царская  Россия,  Северный  Азербайджан,  оккупация, 

Турецкие историки 



Получено: 30/11/2019                                                    Принято: 26/12/2019 

 

 

 

 


Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı 

Cilt:6 / Sayı:5 

Umudlu/ ss 257-273 

Kış 2019 

 

 

260 



 

Giriş 

ХVIII yüzillikdə və XIХ yüzilliyin əvvəllərində Оsmаnlı dövləti ilə Аzərbаycаn 

аrаsındа  münаsibətlər  heç  də  həmişə  eyni  səviyyədə  olmаmış,  konkret  dövrdə 

özünəməхsus  хüsusiyyətlər  dаşımışdır.  XIX  yüzilliyin  əvvəllərində  Оsmаnlı-

Аzərbаycаn  münаsibətlərinin  səciyyəvi  хüsusiyyəti  bundаn  ibаrət  idi  ki,  Оsmаnlı 

imperiyаsı Rusiyаnın Аzərbаycаnı zəbt etməsi ilə bаrışmаq istəmir, lаkin hərbi qüdrəti 

zəiflədiyi üçün bu işğаlа reаl müqаvimət göstərə bilmirdi.  

Həmin  dövrdə  Azərbaycanda  mövcud  olan  siyasi  vəziyyət,  bütün  Qafqazın,  o 

cümlədən  Şimalı  Azərbaycanın  car  Rusiyası  tərəfindən  işğalı,  bu  dövrlə  məşğul  olan 

türk  tarixcilərinin  əsərlərində  kifayət  qədər  geniş  şəkildə  əks  olunmuşdur.Türk 

dünyasının  bir  hissəsi  olan  Azərbaycanın  tədqiq  olunan  dövrdəki  çox  mürəkkəb 

tarixinin  araşdırılmasına  rəğbət  və  qardaşlıq  duyğusu  ilə  yanaşan  Türkiyə 

tarixçiləriproblemin  obyektiv  şəkildə  araşdırılaraq  türk  oxucularına  çatdırılmasında 

mühüm töhvələrini vermişlər. 

Türkiyə  tarixşünaslığında  bəhs  olunan  problemə  bu  və  ya  digər  dərəcədə 

Mehmet  Saray,  Müfit  Sadık  Bilge,  Nedim  İpek,  Cemal  Gökçe,  Naki  Keykurun 

(Şeyhzamanlı),  Abdullah  Saydam,  Anıl  Çeçen,  Mustafa  Budak  və  başqa  müəlliflərin 

əsərlərində  toxunulmuşdur.  Bu  kitablarda  İranın  siyasi  hakimiyyəti,  Qafqazın  türk 

xalqları üzərində hiss ediləcək qədər ağır və davamlı olmuş İran idarəsi, eyni zamanda 

XIX əsrin əvvəllərindən başlanmış Rusiya işğalı problemləri araşdırılmışdır.  

Mövzunun  mənbə  bazası  kifayət  qədər  zəngindir.  Başbakanlıq  Osmanlı 

Arxivlərində (BOA)  hivz olunan sənədlər də  bu mövzuya tam  işıq salır.  Arxivin  əksər 

fondlarında işğalın gedişi,Osmanlı Dövlətinin həmin hadisələrə münasibətini əks etdirən 

qiymətli  sənədlər  saxlanmaqla  bu  baxımdan  Hatti-Humayun  (HH),  Cevdeti-Hariciye 

(CH),  Cevdeti-Dahiliye  (CD)  fondları  xüsusi  olaraq  qeyd  olunmalıdır.Bu  sənədlərdə 

başlıca olaraq Osmanlı Dövlətinin bölgədə nüfuz uğrunda apardığı mübarizə ilə yanaşı 

Azərbaycan  xanlıqları  arasındakı  əlaqələr,  rus  işğalına  məruz  qalan  ərazilərlə  Osmanlı 

dövlətinin  münasibətləri, rusların təzyiqləri  ilə ermənilərin  həyata keçirdikləri qarət və 

talanlar öz əksini tapmışdır.Sənədlərdən bəlli olur ki, Rusiyanın bu bölgəni özünün təsir 

dairəsinə  salması  ilə  Azərbaycan  uğrunda  Rusiya,  İran  və  Osmanlı  dövlətləri  arasında 

nüfuz mübarizəsi başlayır. Həmin vaxtı Azərbaycan xanlıqlarının Osmanlı dövlətindən 

olan  yardım  xahişlərinin çoxalması, Osmanlı Dövlətinin siyasətinin  isə  “xanlıqların öz 





Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin