təhsilinin beynəlxalq təcrübəyə uyğun təşkili üçün bir sıra problemlərin həlli
vacibdir. Həmin problemlərdən biri məhz bu təhsilin strukturunun müasir tələbləri
ödəməməsi ilə bağlıdır. Belə ki, ixtisasartırma təhsili müəssisələri tərəfindən təklif
edilən proqramlar bu təhsilə cəlb olunan müəllimlərin ehtiyaclarına uyğun hazır-
lanmır, ümumiyyətlə, bu ehtiyacların dəqiq müəyyənləşdirilməsi sahəsində etibarlı
mexanizmlər işlənməmişdir.
İxtisasartırma təhsili sahəsində beynəlxalq təcrübə ilə tanışlıq göstərir ki,
dünyada bu sahədə fərqli mexanizmlər tətbiq olunur, ixtisasartırma təhsili
modul-kredit sisteminə əsaslanaraq üç moduldan ibarət təşkil olunur. Hər
modul üzrə kreditin həcmi müəyyənləşdirilir.
Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri, ikinci modul
tədris metodikası və təlim strategiyalarını, üçüncü modul isə sərbəst modul
adlanır və seçmə kursları, yəni müəllimin arzusuna uyğun təşkil ediləcək kursları
əhatə edir. Xüsusi vurğulamaq lazımdır ki, ixtisasartırma tədbirlərinə başlamazdan
əvvəl hər bir müəllimin bacarıqlarının ilkin diaqnostikası aparılır (giriş qiymətlən-
dirilməsi), treninq proqramları da qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılır.
Sonda isə yekun monitorinq aparılır (çıxış qiymətləndirilməsi). Modullar üzrə
zəruri kreditləri toplayan müəllimlər sertifikat alır, bu sertifikatlarda kursun adı,
müəllimin əldə etdiyi bacarıqların səviyyəsi, saatların miqdarı, toplanan kreditlərin
sayı qeyd edilir. Bu sənəd müəllimin karyerasının inkişafı və əməyinin sti-
mullaşdırılmasında mühüm rol oynayır ki, bu da ixtisasartırma təhsilinin statusunu
yüksəldir və ona marağı artırır. Burada bir əhəmiyyətli cəhət də ondan ibarətdir ki,
təhsil müəssisələri və ictimaiyyət müəllimlərə verilən sertifikatlara inanır və onu
qəbul edirlər. Çünki bu sənədi almamışdan əvvəl kursun, treninqin monitorinqi
aparılır, həm “öyrədənlərin”, həm də “öyrənənlərin” fəaliyyəti dəqiq qiymət-
ləndirilir. Eyni zamanda bu monitorinq və qiymətləndirmə mexanizmi işin daha da
təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına imkan verir.
Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin maliyyələşdirilməsi də bizim
ölkəmizdə olduğundan tam fərqlidir. Azərbaycanda ixtisasartırma təhsili üçün
vəsait əsasən bu təhsili həyata keçirən müəssisələrə verilir. Yəni həmin
müəssisənin təqdim etdiyi xidmətin səviyyəsindən asılı olmayaraq, büdcə vəsaiti
ixtisasartırma təhsili müəssisəsinə yönəldilir. Dünya təcrübəsində isə belə təhsil
müəssisələri vəsaiti özləri qazanırlar, yəni öz proqramlarını elan edirlər, bu
proqramlar akreditasiyasından keçirilib müsbət rəy aldıqdan sonra müəllimlərin se-
çimi əsasında kurslar təşkil edilir və ixtisasartırma üçün nəzərdə tutulmuş vəsait
həmin müəssisəyə yönəldilir. Əgər müəssisənin təşkil etdiyi proqramlar müəllimlər
tərəfindən seçilməzsə, onda həmin müəssisə vəsait əldə edə bilmir. Bir fərq də
ondan ibarətdir ki, ölkəmizdə ixtisasartırma təhsili yalnız dövlət təhsil
müəssisələrində həyata keçirilir, beynəlxalq təcrübədə isə dövlət müəssisələri ilə
yanaşı, bu fəaliyyətlə daha çox özəl qurumlar, QHT-lər məşğul olurlar ki, bu da
rəqabət mühitinin formalaşdırılmasına gətirib çıxarır.
Bu sahədə ən ciddi problemlərdən biri də “öyrədənlərin” hazırlıq səviyyəsinin
müasir tələbləri ödəməməsi ilə bağlıdır. Vacibdir ki, daha çox sayda və səriştəli
“trener”lər hazırlansın. Son illərdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən
əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində xeyli müsbət addımlar atılıb, bir sıra
məzmun dəyişiklikləri edilib, proqramlar yeniləşdirilib, təlimlərin keçirilməsi üçün
lazımi infrastruktur formalaşdırılıb, innovasiya və İKT-dən geniş istifadə olunur.
Qloballaşan dünyada bilik və məlumatlar sürətlə dəyişildiyindən bir dəfə
alınmış təhsil insanın ömür boyu inkişafını təmin edə bilmir. Hətta ən mükəmməl
təhsil sistemində əldə edilmiş biliklərin əksər hissəsi təhsil prosesi başa çatdıqdan
bir müddət sonra öz aktuallığını itirir. Cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi
həyatında fəal iştirak etmək üçün hər bir şəxsin peşə bilik və bacarıqlarının, şəxsi
keyfiyyətlərinin kəmiyyət və keyfiyyət baxımından daim yeniləşdirilməsi,
zənginləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması zəruri tələbata çevrilir.
Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət inkişaf etdikcə təhsilə
tələbat da artır və belə şəraitdə yaşlıların təhsili bir tərəfdən məqsədə, digər
tərəfdən fəaliyyət obyektinə çevrilir. Cəmiyyətin inkişafı təhsil sistemi qarşısında
yeni prioritetlər müəyyənləşdirir və hazırda dünyada həmin prioritetlərdən biri
məhz yaşlıların təhsilidir. Digər tərəfdən, XIX əsr aqrar cəmiyyəti, XX əsr sənaye
cəmiyyəti kimi xarakterizə olunurdusa, XXI əsr bilik, informasiya cəmiyyətinə
çevrilmişdir. Bu səbəbdən Avropa Birliyi yaşlıların təhsilini “XXI əsrin qapılarını
açan açarlardan biri” adlandırmışdır.
Dünya təcrübəsi göstərir ki, yaşlıların təhsili əlavə təhsilin tərkib hissəsi
olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə
uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata
keçirilən təhsil prosesidir.
Avropa Birliyi tərəfindən vətəndaşlar üçün peşə bilik və bacarıqları ilə yanaşı,
digər “Əsas kompetensiyaların” müəyyən edilməsi Avropada yaşlıların təhsilinə
olan ciddi yanaşmanın göstəricisidir. Müəyyən edilmiş həmin kompetensiyalardan
bəzilərini təqdim edirik:
ana dilində ünsiyyətlə bağlı kompetensiyalar;
xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar;
riyazi və texniki kompetensiyalar;
İKT ilə bağlı kompetensiyalar;
öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kompetensiyalar;
siyasi və sosial (ictimai) kompetensiyalar;
təşəbbüskarlıq və sahibkarlıq səriştəsi;
çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dərki ilə bağlı
kompetensiyalar.
Etiraf olunmalıdır ki, cəmiyyətimizdə yaşlıların təhsili barədə kifayət qədər
məlumat yoxdur. Belə ki, bəzən yaşlıların təhsili ilə ahılların təhsili anlayışları
eyniləşdirilir. Halbuki, yaşlıların təhsili ahılların təhsilini də özündə ehtiva
etməklə daha geniş əhatə dairəsinə malikdir. Yaşlıların təhsili dedikdə, şərti
olaraq 18 yaşdan yuxarı, müstəqil fəaliyyət təcrübəsi və bir çox hallarda peşəsi
olan, bəzi hallarda isə heç bir peşəsi olmayan insanların təhsilə cəlbi nəzərdə tu-
tulur. Yaşlıların təhsili ilə ənənəvi təhsil arasında fərq vardır. Əgər ənənəvi təhsil
sisteminin vəzifəsi cəmiyyət üçün lazımi kadr hazırlamaqdırsa, yaşlıların
təhsilinin vəzifəsi artıq ənənəvi təhsil sistemini keçmiş insanların cəmiyyətdə və
iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşdırılmasını təmin etməkdir.
Qeyd olunduğu kimi, yaşlıların təhsili kontingentinə daxil olan insanlar artıq
müəyyən bilik və bacarıqlara malik olduqlarından, onların ənənəvi metodlarla
təlimi səmərəli nəticə verə bilməz. Bu səbəbdən yaşlıların təhsili sistemində yeni
prinsip və metodların tətbiqi xüsusi aktuallıq kəsb edir. Eyni zamanda bu təhsil
formasının təşkili zamanı təhsilalanların tələbatları və onların əvvəllər qazandıqları
bilik və bacarıqlar maksimum dərəcədə nəzərə alınmalıdır. Təlim prosesi zamanı
dinləyicilərin ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi, onlarda yeni bilik və
bacarıqlar əldə etməyə motivasiyanın oyadılması da əhəmiyyətli məsələlərdəndir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yaşlıların təhsili ilə məşğul olan
mərkəzlər öz fəaliyyətlərində yerləşdiyi ərazinin xüsusiyyətlərini, adət və
ənənələrini, dinləyicilərin maraqlarını nəzərə almağa çalışırlar.
Təlim zamanı dinləyicilərə yalnız yeni peşə almaq imkanları deyil, həmçinin
mövcud peşələrin spesifik xüsusiyyətləri və perspektivləri haqqında müfəssəl
məlumat verilir. Belə ki, bəzən ənənəvi təhsil mühitində dinləyiciyə seçilən
peşənin gələcək perspektivi haqqında geniş məlumat verilmir və bu da dinləyicidə
gələcəyə ümidsiz baxışlar formalaşdırır. Ancaq yaşlıların təlimi zamanı təhsilalan-
lara ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti, müstəqil işin qurulması barədə
bacarıqların aşılanması da nəzərdə tutulur.
Yaşlıların təhsili kontingentinə, əsasən, aşağıdakı sosial demoqrafik qruplar
aid edilir:
- əmək funksiyalarının məzmununda baş vermiş dəyişikliklər və yeniliklərlə
əlaqədar ixtisasartırma və yenidənhazırlanmaya cəlb edilən peşəkar əmək sahəsi
işçiləri;
- məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər;
- uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar;
- peşəsi olmayanlar;
- yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan işsizlər;
- hərbi xidmətdən tərxis olunanlar;
- məcburi köçkünlər və qaçqınlar, o cümlədən miqrantlar;
- şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək
arzusunda olan şəxslər və s.
Respublikamızda iqtisadiyyatın sürətli inkişafı, yoxsulluğun azaldılması və
aparılan davamlı təhsil islahatları yaşlıların təhsilini prioritet səviyyəyə qaldırmış,
insan resurslarının inkişaf aləti olan yaşlıların təhsilini dövlət siyasətində strateji
istiqamətə çevirmişdir. Ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq bir sıra
sahələr müəyyən dövrdən sonra öz prioritetliyini digər sahələrə verməyə məcbur
olur. Belə şəraitdə həmin sahələrdə çalışan çoxsaylı işçilərin yeni peşə və ixtisaslar
üzrə təhsil almasına ehtiyac yaranır. Ölkəmizdə yaşlıların təhsilini aktuallaşdıran
məsələlərdən biri də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
sahələrinin geniş-ləndirilməsidir. Bu isə İKT-nin yeni tətbiq olunduğu müəssisə və
təşkilatların əməkdaşlarının, ümumilikdə, əhalinin bu sahədə bacarıqlarının
artırılması məqsədilə təlimlərin keçirilməsini zəruri etmişdir.
Hər bir dövlət yaşlıların təhsilini öz təhsil sisteminin xüsusiyyətlərinə uyğun
olaraq formalaşdırır. Bu zaman cəmiyyətin və əmək bazarının tələbləri nəzərə
alınaraq müvafiq proqram və tədris materialları hazırlanır.
Həmin sənədlər elə hazırlanır ki, yaşından, dini və milli mənsubiyyətindən,
dünyagörüşündən, ilk təhsilindən və sosial vəziyyətindən, həmçinin cinsindən asılı
olmayaraq bütün yaş qrupları əhatə edilsin. Eyni zamanda yaşlıların təhsilinin
təşkili zamanı bir sıra amillər də nəzərə alınmalıdır. Bunlara aşağıdakıları aid
etmək olar:
yaşlıların təhsili baza təhsilini əvəz etmək məqsədini daşımamalı, əksinə,
onun əsasında həyata keçirilməlidir;
yaşlıların təhsili, əsasən, kişilərə aid olan istehsalat sahələrində işləmək üçün
qadınlara müvafiq kvalifikasiyalar verməlidir;
yaşlıların təhsili heç bir peşə və təhsili olmayan gənclərin müvafiq peşə
almalarına şərait yaratmalıdır;
yaşlıların təhsilinə mane ola biləcək bütün amillər, o cümlədən
qanunvericilik sahəsində boşluqlar aradan qaldırılmalıdır;
iş ilə təhsil arasında vaxt bölgüsü düzgün müəyyənləşdirilməli, yaşlıların
təhsili üçün elmi cəhətdən əsaslandırılmış çevik təlim metodları və texnologiyaları
işlənməlidir;
yaşlıların təhsili zamanı fərdi fəaliyyət təcrübəsi nəzərə alınmalı və ondan
istifadə olunmalıdır;
bir təhsil pilləsi və səviyyəsindən digərinə keçid asanlaşdırılmalıdır;
təhsil sistemi onu əhatə edən sosial-mədəni və iqtisadi mühitə
uyğunlaşdırılmalıdır;
təhsilə çəkilən xərclərin sosial həyata, mədəniyyətə və iqtisadiyyata çəkilən
xərclərdən daha çox effekt verməsi nəzərə alınmalıdır;
inkişaf proqramlarında yaşlıların təhsili ilə əlaqədar tədbirlər nəzərdə
tutulmalı, yaşlıların təhsili milli-regional sosial-iqtisadi inkişaf və təhsil
proqramlarında nəzərdə tutulmuş məqsədlərə müvafiq olaraq istiqamətləndirilməli
və koordinasiya edilməlidir;
yaşlıların təhsili ilə məşğul olan dövlət və qeyri dövlət təhsil müəssisələrinə,
təşkilatlara, cəmiyyətlərə müəyyən güzəştlər tətbiq edilməlidir.
Yaşlıların təhsilinin təşkilində əhəmiyyətli məsələlərdən biri də məzmunun
müəyyənləşdirilməsidir. Belə ki, yaşlıların təhsili prosesində məzmun konkret
vəziyyətə, şəraitə uyğun olaraq müəyyənləşdirilməli, cəmiyyətin və şəxsin (fərdin)
inkişafına xidmət etməli, tutduğu vəzifəsindən və fəaliyyət dairəsindən asılı olma-
yaraq hər bir insanın ömür boyu təhsilinin (biliyinin) artırılmasına yönəlməli, əmək
fəaliyyətinə təsir etməli, yaşlı insanları aktivləşdirməli, onları daha vacib və çevik
qərarlar qəbul etməyə stimullaşdırmalıdır. Yaşlıların təhsili iqtisadi inkişafla
əlaqələndirilməli, inkişaf proseslərini sürətləndirməlidir.
Fərdin hər hansı təhsil pilləsində, həmçinin fərdi və praktik yolla təhsil
almasından asılı olmayaraq, onun bilikləri daim artırılmalı, texniki və peşəkar
kvalifikasiya səviyyəsi yüksəldilməli, yeni bacarıqlar formalaşdırılmalıdır ki, o,
müstəqil fəaliyyətini təmin edə bilsin. Bu baxımdan yaşlıların təhsili yalnız təhsil
prosesi ilə məhdudlaşdırılmamalı, ömür boyu həyata keçirilməli, əldə edilmiş yeni
bilik və vərdişlər daim inkişaf etdirilməklə şəxsiyyətin hərtərəfli inkişafına və
fəaliyyətinə imkan yaradılmalıdır. Odur ki, yaşlıların təhsilinə fasiləsiz təhsil
sisteminin mühüm tərkib hissəsi, gənclərin və bütün yaşlı insanların iştirak etdiyi
təhsil prosesi kimi baxılmalıdır.
Yaşlıların təhsili dövlət və qeyri-dövlət, formal və qeyri-formal, informal
təhsil sahələrini əhatə etməklə ciddi diqqət tələb edir. Bu istiqamətdə bütün
qurumların, qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi zəruri
məsələlərdəndir.
***
Pedaqoji ədəbiyyatda “kompetensıya”, “səriştə” və “səlahiyyət”
sözlərinin işlədilməsində müəyyən yanlışlığa yol verilməsi ilə rastlaşırıq.
“Competence” sözü “to compete” felindən əmələ gəlmiş, "yarışmaq" məna-
sını verir, daha dəqiq desək, “yarışmaq bacarığı” kimi tərcümə olunur.
Həmçinin rus dilində “kompetentnıy” sifəti Azərbaycan dilinə 1) “bilikli”,
“səriştəli”, 2) “səlahiyyətli” sözləri kimi tərcümə olunur. Tərcümə nət-
icəsində müəyyən olunan sözlərin məna yüklərinin müxtəlifliyinin nəticəsidir
ki, bəzi alimlər “kompetensiyalı” sözünün qarşılığı olaraq “səriştəli” sözünü
işlətməyi lazım bildiyi halda, bəziləri “səlahiyyətli” (“kompetensiya”
əvəzinə “səlahiyyət”) sözündən istifadə edirlər. İkinci mövqeyi seçənlər
göstərirlər
ki,
inkişaf
etmiş
Avropa
ölkələrinin
təcrübəsində
kompetensiyanın (səlahiyyətin) mühüm istiqamətlərindən biri insanın
cəmiyyətin həyatında öz vəzifələrini başa düşməsi və müvəffəqiyyətlə yüksək
keyfiyyətdə həyata keçirməsidir. Səlahiyyət – müəyyən fəaliyyətlərin,
proseslərin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün
şəxsiyyətin bir-birilə əlaqəli keyfiyyətlərinin (biliklər, baca-rıqlar, vərdişlər
və fəaliyyət üsulları) iş prosesinə tətbiqi deməkdir. Fikrimizcə, “şəxsiyyətin
bir-birilə əlaqəli keyfiyyətlərinin iş prosesinə tətbiqi” ilə daşınan əməl
“səlahiyyət” sözündə yox, “səriştə” sözündə ehtiva olunur. “Kompe-
tensiyanı” şəxsiyyətin yeniləşmiş tədris-təlim prosesində və praktik
fəaliyyətində aktivləşən, formalaşan və inkişaf edərək müəyyən edilmiş
qaydada düzgün istifadə olunan və ölçülə bilən inteqrativ
xarakteristikalarının (psixoloji, anadangəlmə şəxsi keyfiyyətlər, müəyyən
sahədə bilik, bacarıq və vərdişlər) məcmusu kimi anlayırıqsa, qəbul
ediriksə, onu “səriştə” sözü kimi işlətmək daha doğru hesab edilməlidir.
Bizim subyektiv anlamımız belədir. Kompetensiya sözü dilimizə yad olsa da
belə, bəlkə də onun tərcüməsindən irəli gələn sözlər əvəzinə özündən
istifadə olunması daha məqbul olar, ən azı dolaşıqlığa səbəb olmaz.
Mətləbdən yayınmayaq, yəqin ki, söylədiklərimiz yetərincədir. Burada şərhi
veriləcək əsas məsələ təhsilin qarşısında olan mühüm məqsədlərin həyata
keçirilməsi ilə bağlıdır. Ona görə də, müəyyən edilmiş kompetensiyalar sisteminin
tətbiqi nəticəsində bilikli, bacarıqlı, müstəqil düşüncəli, özünüdərketmə qabiliyyətli
şəxslərin yetişdirilməsi ilə əlaqəli məsələlərin şərhinə və onların reallaşdırılması
yollarına diqqət çəkməyi lazım bilirik. Müəyyənləşdirməliyik: öyrənənlərdə hansı
kompetensiyalar formalaşdırılmalıdır ki, o müasir cəmiyyətdə öz yerini tutması
üçün tələb olunan bacarıqları əldə edə bilsin? Bu problemin həlli yolunu özündə
saxlayan yanaşmanın təbiətində başlıca cəhətlər hansılardır? Arzuolunan təbiətli
təhsil sistemini idarə edən, öyrədən tərəf funksiyasını daşıyan mütəxəssis hansı
kompetensiyalara
yiyələnmiş
olmalıdır?
Təhsil
fəaliyyətinin
müxtəlif
mərhələlərində əsas kompetensiyalar qrupunun tərkibi necə olmalıdır?
Ümumitəhsilin kurikulumunun tələblərinə uyğun müxtəlif bilik sahələrinin baza
kompetensiyalarının formalaşmasına, analitik, məntiqi, təfəkkür, dil və danışıq qa-
biliyyətinə yiyələnməyə və s. (fənlər üzrə ixtisaslaşmış kompetensiyalara, ümumi
kompetensiyalara) təhsillənmə prosesinin ümumtəhsil mərhələsində necə nail
olmaq mümkündür? və sair pedaqoq alimlərin, həm də praktik təhsil işçilərinin
idrakını narahat edən suallardır.
Ümumtəhsili başa vurmuş şagird daimi dəyişən dünyada həyati bacarıqlara
yiyələnməli, əmək bazarında öz yerini tutmağa hazır olmalı, öyrənmənin
vacibliyini daim başa düşməli, zamanın tələblərinə uyğun müvafiq bilik, bacarıq və
vərdişləri
qazanmağı
bacarmalıdır.
Öyrənənlərdə
elə
bacarıqlar
formalaşdırılmalıdır ki, birinci növbədə insanın fəaliyyətində xüsusi rol oynayan
aşağıdakı kompetensiyaları əldə etmək mümkün olsun:
-
mürəkkəb yazılı mətnləri başa düşmək üçün savadlılıq;
-
ədədlər və ölçülən kəmiyyətlərlə işləmək, onları saymaq və onlar üzərində
müxtəlif əməliyyatları yerinə yetirmək üçün ədədi savadlılıq;
-
müxtəlif şəraitdə düzgün həyat mövqeyinin seçilməsi və yaşayış tərzinin
formalaşdırılması üçün müvafiq bilik, bacarıq və vərdişlərin qazanılması;
-
akademik biliklər sisteminə yiyələnmə;
-
ana dilində ünsiyyətlə bağlı kompetensiyalar;
-
xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar;
-
texniki kompetensiyalar;
-
İKT ilə bağlı kompetensiyalar;
-
öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kompetensiyalar;
-
çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dərki ilə bağlı
kompetensiyalar;
-
təşəbbüskarlıq və sahibkarlıq üzrə kompetensiyalar.
Sosial-iqtisadi dəyişikliklər peşə, ailə və ictimai həyatda fəal idrakı təmin
edən zəruri baza biliklərinin, bacarıq və vərdişlərinin yeni toplumunu tələb edir.
Fasiləsiz Təhsil Haqqında Avropa Birliyinin Lissabon sammitinin yekun sənədləri
(23-24 mart 2000-ci il) belə vərdişlərə kompyuter savadlılığı, xarici dilləri, texno-
logiya mədəniyyətini, sahibkarlığı, sosial vərdişləri aid edir.
Görkəmli təhsilşünas prof. A.O.Mehrabov xüsusi olaraq vurğulayır ki, müasir
cəmiyyətdə ahəngdar fəaliyyət üçün insanlar konseptual konpetensiyalara malik
olmalıdırlar. Belə kompetensiyalara – prosedura, motivasiya və fəaliyyətlə bağlı
məsələləri daxil etmək olar. Prosedura kompetensiyalar insana konkret şəraitdə öz
bacarıqlarını tətbiq etməyə imkan verir. Mühitlə səmərəli qarşılıqlı ünsiyyətə,
əlaqəyə, hadisələrə münasibətlərin formalaşması məsələlərində motivasiya ilə
bağlı kompetensiyalar xüsusi rol oynayır. Konkret məsələlərin həlli ilə bağlı
praktik və psixoloji hazırlığın, tənqidi təfəkkürün, istənilən situasiyada strategiya
və taktikanın seçilməsində isə fəaliyyətlə bağlı kömpetensiyaların rolu əvəzedil-
məzdir. Bunlar eyni zamanda praktik və praqmatik (müasir fəlsəfədə gerçəkliyin
obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən
cərəyan) intellektin xüsusi rolu ilə bağlıdır.
Fəaliyyət sahəsində əsas açar (xüsusi) rolunu oynayan kompetensiyaları
aşağıdakı kimi qruplaşdırmaq olar:
-
mürəkkəbliyin reproduksiyalılığı (yenidən hasil edilməsi);
-
fərasətlilik, ağıllılıq, gözüaçıqlıq;
-
normallıq, dürüstlük;
-
koorperasiyalılıq (bir çox insanın əməkdaşlığı, birgə işləməsi əsasında
qurulmuş əmək fəaliyyəti forması);
-
tarixilik.
Məlum olduğu kimi, mürəkkəbliyin reproduksiallığı və ya yenidən hasil
edilməsi praktik bacarıqlarla müəyyən edilir. Bu halda insan “nə etməli”
anlayışına dair biliklərə malikdir və bunu “necə yerinə yetirməyi” başa düşür və
özünün bilik və bacarıqlarının tətbiq etmək üçün imkanlar axtarıb tapır. Deməli,
mürəkkəbliyin yenidən hasil edilməsi, “nə”dən “necə”yə doğru istiqamətlənmiş
pedaqoji prosesin hərəkət dinamikasını müəyyənləşdirir. Fərasətliliyi, ağıllılığı,
gözüaçıqlığı intuisiya ilə problemin həllinin mümkünlüyü kimi başa düşmək
lazımdır. Bu tip kompetensiyalar ən çox anadangəlmə, fitri istedadla bağlı olur.
Normallıq, dürüstlük – həlli tələb olunan problemi dərk edərək özünün bacarığını,
qabiliyyətini adekvat qiymətləndirməklə bağlıdır. Bu tip kompetensiyalar insana öz
qüvvəsinin, bacarığının qəbul olunmuş normalara uyğunluğunu müəyyən etməyə
imkan yaradır. Başqa sözlə, insan qoyulmuş problemin başqalarına nisbətən
özünün daha yaxşı həll etmə bacarığını identifikasiya edir. Koorperasiallıqla bağlı
kompetensiyalar bəzən kommunikativ kompetensiyalar da adlandırılır. Kommuni-
kativ kompetensiyalar şəxsiyyətin anadangəlmə, fitri keyfiyyətləri və ətraf mühitin
dərk olunması ilə əlaqədar olduğundan, onun formalaşdırılması müəyyən
çətinliklərlə bağlıdır. Məktəbin, təhsil müəssisəsinin əsas məqsədi öyrənənlərə
kommunikativ bacarıq və vərdişlər aşılamaqdan başqa, eyni zamanda müxtəlif
situasiyalarda və müxtəlif mədəni ənənələrə malik cəmiyyətdə özlərini aparmaq
qabiliyyətlərini də tərbiyə etməklə bağlı olmalıdır. Tarixilik kompetensiyalarının
müvafiq bacarıqların formalaşdırılmasında normallıq kompetensiyalarına
oxşarlığı vardır. Belə kompetensiyalar insanın konkret vəziyyətinin tarixi aspektdə
aydınlaşdırılmasına, təsvir etməsinə tələb olunan vaxtı azaltmaqla, tarixi planda
prosesə uyğun epizodun tapılmasına və onun müvafiq qaydada qiymətləndirilmə-
sinə istiqamətlənmiş qabiliyyətlərlə bağlıdır.
Əsas, açar rolunu oynayan kompetensiyalara sosial kompetensiyaları da daxil
etmək lazımdır. Sosial kompetensiyalar siyasi nəzakət, sosial sahədə ədəbli fəaliyyət,
özünün hüquq və mənafeyini qorumaq kimi qabiliyyətlərin öyrənənlərdə formalaş-
masını təmin edir.
İnformasiya cəmiyyətinə – biliklərə əsaslanan cəmiyyətə doğru hərəkətimiz
boyu təhsil və öyrənmə haqqında anlayışlarımız da dəyişir. Təhsil texnologiyaları
daha çox istifadəçiyönümlü olur. Öyrənən artıq informasiyanın passiv resipiyenti
olmur. Bunlar təbii proseslərdir və metodologiya sahəsində fəaliyyət göstərən
peşəkarların məqsədyönlü işi ilə onları əhəmiyyətli dərəcədə sürətləndirmək olar.
Müəllim peşəsi bütövlükdə öz ilkin mənasını dəyişir. Müəllimlər daha çox
məsləhətçilərə, təlimatçılara və vasitəçilərə çevrilirlər ki, onların da vəzifəsi –
öyrənənə öz təhsilini özü qurmaqda və bunun üçün öz şəxsi məsuliyyətini dərk
etməkdə kömək göstərməkdir. Məntiqi olaraq qənaətə gəlinir ki, təhsil üsulları –
şəxsi motivasiya prioritetinə, tənqidi təfəkkürə və öyrənmək bacarığına doğru
dəyişməlidir.
Elmi-tədqiqat işlərindən belə ümumiləşmə etmək olar ki, pedaqoji və metodik
işləmələrin səmərəliliyi ilə səciyyələnən tədris-təlim prosesində öyrənənlərdə
tənqidi təfəkkürün formalaşması müəllimin fəaliyyətindən, onun istifadə etdiyi
metodların, yanaşmaların səmərəliliyindən çox asılıdır. Tənqidi təfəkkürün forma-
laşmasında istifadə olunan pedaqoji vasitələrə, yanaşmalara aşağıdakıları daxil
etmək mümkündür:
-
ağılın, zəkanın tənqidiliyini təmin etmək üçün ümumtəhsilin fənn
kurikulumlarına nəzəri (həm də tənqidi) təfəkkürü inkişaf etdirməyə imkan verən
materialların daxil edilməsi;
-
professional kompetensiyaların məntiqi və tənqidi düşünməyə cavabdehlik
daşıyan, bacarıq və vərdişlərin seçilməsinə imkan verən şəraitin yaradılması;
-
məntiqi və tənqidi təfəkkürün formalaşmasına dair metod və yanaşmaların
əsasını bilən, professional kompetensiyalara malik müəllimlərin hazırlanmasının
təmin edilməsi;
-
tənqidi təfəkkürün inkişafı ilə bağlı çap olunmuş əsərlərin, keçirilmiş
konfransların, seminarların, xüsusi layihələrin və innovasiyaların koordinasiya
olunması.
Aydın məsələdir ki, bu mürəkkəb vəzifənin öhdəsindən yeni idarə-etmə
mədəniyyətinə yiyələnmiş təhsil menecerləri gələ bilər. Məhz onlar təhsil
fəaliyyətinin idarə olunmasının yeni elmi metodlarına yiyələnmiş mütəxəssislərdir.
Kompetensiyaların inkişaf modellərinin qurulmasında əsas yanaşmaların
müəyyənləşdirilməsi üçün onların formalaşması və aktivləşməsinin təbiətini
düzgün başa düşmək tələb olunur. Təhlillər göstərir ki, kompetensiyalara şəxsin
fəaliyyət sahəsində effektiv istifadə etdiyi, insan şəxsiyyətinin dayanıqlı baza
keyfiyyətləri kimi baxmaq lazımdır. Bu dayanıqlı baza keyfiyyətlərin fəaliyyət
prosesində motivasiya, psixo-fizioloji xüsusiyyətlər, “Mən – konsepsiyası”, biliklər
sistemi, vərdişlər ilə bağlı tiplərini bir-birindən ayırmaq tələb olunur.
Təhsil prosesində təhsil alanda elə sosial-peşəkar xarakterli keyfiyyətlər
formalaşdırılmalıdır ki, onlar gələcəkdə peşə ilə bağlı istənilən məsələlərin həllinə
müsbət təsir göstərsin, eyni zamanda insanlarla qarşılıqlı münasibətlər qurmağa
imkan versin. Bu keyfiyyətlər insanın bütöv sosial və peşəkar kompetensiyaları
kimi qəbul olunur. Belə “ideal-laşdırılmış modelin” baza əsasını aşağıdakı müd-
dəalar təşkil edir:
- sosial və peşəkar kompetensiyalar müəyyən mərhələdə intellektual
bacarıqların və təfəkkürün inkişafı əsasında formalaşır;
- insanın peşəkar fəaliyyətində reallaşdırılması tələb olunan zəruri
məsələlərin səmərəli həlli onun şəxsi xüsusiyyətləri ilə müəyyən edilir.
Təhsil alanlarda kompetensiyanın (şəxsiyyətin yeniləşmiş tədris-təlim
prosesində və praktik fəaliyyətində aktivləşən, formalaşan və inkişaf edərək
müəyyən edilmiş qaydada düzgün istifadə olunan və ölçülə bilən inteqrativ
xarakteristikaların məcmusu) formalaşmasında aşağıdakı məzmunu özündə əks
etdirən anlayışlardan düzgün istifadə etmək lazımdır:
-
kompetensiya dəqiq hansı fikri ortaya qoyur;
-
onun təməlini, baza əsasını nə təşkil edir;
-
hansı amillər ona təsir göstərir;
-
harada özünü göstərə bilir;
-
hansı funksiyaları yerinə yetirir və onlar hansı parametrlərlə xarakterizə
olunur.
A.V.Xutorskoy öyrədənlərlə bağlı yeddi baza təhsil kompetensiyalarının
formalaşdırılmasını əsas məqsəd kimi qarşıya qoymuşdur:
-
dəyər və məna ilə bağlı kompetensiyalar;
-
ümummədəniyyətlə bağlı kompetensiyalar;
-
təhsil və dərketmə ilə bağlı kompetensiyalar;
-
informasiya ilə bağlı kompetensiyalar;
-
kommunikativliklə bağlı kompetensiyalar;
-
sosial və əməklə bağlı kompetensiyalar;
-
şəxsin özünütəkmilləşdirməsi ilə bağlı kompetensiyalar .
“Müəllim professionallıq baxımından hazırdır” anlayışı təhsildə keyfiyyətin
əldə edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Rusiyada nəşr edilmiş ensiklopedik
lüğətdə təsdiqlənir ki, “professional hazırlıq” anlayışı “ümumi və xüsusi”
kompetensiyaların cəmi olub, müəyyən ixtisas üzrə fəaliyyətin müvəffəqiyyətli həllini
tələb edir. Təcrübə göstərir ki, əgər müəllim ali məktəbdə oxuyarkən lazımi
vərdişləri əldə edirsə və müstəqilliyə təminat verən pedaqoji ustalığa yiyələnirsə, o,
məktəbdə keyfiyyət əldə etməkdə çətinlik çəkmir.
Fənlərin məzmunu ixtisas xarakteristikasından asılıdır. O, islahatlar
prosesində, xüsusən həyata keçirilən təhsil kurikulumlarının tətbiqində daha da
təkmilləşməlidir.
Bu zaman müəllimə aid olan aşağıdakı on qrup
kompetensiyalardan söz gedə bilər. Onlar ali məktəbdə tədris prosesində, sonralar
isə məktəbdə iş prosesində formalaşdırılır və həyata keçirilir. Bunlar
aşağıdakılardır:
1.
Planlaşdırma, dərsin hazırlanması, keçirilməsi və təhlili;
2.
Məktəbdə tətbiq edilən eksperimentlərdən tədris məqsədləri üçün istifadə
etmək;
3.
Şagirdləri həyati bacarıqlara yiyələndirmək, çətin məsələlərin həllinə
yönəltmək;
4.
Fənn kabinetini yaratmaq və onun işini təşkil etmək;
5.
Uşaqları layihələşdirmə fəaliyyətinə cəlb etmək;
6.
Ekskursiyaları planlaşdırmaq və həyata keçirmək;
7.
Sinifdənxaric və məktəbdənkənar işləri planlaşdırmaq və həyata keçirmək;
8.
Tədris prosesində təlimin texniki vasitələrindən, xüsusən informasiya-
kommunikasiya texnologiyalarından istifadə etmək;
9.
Qiymətləndirmənin növlərini, məqsədini və qiymətləndirmə vasitələrini
bilmək və tətbiq etmək, monitorinqdən istifadə etmək;
10.Məktəbdə tədris olunan fənlərin təliminin təşkili mexanizminə yiyələnmək.
Ümumfənlərlə bağlı kompetensiyalar texnologiyaların mənimsənilməsi və
öyrədənlər üçün çox vacib olan aşağıdakı keyfiyyətlərin formalaşması ilə bağlıdır:
-
insanlarla qarşılıqlı münasibətlərdə mədəni kommunikasiyalardan istifadə;
-
peşəkarlıq sahəsində informasiyanı qəbul etmək bacarığı və ondan
özünütəhsil prosesində istifadə;
- əldə olunmuş zəruri informasiyanı başqalarına ötürmə bacarığı.
Təhsil
sisteminin strukturunun müasirləşdirilməsi və məzmununun
modernləşdirilməsində böyük elmi və praktik əhəmiyyət daşıyan yanaşmalar
içərisində kompetensiyalı (səriştəli) yanaşma xüsusi yer tutur. Yüksək səviyyədə
səriştəlilik geniş bilik, bacarıq və vərdişlər sisteminin formalaşmasında şəxsi,
instinsional və ictimai inkişafın əsas amili kimi, tədris-təlim prosesinin səmə-
rəliliyinin yüksəldilməsinə imkan verən əsas göstərici hesab edilir. Ona görə də
insanların səriştəlilik səviyyəsinin yüksəldilməsini və onun aktuallığını əmək
bazarında daim artan tələblərin, çox böyük sürətlə dəyişən texnoloji yanaşmaların,
eyni zamanda akademik və əmək mobilliyinin yüksəlməsi ilə də şərtləndiyini qəbul
etmək lazımdır. Hazırda təhsildə kompetensiyalı yanaşma təlim-tərbiyə prosesinin
keyfiyyətinin yüksəldilməsi vasitəsi olub, dünya təhsil sferasında təhsil sisteminin
modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri kimi qiymətləndirilir.
Təhsil prosesini innovatik proses kimi təcəssüm etdirən səriştəli yanaşma inkişaf
etmiş ölkələrin əksəriyyəti tərəfindən qəbul edilmiş, təhsil standartlarının ümumi
konsepsiyasına uyğun, təhsilin məzmununun layihələndirilməsi və onun
keyfiyyətinə nəzarət sisteminə keçidlə bağlı olan məsələləri sistemli həll etməyə
imkan verir. Kompetensiyalı yanaşma modelinin müxtəlif komponentləri (məntiqi,
funksional, məna (semantik), texnoloji) arasındakı qarşılıqlı əlaqələrin xarakterik
xüsusiyyətlərinin nəzərə alınması onun səmərəliliyini müəyyən edir.
Kompetensiyalı (səriştəli) yanaşmaya yönəlmiş təhsil Amerikada keçən əsrin
yetmişinci illərindən formalaşmağa başlamışdır. 1984-cü ildə C.Ravenin (London)
"Müasir cəmiyyətdə səriştəlilik" əsərində birinci dəfə səriştəliliyin psixoloji
təbiətinə, ayrı-ayrı insanlarda müxtəlif yaş dövrlərində onun formalaşma prob-
lemlərinə münasibət bildirilmişdir. C.Ravenin modelinə əsasən səriştəliliyin
müxtəlif növləri fərqli situasiyalarda müəyyən səriştəliliyin komponenti kimi və
tərsinə çıxış
edə bilər. Səriştəliliyin bu komponentləri koqnitiv (məqsədə çatmaq
yolunda əngəllərin aradan qaldırılması), affektiv (məqsədə yönələn işdən zövq
alma) və iradi (inadkarlıq, qətiyyət, əzm) kimi hissələrə bölünür. Polşa alimləri
belə qənaətə gəlmişlər ki, müxtəlif səviyyələrdə fəaliyyət göstərən insanlarda
səriştəliliyin inkişafi yaş dövrü ilə əlaqələndirilməlidir. Şəxsiyyətin həyat boyu
optimal inkişafı, onun aktiv genişlənməsi və müxtəlif həyati bacarıqların əldə
olunması, onlarda zamandan asılı olaraq müxtəlif növ səriştəliliyin
formalaşmasına əsaslanır.
Elmi-pedaqoji mənbələrdən məlum olur ki, müxtəlif ölkələrdə təhsil sisteminin
əsas məqsədi öyrənənlərdə müxtəlif kompetensiyaların inkişaf etdirilməsinə
yönəldilmişdir. Azərbaycan təhsil sistemi də bu baxımdan istisnalıq təşkili etmir.
Sözügedən kompetensiyalara aşağıdakıları aid etmək olar:
-
strateji – gələcəyə dair bacarıqların inkişaf etdirilməsi ilə bağlı;
-
sosial-kommunikativ-əməkdaşhq bacarıqlarının, tənqidin və əks-əlaqənin
qəbul olunması ilə bağlı;
-
normativ-mədəni-peşəkar münasibətlərin motivasiyası və nəticəyə çatmağa
hazır olmaqla bağlı;
-
şəxsiyyətin özünüreallaşdırma bacarığı ilə bağlı;
-
sosial yönümlü bacarıqlarla bağlı;
-
müəyyən fəaliyyət sferası ilə bağlı;
-
yaradıcılıq yönümlü qabiliyyətlərin inkişafı ilə bağlı.
Səriştəli yanaşma modelinin əsaslandığı fundamental ideyalara öyrənənlərlə
bağlı aşağıdakı əsas prinsipləri daxil etmək mümkündür:
•
öyrənənlərin dərketmə, qavrama maraqlarına istiqamətlənmə. Səriştəli
yanaşma modelinin əsasında yaradıcılıqla bağlı proses durduğundan və
yaradıcılığı xarici tezislərlə birbaşa bağlamaq mümkün olmadığından, o yalnız
daxili tələbat, yəni səmərəli dərketmə əsasında formalaşa bilər;
•
sərbəst seçim və şəxsi təlimə məsuliyyət. Yalnız bu halda təhsil şəxsiyyətin
şəxsi məqsədlərinə adekvat ola bilər;
•
biliklərin onun verilmə metodları ilə birgə mənimsənilməsi. Müəyyən
informasiyanın qəbul olunması ilə yanaşı, yeni biliklərin alınma qaydalarını
(yollarını, metodlarını) da mənimsəmək əhəmiyyətlidir;
•
informasiyaların sərbəst axtarılması ümumi bacarıqların forma-
laşmasının əsasını təşkil edir. Müasir təhsilin əsas məsələsi, yəni biliklər
sisteminin səmərəli mənimsənilməsinin inkişafı üçün tələb olunan bilik və
bacarıqların onların özü tərəfindən sərbəst əldə olunması istiqamətində
yönəldilmişdir. Yalnız bunun əsasında qazanılmış biliklər, öyrənənin dünyanı
yaradıcılıqla dərk etməsi üçün onun əsas alətinə çevrilə bilir. Bu halda öyrənən
sadəcə olaraq mühüm informasiyadan istifadə etmir, özü yeni bilik və məlumat sis-
temini yaradır, səmərəli və reproduktiv təlim metodlarını əlaqələndirir.
Araşdırmalar göstərir ki, kompetensiyalı yanaşmada öyrənənlərin yaradıcılıq
qabiliyyətinin inkişafı üçün onlar tədqiq olunan prosesə dair xüsusi bilik, bacarıq
və vərdişlərə yiyələnməlidirlər. Bunları aşağıdakı kimi qruplaşdırmaq lazımdır:
-
problemin dərk olunması;
-
sualları qoyma bacarığı;
-
hipotezanın irəli sürülməsi ilə bağlı bacarıqlar;
-
təsnifatlaşdırma (siniflərə, şöbələrə, dərəcələrə ayırma sistemi) bacarığı;
-
təcrübələrin aparılması;
-
nəticəçıxarma və yekunlaşdırma bacarığı;
-
öyrənilən materialın strukturlaşdırılmasına dair bacarıqlar;
-
öz fikrini, ideyasını izah, isbat və müdafiə etmək bacarığı.
Təhsilşünaslar səriştəliliyin müxtəlif növlərini aşağıdakı kimi qruplaşdır-
mağın məqsədəmüvafiq olduğunu müəyyənləşdirmişlər:
-
dəyərlərin daha aydın başa düşülməsi üçün müxtəlif tendensiyalar və dəqiq
məqsədlərlə bağlı bacarıqlar;
-
öz fəaliyyətini nəzarətdə saxlamağa dair qabiliyyət və tendensiyalar;
-
fəaliyyət prosesinə emosiyaların cəlb edilməsi bacarığı;
-
sərbəst öyrənməyə hazırlıqla bağlı bacarıqlar;
-
əks əlaqənin axtarışı və istifadəsinə dair bacarıqlar;
-
özünə əminlik, inamlılıqla (arxayınlıq) bağlı bacarıqlar;
-
özünənəzarət bacarığı;
-
gələcək haqqında düşünməyə, adaptasiya və abstraklaşmaya dair bacarıq
və vərdişlər;
-
qoyulmuş məqsədə çatmaqla bağlı problemlərə diqqətli münasibət;
-
təfəkkürün sərbəstliyi, orijinallığı;
-
tənqidi (nəzəri) təfəkkürün inkişafı;
-
mürəkkəb məsələlərin həllinə hazır olma bacarığı;
-
hər hansı mübahisəli və narahatçılıq doğuran məsələlərin həllinə hazır
olma;
-
ətraf aləmin imkanlarının və ehtiyatlarının (həm material, həm də insan
ehtiyatları) aşkarlanması üçün tədqiqatlar aparma bacarığı;
-
fatalizmin (qəzavü-qədərə, təqdirə, qismətə inanma) yoxluğu;
-
məqsədə çatmaq üçün yeni ideyalardan və innovasiyalardan istifadə
bacarığı;
-
cəmiyyətin innovasiyalara xeyirxah münasibətinə əminlik;
-
inadkarlıq, sözünün üstündə durma bacarığı;
-
ehtiyatlardan istifadə bacarığı;
-
etibar, inam, etimadla bağlı keyfiyyətlər;
-
arzuolunan və istənilən əxlaq qaydalarına münasibət bildirmə bacarığı;
-
şəxsi məsuliyyət;
-
məqsədə çatmaq üçün birgə işə qatılmaq bacarığı;
-
qoyulmuş məqsədə çatmaq üçün başqa insanlarla birgə işləməyə həvəs
oyatma bacarığı;
-
başqa insanları dinləmək və onların fikirlərinə hörmətlə yanaşmaq
bacarığı;
-
əməkdaşların şəxsi potensialını subyektiv qiymətləndirməyə can atmaq
bacarığı;
-
ixtilafların həlli və fikir ayrılıqlarının, münaqişə vəziyyətinin yumşaldıl-
ması ilə bağlı bacarıqlar;
-
tabelik şəraitində səmərəli, effektiv işləmək bacarığı;
-
ətrafdakıların müxtəlif yaşayış tərzinə münasibətdə dözümlülüyün təbliği
ilə bağlı bacarıqlar;
-
plüralistik siyasətin anlanılması ilə bağlı bacarıqlar;
_^
-
təşkilati və ictimai planlaşdırma ilə məşğul olmağa hazırlıq və s.
Kompetensiyalı (və ya səriştəli) yanaşma özünün hərtərəfli məna tutumunda
və dəyərlərində təhsildə modernləşdirmə prosesinin əsas məqamlarının dərin
nəzəri və pedaqoji aspektlərini əks etdirir. Ona görə də:
•
səriştəli yanaşma istehsal sferasının inkişafı ilə bağlı ehtiyaclara dair
problemlərin həllinə köməklik göstərir;
•
səriştəli yanaşma sosial-iqtisadi reallıqların dəyişməsi ilə bağlı təhsilin
məzmununun yeniləşdirilməsinə müsbət şərait yaradır;
•
səriştəli yanaşma insanın qabiliyyət və bacarıqlarının ümumi inkişafının
mənbəyi kimi tədrisin məzmununun yeniləşdirilməsi ilə bağlı effektiv hərəkət
etməyə imkan verir;
•
səriştəlilik modernləşmənin radikal vasitəsi kimi çıxış edir;
•
səriştəlilik qabaqcadan müəyyən şəraitdə formalaşan bacarıqların,
qabiliyyətlərin yeni şəraitə uyğunlaşdırılması imkanları ilə xarakterizə olunur;
•
səriştəlilik “mütəxəssisin fəaliyyət sahəsinə uyğunlaşmasına hazır olması”
və ya gələcək yeni peşəkar fəaliyyətə hazırlığın atributu kimi müəyyən edilir .
Səriştəli yanaşmaya çoxlu sayda bir-birinə münasibəti olan anlayışlar
(korrelyat) kimi, yəni aşağıdakı ənənəvi yanaşmaların məcmusu kimi də baxmaq
olar:
-
kulturoloji yanaşma;
-
elmi-maarifləndirici yanaşma;
-
didaktik-sentrist yanaşma;
-
funksional-kommunikativ yanaşma və s.
Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, təhsildə sətiştəli
yanaşma modelinin tətbiqini genişləndirərək, ümumtəhsil məktəblərində ayrı-ayrı
fənlərin dərindən öyrədilməsi metodikalarından tədricən imtina etməklə, həyati
bacarıqların formalaşdırılması, öyrənənə istiqamətlənmiş, nəticəyönümlü tədris-
təlim prosesinin əsas prinsipi olan inteqrasiya olunmuş biliklər sisteminə
yiyələnmiş, yüksək intellektli, sağlam düşüncəli, məntiqi təfəkkürlü kamil insanın –
şəxsiyyətin yetişdirilməsini tədris prosesinin əsas məqsədinə çevirmək təhsilimiz
qarşısında duran başlıca vəzifələrdəndir.
İnsanın inkişafı ilə bağlı texnologiyalar antropotexnologiyalar adlanır. Bu
mənada istənilən pedaqoji sistemə təhsil standartları tələb edən güclü fəaliyyət,
antropotexnologiya, müxtəlif peşə sahələri ilə bağlı texnologiya və ya
texnologiyalaşdırılmış incəsənət kimi də baxmaq olar.
Müasir pedaqogika, “antropotexnologiya” kimi öyrədənin xüsusi texniki və
sosial mədəniyyətə, yəni, eyni bir fəaliyyətin mücərrəd və konkret təsvirini
fərqləndirmək mədəniyyətinə malik olmasını, yeni pedaqoji yanaşmalardan,
interaktiv
təlim
metodlarından
səmərəli
istifadə
bacarıqlarının
formalaşdırılmasını ön plana çəkir.
Suallar və tapşırıqlar
1. Xüsusi təhsil hansı zərurətdən yaranır?
2. “Xüsusi şərait” dedikdə nə başa düşülür?
3. Xüsusi təhsilin məqsədi nədir?
4. Xüsusi təhsillə bağlı dövlət hansı vəzifələri yerinə yetirir?
5. Kimlər tam dövlət təminatında olan sağlamlıq imkanları məhdud şəxslər
hesab olunur?
6. Ümumi təyinatlı təhsil müəssisələrində xüsusi təhsilin təşkili barədə nə
deyə bilərsiniz?
7. Reabilitasiya mərkəzləri barədə danışın.
8. Psixoloji-tibbi-pedaqoji komissiya hansı vəzifələri icra edir?
9. Yaşlıların təhsili barədə nə deyə bilirsiniz? Fikirlərinizi açıqlayın.
Ədəbiyyat
1. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında
Azərbaycan Respublikasının Qanunu”. (Bakı, 5 iyul 2001-ci il tarixində
imzalanmış, 19 iyul 2001-ci il tarixli 540 nömrəli fərmanla qüvvəyə minmişdir.)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il tarixli
74, 10 may 2002-ci il tarixli 77 nömrəli qərarları.
3. Əhmədov H.H. Azərbaycan təhsilinin strategiyası. Bakı: Elm, 2010.
4. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı: Mütərcim,
2010, 516 səh.
5. Məmmədzadə R.H. Təhsildə keyfiyyət aparıcı istiqamətlərdən biri kimi.
Bakı: Müəllim, 2010, 170 səh.
6. Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı:
Çaşıoğlu, 2009, səh. 182-194.
7. “Yaşlıların təhsili” mövzusunda keçirilmiş beynəlxalq və milli
konfransların bəyannamələri . Bakı: Şərqin səsi, 2005, 44 səh.
8. Dostuzadə D.Ə. Eşitmə qüsurlu uşaqlrala işin təşkili. Bakı: ADPU, 2011.
9. Həsənova İ.M. Sağlamlıq imkanları məhdud olan uşaqların cə-miyyətə
adaptasiyası. (Metodik vəsait) Bakı: ADPU, 2012.
10. Ağayeva T.N., Əliyeva S.M. Loqopediyanın nəzəri və praktik məsələləri.
Bakı, 1999.
11. Qasımov S.Ə. Sağlamlığı məhdud olan uşaqlara ana dilinin öy-rədilməsi
problemləri.Bakı: Çaşıoğlu, 2003.
12. Поташник М., Ямвир Е., Матрос Д. Управление качеством об-
разования (под ред. М.Поташника). М.: Педагогическое общество, 2000.
13. Хуторский А. Дидактическая Эвристика: Теория и технология
креативного обучения. М.: МГУ, 2003.
Dostları ilə paylaş: |