XÜsusi TƏHSİl və Əlavə TƏHSİL Əhatə olunan məsələlər



Yüklə 319.86 Kb.
PDF просмотр
səhifə3/3
tarix07.12.2016
ölçüsü319.86 Kb.
1   2   3

təhsilinin  beynəlxalq  təcrübəyə  uyğun  təşkili  üçün  bir  sıra  problemlərin  həlli 

vacibdir. Həmin problemlərdən biri məhz bu təhsilin strukturunun müasir tələbləri 

ödəməməsi ilə bağlıdır. Belə ki, ixtisasartırma təhsili müəssisələri tərəfindən təklif 

edilən  proqramlar  bu  təhsilə  cəlb  olunan  müəllimlərin  ehtiyaclarına  uyğun  hazır-

lanmır, ümumiyyətlə, bu ehtiyacların dəqiq müəyyənləşdirilməsi sahəsində etibarlı 

mexanizmlər işlənməmişdir. 

İxtisasartırma  təhsili  sahəsində  beynəlxalq  təcrübə  ilə  tanışlıq  göstərir  ki, 

dünyada  bu  sahədə  fərqli  mexanizmlər  tətbiq  olunur,  ixtisasartırma  təhsili 



modul-kredit  sisteminə  əsaslanaraq  üç  moduldan  ibarət  təşkil  olunur.  Hər 

modul üzrə kreditin həcmi müəyyənləşdirilir. 



Birinci  modul  ümumpedaqoji,  psixoloji,  sosioloji  məsələləri,  ikinci  modul 

tədris  metodikası  və  təlim  strategiyalarını,  üçüncü  modul  isə  sərbəst  modul 

adlanır və seçmə kursları, yəni müəllimin arzusuna uyğun təşkil ediləcək kursları 


əhatə edir. Xüsusi vurğulamaq lazımdır ki, ixtisasartırma tədbirlərinə başlamazdan 

əvvəl hər bir müəllimin bacarıqlarının ilkin diaqnostikası aparılır (giriş qiymətlən-

dirilməsi),  treninq  proqramları  da  qiymətləndirmənin  nəticələrinə  uyğunlaşdırılır. 

Sonda  isə  yekun  monitorinq  aparılır  (çıxış  qiymətləndirilməsi).  Modullar  üzrə 

zəruri  kreditləri  toplayan  müəllimlər  sertifikat  alır,  bu  sertifikatlarda  kursun  adı, 

müəllimin əldə etdiyi bacarıqların səviyyəsi, saatların miqdarı, toplanan kreditlərin 

sayı  qeyd  edilir.  Bu  sənəd  müəllimin  karyerasının  inkişafı  və  əməyinin  sti-

mullaşdırılmasında mühüm rol oynayır ki, bu da ixtisasartırma təhsilinin statusunu 

yüksəldir və ona marağı artırır. Burada bir əhəmiyyətli cəhət də ondan ibarətdir ki, 

təhsil  müəssisələri  və  ictimaiyyət  müəllimlərə  verilən  sertifikatlara  inanır  və  onu 

qəbul  edirlər.  Çünki  bu  sənədi  almamışdan  əvvəl  kursun,  treninqin  monitorinqi 

aparılır,  həm  “öyrədənlərin”,  həm  də  “öyrənənlərin”  fəaliyyəti  dəqiq  qiymət-

ləndirilir. Eyni zamanda bu monitorinq və qiymətləndirmə mexanizmi işin daha da 

təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına imkan verir. 

Beynəlxalq  təcrübədə  ixtisasartırma  təhsilinin  maliyyələşdirilməsi  də  bizim 

ölkəmizdə  olduğundan  tam  fərqlidir.  Azərbaycanda  ixtisasartırma  təhsili  üçün 

vəsait  əsasən  bu  təhsili  həyata  keçirən  müəssisələrə  verilir.  Yəni  həmin 

müəssisənin  təqdim  etdiyi  xidmətin  səviyyəsindən  asılı  olmayaraq,  büdcə  vəsaiti 

ixtisasartırma  təhsili  müəssisəsinə  yönəldilir.  Dünya  təcrübəsində  isə  belə  təhsil 

müəssisələri  vəsaiti  özləri  qazanırlar,  yəni  öz  proqramlarını  elan  edirlər,  bu 

proqramlar akreditasiyasından keçirilib müsbət rəy aldıqdan sonra müəllimlərin se-

çimi  əsasında  kurslar  təşkil  edilir  və  ixtisasartırma  üçün  nəzərdə  tutulmuş  vəsait 

həmin müəssisəyə yönəldilir. Əgər müəssisənin təşkil etdiyi proqramlar müəllimlər 

tərəfindən  seçilməzsə,  onda  həmin  müəssisə  vəsait  əldə  edə  bilmir.  Bir  fərq  də 

ondan  ibarətdir  ki,  ölkəmizdə  ixtisasartırma  təhsili  yalnız  dövlət  təhsil 

müəssisələrində  həyata  keçirilir,  beynəlxalq  təcrübədə  isə  dövlət  müəssisələri  ilə 

yanaşı,  bu  fəaliyyətlə  daha  çox  özəl  qurumlar,  QHT-lər  məşğul  olurlar  ki,  bu  da 

rəqabət mühitinin formalaşdırılmasına gətirib çıxarır. 

Bu sahədə ən ciddi problemlərdən biri də “öyrədənlərin” hazırlıq səviyyəsinin 

müasir  tələbləri  ödəməməsi  ilə  bağlıdır.  Vacibdir  ki,  daha  çox  sayda  və  səriştəli 

“trener”lər  hazırlansın.  Son  illərdə  Azərbaycan  Müəllimlər  İnstitutu  tərəfindən 

əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində xeyli müsbət addımlar atılıb, bir sıra 

məzmun dəyişiklikləri edilib, proqramlar yeniləşdirilib, təlimlərin keçirilməsi üçün 

lazımi infrastruktur formalaşdırılıb, innovasiya və İKT-dən geniş istifadə olunur. 

Qloballaşan  dünyada  bilik  və  məlumatlar  sürətlə  dəyişildiyindən  bir  dəfə 

alınmış təhsil insanın ömür boyu inkişafını təmin edə bilmir. Hətta ən mükəmməl 

təhsil sistemində əldə edilmiş biliklərin əksər hissəsi təhsil prosesi başa çatdıqdan 

bir müddət sonra öz aktuallığını itirir. Cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi 

həyatında fəal iştirak etmək üçün hər bir şəxsin peşə bilik və bacarıqlarının, şəxsi 

keyfiyyətlərinin  kəmiyyət  və  keyfiyyət  baxımından  daim  yeniləşdirilməsi, 

zənginləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması zəruri tələbata çevrilir. 

Müxtəlif  ölkələrin  təcrübəsi  göstərir  ki,  cəmiyyət  inkişaf  etdikcə  təhsilə 

tələbat  da  artır  və  belə  şəraitdə  yaşlıların  təhsili  bir  tərəfdən  məqsədə,  digər 

tərəfdən  fəaliyyət  obyektinə  çevrilir.  Cəmiyyətin  inkişafı  təhsil  sistemi  qarşısında 

yeni  prioritetlər  müəyyənləşdirir  və  hazırda  dünyada  həmin  prioritetlərdən  biri 

məhz yaşlıların təhsilidir. Digər tərəfdən, XIX əsr aqrar cəmiyyəti, XX əsr sənaye 

cəmiyyəti  kimi  xarakterizə  olunurdusa,  XXI  əsr  bilik,  informasiya  cəmiyyətinə 

çevrilmişdir. Bu səbəbdən Avropa Birliyi yaşlıların təhsilini “XXI əsrin qapılarını 

açan açarlardan biri” adlandırmışdır. 

Dünya  təcrübəsi  göstərir  ki,  yaşlıların  təhsili  əlavə  təhsilin  tərkib  hissəsi 



olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə 

uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata 

keçirilən təhsil prosesidir. 

Avropa Birliyi tərəfindən vətəndaşlar üçün peşə bilik və bacarıqları ilə yanaşı, 

digər  “Əsas  kompetensiyaların”  müəyyən  edilməsi  Avropada  yaşlıların  təhsilinə 

olan  ciddi  yanaşmanın  göstəricisidir.  Müəyyən  edilmiş  həmin  kompetensiyalardan 

bəzilərini təqdim edirik: 

 

ana dilində ünsiyyətlə bağlı kompetensiyalar; 



 

xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar; 

 

riyazi və texniki kompetensiyalar; 



 

İKT ilə bağlı kompetensiyalar; 

 

öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kompetensiyalar; 



 

siyasi və sosial (ictimai) kompetensiyalar; 

 

təşəbbüskarlıq və sahibkarlıq səriştəsi; 



 

çoxmədəniyyətli  cəmiyyətdə  yaşayış,  mədəni  dəyərlərin  dərki  ilə  bağlı 

kompetensiyalar. 

Etiraf  olunmalıdır  ki,  cəmiyyətimizdə  yaşlıların  təhsili  barədə  kifayət  qədər 

məlumat  yoxdur.  Belə  ki,  bəzən  yaşlıların  təhsili  ilə  ahılların  təhsili  anlayışları 

eyniləşdirilir.  Halbuki,  yaşlıların  təhsili  ahılların  təhsilini  də  özündə  ehtiva 

etməklə  daha  geniş  əhatə  dairəsinə  malikdir.  Yaşlıların  təhsili  dedikdə,  şərti 

olaraq  18  yaşdan  yuxarı,  müstəqil  fəaliyyət  təcrübəsi  və  bir  çox  hallarda  peşəsi 

olan,  bəzi  hallarda  isə  heç  bir  peşəsi  olmayan  insanların  təhsilə  cəlbi  nəzərdə  tu-

tulur. Yaşlıların təhsili ilə ənənəvi təhsil arasında fərq vardırƏgər ənənəvi təhsil 



sisteminin  vəzifəsi  cəmiyyət  üçün  lazımi  kadr  hazırlamaqdırsa,  yaşlıların 

təhsilinin vəzifəsi artıq ənənəvi təhsil sistemini keçmiş insanların cəmiyyətdə və 

iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşdırılmasını təmin etməkdir. 

Qeyd  olunduğu  kimi,  yaşlıların  təhsili  kontingentinə  daxil  olan  insanlar  artıq 

müəyyən  bilik  və  bacarıqlara  malik  olduqlarından,  onların  ənənəvi  metodlarla 

təlimi  səmərəli  nəticə  verə  bilməz.  Bu  səbəbdən  yaşlıların  təhsili  sistemində  yeni 

prinsip  və  metodların  tətbiqi  xüsusi  aktuallıq  kəsb  edir.  Eyni  zamanda  bu  təhsil 

formasının təşkili zamanı təhsilalanların tələbatları və onların əvvəllər qazandıqları 

bilik  və  bacarıqlar  maksimum  dərəcədə  nəzərə  alınmalıdır.  Təlim  prosesi  zamanı 

dinləyicilərin  ehtiyaclarının  dəqiq  müəyyənləşdirilməsi,  onlarda  yeni  bilik  və 

bacarıqlar əldə etməyə motivasiyanın oyadılması da əhəmiyyətli məsələlərdəndir. 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yaşlıların təhsili ilə məşğul olan 

mərkəzlər  öz  fəaliyyətlərində  yerləşdiyi  ərazinin  xüsusiyyətlərini,  adət  və 

ənənələrini, dinləyicilərin maraqlarını nəzərə almağa çalışırlar. 

Təlim zamanı dinləyicilərə yalnız yeni peşə almaq imkanları deyil, həmçinin 

mövcud  peşələrin  spesifik  xüsusiyyətləri  və  perspektivləri  haqqında  müfəssəl 

məlumat  verilir.  Belə  ki,  bəzən  ənənəvi  təhsil  mühitində  dinləyiciyə  seçilən 

peşənin gələcək perspektivi haqqında geniş məlumat verilmir və bu da dinləyicidə 

gələcəyə ümidsiz baxışlar formalaşdırır. Ancaq yaşlıların təlimi zamanı təhsilalan-

lara ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti, müstəqil işin qurulması barədə 

bacarıqların aşılanması da nəzərdə tutulur. 

Yaşlıların təhsili kontingentinə, əsasən, aşağıdakı sosial demoqrafik qruplar 

aid edilir: 

-  əmək  funksiyalarının  məzmununda  baş  vermiş  dəyişikliklər  və  yeniliklərlə 

əlaqədar  ixtisasartırma  və  yenidənhazırlanmaya  cəlb  edilən  peşəkar  əmək  sahəsi 

işçiləri; 

- məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər; 

- uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar; 

- peşəsi olmayanlar; 

- yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan işsizlər; 

- hərbi xidmətdən tərxis olunanlar; 

- məcburi köçkünlər və qaçqınlar, o cümlədən miqrantlar; 

-  şəxsi  keyfiyyətlərini  inkişaf  etdirmək  və  ya  bilik  dairəsini  genişləndirmək 

arzusunda olan şəxslər və s. 



Respublikamızda  iqtisadiyyatın  sürətli  inkişafı,  yoxsulluğun  azaldılması  və 

aparılan davamlı təhsil islahatları yaşlıların təhsilini prioritet səviyyəyə qaldırmış, 

insan  resurslarının  inkişaf  aləti  olan  yaşlıların  təhsilini  dövlət  siyasətində  strateji 

istiqamətə  çevirmişdir.  Ölkənin  sosial-iqtisadi  inkişafına  uyğun  olaraq  bir  sıra 

sahələr  müəyyən  dövrdən  sonra  öz  prioritetliyini  digər  sahələrə  verməyə  məcbur 

olur. Belə şəraitdə həmin sahələrdə çalışan çoxsaylı işçilərin yeni peşə və ixtisaslar 

üzrə  təhsil  almasına  ehtiyac  yaranır.  Ölkəmizdə  yaşlıların  təhsilini  aktuallaşdıran 

məsələlərdən  biri  də  informasiya-kommunikasiya  texnologiyalarının  tətbiqi 

sahələrinin geniş-ləndirilməsidir. Bu isə İKT-nin yeni tətbiq olunduğu müəssisə və 

təşkilatların  əməkdaşlarının,  ümumilikdə,  əhalinin  bu  sahədə  bacarıqlarının 

artırılması məqsədilə təlimlərin keçirilməsini zəruri etmişdir. 

Hər  bir dövlət  yaşlıların  təhsilini öz təhsil  sisteminin xüsusiyyətlərinə  uyğun 

olaraq  formalaşdırır.  Bu  zaman  cəmiyyətin  və  əmək  bazarının  tələbləri  nəzərə 

alınaraq müvafiq proqram və tədris materialları hazırlanır. 

Həmin  sənədlər  elə  hazırlanır  ki,  yaşından,  dini  və  milli  mənsubiyyətindən, 

dünyagörüşündən, ilk təhsilindən və sosial vəziyyətindən, həmçinin cinsindən asılı 

olmayaraq  bütün  yaş  qrupları  əhatə  edilsin.  Eyni  zamanda  yaşlıların  təhsilinin 

təşkili  zamanı  bir  sıra  amillər  də  nəzərə  alınmalıdır.  Bunlara  aşağıdakıları  aid 

etmək olar: 

 

yaşlıların  təhsili  baza  təhsilini  əvəz  etmək  məqsədini  daşımamalı,  əksinə, 



onun əsasında həyata keçirilməlidir; 

 

yaşlıların təhsili, əsasən, kişilərə aid olan istehsalat sahələrində işləmək üçün 



qadınlara müvafiq kvalifikasiyalar verməlidir

 

yaşlıların  təhsili  heç  bir  peşə  və  təhsili  olmayan  gənclərin  müvafiq  peşə 



almalarına şərait yaratmalıdır; 

 

yaşlıların  təhsilinə  mane  ola  biləcək  bütün  amillər,  o  cümlədən 



qanunvericilik sahəsində boşluqlar aradan qaldırılmalıdır; 

 

iş  ilə  təhsil  arasında  vaxt  bölgüsü  düzgün  müəyyənləşdirilməli,  yaşlıların 



təhsili üçün elmi cəhətdən əsaslandırılmış çevik təlim metodları və texnologiyaları 

işlənməlidir; 

 

yaşlıların  təhsili  zamanı  fərdi  fəaliyyət  təcrübəsi  nəzərə  alınmalı  və  ondan 



istifadə olunmalıdır; 

 

bir təhsil pilləsi və səviyyəsindən digərinə keçid asanlaşdırılmalıdır; 



 

təhsil  sistemi  onu  əhatə  edən  sosial-mədəni  və  iqtisadi  mühitə 

uyğunlaşdırılmalıdır; 

 

təhsilə çəkilən xərclərin sosial həyata, mədəniyyətə və iqtisadiyyata çəkilən 



xərclərdən daha çox effekt verməsi nəzərə alınmalıdır; 

 

inkişaf  proqramlarında  yaşlıların  təhsili  ilə  əlaqədar  tədbirlər  nəzərdə 



tutulmalı,  yaşlıların  təhsili  milli-regional  sosial-iqtisadi  inkişaf  və  təhsil 

proqramlarında nəzərdə tutulmuş məqsədlərə müvafiq olaraq istiqamətləndirilməli 

və koordinasiya edilməlidir

 

yaşlıların təhsili ilə məşğul olan dövlət və qeyri dövlət təhsil müəssisələrinə, 



təşkilatlara, cəmiyyətlərə müəyyən güzəştlər tətbiq edilməlidir. 

Yaşlıların  təhsilinin  təşkilində  əhəmiyyətli  məsələlərdən  biri  də  məzmunun 

müəyyənləşdirilməsidir.  Belə  ki,  yaşlıların  təhsili  prosesində  məzmun  konkret 

vəziyyətə, şəraitə uyğun olaraq müəyyənləşdirilməli, cəmiyyətin və şəxsin (fərdin) 

inkişafına xidmət etməli, tutduğu vəzifəsindən və fəaliyyət dairəsindən asılı olma-

yaraq hər bir insanın ömür boyu təhsilinin (biliyinin) artırılmasına yönəlməli, əmək 

fəaliyyətinə təsir etməli, yaşlı insanları aktivləşdirməli, onları daha vacib və çevik 

qərarlar  qəbul  etməyə  stimullaşdırmalıdır.  Yaşlıların  təhsili  iqtisadi  inkişafla 

əlaqələndirilməli, inkişaf proseslərini sürətləndirməlidir. 

Fərdin  hər  hansı  təhsil  pilləsində,  həmçinin  fərdi  və  praktik  yolla  təhsil 

almasından  asılı  olmayaraq,  onun  bilikləri  daim  artırılmalı,  texniki  və  peşəkar 

kvalifikasiya  səviyyəsi  yüksəldilməli,  yeni  bacarıqlar  formalaşdırılmalıdır  ki,  o, 



müstəqil fəaliyyətini təmin edə bilsin. Bu baxımdan yaşlıların təhsili yalnız təhsil 

prosesi ilə məhdudlaşdırılmamalı, ömür boyu həyata keçirilməli, əldə edilmiş yeni 

bilik  və  vərdişlər  daim  inkişaf  etdirilməklə  şəxsiyyətin  hərtərəfli  inkişafına  və 

fəaliyyətinə  imkan  yaradılmalıdır.  Odur  ki,  yaşlıların  təhsilinə  fasiləsiz  təhsil 



sisteminin mühüm tərkib hissəsi, gənclərin və bütün yaşlı insanların iştirak etdiyi 

təhsil prosesi kimi baxılmalıdır. 

Yaşlıların  təhsili  dövlət  və  qeyri-dövlət,  formal  və  qeyri-formal,  informal 

təhsil  sahələrini  əhatə  etməklə  ciddi  diqqət  tələb  edir.  Bu  istiqamətdə  bütün 

qurumların,  qeyri-hökumət  təşkilatlarının  səylərinin  birləşdirilməsi  zəruri 

məsələlərdəndir. 

 

*** 



 



  Pedaqoji  ədəbiyyatda  “kompetensıya”,  “səriştə”  və  “səlahiyyət” 



sözlərinin  işlədilməsində  müəyyən  yanlışlığa  yol  verilməsi  ilə  rastlaşırıq. 

“Competence” sözü “to compete” felindən əmələ gəlmiş, "yarışmaq" məna-

sını  verir,  daha  dəqiq  desək,  “yarışmaq  bacarığı”  kimi  tərcümə  olunur. 

Həmçinin  rus  dilində  “kompetentnıy”  sifəti  Azərbaycan  dilinə  1)  “bilikli”, 

“səriştəli”,  2)  “səlahiyyətli”  sözləri  kimi  tərcümə  olunur.  Tərcümə  nət-

icəsində müəyyən olunan sözlərin məna yüklərinin müxtəlifliyinin nəticəsidir 

ki, bəzi alimlər “kompetensiyalı” sözünün qarşılığı olaraq “səriştəli” sözünü 

işlətməyi  lazım  bildiyi  halda,  bəziləri  “səlahiyyətli”  (“kompetensiya” 

əvəzinə  “səlahiyyət”)  sözündən  istifadə  edirlər.  İkinci  mövqeyi  seçənlər 

göstərirlər 

ki, 

inkişaf 

etmiş 

Avropa 

ölkələrinin 

təcrübəsində 

kompetensiyanın  (səlahiyyətin)  mühüm  istiqamətlərindən  biri  insanın 

cəmiyyətin həyatında öz vəzifələrini başa düşməsi və müvəffəqiyyətlə yüksək 

keyfiyyətdə  həyata  keçirməsidir.  Səlahiyyət  –  müəyyən  fəaliyyətlərin, 

proseslərin  yüksək  səviyyədə  həyata  keçirilməsini  təmin  etmək  üçün 

şəxsiyyətin bir-birilə əlaqəli keyfiyyətlərinin (biliklər, baca-rıqlar, vərdişlər 

və fəaliyyət üsulları) iş prosesinə tətbiqi deməkdir. Fikrimizcə, “şəxsiyyətin 

bir-birilə  əlaqəli  keyfiyyətlərinin  iş  prosesinə  tətbiqi”  ilə  daşınan  əməl 

“səlahiyyət”  sözündə  yox,  “səriştə”  sözündə  ehtiva  olunur.  “Kompe-

tensiyanı”  şəxsiyyətin  yeniləşmiş  tədris-təlim  prosesində  və  praktik 

fəaliyyətində  aktivləşən,  formalaşan  və  inkişaf  edərək  müəyyən  edilmiş 

qaydada  düzgün  istifadə  olunan  və  ölçülə  bilən  inteqrativ 

xarakteristikalarının  (psixoloji,  anadangəlmə  şəxsi  keyfiyyətlər,  müəyyən 

sahədə  bilik,  bacarıq  və  vərdişlər)  məcmusu  kimi  anlayırıqsa,  qəbul 

ediriksə,  onu  “səriştə”  sözü  kimi  işlətmək  daha  doğru  hesab  edilməlidir. 

Bizim subyektiv anlamımız belədir. Kompetensiya sözü dilimizə yad olsa da 

belə,  bəlkə  də  onun  tərcüməsindən  irəli  gələn  sözlər  əvəzinə  özündən 

istifadə olunması daha məqbul olar, ən azı dolaşıqlığa səbəb olmaz. 

Mətləbdən  yayınmayaq,  yəqin  ki,  söylədiklərimiz  yetərincədir.  Burada  şərhi 

veriləcək  əsas  məsələ  təhsilin  qarşısında  olan  mühüm  məqsədlərin  həyata 

keçirilməsi ilə bağlıdır. Ona görə də, müəyyən edilmiş kompetensiyalar sisteminin 

tətbiqi nəticəsində bilikli, bacarıqlı, müstəqil düşüncəli, özünüdərketmə qabiliyyətli 

şəxslərin  yetişdirilməsi  ilə  əlaqəli  məsələlərin  şərhinə  və onların  reallaşdırılması 

yollarına  diqqət  çəkməyi  lazım  bilirik.  Müəyyənləşdirməliyik:  öyrənənlərdə  hansı 

kompetensiyalar  formalaşdırılmalıdır  ki,  o  müasir  cəmiyyətdə  öz  yerini  tutması 

üçün tələb olunan bacarıqları əldə edə bilsin? Bu problemin həlli yolunu özündə 

saxlayan yanaşmanın təbiətində başlıca cəhətlər hansılardır? Arzuolunan  təbiətli 

təhsil  sistemini  idarə  edən,  öyrədən  tərəf  funksiyasını  daşıyan  mütəxəssis  hansı 

kompetensiyalara 

yiyələnmiş 

olmalıdır? 

Təhsil 

fəaliyyətinin 

müxtəlif 

mərhələlərində  əsas  kompetensiyalar  qrupunun  tərkibi  necə  olmalıdır? 

Ümumitəhsilin  kurikulumunun  tələblərinə  uyğun  müxtəlif  bilik  sahələrinin  baza 

kompetensiyalarının formalaşmasına, analitik, məntiqi, təfəkkür, dil və danışıq qa-

biliyyətinə  yiyələnməyə  və  s.  (fənlər  üzrə  ixtisaslaşmış  kompetensiyalara,  ümumi 

kompetensiyalara)  təhsillənmə  prosesinin  ümumtəhsil  mərhələsində  necə  nail 

olmaq  mümkündür?  və  sair  pedaqoq  alimlərin,  həm  də  praktik  təhsil  işçilərinin 

idrakını narahat edən suallardır. 

 

Ümumtəhsili  başa vurmuş  şagird daimi  dəyişən  dünyada  həyati bacarıqlara 

yiyələnməli,  əmək  bazarında  öz  yerini  tutmağa  hazır  olmalı,  öyrənmənin 

vacibliyini daim başa düşməli, zamanın tələblərinə uyğun müvafiq bilik, bacarıq və 

vərdişləri 

qazanmağı 

bacarmalıdır. 

Öyrənənlərdə 

elə 

bacarıqlar 

formalaşdırılmalıdır  ki,  birinci  növbədə  insanın  fəaliyyətində  xüsusi  rol  oynayan 

aşağıdakı kompetensiyaları əldə etmək mümkün olsun: 

-

 



mürəkkəb yazılı mətnləri başa düşmək üçün savadlılıq; 

-

 



ədədlər və ölçülən kəmiyyətlərlə işləmək, onları saymaq və onlar üzərində 

müxtəlif əməliyyatları yerinə yetirmək üçün ədədi savadlılıq; 

-

 



müxtəlif  şəraitdə  düzgün  həyat  mövqeyinin  seçilməsi  və  yaşayış  tərzinin 

formalaşdırılması üçün müvafiq bilik, bacarıq və vərdişlərin qazanılması; 

-

 



akademik biliklər sisteminə yiyələnmə

-

 



ana dilində ünsiyyətlə bağlı kompetensiyalar; 

-

 



xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar; 

-

 



texniki kompetensiyalar; 

-

 



İKT ilə bağlı kompetensiyalar; 

-

 



öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kompetensiyalar; 

-

 



çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dərki ilə bağlı 

kompetensiyalar; 

-

 



təşəbbüskarlıq və sahibkarlıq üzrə kompetensiyalar. 

Sosial-iqtisadi  dəyişikliklər  peşə,  ailə  və  ictimai  həyatda  fəal  idrakı  təmin 

edən  zəruri  baza  biliklərinin,  bacarıq  və  vərdişlərinin  yeni  toplumunu  tələb  edir. 

Fasiləsiz Təhsil Haqqında Avropa Birliyinin Lissabon sammitinin yekun sənədləri 

(23-24 mart 2000-ci il) belə vərdişlərə kompyuter savadlılığı, xarici dilləri, texno-

logiya mədəniyyətini, sahibkarlığı, sosial vərdişləri aid edir.   

Görkəmli təhsilşünas prof. A.O.Mehrabov xüsusi olaraq vurğulayır ki, müasir 

cəmiyyətdə  ahəngdar  fəaliyyət  üçün  insanlar  konseptual  konpetensiyalara  malik 

olmalıdırlar.  Belə  kompetensiyalara  –  prosedura,  motivasiya  və  fəaliyyətlə  bağlı 

məsələləri daxil etmək olar. Prosedura kompetensiyalar insana konkret şəraitdə öz 

bacarıqlarını  tətbiq  etməyə  imkan  verir.  Mühitlə  səmərəli  qarşılıqlı  ünsiyyətə, 

əlaqəyə,  hadisələrə  münasibətlərin  formalaşması  məsələlərində  motivasiya  ilə 

bağlı  kompetensiyalar  xüsusi  rol  oynayır.  Konkret  məsələlərin  həlli  ilə  bağlı 

praktik  və  psixoloji  hazırlığın,  tənqidi  təfəkkürün,  istənilən  situasiyada  strategiya 

və  taktikanın  seçilməsində  isə  fəaliyyətlə  bağlı  kömpetensiyaların  rolu  əvəzedil-

məzdir.  Bunlar  eyni  zamanda  praktik  və  praqmatik  (müasir  fəlsəfədə  gerçəkliyin 

obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən 

cərəyan) intellektin xüsusi rolu ilə bağlıdır. 

Fəaliyyət sahəsində əsas açar (xüsusi) rolunu oynayan kompetensiyaları 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

-

 



mürəkkəbliyin reproduksiyalılığı (yenidən hasil edilməsi); 

-

 



fərasətlilik, ağıllılıq, gözüaçıqlıq; 

-

 



normallıq, dürüstlük; 

-

 



koorperasiyalılıq (bir çox insanın əməkdaşlığı, birgə  işləməsi əsasında 

qurulmuş əmək fəaliyyəti forması); 

-

 



tarixilik. 

Məlum  olduğu  kimi,  mürəkkəbliyin  reproduksiallığı  və  ya  yenidən  hasil 

edilməsi  praktik  bacarıqlarla  müəyyən  edilir.  Bu  halda  insan  “nə  etməli” 

anlayışına dair biliklərə malikdir və bunu “necə yerinə yetirməyi” başa düşür və 

özünün bilik və bacarıqlarının tətbiq etmək üçün imkanlar axtarıb tapır. Deməli, 

mürəkkəbliyin  yenidən  hasil  edilməsi,  “nə”dən  “necə”yə  doğru  istiqamətlənmiş 

pedaqoji  prosesin  hərəkət  dinamikasını  müəyyənləşdirir.  Fərasətliliyi,  ağıllılığı, 

gözüaçıqlığı  intuisiya  ilə  problemin  həllinin  mümkünlüyü  kimi  başa  düşmək 

lazımdır.  Bu  tip  kompetensiyalar  ən  çox  anadangəlmə,  fitri  istedadla  bağlı  olur. 

Normallıq, dürüstlük – həlli tələb olunan problemi dərk edərək özünün bacarığını, 

qabiliyyətini adekvat qiymətləndirməklə bağlıdır. Bu tip kompetensiyalar insana öz 

qüvvəsinin,  bacarığının  qəbul  olunmuş  normalara  uyğunluğunu  müəyyən  etməyə 

imkan  yaradır.  Başqa  sözlə,  insan  qoyulmuş  problemin  başqalarına  nisbətən 

özünün daha yaxşı həll etmə bacarığını identifikasiya edir. Koorperasiallıqla bağlı 

kompetensiyalar  bəzən  kommunikativ  kompetensiyalar  da  adlandırılır.  Kommuni-

kativ kompetensiyalar şəxsiyyətin anadangəlmə, fitri keyfiyyətləri və ətraf mühitin 

dərk  olunması  ilə  əlaqədar  olduğundan,  onun  formalaşdırılması  müəyyən 

çətinliklərlə  bağlıdır.  Məktəbin,  təhsil  müəssisəsinin  əsas  məqsədi  öyrənənlərə 

kommunikativ  bacarıq  və  vərdişlər  aşılamaqdan  başqa,  eyni  zamanda  müxtəlif 

situasiyalarda  və  müxtəlif  mədəni  ənənələrə  malik  cəmiyyətdə  özlərini  aparmaq 

qabiliyyətlərini  də  tərbiyə  etməklə  bağlı  olmalıdır.  Tarixilik  kompetensiyalarının 

müvafiq  bacarıqların  formalaşdırılmasında  normallıq  kompetensiyalarına 

oxşarlığı vardır. Belə kompetensiyalar insanın konkret vəziyyətinin tarixi aspektdə 

aydınlaşdırılmasına,  təsvir  etməsinə  tələb  olunan  vaxtı  azaltmaqla,  tarixi  planda 

prosesə  uyğun  epizodun  tapılmasına  və  onun  müvafiq  qaydada  qiymətləndirilmə-

sinə istiqamətlənmiş qabiliyyətlərlə bağlıdır. 

Əsas, açar rolunu oynayan kompetensiyalara sosial kompetensiyaları da daxil 

etmək lazımdır. Sosial kompetensiyalar siyasi nəzakət, sosial sahədə ədəbli fəaliyyət, 

özünün hüquq və mənafeyini qorumaq kimi qabiliyyətlərin öyrənənlərdə formalaş-

masını təmin edir. 

İnformasiya  cəmiyyətinə  –  biliklərə  əsaslanan  cəmiyyətə  doğru  hərəkətimiz 

boyu təhsil və öyrənmə haqqında anlayışlarımız da dəyişir. Təhsil texnologiyaları 

daha çox istifadəçiyönümlü olur. Öyrənən artıq informasiyanın passiv resipiyenti 

olmur.  Bunlar  təbii  proseslərdir  və  metodologiya  sahəsində  fəaliyyət  göstərən 

peşəkarların məqsədyönlü işi ilə onları əhəmiyyətli dərəcədə sürətləndirmək olar. 

Müəllim  peşəsi  bütövlükdə  öz  ilkin  mənasını  dəyişir.  Müəllimlər  daha  çox 

məsləhətçilərə,  təlimatçılara  və  vasitəçilərə  çevrilirlər  ki,  onların  da  vəzifəsi  – 

öyrənənə  öz  təhsilini  özü  qurmaqda  və  bunun  üçün  öz  şəxsi  məsuliyyətini  dərk 

etməkdə  kömək  göstərməkdir.  Məntiqi  olaraq  qənaətə  gəlinir  ki,  təhsil  üsulları  – 

şəxsi  motivasiya  prioritetinə,  tənqidi  təfəkkürə  və  öyrənmək  bacarığına  doğru 

dəyişməlidir. 

Elmi-tədqiqat işlərindən belə ümumiləşmə etmək olar ki, pedaqoji və metodik 

işləmələrin  səmərəliliyi  ilə  səciyyələnən  tədris-təlim  prosesində  öyrənənlərdə 

tənqidi  təfəkkürün  formalaşması  müəllimin  fəaliyyətindən,  onun  istifadə  etdiyi 

metodların, yanaşmaların səmərəliliyindən çox asılıdır. Tənqidi təfəkkürün forma-

laşmasında  istifadə  olunan  pedaqoji  vasitələrə,  yanaşmalara  aşağıdakıları  daxil 

etmək mümkündür: 

-

 



ağılın,  zəkanın  tənqidiliyini  təmin  etmək  üçün  ümumtəhsilin  fənn 

kurikulumlarına  nəzəri  (həm də  tənqidi)  təfəkkürü inkişaf  etdirməyə  imkan  verən 

materialların daxil edilməsi; 

-

 



professional kompetensiyaların məntiqi və tənqidi düşünməyə cavabdehlik 

daşıyan, bacarıq və vərdişlərin seçilməsinə imkan verən şəraitin yaradılması; 

-

 



məntiqi və tənqidi təfəkkürün formalaşmasına dair metod və yanaşmaların 

əsasını  bilən,  professional  kompetensiyalara  malik  müəllimlərin  hazırlanmasının 

təmin edilməsi; 

-

 



tənqidi  təfəkkürün  inkişafı  ilə  bağlı  çap  olunmuş  əsərlərin,  keçirilmiş 

konfransların,  seminarların,  xüsusi  layihələrin  və  innovasiyaların  koordinasiya 

olunması. 

Aydın  məsələdir  ki,  bu  mürəkkəb  vəzifənin  öhdəsindən  yeni  idarə-etmə 

mədəniyyətinə  yiyələnmiş  təhsil  menecerləri  gələ  bilər.  Məhz  onlar  təhsil 

fəaliyyətinin idarə olunmasının yeni elmi metodlarına yiyələnmiş mütəxəssislərdir. 

Kompetensiyaların  inkişaf  modellərinin  qurulmasında  əsas  yanaşmaların 

müəyyənləşdirilməsi  üçün  onların  formalaşması  və  aktivləşməsinin  təbiətini 

düzgün  başa  düşmək  tələb  olunur.  Təhlillər  göstərir  ki,  kompetensiyalara  şəxsin 

fəaliyyət  sahəsində  effektiv  istifadə  etdiyi,  insan  şəxsiyyətinin  dayanıqlı  baza 

keyfiyyətləri  kimi  baxmaq  lazımdır.  Bu  dayanıqlı  baza  keyfiyyətlərin  fəaliyyət 

prosesində motivasiya, psixo-fizioloji xüsusiyyətlər, “Mən – konsepsiyası”, biliklər 

sistemi, vərdişlər ilə bağlı tiplərini bir-birindən ayırmaq tələb olunur. 

Təhsil  prosesində  təhsil  alanda  elə  sosial-peşəkar  xarakterli  keyfiyyətlər 

formalaşdırılmalıdır ki, onlar gələcəkdə peşə ilə bağlı istənilən məsələlərin həllinə 

müsbət təsir  göstərsin,  eyni  zamanda  insanlarla qarşılıqlı  münasibətlər qurmağa 

imkan  versin.  Bu  keyfiyyətlər  insanın  bütöv  sosial  və  peşəkar  kompetensiyaları 

kimi  qəbul  olunur.  Belə  “ideal-laşdırılmış  modelin”  baza  əsasını  aşağıdakı  müd-

dəalar təşkil edir: 

-  sosial  və  peşəkar  kompetensiyalar  müəyyən  mərhələdə  intellektual 

bacarıqların və təfəkkürün inkişafı əsasında formalaşır; 

-  insanın  peşəkar  fəaliyyətində  reallaşdırılması  tələb  olunan  zəruri 

məsələlərin səmərəli həlli onun şəxsi xüsusiyyətləri ilə müəyyən edilir. 

Təhsil  alanlarda  kompetensiyanın  (şəxsiyyətin  yeniləşmiş  tədris-təlim 

prosesində  və  praktik  fəaliyyətində  aktivləşən,  formalaşan  və  inkişaf  edərək 

müəyyən  edilmiş  qaydada  düzgün  istifadə  olunan  və  ölçülə  bilən  inteqrativ 

xarakteristikaların  məcmusu)  formalaşmasında  aşağıdakı  məzmunu  özündə  əks 

etdirən anlayışlardan düzgün istifadə etmək lazımdır: 

-

 



kompetensiya dəqiq hansı fikri ortaya qoyur; 

-

 



onun təməlini, baza əsasını nə təşkil edir; 

-

 



hansı amillər ona təsir göstərir; 

-

 



harada özünü göstərə bilir; 

-

 



hansı funksiyaları yerinə yetirir və onlar hansı parametrlərlə xarakterizə 

olunur. 

A.V.Xutorskoy  öyrədənlərlə  bağlı  yeddi  baza  təhsil  kompetensiyalarının 

formalaşdırılmasını əsas məqsəd kimi qarşıya qoymuşdur: 

-

 



dəyər və məna ilə bağlı kompetensiyalar; 

-

 



ümummədəniyyətlə bağlı kompetensiyalar; 

-

 



təhsil və dərketmə ilə bağlı kompetensiyalar; 

-

 



informasiya ilə bağlı kompetensiyalar; 

-

 



kommunikativliklə bağlı kompetensiyalar; 

-

 



sosial və əməklə bağlı kompetensiyalar; 

-

 



şəxsin özünütəkmilləşdirməsi ilə bağlı kompetensiyalar . 

“Müəllim  professionallıq  baxımından  hazırdır”  anlayışı  təhsildə  keyfiyyətin 

əldə edilməsi üçün böyük əhəmiyyət kəsb edirRusiyada nəşr edilmiş ensiklopedik 

lüğətdə  təsdiqlənir  ki,  “professional  hazırlıq”  anlayışı  “ümumi  və  xüsusi” 

kompetensiyaların cəmi olub, müəyyən ixtisas üzrə fəaliyyətin müvəffəqiyyətli həllini 

tələb  edir.  Təcrübə  göstərir  ki,  əgər  müəllim  ali  məktəbdə  oxuyarkən  lazımi 

vərdişləri əldə edirsə və müstəqilliyə təminat verən pedaqoji ustalığa yiyələnirsə, o, 

məktəbdə keyfiyyət əldə etməkdə çətinlik çəkmir. 

Fənlərin  məzmunu  ixtisas  xarakteristikasından  asılıdır.  O,  islahatlar 

prosesində,  xüsusən  həyata  keçirilən  təhsil  kurikulumlarının  tətbiqində  daha  da 

təkmilləşməlidir. 

Bu  zaman  müəllimə  aid  olan  aşağıdakı  on  qrup 

kompetensiyalardan söz gedə bilər. Onlar ali məktəbdə tədris prosesində, sonralar 

isə  məktəbdə  iş  prosesində  formalaşdırılır  və  həyata  keçirilir.  Bunlar 

aşağıdakılardır: 

1.

 

Planlaşdırma, dərsin hazırlanması, keçirilməsi və təhlili; 

2.

 

Məktəbdə tətbiq edilən eksperimentlərdən tədris məqsədləri üçün istifadə 

etmək; 

3.

 

Şagirdləri həyati bacarıqlara yiyələndirmək, çətin məsələlərin həllinə 

yönəltmək; 

4.

 

Fənn kabinetini yaratmaq və onun işini təşkil etmək; 

5.

 

Uşaqları layihələşdirmə fəaliyyətinə cəlb etmək; 

6.

 

Ekskursiyaları planlaşdırmaq və həyata keçirmək; 

7.

 

Sinifdənxaric və məktəbdənkənar işləri planlaşdırmaq və həyata keçirmək; 

8.

 

Tədris  prosesində  təlimin  texniki  vasitələrindən,  xüsusən  informasiya-

kommunikasiya texnologiyalarından istifadə etmək; 

9.

 

Qiymətləndirmənin  növlərini,  məqsədini  və  qiymətləndirmə  vasitələrini 

bilmək və tətbiq etmək, monitorinqdən istifadə etmək; 

10.Məktəbdə tədris olunan fənlərin təliminin təşkili mexanizminə yiyələnmək. 

Ümumfənlərlə  bağlı  kompetensiyalar  texnologiyaların  mənimsənilməsi  və 

öyrədənlər üçün çox vacib olan aşağıdakı keyfiyyətlərin formalaşması ilə bağlıdır: 

-

 



insanlarla qarşılıqlı münasibətlərdə mədəni kommunikasiyalardan istifadə; 

-

 



peşəkarlıq  sahəsində  informasiyanı  qəbul  etmək  bacarığı  və  ondan 

özünütəhsil prosesində istifadə; 

- əldə olunmuş zəruri informasiyanı başqalarına ötürmə bacarığı

Təhsil 

sisteminin  strukturunun  müasirləşdirilməsi  və  məzmununun 

modernləşdirilməsində  böyük  elmi  və  praktik  əhəmiyyət  daşıyan  yanaşmalar 

içərisində  kompetensiyalı  (səriştəli)  yanaşma  xüsusi  yer  tutur.  Yüksək  səviyyədə 

səriştəlilik  geniş  bilik,  bacarıq  və  vərdişlər  sisteminin  formalaşmasında  şəxsi, 

instinsional  və  ictimai  inkişafın  əsas  amili  kimi,  tədris-təlim  prosesinin  səmə-

rəliliyinin  yüksəldilməsinə  imkan  verən  əsas  göstərici  hesab  edilir.  Ona  görə  də 

insanların  səriştəlilik  səviyyəsinin  yüksəldilməsini  və  onun  aktuallığını  əmək 

bazarında daim artan tələblərin, çox böyük sürətlə dəyişən texnoloji yanaşmaların, 

eyni zamanda akademik və əmək mobilliyinin yüksəlməsi ilə də şərtləndiyini qəbul 

etmək lazımdır. Hazırda təhsildə kompetensiyalı yanaşma təlim-tərbiyə prosesinin 

keyfiyyətinin  yüksəldilməsi  vasitəsi  olub, dünya  təhsil  sferasında  təhsil  sisteminin 

modernləşdirilməsinin  əsas  strateji  istiqamətlərindən  biri  kimi  qiymətləndirilir. 

Təhsil  prosesini  innovatik  proses  kimi  təcəssüm  etdirən  səriştəli  yanaşma  inkişaf 

etmiş  ölkələrin  əksəriyyəti  tərəfindən  qəbul  edilmiş,  təhsil  standartlarının  ümumi 

konsepsiyasına  uyğun,  təhsilin  məzmununun  layihələndirilməsi  və  onun 

keyfiyyətinə  nəzarət  sisteminə  keçidlə  bağlı  olan  məsələləri  sistemli  həll  etməyə 

imkan verir. Kompetensiyalı yanaşma modelinin müxtəlif komponentləri (məntiqi, 

funksional, məna (semantik), texnoloji) arasındakı qarşılıqlı  əlaqələrin xarakterik 

xüsusiyyətlərinin nəzərə alınması onun səmərəliliyini müəyyən edir. 

Kompetensiyalı (səriştəli) yanaşmaya yönəlmiş təhsil Amerikada keçən əsrin 

yetmişinci illərindən formalaşmağa başlamışdır. 1984-cü ildə C.Ravenin (London) 

"Müasir  cəmiyyətdə  səriştəlilik"  əsərində  birinci  dəfə  səriştəliliyin  psixoloji 

təbiətinə,  ayrı-ayrı  insanlarda  müxtəlif  yaş  dövrlərində  onun  formalaşma  prob-

lemlərinə  münasibət  bildirilmişdir.  C.Ravenin  modelinə  əsasən  səriştəliliyin 

müxtəlif  növləri  fərqli  situasiyalarda  müəyyən  səriştəliliyin  komponenti  kimi  və 

tərsinə  çıxış

 

edə  bilər.  Səriştəliliyin  bu  komponentləri  koqnitiv  (məqsədə  çatmaq 

yolunda  əngəllərin  aradan  qaldırılması),  affektiv  (məqsədə  yönələn  işdən  zövq 

alma)  və  iradi  (inadkarlıq,  qətiyyət,  əzm)  kimi  hissələrə  bölünür.  Polşa  alimləri 

belə  qənaətə  gəlmişlər  ki,  müxtəlif  səviyyələrdə  fəaliyyət  göstərən  insanlarda 

səriştəliliyin  inkişafi  yaş  dövrü  ilə  əlaqələndirilməlidir.  Şəxsiyyətin  həyat  boyu 

optimal  inkişafı,  onun  aktiv  genişlənməsi  və  müxtəlif  həyati  bacarıqların  əldə 

olunması,  onlarda  zamandan  asılı  olaraq  müxtəlif  növ  səriştəliliyin 

formalaşmasına əsaslanır. 

Elmi-pedaqoji mənbələrdən məlum olur ki, müxtəlif ölkələrdə təhsil sisteminin 

əsas  məqsədi  öyrənənlərdə  müxtəlif  kompetensiyaların  inkişaf  etdirilməsinə 

yönəldilmişdir. Azərbaycan təhsil sistemi də bu baxımdan istisnalıq təşkili etmir.  

Sözügedən kompetensiyalara aşağıdakıları aid etmək olar: 

-

 

strateji – gələcəyə dair bacarıqların inkişaf etdirilməsi ilə bağlı; 

-

 

sosial-kommunikativ-əməkdaşhq bacarıqlarının, tənqidin və əks-əlaqənin 



qəbul olunması ilə bağlı; 

-

 



normativ-mədəni-peşəkar münasibətlərin motivasiyası və nəticəyə çatmağa 

hazır olmaqla bağlı; 

-

 



şəxsiyyətin özünüreallaşdırma bacarığı ilə bağlı; 

-

 



sosial yönümlü bacarıqlarla bağlı; 

-

 



müəyyən fəaliyyət sferası ilə bağlı; 

-

 



yaradıcılıq yönümlü qabiliyyətlərin inkişafı ilə bağlı. 

Səriştəli  yanaşma  modelinin  əsaslandığı  fundamental  ideyalara  öyrənənlərlə 

bağlı aşağıdakı əsas prinsipləri daxil etmək mümkündür: 

 



öyrənənlərin  dərketmə,  qavrama  maraqlarına  istiqamətlənmə.  Səriştəli 

yanaşma  modelinin  əsasında  yaradıcılıqla  bağlı  proses  durduğundan  və 

yaradıcılığı  xarici  tezislərlə  birbaşa  bağlamaq  mümkün  olmadığından,  o  yalnız 

daxili tələbat, yəni səmərəli dərketmə əsasında formalaşa bilər; 

 



sərbəst seçim və şəxsi təlimə məsuliyyət. Yalnız bu halda təhsil şəxsiyyətin 

şəxsi məqsədlərinə adekvat ola bilər; 

 



biliklərin  onun  verilmə  metodları  ilə  birgə  mənimsənilməsi.  Müəyyən 

informasiyanın  qəbul  olunması  ilə  yanaşı,  yeni  biliklərin  alınma  qaydalarını 

(yollarını, metodlarını) da mənimsəmək əhəmiyyətlidir; 

 



informasiyaların  sərbəst  axtarılması  ümumi  bacarıqların  forma-

laşmasının  əsasını  təşkil  edir.  Müasir  təhsilin  əsas  məsələsi,  yəni  biliklər 

sisteminin  səmərəli  mənimsənilməsinin  inkişafı  üçün  tələb  olunan  bilik  və 

bacarıqların  onların  özü  tərəfindən  sərbəst  əldə  olunması  istiqamətində 

yönəldilmişdir.  Yalnız  bunun  əsasında  qazanılmış  biliklər,  öyrənənin  dünyanı 

yaradıcılıqla  dərk  etməsi  üçün  onun  əsas  alətinə  çevrilə  bilir.  Bu  halda  öyrənən 

sadəcə olaraq mühüm informasiyadan istifadə etmir, özü yeni bilik və məlumat sis-

temini yaradır, səmərəli və reproduktiv təlim metodlarını əlaqələndirir. 

Araşdırmalar göstərir ki, kompetensiyalı yanaşmada öyrənənlərin yaradıcılıq 

qabiliyyətinin inkişafı üçün onlar tədqiq olunan prosesə dair xüsusi bilik, bacarıq 

və vərdişlərə yiyələnməlidirlər. Bunları aşağıdakı kimi qruplaşdırmaq lazımdır: 

-

 



problemin dərk olunması; 

-

 



sualları qoyma bacarığı; 

-

 



hipotezanın irəli sürülməsi ilə bağlı bacarıqlar; 

-

 



təsnifatlaşdırma (siniflərə, şöbələrə, dərəcələrə ayırma sistemi) bacarığı; 

-

 



təcrübələrin aparılması; 

-

 



nəticəçıxarma və yekunlaşdırma bacarığı; 

-

 



öyrənilən materialın strukturlaşdırılmasına dair bacarıqlar; 

-

 



öz fikrini, ideyasını izah, isbat və müdafiə etmək bacarığı. 

Təhsilşünaslar  səriştəliliyin  müxtəlif  növlərini  aşağıdakı  kimi  qruplaşdır-

mağın məqsədəmüvafiq olduğunu müəyyənləşdirmişlər: 

 

-

 



dəyərlərin daha aydın başa düşülməsi üçün müxtəlif tendensiyalar və dəqiq 

məqsədlərlə bağlı bacarıqlar; 

-

 



öz fəaliyyətini nəzarətdə saxlamağa dair qabiliyyət və tendensiyalar; 

-

 

fəaliyyət prosesinə emosiyaların cəlb edilməsi bacarığı; 

-

 

sərbəst öyrənməyə hazırlıqla bağlı bacarıqlar; 



-

 

əks əlaqənin axtarışı və istifadəsinə dair bacarıqlar; 

-

 

özünə əminlik, inamlılıqla (arxayınlıq) bağlı bacarıqlar; 



-

 

özünənəzarət bacarığı; 

-

 

gələcək haqqında düşünməyə, adaptasiya və abstraklaşmaya dair bacarıq 



və vərdişlər; 

-

 



qoyulmuş məqsədə çatmaqla bağlı problemlərə diqqətli münasibət; 

-

 



təfəkkürün sərbəstliyi, orijinallığı; 

-

 



tənqidi (nəzəri) təfəkkürün inkişafı; 

-

 



mürəkkəb məsələlərin həllinə hazır olma bacarığı; 

-

 



hər hansı mübahisəli və narahatçılıq doğuran məsələlərin həllinə hazır 

olma; 

-

 



ətraf aləmin imkanlarının və ehtiyatlarının (həm material, həm də insan 

ehtiyatları) aşkarlanması üçün tədqiqatlar aparma bacarığı; 

-

 



fatalizmin (qəzavü-qədərə, təqdirə, qismətə inanma) yoxluğu; 

-

 



məqsədə çatmaq üçün yeni ideyalardan və innovasiyalardan istifadə 

bacarığı; 

-

 



cəmiyyətin innovasiyalara xeyirxah münasibətinə əminlik; 

-

 



inadkarlıq, sözünün üstündə durma bacarığı; 

-

 



ehtiyatlardan istifadə bacarığı; 

-

 



etibar, inam, etimadla bağlı keyfiyyətlər; 

-

 



arzuolunan və istənilən əxlaq qaydalarına münasibət bildirmə bacarığı; 

-

 



şəxsi məsuliyyət; 

-

 



məqsədə çatmaq üçün birgə işə qatılmaq bacarığı; 

-

 



qoyulmuş məqsədə çatmaq üçün başqa insanlarla birgə işləməyə həvəs 

oyatma bacarığı; 

-

 



başqa insanları dinləmək və onların fikirlərinə hörmətlə yanaşmaq 

bacarığı; 

-

 



əməkdaşların şəxsi potensialını subyektiv qiymətləndirməyə can atmaq 

bacarığı; 

-

 



ixtilafların həlli və fikir ayrılıqlarının, münaqişə vəziyyətinin yumşaldıl-

ması ilə bağlı bacarıqlar; 

 

-

 



tabelik şəraitində səmərəli, effektiv işləmək bacarığı; 

-

 



ətrafdakıların müxtəlif yaşayış tərzinə münasibətdə dözümlülüyün təbliği 

ilə bağlı bacarıqlar; 

-

 



plüralistik siyasətin anlanılması ilə bağlı bacarıqlar; 

_^ 

-

 



təşkilati və ictimai planlaşdırma ilə məşğul olmağa hazırlıq və s.  

Kompetensiyalı (və ya səriştəli) yanaşma özünün hərtərəfli məna tutumunda 

və  dəyərlərində  təhsildə  modernləşdirmə  prosesinin  əsas  məqamlarının  dərin 

nəzəri və pedaqoji aspektlərini əks etdirir. Ona görə də: 

 



səriştəli  yanaşma  istehsal  sferasının  inkişafı  ilə  bağlı  ehtiyaclara  dair 

problemlərin həllinə köməklik göstərir; 

 



səriştəli  yanaşma  sosial-iqtisadi  reallıqların  dəyişməsi  ilə  bağlı  təhsilin 

məzmununun yeniləşdirilməsinə müsbət şərait yaradır; 

 



səriştəli  yanaşma  insanın  qabiliyyət  və  bacarıqlarının  ümumi  inkişafının 

mənbəyi  kimi  tədrisin  məzmununun  yeniləşdirilməsi  ilə  bağlı  effektiv  hərəkət 

etməyə imkan verir; 

 



səriştəlilik modernləşmənin radikal vasitəsi kimi çıxış edir; 

 



səriştəlilik  qabaqcadan  müəyyən  şəraitdə  formalaşan  bacarıqların, 

qabiliyyətlərin yeni şəraitə uyğunlaşdırılması imkanları ilə xarakterizə olunur; 

 



səriştəlilik “mütəxəssisin fəaliyyət sahəsinə uyğunlaşmasına hazır olması” 

və ya gələcək yeni peşəkar fəaliyyətə hazırlığın atributu kimi müəyyən edilir . 

Səriştəli  yanaşmaya  çoxlu  sayda  bir-birinə  münasibəti  olan  anlayışlar 

(korrelyat)  kimi,  yəni  aşağıdakı  ənənəvi  yanaşmaların  məcmusu  kimi  də  baxmaq 

olar: 

-

 



kulturoloji yanaşma; 

-

 



elmi-maarifləndirici yanaşma; 

-

 



didaktik-sentrist yanaşma; 

-

 



funksional-kommunikativ yanaşma və s. 

Bütün  bunları  nəzərə  alaraq,  belə  qənaətə  gəlmək  olar  ki,  təhsildə  sətiştəli 

yanaşma modelinin tətbiqini genişləndirərək, ümumtəhsil məktəblərində ayrı-ayrı 

fənlərin  dərindən  öyrədilməsi  metodikalarından  tədricən  imtina  etməklə,  həyati 

bacarıqların  formalaşdırılması,  öyrənənə  istiqamətlənmiş,  nəticəyönümlü  tədris-

təlim  prosesinin  əsas  prinsipi  olan  inteqrasiya  olunmuş  biliklər  sisteminə 

yiyələnmiş, yüksək intellektli, sağlam düşüncəli, məntiqi təfəkkürlü kamil insanın – 

şəxsiyyətin  yetişdirilməsini  tədris  prosesinin  əsas  məqsədinə  çevirmək  təhsilimiz 

qarşısında duran başlıca vəzifələrdəndir. 

İnsanın  inkişafı  ilə  bağlı  texnologiyalar  antropotexnologiyalar  adlanır.  Bu 

mənada  istənilən  pedaqoji  sistemə  təhsil  standartları  tələb  edən  güclü  fəaliyyət, 

antropotexnologiya,  müxtəlif  peşə  sahələri  ilə  bağlı  texnologiya  və  ya 

texnologiyalaşdırılmış incəsənət kimi də baxmaq olar. 

Müasir  pedaqogika, “antropotexnologiya”  kimi öyrədənin  xüsusi  texniki  və 

sosial  mədəniyyətə,  yəni,  eyni  bir  fəaliyyətin  mücərrəd  və  konkret  təsvirini 

fərqləndirmək  mədəniyyətinə  malik  olmasını,  yeni  pedaqoji  yanaşmalardan, 

interaktiv 

təlim 

metodlarından 

səmərəli 

istifadə 

bacarıqlarının 

formalaşdırılmasını ön plana çəkir. 

 

Suallar və tapşırıqlar 

 

1. Xüsusi təhsil hansı zərurətdən yaranır? 

2. “Xüsusi şərait” dedikdə nə başa düşülür? 

3. Xüsusi təhsilin məqsədi nədir? 

4. Xüsusi təhsillə bağlı dövlət hansı vəzifələri yerinə yetirir? 

5.  Kimlər  tam  dövlət  təminatında  olan  sağlamlıq  imkanları  məhdud  şəxslər 

hesab olunur? 

6.  Ümumi  təyinatlı  təhsil  müəssisələrində  xüsusi  təhsilin  təşkili  barədə  nə 

deyə bilərsiniz? 

7. Reabilitasiya mərkəzləri barədə danışın. 

8. Psixoloji-tibbi-pedaqoji komissiya hansı vəzifələri icra edir? 

9. Yaşlıların təhsili barədə nə deyə bilirsiniz? Fikirlərinizi açıqlayın. 



 

Ədəbiyyat 

 

1.  “Sağlamlıq  imkanları  məhdud  şəxslərin  təhsili  (xüsusi  təhsil)  haqqında 

Azərbaycan  Respublikasının  Qanunu”.  (Bakı,  5  iyul  2001-ci  il  tarixində 

imzalanmış, 19 iyul 2001-ci il tarixli 540 nömrəli fərmanla qüvvəyə minmişdir.) 

2.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  29  aprel  2002-ci  il  tarixli 

74, 10 may 2002-ci il tarixli 77 nömrəli qərarları. 

3. Əhmədov H.H. Azərbaycan təhsilinin strategiyası. Bakı: Elm, 2010. 

4.  Mehrabov  A.O.  Müasir  təhsilin  konseptual  problemləri.  Bakı:  Mütərcim, 

2010, 516 səh. 

5.  Məmmədzadə  R.H.  Təhsildə  keyfiyyət  aparıcı  istiqamətlərdən  biri  kimi. 

Bakı: Müəllim, 2010, 170 səh. 

6.  Mərdanov  M.C.  Azərbaycan  təhsili  yeni  inkişaf  mərhələsində.  Bakı: 

Çaşıoğlu, 2009, səh. 182-194. 

7.  “Yaşlıların  təhsili”  mövzusunda  keçirilmiş  beynəlxalq  və  milli 

konfransların bəyannamələri . Bakı: Şərqin səsi, 2005, 44 səh. 

8. Dostuzadə D.Ə. Eşitmə qüsurlu uşaqlrala işin təşkili. Bakı: ADPU, 2011. 

9.  Həsənova  İ.M.  Sağlamlıq  imkanları  məhdud  olan  uşaqların  cə-miyyətə 

adaptasiyası. (Metodik vəsait) Bakı: ADPU, 2012. 

10. Ağayeva T.N., Əliyeva S.M. Loqopediyanın nəzəri və praktik məsələləri. 

Bakı, 1999. 

11. Qasımov S.Ə. Sağlamlığı məhdud olan uşaqlara ana dilinin öy-rədilməsi 

problemləri.Bakı: Çaşıoğlu, 2003. 

12.  Поташник  М.,  Ямвир  Е.,  Матрос  Д.  Управление  качеством  об-

разования (под ред. М.Поташника). М.: Педагогическое общество, 2000. 

13.  Хуторский  А.  Дидактическая  Эвристика:  Теория  и  технология 

креативного обучения. М.: МГУ, 2003. 



 
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə