Riy. güc.VII.7. Şagird cəbri təsviri sadələşdirə və xətti tənlikləri həll edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Mətni məsələnin həlli üçün birməchullu xətti tənliyi tərtib edir və həll edirsə;
-
Əməllərin xüsusiyyətlərindən, onların ardıcıllığı və qruplaşmasından cəbri (ən çoxu iki dəyişənin əhatə etdiyi xətti və ya ikinci dərəcəli) təsviri sadələşdirmək və onun əhəmiyyətini hesablamaq üçün dəyişmənin verilmiş əhəmiyyətləri üçün istifadə edirsə;
-
Cəbri çevirmələrdən və ya məntiqi mühakimədən istifadə etməklə iki cəbri ifadənin eyni cür bərabərliyini təsdiq edir və ya inkar edirsə.
Riy. güc.VII.8. Şagird obyektlərin dövrü ardıcıllığı və daimi artıma malik ədədi ardıcıllığını dərk və təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Dövrü ardıcıllıqda ardıcıllığı dövrlərə bölə bilirsə;
-
Ardıcıllığın verilmiş fraqmentinin genişləndirilməsinin iki və ya daha çox variantını təsəvvür edə bilirsə, genişlənmənin variantlarını izah edirsə və onları müqayisə etməyi bacarırsa;
-
Qoyulmuş məsələnin konteksti ilə əlaqədar ardıcıllığın genişləndirilməsi variantını seçə və öz seçimini əsaslandıra bilirsə;
-
Daimi artıma malik ədədi ardıcıllığı genişləndirirsə; real şəraitdə bu cür ardıcıllıqla təsvir olunan prosesin misallarını göstərə bilirsə.
Dostları ilə paylaş: |