Riy. güc.VII.15. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini qaydaya sala və məsələnin həlli zamanı əlverişli formada təqdim edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Kəmiyyət və keyfiyyət göstəricilərini yerləşdirilmə/təsnifatını həyata keçirirsə, göstəriciləri siyahı/piktoqram şəklində təqdim edirsə, yerləşdirilmə/təsnifat prinsipləri üzrə mülahizə yürüdə bilirsə;
-
Qaydaya salınmış göstəricilər cədvəllərini yaradırsa və seçilmiş dizaynın məqsədə uyğunluğunu əsaslandıra bilirsə;
-
Eyni cür kəmiyyət və keyfiyyət göstəriciləri üçün müxtəlif diaqramlar qura bilirsə və hər bir göstəricilərin nə qədər əhəmiyyətli aspektləri nəzərə çarpdırdığı və hər birinin hansı üstünlüyə malik olduğu barədə mülahizə yürüdə bilirsə.
Riy. güc.VII.16. Şagird məsələnin kontekstini nəzərə alınmaqla keyfiyyət və kəmiyyət göstəricilərini interpretasiya və təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Göstəricilər barəsində suallar qoyur və ya siyahı, cədvəl, piktoqram, yaxud da diaqram şəklində təqdim olunan göstəriciləri xarakterizə edirsə, mövcud qanunauyğunluqlar və seçilən göstəricilər üzrə mülahizə yürüdə bilirsə;
-
Uyğun yekun ədəd göstəricisini seçə bilirsə, öz seçimini əsaslandırırsa, onların göstəriciləri qrupunu xarakterizə etmək üçün hesablayır və onlardan istifadə edirsə;
-
Göstəricilərin bir neçə qrupunu müqayisə edirsə və onlar arasında kəmiyyət və miqdar uyğunluğunu və fərqlərini aşkara çıxara bilirsə (yekun ədədi xarakteristikasından kənar).
Dostları ilə paylaş: |