Riy.güc.IX.3. Şagird həqiqi ədədlər üzərində əməllər apara və onların nəticəsini qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Həqiqi ədədlər üzərində əməllərə (həmçinin modula) malik ifadələri əməllərin xassələrindən, ardıcıllığından və onlar arasında əlaqədən istifadə etməklə sadələşdirir;
Kəsr üstlü qüvvət anlayışının interpretasiyasını və onun xassələrini nümayiş etdirir; eyni əsaslı dərəcələri müqayisə edir və yerləşdirirsə;
Məsələnin kontekstini nəzərə almaqla əməllərin nəticələrinin qiymətləndirilməsinin və ya onun dəqiq qiymətinin tapılmasının daha məqsədəuyğun olmasını seçir; həqiqi ədədlər üzərində əməllərin nəticələrinin adekvatlığını yoxlamaq üçün qiymətləndirmədən istifadə edirsə;
Bir cəbri əməlin malik olduğu ifadədə hədləri yuvarlaqlaşdırır (həqiqi ədədlərin) və əməllərin nəticələrinin təqribi qiymətini tapır; yuvarlaqlaşdırmadan irəli gələn fərqlər barədə mülahizə yürüdürsə;
Nisbi şəkildə “çox böyük” və “çox kiçik” kəmiyyətlər haqqında nümunələr gətirir (məsələn: işıq ili, elektron kütlə); sonlu proseslər vasitəsi ilə “hədsiz kiçik/böyük” anlayışının interpretasiyasını həyata keçirirsə.