İstiqamət: ədədlər və əməllər
Riy.XI.1. Şagird mövqe sistemlərini/həqiqi ədədlərin çoxluqlarını bir-biri ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
İnformasiyanın rəqəmsal kodlaşdırılması/texnologiyaları ilə bağlı nümunələr gətirirsə; ədədin müxtəlif mövqeli sistemlərdə yazılmasını bir-biri ilə əlaqələndirirsə (məsələn, ikili mövqeli sistemdə verilmiş ədədi onluq mövqeli sistemdə yazır);
-
Praktiki məsələlərlə bağlı hesablamalar kontekstində irrasional ədədlərin rasional ədədlər ardıcıllığının yaxınlaşmasını nümayiş etdirirsə;
-
Rasional və irrasional ədədlər arasında onların mövqeli sistemlərdən istifadə etməklə yazarkən fərqlər barədə mülahizə yürüdürsə.
Riy.XI.2. Şagird həqiqi ədədlər üzərində əməllər apara və onların nəticəsini qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Həqiqi ədədlər üzərində əməllərə (həmçinin, qüvvət və loqarifm) malik ifadələri sadələşdirir və yaxud əməllərin xassələrindən, ardıcıllığından və onlar arasında əlaqədən istifadə etməklə onun qiymətini tapır;
-
Cəbri əməlin nəticəsini sadalanmış dəqiqliklə tapır; ifadənin hədlərinin yuvarlaqlaşdırılmasından irəli gələn nəticənin dəyişkənliyi və səhv olması barəsində mülahizə yürüdür;
-
Həqiqi ədədlər üzərində aparılmış hesablamaların (o cümlədən kök və loqarifm sadə hallarda) nəticələrinin adekvatlığını yoxlamaq üçün qiymətləndirmənin müxtəlif üsullarından istifadə edir;
-
Hədsiz böyük və hədsiz kiçik ölçülər, onlar üzərində əməllər və əməllərin nəticələrinin interpretasiyasını ardıcıllığın və ya hər hansı silsilənin ifadə edən funksiya kontekstində həyata keçirir.
Dostları ilə paylaş: |