Riy.I.2. Şagird sıra saylarının adlarından istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
İstənilən ədəddən irəli-geriyə saya bilirsə, 11-dən 20-dək ədədlərin adlandırılmasını izah edə bilirsə; verilmiş ədədin qarşısındakı və sonrakı ədədləri adlandıra bilirsə;
-
Əşyaların qaydaya salınmış məcmusunda göstərilən əşyanın sırasını deyə bilirsə; əşyaları verilmiş ardıcıllıqla və göstərilmiş mövqelərdə yerləşdirə bilirsə;
-
Hadisələrin və ya hərəkətlərin ardıcıllığını təsvir edərkən, sıra saylarının adlarından istifadə edirsə;
-
Sıfırdan və onun əks etdirdiyi simvoldan müvafiq hallarda adekvat istifadə edirsə;
-
20 çərçivələrində milli pul nişanlarını fərqləndirir və ya adlarını deyə bilirsə (dəmir pulların və əskinasların).
Riy.I.3. Şagird saymağı, ədədlər arasında asılılığı və toplamaq – çıxmaq əməllərini bir-biri ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Toplama, çıxma, bərabərlik və cəm anlayışlarını müxtəlif kontekstdə sözlə təsvir edə bilirsə (məsələn “əlavə edək”, “azaldaq”, artırmaq- çoxaltmaq; çıxmaq-azaltmaq, təkləmək, fərqləndirmək);
-
Toplama-çıxmanı nümayiş etdirə bilirsə, fərqləri müəyyənləşdirirsə (məsələn, “nə qədər artdı/azaldı?”) və ədədlər arasında münasibətləri təsvir edə bilirsə;
-
Şifahi hesablama zamanı 1–ə bərabər addımla hesablayırsa, yaxud başqa üsuldan istifadə edirsə və modeldən istifadə etməklə toplama-çıxma əməllərinin qarşılıqlı qayıdışını nümayiş etdirməyi bacarırsa;
-
Verilmiş toplama üçün bu toplamanın göstərilmiş miqdarınadək tamamlanması üçün zəruri əlavə miqdarı sadalaya bilirsə; 10-u keçməklə toplama çıxmanı şifahi yerinə yetirirsə və istifadə etdiyi üsulu nümayiş etdirməyi bacarırsa;
Dostları ilə paylaş: |