Riy. güc.XI.11. Şagird məsələni həll etmək üçün lazımi kəmiyyət və keyfiyyət göstəricilərini tapa bilər.
Riy.güc.XI.12. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini tapa və onları qoyulmuş məsələnin həlli üçün əlverişli formada təqdim və interpretasiya edə bilər.
Riy.güc.XI.13. Şagird hadisəni ehtimal modeli vasitəsi ilə təsvir edə bilər.
Riy.güc.XI.14. Şagird kəmiyyətləri analiz edə və nəticələrə nail ola bilər.
|
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: ədədlər və əməllər
Riy.güc.X.1. Şagird mövqeli sistemləri, həqiqi ədədlərin altçoxluqlarını bir-biri ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Müxtəlif mövqeli sistemləri bir-biri ilə müqayisə edir; yazarkən hər birinin üstünlüyü barədə mülahizə yürüdür;
-
İnformasiyanın rəqəmsal kodlaşdırılması/texnologiyaları ilə bağlı nümunələr gətirirsə; ədədin müxtəlif mövqeli sistemlərdə yazılmasını bir-biri ilə əlaqələndirir (məsələn, ikili mövqeli sistemdə verilmiş ədədi onluq mövqeli sistemdə yazır);
-
Praktiki məsələlərlə bağlı hesablamalar kontekstində irrasional ədədlərin rasional ədədlər ardıcıllığının yaxınlaşmasını nümayiş etdirir (məsələn, Neper ədədi –e ).
Riy.güc.XI.2. Şagird həqiqi ədədlər üzərində əməllər apara və onların nəticəsini qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Həqiqi ədədlər üzərində əməllərə (həmçinin, qüvvət və loqarifm) malik ifadələri sadələşdirir və yaxud əməllərin xassələrindən, ardıcıllığından və onlar arasında əlaqədən istifadə etməklə onun qiymətini tapır;
-
Cəbri əməlin nəticəsini verilmiş dəqiqliklə tapır; əməllərin hədləri (həqiqi ədədlər) yuvarlaq nəticəsinin dəyişkənliyi və dəqiqliyi barədə mülahizə yürüdür;
-
Məsələnin kontekstini nəzərə almaqla nəyin - əməllərin nəticəsinin qiymətləndirilməsi, onun təqribiliyi və dəqiq qiymətinin tapılması daha əlverişli olduğunu seçir;
-
Həqiqi ədədlər üzərində yerinə yetirilmiş hesablamaların (o cümlədən, kök və loqarifm) nəticəsinin adekvatlığını yoxlamaq üçün qiymətləndirmədən istifadə edir.
Dostları ilə paylaş: |