Riy.II.2. Şagird sayı, ədədləri, ədədi adlar arasında münasibətləri və toplama-çıxma əməllərini bir-biri ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Modeldən istifadə etməklə, toplama- çıxmanın nümayişini həyata keçirirsə, əməlin nəticəsini müəyyənləşdirirsə (məsələn “nə qədər artdı, azaldı”);
Şifahi hesablama zamanı addımla hesablamadan, yaxud başqa üsuldan (məsələn, dərəcələrin qruplaşdırılması, tam onluğun “atılması”) istifadə edirsə; əməllərinin qarşılıqlı qaytarılmasını nümayiş etdirilməsini bacarırsa;
Ədədlərin adlandırılmasını ana dilində izah edirsə;
10-dan keçməklə toplama çıxmanı şifahi yerinə yetirirsə və istifadə etdiyi üsulu nümayiş etdirməyi bacarırsa (məsələn, ədəd pilləsində və yaxud əşyaların toplanmasında).