Riy.III.2. Şagird toplama-çıxmanın həllinin hər hansı bir üsulundan istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Konkret misal üçün şifahi hesablamanın (toplama-çıxma) müxtəlif üsullarını seçir və onlardan istifadə edirsə; istifadə olunmuş üsulu aydınlaşdıra bilir və ya onun modeldə nümayişini həyata keçirə bilirsə. (məsələn: mərtəbəni keçməklə, ayrı-ayrı mərtəbələrin toplanma/çıxılması, müəyyən edilmiş qanunauyğunluqları istifadə etməklə toplama-çıxma; toplama zamanı iki dəfə artırmadan istifadə etmək; mərtəbələri pozmaqla);
Konkret məsələ halında toplama-çıxma əməllərinin həllinin adekvat üsullarını seçə bilir və bunlardan istifadə edirsə;
Əməlləri yerinə yetirərkən mərtəbəyə qədər tamamlama/mərtəbənin pozulması üsulundan istifadə edirsə; əməllərin yerinə yetirilməsinin yazılı alqoritmini əsaslandıra bilirsə;
Əməllərin ardıcıllığının şifahi hesablanması və sadə ədədi təsvirlərin əhəmiyyətini taparkən əməllərin ardıcıllığından istifadə edirsə (bütün hesab əməlləri; məsələn, “əgər 3 yeddiliyə 7 yüzlüyü əlavə edəriksə, bunun nəticəsində nə alarıq?”).