Riy.V.13. Şagird keyfiyyət və miqdar göstəricilərini interpretasiya və elementar şəkildə təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Sütunlu diaqram şəklində təqdim olunmuş göstəricilər barəsində axtarış/yekun sualları qoya bilirsə (məsələn, sinif bayramı üçün dondurmanın neçə müəyyən olunmuş növünü almalıyıq? Hər bir növdən neçə dondurma? Bizim sinif yoldaşlarımız dondurmanın hansı növünü daha çox sevirlər – şokoladlını yoxsa çiyələklini? Bizim sinif üçün dondurmanın hansı növü daha populyardır? Qızlar üçün? Oğlanlar üçün? Nəyə görə?);
Göstəricilərin iki toplusunu müqayisə edə və onlar arasında keyfiyyət və kəmiyyət uyğunluqlarını və fərqi tapa bilirsə (keyfiyyət qrupunda göstəricilərin toplanması/tipi, göstəricilərin təkrarlanması, mövqevə ardıcıllıqla seçilən göstəricilərlə əlaqədardır);
Göstəricilər əsasında ehtimal deyə bilirsə (məsələn, “məktəbə getmək üçün kim hansı yerdəyişmə vasitəsindən istifadə edirsə” sorğusunun nəticələri əsasında ehtimal edirsə ki, təqribən neçə nəfər uşaq məktəbin yaxınlığında yaşayır).