Xx fəsil Riyaziyyatda fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 286,85 Kb.
səhifə68/240
tarix02.01.2022
ölçüsü286,85 Kb.
#8921
1   ...   64   65   66   67   68   69   70   71   ...   240
VI sinif

Riyaziyyat

Standart

İlin sonunda istiqamətlər üzrə nail olunası nəticələr:

Ədədlər və əməllər

Qanunauyğunluqlar və cəbr

Həndəsə və fəzanın dərki

Göstəricilərin təhlili, ehtimal və statistika


Riy.VI.1. Şagird qeyri-mənfi rasional ədədləri mövqeli sistemdən istifadə etməklə təsvir, müqayisə edə və yerləşdirə bilər.

Riy.VI.2. Şagird müsbət rasional ədədlər üzrə hesab əməliyyatlarını yerinə yetirə və əməllərin nəticəsini qiymətləndirə bilər.

Riy.VI.3. Şagird ölçünün müxtəlif vahidlərini bir-biri ilə əlaqələndirə və onlardan istifadə edə bilər.

Riy.VI.4. Şagird problemləri hesablamalardan, variantların hesablanmasından və istiqamətlərdən istifadə etməklə həll edə bilər.


Riy.VI.5. Şagird kəmiyyətlər arasında münasibətləri əks etdirə, dərk və təsvir edə bilər.

Riy.VI.6. Şagird problemlərin həlli zamanı cəbri təsviri tərtib edə, sadələşdirə bilər.


Riy.VI.7. Şagird həndəsi fiqurları tanıya, təsvir edə və müxtəlif üsullarla əks etdirə bilər.

Riy.VI.8. Şagird həndəsi yenidənqurmaları nümayiş etdirə bilər.

Riy.VI.9. Şagird fiqurlar və fiqurun elementləri arasındakı nisbətləri müəyyən edə bilər.

Riy.VI.10. Şagird problemi həll edərkən müstəvi fiqurun sahəsini hesablaya bilər.


Riy.VI.11. Şagird verilmiş məsələni həll etmək üçün lazımi keyfiyyət və kəmiyyət göstəriciləri tapa bilər.

Riy.VI.12. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini qaydaya sala və məsələnin həllində əlverişli formada təqdim edə bilər.

Riy.VI.13. Şagird keyfiyyət və miqdar göstəricilərini interpretasiya və elementar təhlil edə bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları


Yüklə 286,85 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin