Riy.VI.9. Şagird fiqurlar və fiqurun elementləri arasındakı nisbətləri müəyyən edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Müxtəlif fiqurlar üçün (müstəvi, fəza) Eyler xarakterli məxrəcləri hesablaya və bir-biri ilə müqayisə edirsə; Eyler düsturundan fəza fiqurlarının elementlərinin miqdarının müəyyənləşdirilməsi üçün istifadə edirsə;
-
Həndəsi çevirmələrdən fiqurların konkretləşdirilməsində və simmetrikliyin müəyyənləşdirilməsində istifadə edirsə;
-
Müstəvidə çevrələrin qarşılıqlı yerləşdirilməsi barədə, onların mərkəzləri arasında məsafənin və radiuslarından istifadə etməklə nəticələr çıxara bilirsə.
Riy.VI.10. Şagird problemi həll edərkən müstəvi fiqurun sahəsini hesablaya bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Müstəvi fiquru kvadrat eyni cür torla örtürsə və onun sahələrini qiymətləndirə bilirsə (məsələn, fiquru tamamilə örtmək üçün zəruri olan kvadratlarının minimum miqdarını və onlardan fiqurun daxilində yerləşdirilmiş kvadratların miqdarlarını hesablaya bilirsə və sahəni, bu iki ədəd arasında yerləşdirilmiş kəmiyyətləri qiymətləndirə bilirsə);
-
Real şəraitdə düzbucaqlı obyektin (məsələn, sinif otağının döşəməsini) sahəsini tapır və nəticəni müvafiq vahiddə ( o cümlədən kəsrdən istifadə etməklə) təsvir edirsə;
-
Fiqurun addiktivliyindən sahənin hesablanması üzrə praktiki məsələlərin həllində istifadə edirsə.
Dostları ilə paylaş: |