Riy.VI.12. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini qaydaya sala və məsələnin həllində əlverişli formada təqdim edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Kəmiyyət və keyfiyyət göstəricilərinin təsnifatını (diskretiv miqdarda göstəricilərin intervallarla qruplaşdırılmasından başqa) və yerləşdirilməsini həyata keçirə bilirsə;
-
Göstəricilər cədvəllərini, o cümlədən qruplaşdırılmış miqdar göstəriciləri halında cədvəl yarada bilirsə;
-
Dairəvi və sütunlu diaqramlar (nə zaman ki, göstəricilər şkalanı asanlıqla seçmək imkanını verirsə) qura bilirsə.
Riy.VI.13. Şagird keyfiyyət və kəmiyyət göstəricilərini interpretasiya və elementar təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Yekun ədədinin xarakterik xüsusiyyətini (göstəricilərin orta, ən böyük və ən kiçik məxrəcləri) diskretiv miqdarda kəsrlərin miqdar göstəriciləri üçün hesablayırsa və onlardan göstəricilər toplusunu xarakterizə etmək üçün istifadə edirsə;
-
Göstəricilərin bir neçə toplusunu onların əvvəl verilmiş statistik xarakteristikaları vasitəsi ilə müqayisə edə bilirsə;
-
Göstəricilərin toplusunda mövcud olan qanunauyğunluqlar tapır və onlar barəsində mülahizə yürüdə bilirsə.
Dostları ilə paylaş: |