Riy.V.11. Şagird verilmiş məsələni həll etmək üçün lazımi keyfiyyət və kəmiyyət göstəricilərini tapa bilər.
Nəticə göz önündədir, əgər şagird:
Sualların verilmiş siyahısından zəruri göstəricilərin toplanması üçün müvafiq sual/suallar seçə bilir və ya onlardan istifadə edə bilirsə;
Verilmiş mövzu ilə əlaqədar uyğun formada suallar qoya bilirsə (açıq, qapalı, bir neçə alternativ seçimi əhatə edən) və bu sualların vasitəsi ilə lazımi göstəriciləri tapa bilirsə;
Göstəricilərin toplanmasının müvafiq vasitəsini seçə (müşahidə, ölçmə, verilmiş məcmudan göstəricilərin toplanması) və ondan istifadə edirsə, öz seçimini əsaslandıra bilirsə.