Ədədin qüvvəti və loqarifmdən, qüvvət və loqarifmin xassələrindən praktiki məşğuliyyət və ya elmin müxtəlif sahələrindən irəli gələn məsələlərin həlli zamanı istifadə edə bilər (məsələn, biologiya və fizikada entrofiya, radioaktiv parçalanma və tarixləndirmə metodları);
Kəmiyyətin dəyişmə sürətini təsvir etmək üçün müvafiq vahidləri müəyyənləşdirir və istifadə edir;
İnformasiyanın şifrələnməsi ilə bağlı hesablamaları yerinə yetirir və informasiyanın ona məlum olan hər hansı bir alqoritmdən istifadə etməklə şifrələmə-oxumanı həyata keçirir (məsələn, f(x)= ax +b mod n çevirməsinin tərs çevirməsi, yəni şifrələmənin “açarını” tapmaq üçün Evklid alqoritmindən istifadə edir; bu proseduru kalkulyator və ya kompüter vasitəsi ilə nümayiş etdirir).