Ehtimalın deyilməsi və xüsusi hallarda onun tədqiqi;
Başlanğıc göstəricilərinin seçilməsi və təşkili (o cümlədən, aksiomların və ya/artıq məlum faktların); mühüm xüsusiyyətlərin və göstəricilərin ayrılması;
Sübutetmə, əsaslandırma üsulunun seçilməsi (məsələn, əsaslandırma zamanı əks mühakimə metodundan istifadə etmək, evristik metodu tətbiq etmək);
Müxtəlif növ ifadələrdən adekvat istifadə etmə; məsələn: şərti deyimin (“əgər ... o zaman”), miqdar məzmununun deyilişi, yolverilmənin, müəyyənləşdirmənin, teoremlərin, hipotezlərin, təsadüflərin sadalanması;
Seçilmiş strategiyanın yararlılığı və ondan istifadə olunma sərhədlərinin müzakirəsi;
Mülahizə xəttinin inkişafı, alternativ yolun axtarılması, qəbul olunmuş qərarın düzgünlüyü və səmərəliyini təsdiq etmək;
Ümumiləşdirmək və ya deduksiya yolu ilə alınmış nəticələri izah etmək və əsaslandırmaq;
Bir və ya bir neçə şərtin, məhdudiyyətin azaldılması və ya çıxarılması ilə teoremlərin, isbatların nəticələrinin təhlili;
Müstəsna hallarının qeyd olunması və onların ümumiləşdirilməsinin əks misalın tapılması ilə qeyri-adiliyinin isbatı.
Kommunikasiya
Terminlərdən, qeydlərdən və rəmzlərdən ehtiyatla istifadə etmək;
İnformasiya təqdimatı üsullarına və metodlarına yiyələnmək, onlardan istifadə etmək; müxtəlif yollarla təqdim olunmuş informasiyanın interpretasiyası, onun barəsində mülahizə, bir-biri ilə əlaqələndirmə;
Başqaların fikrini başa düşmək və təhlil etmək;
Auditoriyanın və məsələnin nəzərə alınması ilə informasiyanı qəbul etmək və ötürülməsinin uyğun vasitələrinin seçilməsi;
İnformasiyanın verilməsi zamanı məsələnin məğzinin (məsələn, obyektin əsas xüsusiyyətlərinin) üzə çıxması.
Modelləşdirmə
Fiqurların və obyektlərin ölçülərinin, eləcə də onlar arasındakı məsafələrin, kütlənin, temperaturun və zamanın ölçülməsi yollarının və metodlarının tapılması və onlardan istifadə; prosesin və ya real şəraitin modelləşdirilməsi üçün zəruri göstəricilərin seçilməsi və tapılması;
Adi mühitdə (gündəlik həyatda) riyazi obyektlərin və proseslərin nəzərə çarpması və onların xüsusiyyətlərindən modelin qurulmasında, praktiki (məişət) vəzifələrin həllində istifadə olunması;
Verilmiş modelin elementlərinin təsvir etdiyi real kontekstdə interpretasiyası və ya əksinə - real vəziyyətlə əlaqələr nəticəsində alınmış göstəricilərin müvafiq modelin dilində interpretasiyası;
Verilmiş modelin təhlili və qiymətləndirilməsi, xüsusilə də, onun əməliyyat arealının və modelinin adekvatlarının müəyyən olunması; mümkün alternativ təhlil və müqayisə.