Riy.IV.13. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini qaydaya sala bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Qrupda birləşmiş ən çoxu on rəqəmi düzə bilirsə (məsələn: artan və ya azalan qayda üzrə rəqəm göstəricilərini düzə bilirsə; leksikoqrafik metodla soyadlarını düzə bilirsə, hansılar arasında ki, bir neçəsinin ən azı iki birinci hərifi eynidir);
-
Rəqəmləri ən çoxu iki qiymətlə qruplaşdırır və qruplaşdırma qaydasını izah edirsə;
-
Cədvəli, sxemi, sorğunu-anketi düzgün doldurursa (məsələn, göstəriciləri hazır cədvəlin müvafiq hücrələrinə daxil edir).
Riy.IV.14. Şagird keyfiyyət və kəmiyyət göstəricilərini interpretasiya və adi təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Cədvəl şəklində təqdim olunmuş göstəricilər barəsində axtarış/yekun sualları qoyursa;
-
Sütunlu diaqram şəklində təqdim olunmuş göstəriciləri sözlə və ya yazılı şəkildə təsvir-izah edirsə;
-
Göstəricilərin iki məcmunu müqayisə edə və onlar arasında keyfiyyət fərqləri tapa bilirsə (keyfiyyət məcmuda göstəricilərin toplanması/tipi, göstəricilərin təkrarlılığı, mövqeyi və ardıcıllığı ilə əlaqədardır).
Dostları ilə paylaş: |