Riy.V.1. Şagird yeni rəqəmlərin adlarından və mövqeli say sistemlərindən istifadə edə və natural ədədləri təsnif edə bilər.
Riy.V.2. Şagird hissəni oxuya, təsvir edə, qiymətləndirə, müqayisə edə və yerləşdirə bilər.
Riy.V.3. Şagird natural ədədlər və tən əhəmiyyətli kəsrlər üzrə əməlləri yerinə yetirə bilər.
Riy.V.4. Şagird ölçünün müxtəlif vahidlərini bir-biri ilə əlaqələndirə və onlardan istifadə edə bilər.
|
Riy.V.5. Şagird kəmiyyətlər arasında münasibətləri əks etdirə və təsvir edə bilər.
Riy.V.6. Şagird cəbri təsviri tərtib edə və sadə məsələnin həllini asanlaşdıra bilər.
|
Riy.V.7. Şagird həndəsi fiqurları tanıya, təsvir və əks etdirə bilər.
Riy.V.8. Şagird fiqurlararası və fiqurun elementləri arasında istiqamətləri müəyyən edə bilər.
Riy.V.9. Şagird müstəvi fiqurlarının sahələrini tapa və müqayisə edə bilər.
Riy.V.10. Şagird torla örtülü sahədə istiqamətlənə bilər.
|
Riy.V.11. Şagird verilmiş məsələni həll etmək üçün lazımi keyfiyyət və kəmiyyət göstəricilərini tapa bilər.
Riy.V.12. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini qoyulmuş məsələnin həllində əlverişli formada təqdim edə bilər.
Riy.V.13. Şagird keyfiyyət və miqdar göstəricilərini interpretasiya və adi təhlil edə bilər.
|