Xx fəsil Riyaziyyatda fənn proqramı Ümumi hissə a Giriş


İstiqamət: həndəsə və fəzanın dərki



Yüklə 286,85 Kb.
səhifə52/240
tarix02.01.2022
ölçüsü286,85 Kb.
#8921
1   ...   48   49   50   51   52   53   54   55   ...   240
İstiqamət: həndəsə və fəzanın dərki

Riy.IV.8. Şagird həndəsi fiqurları təsvir və onları təsnif edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Fəza fiqurlarını həndəsi atributlara əsasən fərqləndirə və qruplaşdıra bilirsə;

  • Kəsişən fiqurların təsviri üzrə həm ümumi nöqtələri, həm də yalnız bir fiqura mənsub olan nöqtələri göstərə bilirsə;

  • Fəza fiqurunda həmsərhəd/ sərhədsiz, kəsişən/kəsişməyən tilləri göstərə bilirsə.

Riy.IV.9. Şagird müstəvi və məkanı fiqurların qrafik təsvirləri və modellərini yarada bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Nümunəyə əsasən, göstərilmiş fəza fiqurunun modelini və ya müxtəlif materialdan istifadə etməklə karkas yaradırsa;

  • Müstəvi fiqurun və ya fiqurlar qrupunun qrafik təsvirini onun sözlə təsviri əsasında yarada bilirsə (məsələn, eyni cür perimetrə malik kvadrat və düzbucaq çək);

  • Fəzada həndəsi fiqurların modellərindən göstərilən konfiqurasiyanı/fiquru yaradırsa; müstəvi həndəsi fiqurun qrafik təsvirini və ya modelini göstərilən fiqurun/fiqurların alınması üçün üzvləşdirə bilirsə.

Riy.IV.10. Şagird əşyalar və fiqurların ölçülərini və obyektlər arasında məsafələrini tapa bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İki obyekt arasında məsafənin qiymətləndirilməsini müvafiq standart vahiddə həyata keçirir, onu ölçür və öz ehtimalını yoxlaya bilirsə;

  • Sınıq xəttin uzunluğunu, çoxbucaqlının perimetrini ölçə və hesablaya və nəticəni müvafiq standart vahiddə qeyd edə bilirsə;

  • Real şəraitin müvafiq sxematik təsvirinə (hansında ki, məsafələr qeyd edilmişdir) əsasən iki obyekt arasında qısa məsafəni tapa bilirsə (məsələn, evdən məktəbədək marşrutun uzunluğu).

Riy.IV.11. Şagird sxemə istiqamətlənə və marşrutu təsvir edən sadə sxem yarada bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Simvollardan istifadə etməklə göstərilən marşrutun sxemini ayıra bilər;

  • Simvolları (məsələn, yüzlərlə ifadə olunan) sxemdə göstərilmiş iki nöqtə arasında marşrutu təsvir etmək üçün istifadə edirsə;

  • Real şəraitin müvafiq marşrutunu sxematik əks etdirirsə (məsələn, evdən məktəbədək marşrut).


Yüklə 286,85 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin