Riy.IV.2. Şagird natural ədədlər üzərində müxtəlif üsullar ilə toplama-çıxma əməllərini yerinə yetirə və əməllərin nəticəsini qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Hər hansı bir üsuldan istifadə etməklə toplama-çıxma əməllərini şifahi yerinə yetirirsə və istifadə etdiyi üsulu izah edə bilirsə;
Müxtəlif üsullardan (qiymətləndirmə, şifahi hesablama, yazılı alqoritmlər) istifadə etməklə toplama-çıxmanı yerinə yetirirsə; konkret məsələ üçün onlardan daha əlverişlisini seçə bilirsə;
Hesablamaların nəticəsini elə özünün öncə qiymətləndirilməsi zamanı alınmış cavabla müqayisə edirsə və hesablamaların nəticəsinin sadəliyi barədə mülahizə yürüdə bilirsə;
Yazılı alqoritmdən istifadə etməklə yerinə yetirilmiş toplama-çıxma nümunəsindən buraxılmış rəqəmləri doldurursa və cavabı əsaslandıra bilirsə.