Riy.V.12. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini qoyulmuş məsələnin həllində əlverişli formada təqdim edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Təsnifatlaşdırılmış göstəricilər üçün birmənalı uyğunluğun göstərdiyi qayda ilə piktoqram yarada bilirsə, hansının ki, bir rəmzi bir neçə göstəriciyə uyğun gəlir;
Ən azı iyirmi təsnifatlaşdırılmış və qaydaya salınmış göstərici üçün sadə cədvəl yaradırsa (məsələn: hesablamaların, başlıq, sütunların və sətirlərin miqdarını müəyyənləşdirir və göstəricilərin cədvəlini tərtib edir);
Təsnifatlı göstəricilər üçün qarşılıqlı surətdə birmənalı uyğunluq qaydası ilə damalı vərəq üzərində sütunlu diaqram yaradırsa (məsələn: hesablayıcılar, başlıq, sütunların miqdarını müəyyənləşdirir və damalı vərəqin müvafiq uzunluqlu zolaqlarını rəngləyir).